Məhkəmə qərarları › İş №2(102)-3829/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3829/2023

28.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3829/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələrinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı X4nın və protokolun etibarsız hesab edilməsi və torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması tələbləri barədə iddia ərizələri ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-708/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X3 tərəfindən verilmiş X2 görə, Sumqayıt şəhəri XXX küçəsinin sonunda bağşılıq cəmiyyətinin sahəsindən 800 kv.m. olan XXX nömrəli bağ torpaq sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir.

2. X3 Cəmiyyəti İdarə heyətinin 5 nömrəli protokolundan xx.xx.2007-ci il tarixli çıxarışa əsasən, 800 kv.m. torpaq sahəsindən ibarət XXX nömrəli bağ ərazisinin İddiaçı ayrılması, “XXX” bağlarında bağı olduğu və yaşadığı nəzərə alınaraq bağçılıq yoldaşlıq cəmiyyətinə üzv qəbul edilməsi qərara alınmışdır.

3. Vəkil sorğusuna Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli XXX nömrəli cavab a görə, Sumqayıt Bələdiyyəsinin təşkil etdiyi “XXX” və “XXX” yerli məhəllə komitələri fəaliyyət göstərir. XXX bağçılıq və XXX adlanan ərazilərin diskolasiyası Sumqayıt Bələdiyyəsində mövcud deyil.

4. Sumqayıt Bələdiyyəsi “XXX” Məhəllə Komitəsinin xx.xx.2021-ci il tarixli XXX nömrəli arayışına əsasən, Cavabdeh həqiqətən Sumqayıt şəhər “XXX” MK-nın ərazisində yaşayır. Onun qəsəbə ərazisində XXX küçəsində dəniz tərəfdə əlavə olaraq 9,5 sot istifadə olunan torpaq sahəsi vardır.

5. Sumqayıt Bələdiyyəsi “XXX” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 nömrəli Məhəllə Komitəsinin xx.xx.2021-ci il tarixli 36 nömrəli arayışına görə, Bağçılıq Cəmiyyətinin üzvü olan siyahıda İddiaçı adına XXX nömrəli bağ yoxdur. Bu barədə heç bir məlumat yoxdur. Cəmiyyətin ərazisi XXX qəsəbəsindən sürücülük məktəbinin arxasın a qədər ərazini təşkil edir.

6. Sumqayıt Bələdiyyəsi “XXX” Məhəllə Komitəsinin xx.xx.2021-ci il tarixli XXX nömrəli arayışına əsasən, İddiaçı adına Sumqayıt şəhər “XXX” MK-nın ərazisində torpaq sahəsi yoxdur.

7. Sumqayıt Bələdiyyəsi “XXX” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 nömrəli Məhəllə Komitəsinin xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışına görə, 1 nömrəli Məhəllə Komitəsinin ərazisi XXX qəsəbəsindən sürücülük məktəbinə qədər XXX küçəsinin dəniz tərəfi daxil olmaqla əhatə olunur. Bu ərazidə XXX yaşayış massivi yoxdur. İddiaçı adına olan XXX nömrəli bağ sahəsi barədə onlarda heç bir məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri XXX yaşayış m assivində yerləşən XXX saylı bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı Cavabdeh da cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı adına verilmiş X4nın və üzvlüyə qəbul edilməsinə dair xx.xx.2007-ci il tarixli protokolun etibarsız hesab edilməsi, istifadəsində olan torpaq sahəsinə müdaxiləyə son qoyulması və dövlət rüsumu kimi köçürdüyü 100 manat pulun, hüquqi yardımla bağlı köçürdüyü 111 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 2(060)-8415/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin hallarından görü ndüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquq müəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olmasını müəyyən etməyə imkan vermir....... işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi qanuni əsaslarla qarşılıqlı iddia üzrə iddiaçının istifadəsinə ayrılmamış, torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Odur ki, məhkəmə qarşılıqlı iddia üzrə tələbin əsaslığının araşdırılmasına zərurət görmür və iddia qaldırmaq hüququna mal ik olmadığından qarlışılı iddia üzrə iddiaçını tələbinin rədd edilməsi nəticəsinə gəlir.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri vermişlər.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədovun sədrliyi və məruzəsi ilə, Ş.Abasov və S.Qafaridən ibarət tərkibdə) 2(105)-851/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsasları birinci instansiya məhkəməsi ilə eyni olmuşdur. c) Kassasiya instansiyası məhkəməsində icraat

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan k assasiya şikayətləri vermişlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5471/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyevin sədrliyi və məruzəsi ilə, A.Hüseynov və Ə.Nurməmmədovdan ibarət tərkibdə) ilk iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qarşılıqlı iddiaçının kassasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “... ilkin iddiaya aid hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

18. Belə ki, məhkəmələr ilkin iddianı rədd edərkən mövqelərini onunla əsaslandırmışlar ki, İddiaçı istinad etdiyini bağçılıq kitabı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyil. İlkin iddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiqləyən, ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia edilən torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olub-olmamasını müəyyən etmək mümkün deyil (§14-16, 24). Kollegiya qeyd edilənləri mübahisəli torpaq sahəsinə dair ilkin iddianın rədd edilməsi üçün kifayətedici əsaslandırma hesab etmir. Ona görə ki, ilkin iddiaçının sənədlərində göstərilən dövrdə bağ sahələrinin müvafiq şəxslərin qanuni istifadəsinə X4 və Bağçılıq Yoldaşlığı Cəmiyyəti İdarə Heyyətinin protokolundan çıxarışla verilməsi mümkün idi. Təsadüfi deyil ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Belə olan halda, İddiaçı istinad etdiyi sənədlər üzrə XXX saylı bağın sərhədlərinin müəyyən olunması və mübahi səli torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsinin müəyyənləşdirilməsi ilkin iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. Məlum olduğu kimi, X1 nömrəsi göstərilməklə ayrılan bağ sahələrinin sərhədlərinin əks olunduğu plan-cizgi sənədləri bağ təsərrüfatı idarələrində saxlanılırdı. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildikdən sonra həmin idarələrin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır (Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il, tarixli, 2186 №-li Sərəncamı). Buna baxmayaraq hazırkı işə baxan məhkəmələr ilkin id dianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin plan-cizgi sənədlərinin aidiyyəti dövlət qurumundan alınması və zəruri olduqda ekspertiza tədqiqatı aparılması imkanlarını tərəflərlə müzakirə etməmişlər.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-708/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, A.Mahmudov və L.Məmmədovadan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən o lundu ki, İddiaçı, X3 tərəfindən verilmiş X2 və X3 Cəmiyyəti İdarə Heyyətinin 5 saylı protokolundan xx.xx.2007-ci il tarixli çıxarışa istinad edərək, Sumqayıt şəhəri XXX küçəsinin sonunda Bağşılıq cəmiyyətinin sahəsindən 800 m2 olan XXX nömrəli bağ torpaq sahəsinin onun istifadəsinə verildiyini, Cavabdeh həmin sahəyə qanunsuz sahiblik etdiyini bildirərək ilkin iddia tələblərini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi ilkin iddianı rədd edərkən ona istinad etmişdir ki, İddiaçı istinad etdiyini bağçılıq kitabı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyil. İlkin iddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiqləyən, ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia edilən torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olub-olmamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda göstərilən qərarında qeyd edilənləri mübahisəli torpaq sahəsinə dair ilkin iddianın rədd edilməsi üçün kifayətedici əsaslandırma hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini, İddiaçı istinad etdiyi sənədlər üzrə XXX saylı bağın sərhədlərinin müəyyən olunması və mübahisəli torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi ilkin iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt Bələdiyyəsinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sumqayıt Filialına, Azərbaycan Respublikasının İqtisadiyyat Na zirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müvafiq sorğular göndərilmişdir. Lakin hər dörd sorğunun müsbət icrasının mümkün olmamasına dair cavablar məhkəməyə daxil olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı bağçılıq kitabı əsasında mübahisələndirilən torpaq sahəsinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmadığından, mübahisələndirilən ərazinin ilkin iddiaçıya ayrılmasını təsdiqləyən plan və ölçü məhkəməyə təqdim edilmədiyindən, iddia edilən torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilənin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya instans iyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ilk iddiaya münasibətdə ləğv edilib, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlillərinə görə, işə yenidən baxan məhkəmə tərəfindən Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişlərinə tam şəkildə əməl olunmamışdır. Məhkəmə iş üzrə ekspertiza təyin etmək imkanlarından istifadə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 157.8. Mülkiyyətçi hüquqlar ı mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması bar ədə iddia verə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə müəyyənləşdirilmiş qaydada verilir. orqanının qərarına əsasən, qanunla 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hes ab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün ə həmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia rədd edilən hissədə dəyişdirilmədən saxlanıldığı, ilk iddiaçı da kassasiya şikayəti ilə qətnamənin ilk iddia rədd olunan hissədə ləğv edilməsini xahiş etdiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız ilk iddia rədd olunan hissədə kassasiya şikayətində irəli sürülən dəlillər üzrə yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

34. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin işə yenidən baxan məhkəmə tərəfindən Ali Məhkəmənin göstərişlərinə əməl olunmaması barədə dəlili əsassızdır. Belə ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Sumqayıt Bələdiyyəsinə, Milli Arxiv İdarəsinin Sumqayıt filialına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt ərazi idarəsinə müvafiq sorğular göndərilmiş, lakin sorğuların icrası, habelə İddiaçı bağçılıq kitabı əsasında mübahisələndirilən torpaq sahəsinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamış, mübahisələndirilən ərazinin ilk iddiaçıya ayrılmasını təsdiqləyən plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Bu mənada, şikayətin iş üzrə ekspertiza təyin edilməsinə dair dəlili də, ekspertə tədqiqat və müqayisə üçün təqdim edilməli olan məlumatlar mövcud olmadığı üçün, əsaslı deyil.

35. Məhkəmə kollegiyası həmçinin bi ldirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinə əsas şərt kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Sumqayıt Şəhər İcra Hakimiyyətinə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə, mötəbərlik əhəmiyyəti qazanırdı. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya həmin icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərt id i. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqlar istifadələrinə verilən bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə buna dair heç bir səlahiyyət olmadan, mülkiyyətçiyə məxsus müstəsna hüquqlardan qanunsuz istifadə qaydasında torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına əsas təşkil etmir.

36. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd o lunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-708/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar