Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-383/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Tikinti MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X23 və X24 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz müdaxiləyə son qoyulması, mənzilin təhvil verilməsi öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı nümayəndəsi X16, vəkili Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 vəkili Nümayəndə iştirakları ilə, Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1523/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı (X29, X30 və X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “sahiblik, istifadə hüquqlarına müdaxilənin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərə son qoyulması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov 11 ü nvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının İİİ blok, XİV mərtəbə, ümumi sahəsi 164 kv.m olan 4 otaqlı 176 nömrəli mənzilə dair sahiblik və istifadə hüquqularına qarşı müdaxilənin qanunsuz hesab edilməsi, cavabdehlərin həmin qanunsuz hərəkətlərinə son qoyulması, həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 07 iyun 2011-ci il tarixdə “FFFi MMC-nin direktoru X27 ilə onun arasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov 11 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının İİİ blok, XİV mərtəbə, ümumi sahəsi 164 kv.m. olan 4 otaqlı 176 nömrəli mənzilin alğı-satqısına dair müqavilə bağlanmışdır. O, müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyə əməl edərək, mənzilin dəyəri olan 82.000 manat pulu müqavilənin bağlandığı gün, yəni 07 iyun 2011-ci il tarixdə FFFi MMC-nin direktoru X18 tam ödəmişdir. YYYRüstəmov bununla bağlı müqavilənin son səhifəsində müvafiq qeyd yazaraq, öz imzası ilə təsdiq etmişdir. Həmin dövr bina tam inşa edilib istismara verilmədiyindən, o yalnız mənzilinin giriş hissəsinə metal qapı quraşdırmış və mütəmadi olaraq mənzilinə baş çəkmişdir. Lakin təqribən bir ay öncə növbəti dəfə təmir işlərinə başlamaq üçün mənzilinə baş çəkdikdə mənzilinin giriş qapısının kilidinin dəyişdirildiyini aşkar etmişdir. Bunun səbəblərini binanın komendantı olan İlkin adlı şəxsdən soruşduqda o, bildirmişdir ki, mənzilə görə kommunal xərcləri ödəmədiyindən kilidin Cavabdeh2 MTK-nın direktoru Cavabdeh1 (X12 həyat yoldaşı) g östərişi ilə dəyişdirildiyini bildirmişdir. Həmin gün məsələnin araşdırılması üçün Cavabdeh1 ilə görüşmüş və mənzilinin giriş qapısının kilidinin hansı əsasla dəyişdirildiyini soruşmuşdur. Cavabında Cavabdeh1 bildirmişdir ki, o, uzun zamandır mənzilin kommunal xərclərini ödəmədiyindən mənzilini ona verməkdən imtina edir və orada təmir işlərinə başlamağına icazə vermir. O, bunun qanunsuz olduğunu, mənzilə görə rəsmi müqavilə bağladığını, mənzilin dəyərini tam ödədiyini, təmirsiz olduğu üçün mənzildən istifadə edilmədiyini, bu səbəbdən hər hansı kommunal borcun yaranmasının absurd olmasını, ümumiyyətlə hər hansı borc yaranmış olsaydı belə borca görə mənzilə mülkiyyət hüququna xitam verilməsinin tamamilə qanunsuz olmasını bildirsə də o, cavabında “mənzili vermirəm, get hara istəyirsən şikayət et” deyərək, mənzili vermək imtina etmişdir. Bir müddət öncə ona məlum olmuşdur ki, Cavabdeh1 ondan xəbərsiz mənzilinin kilidini dəyişərək, 160.000 manata Zamin adlı şəxsə saxta sənədlərlə satmışdır. Hesab edir ki, o, qeyd edilən mənzili 07 iyun 2011-ci il tarixdə qanuni əsaslarla aldığından, həmin tarixdə mənzilin dəyərini tam ödədiyindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov 11 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının İİİ blok, XİV mərtəbə, ümumi sahəsi 164 kv.m olan 4 otaqlı 176 nömrəli mənzili onun mülkiyyətindədir. Cavabdehlərin mülkiyyətində olan əmlaka dair hüquqlarından istifadə etməyinə qoyduğu maneə tamamilə qanunsuzdur. Hazırda İddiaçı XXX qızı 07.06.2011-ci il tarixli müqaviləyə istinadən qeyd edilən mənzilin dəyərini tam ödədiyini, həmin mənzili n onun istifadə və sahibliyində olduğunu, o cümlədən mənzilin giriş hissəsinə metal qapı quraşdırdığını, lakin 2019-cu ilin yay aylarından etibarən mənzilə buraxılmadığını, hətta mənzilinin giriş qapısının kilidinin dəyişdirildiyini bildirir və bu hərəkətləri əsassız və qanunsuz hesab edərək, mənzilin ona təhvil verilməsini və mənzildən istifadə və sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılmasını tələb edir. Eyni zamanda, iddiaçı tərəf 19.04.2013-cü il tarixli və 13.09.2018-ci il tarixli müqavilələri etibarsız (əhəmiyyətsiz) əqdlər olduğunu, həmin müqavilələrin icraçı qismində buna səlahiyyəti olmayan Cavabdeh1 tərəfindən imzalandığını, mənzilin X19 adına rəsmiləşdirilməsi barədə razılığı əks etdirən ərizənin İddiaçı Nadiq qızı tərəfindən yazılmadığını və saxta olduğunu vurğulay ır. Cavabdeh1 iddianı qəbul etmir, mübahisəli mənzilin heç vaxt iddiaçının istifadə və sahibliyində olmadığını, o cümlədən onu tərəfindən mənzilə hər hansı qapı quraşdırılmadığını, aralarında kommunal borcun ödənilməsi ilə bağlı hər hansı söhbətin olmadığını, mənzilin başqa xidmətlərin göstərilməsi müqabilində verildiyini, lakin sonradan xidmətlərin göstərilməsi ilə bağlı razılaşma alınmadığından mənzilin onun tərəfindən geri qaytarıldığını və bu səbəbdən də onunla bağlanmış müqavilənin əslinin geri alındığını, mənzilin X23 təhvil verildiyini, sonradan onun sahibləri tərəfindən digər şəxslərə satıldığını bildirir. Üçüncü şəxs X29 mənzili onun keçmiş sahibi X13 19.04.2013-cü il tarixdə aldığını, bundan sonra mənzilin 5 ildən artıq müddətdə onun istifadə və sahibliyində olduğunu və sonrada n onun tərəfindən 2018ci il tarixdə X1 bildirir. X17 bu mənzili 13.09.2018-ci il tarixdə X14 aldığını və həmin tarixdən hazırki vaxtadək mənzilin onun istifadə və sahibliyində olduğunu bildirir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X29 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzili 19 aprel 2013-cü il tarixdə onun sahibi X13 almışdır və bu şəxsin razılığı əsasında onunla Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Həmin tarixdən də mənzil onun istifadə və sahibliyində olmuşdur. Bundan sonra o, həmin mənzili 2018-ci il tarixdə X4 və onun razılığı əsasında bu şəxslə müqavilə bağlanmışdır. O, da özündə olan müqavilənin əslini Cavabdeh1 təqdim etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sü rməyən üçüncü şəxs X10 vəkili Nümayəndə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi çoxmərtəbəli bina 2014-cü il tarixdən faktiki sakinlərin istifadəsinə verilmiş, həmin ildən sakinlər öz mənzillərini təmir etdirməyə və köçüb mənzillərdə yaşamağa başlamışlar. İddiaçı isə bu müddət ərzində ümumiyyətlə gəlib həmin mənzilə baş çəkməmişdir. Məhkəməyə müraciət etməzdən az əvvəl Cavabdeh1 ilə əlaqə saxlayaraq həmin binada mənzilin olub-olmamasını öyrənmişdir. İddiaçının həmin mənzilə hər hansı hüququ yoxdur. Mənzilə onun tərəfindən qapı qoyulmamış, mənzil hər dəfə satıldıqca qapısı və kilidi yeni sahibləri tərəfindən dəyişdirilmişdir. Qeyd olunan müqavilə isə podrat razılaşması əsasında binanı betonla təmin edən X8 idd iaçının əri olan 000adlı şəxsdən nisyə qaydada götürdüyü sementə olan borcuna təminat vermək üçün bağlanılmışdır. Borc bağlandıqdan sonra mənzilə dair müqavilə geri qaytarılmışdır. Mübahisəli mənzil X17 tərəfindən 13.09.2018-ci il tarixdə qanuni əsaslarla, yəni bu barədə müqavilə bağlamaqla əldə edilmiş və mənzilin müqavilədə göstərildiyi dəyəri onun keçmiş sahibi X24 tam şəkildə ödənilmişdir. Hazırda da mənzil X10 istifadə və sahibliyindədir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 vəkili Nümayəndə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi çoxmərtəbəli bina 2014-cü il tarixdən faktiki sakinlərin istifadəsinə verilmiş, həmin ildən sakinlər öz mənzillərini t əmir etdirməyə və köçüb mənzillərdə yaşamağa başlamışlar. İddiaçı isə bu müddət ərzində ümumiyyətlə gəlib həmin mənzilə baş çəkməmişdir. Məhkəməyə müraciət etməzdən az əvvəl Cavabdeh1 ilə əlaqə saxlayaraq həmin binada mənzilin olub-olmamasını öyrənmişdir. İddiaçının həmin mənzilə hər hansı hüququ yoxdur. Mənzilə onun tərəfindən qapı qoyulmamış, mənzil hər dəfə satıldıqca qapısı və kilidi yeni sahibləri tərəfindən dəyişdirilmişdir. Qeyd olunan müqavilə isə podrat razılaşması əsasında binanı betonla təmin edən X8 iddiaçının əri olan 000adlı şəxsdən nisyə qaydada götürdüyü sementə olan borcuna təminat vermək üçün bağlanılmışdır. Borc bağlandıqdan sonra mənzilə dair müqavilə geri qaytarılmışdır. Mübahisəli mənzil X17 tərəfindən 13.09.2018-ci il tarixdə qanuni əsaslarla, yəni bu barədə müqavilə bağlamaqla əldə edilmiş və mənzilin müqavilədə göstərildiyi dəyəri onun keçmiş sahibi X24 tam şəkildə ödənilmişdir. Hazırda da mənzil X10 istifadə və sahibliyindədir. Məhkəmə iclasında iştirakı Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, beton istehsal edən zavod işlətmişdir. Mübahisəli mənzilin yerləşdiyi binanı inşa edən YYYadlı şəxslə dost olmuşdur. Tikinti işləri ilə məşğul olan adlı şəxs onda sement məmulatının olduğunu bildirmiş və dəyərini hissə-hissə ödəmək şərti ilə ona təklif etmişdir. O, da həmin sementi 000götürərək, V.V.Və vermişdir. Həmin sementin dəyərinin ödənilməsinin təminatı olaraq mənzil istəmişdir. V.V.Vin razılığını aldıqdan sonra 000 təklif etdiyi və şəxsiyyət vəsiqəsini ona verdiyi İddiaçı adına YYYtərəfindən mübahi səli mənzillə bağlı müqavilə bağlanmış və o, həmin müqaviləni 000 vermişdir. İddiaçı 000adlı şəxsin həyat yoldaşı idi. Verilmiş 350 ton çəkidə sement məmulatının 240 ton hissəsinin dəyəri ödənilmişdir. Lakin sonradan münasibətlər pozulmuş və qalan sement geri alınmış, hələ 10 ton çəkidə sement artıq aparılmışdır. Bundan sonra o, Adilə müraciət edərək, mənzilə dair imzalanmış müqaviləni geri istəmiş, lakin 000müqaviləni verməmişdir. Bundan sonra o, məsələ ilə bağlı 000 müraciət etmiş və 000 zəngindən sonra 000müqaviləni gətirib 000 vermişdir. də həmin müqaviləni Maksim adlı şəxsə, Maksim isə öz növbəsində ona vermişdir. O, da həmin müqaviləni V.V.Və qaytarmışdır. YYYdə mənzildən imtina barədə ərizə hazırlayaraq, ona vermişdir. O, da həmin ərizəni imzalatdırmaq üçün 000 aparmışdır. Ərizə imz alandıqdan sonra ona qaytarılmış və o, bu ərizəni də V.V.Və vermişdir. İddiaçı həmin mənzil üçün hər hansı məbləğdə pul ödəməmiş, mənzilə heç vaxt sahiblik və ondan istifadə etməmiş, o ümumiyyətlə mənzili görməmişdir. Mənzil bu şəxsin adına V.V.Və verilmiş sementin əvəzi, təminat olaraq rəsmiləşdirilmişdir. Sonradan da verilmiş sementin bir hissəsinin dəyəri ödənilmiş, bir hissəsi isə artıq qeyd edildiyi kimi geri qaytarılmışdır. Məhkəmə iclasında iştirakı Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X20 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, bir müddət Rusiyadan tikinti materiallarının gətirilməsi və satışı ilə məşğul olmuşdur. İddiaçı əri 000sement satışı iə məşğul idi. X38 sement vermişdir. YYY da həmin sementi mübahisəli mənzilin yerləşdiyi binanı inşa edən YYYadlı şəxsə təhvil vermişdir. Bunun əvəzində təminat qismində Adilin həyat yoldaşı İddiaçı adına mənzil rəsmiləşdirilmişdir. Alınmış sementin bir hissəsinin dəyəri ödənilmiş, digər hissəsi isə geri qaytarılmışdır. Bunun müqabilində YYYmüqavilə geri istənilmiş, lakin buna baxmayaraq, 000müqaviləni geri qaytarmaq üçün əlavə pul istəmişdir. Bundan sonra məsələyə o, qarışmış və aparılmış söhbətlərdən sonra müqavilənin əslini YYYalıb, YYY vermişdir. İddiaçı polisə də şikayət etmişdir və polis tərəfindən aparılmış araşdırmada o, da şahid kimi iştirak etmiş və hazırki izahatı vermişdir. İddiaçı həmin mənzil üçün hər hansı məbləğdə pul ödəməmiş, mənzilə heç vaxt sahiblik və ondan istifadə etməmiş, o ümumiyyətlə mənzili görməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi ) 2(001)-398/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, FFF tərəfindən ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. 07 iyun 2011-ci il tarixdə icraçı FFF ilə payçı (sifarişçi) İddiaçı Nadiq qızı arasında bağlanmış müqaviləyə əsasən FFF ünvan 2 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının İİİ blok, XİV mərtəbə, ümumi sahəsi 164 kv.m. olan 176 saylı mənzilini İddiaçı Nadiq qızına təhvil verməyi, X30 isə həmin mənzilin dəyərini təşkil edən 82.000 manat məbləğində pulu FFF-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni mənzilə dair həmin tarixdə icraçı FFF ilə payçı (sifarişçi) X30 arasında da müqavilə bağlanmışdır. Bu müqavilədə də mənzilin dəyəri 82.000 manat məbləğində göstərilmişdir. Hər iki müqavilənin sonunda mənzilin dəyərinin ödənilməsi barədə aparılmış qeyd imza və möhürlə təsdiq edilmişdir. FFF-nin rəhbəri (qanuni təmsilçisi) X27 08.06.2011-ci il tarixdə ölmüşdür. Həmin mənzil X19, həmçinin onun həyat yoldaşı X5 razılığına əsasən 19 aprel 2013-cü il tarixli müqaviləyə əsasən 78.556 manat pula payçı (sifarişçi) X24, bundan sonra isə X21 razılığına əsasən 13.09.2018-ci il tarixli müqaviləyə əsasən 160.000 manata payçı (sifarişçi) X2 (bu müqavilədə 160.000 manat pulun payçı (sifarişçi) X24 ödənilməsi barədə qeyd aparılmışdır). Son iki müqaviləni icraçı qismində fiziki şəxs (cavabdeh) Cavabdeh1 imzalamışdır. Hazırda mənzil X10 istifadə və sahibliyindədir. Bu şəxs mənzildə təmir iş lərinə də başlamışdır (məhkəmənin 01.10.2019-cu il tarixli, 2(001)-6935/2019 saylı qərardadı ilə hazırki mülki işə baxılıb qurtarana qədər mənzildə təmir tikinti işlərinin aparılması qadağan edilmişdir). Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 152.3, 157.8, 09.02.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci, 337.1, 385.1, 425.1, 452.1, 752.1, 762.1-ci maddələrinin tələblərini rəhbər tutaraq qeyd etmişdir ki, bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamand a müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür. Belə olan halda, hazırki vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. Lakin nəzərə alınmalıdır ki, mübahisəli mənzilə dair 07.06.2011-ci il tarixdə ( eyni tarixdə iki müqavilə) həm iddiaçı, həm də üçüncü şəxs X30 ilə müqavilə bağlanmışdır. Bu səbəbdən mənzilin onların hansının istifadə və sahibliyinə verilməsi müəyyən edilməlidir. İddiaçı iddia ərizəsində mənzilin müqavilə bağlandığı tarixdən onun istifadə və sahibliyində olduğunu, o cümlədən mənzilin giriş hissəsinə metal qapı quraşdırdığını və yalnız təqribən bir ay öncə mənzilə buraxılmadığını (iddia ərizəsi 25.08.2019-cu il tarixdə imzalandığından ehtimal olunur ki, iddiaçı 2019-cu ilin iyul ayından mənzilə sahiblik və istifadə edə bilmir) bildirir. Halbuki, iddiaçının bu mənzillə bağlı 04.04.2015-ci il tarixli şikayəti əsasında aparılmış araşdırmanın nəticələrinə dair Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının r ədd edilməsi barədə” 10.07.2015-ci il tarixli Qərarından da belə nəticəyə gəlmək olur ki, mənzil nəinki 2019-cu ilin iyul ayında, heç 2015-ci ilin aprel ayında da iddiaçının istifadə və sahibliyində olmamışdır (Cavabdeh1 həmin araşdırma zamanı da hazırki izahatına uyğun izahat vermişdir). Digər tərəfdən iddiaçı mənzilin giriş hissəsinə metal qapı quraşdırdığını, habelə ümumiyyətlə həmin mənzilin hansısa bir dövrdə onun istifadə və sahibliyində olduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. İddiaçıda 07.06.2011-ci il tarixli müqavilənin əsli də yoxdur (onun təqdim etdiyi notarial qaydada təsdiq edilmiş surət isə müqavilənin əslinin mövcudluğunu sübut etmir, həmin surət müqavilənin əslinə əsasən deyil, 04.07.2011-ci il tarixdə notarial qaydada təsdiq edilmiş surəti əsasınd a təsdiq edilmişdir.) Bütün bunlar öz növbəsində Cavabdeh1 və məhkəmə tərəfindən ifadələri mötəbər sübut kimi qiymətləndirilmiş şahidlərin mövqeyini bir daha təsdiq edir və iddiaçı ilə bağlanmış 07.06.2011ci il tarixli müqavilənin etibarsız olduğunu şərtləndirir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mənzil heç vaxt iddiaçıya təhvil verilməmiş, onun istifadə və sahibliyində olmamış və onda 07.06.2011-ci il tarixli müqavilənin surətinin (notarial qaydada təsdiq edilmiş surətinin) olması mənzilin ona təhvil verilməsi üçün əsas ola bilməz. Məhkəmə müəyyən etmişdir ki, həmin mənzil 07.06.2011-ci il tarixli müqaviləyə əsasən məhz X19 istifadə və sahibliyinə verilmişdir. Bu hal üçüncü şəxs X21 izahatı ilə öz təsdiqini tapır. Belə ki, X29 da mənzili X13 aldığını və sonradan mənzili onun hazırki sahibi X3 bildirir. Sonuncu isə mənzildə təmir işlərinə də artıq başlamışdır. Hüquqi nəticə etibarı ilə bu mənzil qanuni əsaslarla, (onların razılığı alınmaqla və müqavilə bağlamaqla) ardıcıllıqla X19, X21 və X10 istifadə və sahibliyinə verilmişdir. Bu baxımdan iddiaçı həmin mənzilə hər hansı hüquqi olmayan bir şəxsdir və onun mənzilə buraxılmaması mübahisə predmeti ola bilməz. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə müqavilələri icraçı qismində imzalayan şəxslərlə bağlı onu da qeyd etmişdir ki, müqavilələr üzrə payçı (icraçı) qismində çıxış edən üçüncü şəxslər qanunvericiliyin tələblərinə uyğun müqavilə imzalamışlar və həmin müqavilələr icraçı kimi göstərilmiş şəxsin möhürü ilə təstiq edilmişdir. Payçıların (sifarişçilərin) icraçı qismi ndə çıxış edən şəxslərin səlahiyyətlərini, habelə imzalarını yoxlamaq öhdəliyi yoxdur və onlar bunun üçün məsuliyyət daşımırlar. Məhkəmə iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün də hər hansı əsas müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13, 125.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 152.3, 157.8, 09.02.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci, 337.1, 385.1, 425.1, 452.1, 752.1, 762.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli Qərarı ilə əsaslandırmışdı r. Qətnamədən narazı qalan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Rəşad Həsənov) 2(103)-1523/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-398/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya baxışı zamanı dindirilmiş şahid (Cavabdeh1 qardaşı) X34 da öz ifadəsində bildirmişdir ki, yeznəsi – mərhum YYYRüstəmov sağlığında tikinti işləri ilə məşğul olaraq Bakı və Gəncə şəhərlərində müxtəlif yerlərdə çoxmənzilli yaşayış binalarının tikintisini və tikdiyi mənzillərin satışını həyata keçirmişdir. O, GGG sağlığında verdiyi etibarnamə əsasında bəzi işlərinin həyata keçirilməsində, o cümlədən mənzillərin satılmasında iştirak edərək etibarnamə əsasında onun əvəzindən müqavilələrə imza etmişdir. Sözügedən bina inşa edilərkən binanın sement-beton materiallarını Qəhrəman Vəliyev adlı şəxs təmin edirdi. LLL ilə GGGun arasında olan şifahi razılığa əsasən GGG aldığı betonun əvəzində LLLə tikdiyi binadan bir neçə mənzil verməyi öhdəsinə götürmüşdür. Belə ki, LLLin adını bildirdiyi şəxslərə GGG yaxud o, müqavilə tərtib edib mənzilin alğı-satqısını rəsmil əşdirirdilər. GGG 08.06.2011-ci il tarixdə vəfat etdikdən sonra isə bir müddət o, GGG işlərini aparmaqda davam etmişdir. GGG ölümündən bir neçə gün əvvəl ona bildirmişdir ki, LLL onun yanına gələcək, onun binadakı evlərindən birini onun dediyi şəxsin adına sənədləşdirmək lazımdır. 07.06.2011-ci il tarixdə səhv etmirsə səhər saatlarında Q.X6 adlı şəxsin şəxsiyyət vəsiqəsini gətirib onun 4 otaqlı mənzillərindən birini həmin şəxsin adına sənədləşdirməyini xahiş etmişdir. O da kompüterdə 14-cü mərtəbədə yerləşən 4 otaqlı 176 nömrəli mənzilin 000un istifadəsinə verilməsinə dair müqavilə hazırlamış və GGGun əvəzindən müqaviləyə imza edib LLLə vermişdir. Həmin gün bir neçə saatdan sonra o yeməyini yeyib ofisə qayıdanda 000a satılmış mənzilin başqa bir şəxsə, yəni (hazırki iş üzrə iddiaçı) İddiaçı adlı şəxsə satılması barədə müqaviləni stolun üzərində görmüşdür. Əvvəlcə fikirləşmişdir ki, yəqin o ofisdə olmayan zaman Cəlal Bədəlov həmin mənzildən imtina etdiyi üçün mənzil onun adından çıxarılıb və başqa şəxsə satılıb. Bu zaman GGG özü ofisə gəlmiş və xatırlamadığı hansısa sənədi götürüb vacib işi olduğunu bildirib tələsik ofisdən çıxarkən o, 000a satılmış mənzilin nə üçün 111 adlı şəxsə satıldığını, 000un mənzildən imtina ərizəsinin olubolmadığını soruşmuşdur. GGG bir anlıq düşünüb bildirmişdir ki, 000 həmin mənzildən imtina etməyib, sadəcə olaraq o, səhvən həmin mənzilin 111ya satılması barədə müqaviləni tərtib edib imzalamışdır. Belə ki, LLL ona zəng edərək borc sement götürəcəyi şəxsə borcunun təminatı üçün ona ayrılmış mənzillərdən birini 111 adlı şəxsin adına sənədləşdirib ver məyi xahiş etmiş, o da həmin mənzilin artıq onun tərəfindən 000un adına yazıldığını unudub təkrarən 111nın adına yazmışdır. O, məsələnin nə yerdə olduğunu anlayıb, GGGa demişdir ki, hər halda yol verilmiş səhvi aradan qaldırmaq üçün 111nın adına yazılmış müqaviləni geri alıb, binada LLLə veriləcək digər mənzillərdən birini 111nın adına yazmaq lazımdır. GGG isə ona demişdir ki, narahatçılığa ehtiyac yoxdur, daha yazıb vermişlər, onsuz da həmin mənzil 111ya satılmayıb, sadəcə LLLin borcunun təminatı üçün müvəqqəti olaraq müqavilə yazılıb verilib, LLL yaxın günlərdə borcunu qaytarandan sonra həmin müqavilə geri qaytarılacaq, əlavə əziyyət çəkib müqaviləni dəyişməyə ehtiyac yoxdur. O da artıq GGGa heç bir söz deməmiş və GGG ofisdən çıxıb getmişdir. Sonradan doğrudan da LLL borc məsələsini həll edib 111nın adına yazılmış müqaviləni gətirib geri qaytarmışdır. Həmin günün sabahısı GGG borcunu geri istəyərkən yaranmış mübahisə zəminində qətlə yetirilmişdir. GGGun qətlindən sonra o, bir müddət onun işlərini davam etdirmiş və sonradan onun işləri GGGun həyat yoldaşı, onun bacısı Cavabdeh1 tərəfindən davam etdirilmişdir. X7 öz ifadəsində bildirdikləri Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X15 tərəfindən Məhkəməyə ünvanlanmış ərizədə bir daha öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə almış məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil heç vaxt iddiaçıya təhvil verilməmiş, onun istifadə və sahibliyində olmamış və onda 07.06.2011-ci il tarixli müqavilənin surətinin (notarial qaydada təsdiq edilmiş surətinin) olması mənzilin ona təhvil verilməsi üçün əsas ola bilməz. Hə min mənzil 07.06.2011-ci il tarixli müqaviləyə əsasən məhz 000un istifadə və sahibliyinə verilmişdir. Bu hal üçüncü şəxs YYYnın izahatı ilə öz təsdiqini tapır. Belə ki, YYY da mənzili 000dan aldığını və sonradan mənzili onun hazırki sahibi S.İbrahimliyə satdığını bildirir. Sonuncu isə mənzildə təmir işlərinə də artıq başlamışdır. Hüquqi nəticə etibarı ilə bu mənzil qanuni əsaslarla, (onların razılığı alınmaqla və müqavilə bağlamaqla) ardıcıllıqla 000, YYY və S.İbrahimlinin istifadə və sahibliyinə verilmişdir. Bu baxımdan iddiaçı həmin mənzilə hər hansı hüququ olmayan bir şəxsdir və onun mənzilə buraxılmaması mübahisə predmeti ola bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi tərəfindən müəyyən edilən hallar apellyasiya baxışı zamanı da öz təsdiqini tapmışdır. İddia tələb i əsassızdır və rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair hansı müqavilənin daha öncə bağlanmasının müəyyən edilməsini zəruri saysa da faktiki olaraq bu zəruri məsələnin aydınlaşdırılması üçün heç bir məhkəmə araşdırması aparmayıb. Apelyasiya instansiyası məhkəməsi hətta bu məsələ ilə bağlı iddiaçının apelyasiya şikayətində qeyd etdiyi tu tarlı arqumentlərini də araşdırmayıb, qətnaməsində həmin arqumentlərə heç bir hüquqi qiymət verməyib. işdə olan bəzi sübutlar və şahidlərin izahatları mənzilə dair ilkin müqavilənin məhz iddiaçıyla bağlandığını təsdiq ediblər. Birincisi, mübahisəli mənzilə dair iki müqavilənin 07 iyun 2011-ci ildə, yəni YYYRüstəmovun vəfatından bir gün öncə bağlandığı, sonuncunun 08 iyun 2011-ci ildə günorta saatlarında qətlə yetirildiyi nəzərə alınsa, iddiaçıyla mübahisəli mənzilə dair müqavilə bağlandıqdan sonra bu qədər qısa vaxtda onun müqavilədən imtina etməsi, imtina ərizəsini və müqavilənin əslini YYYRüstəmova təqdim etməsi (şahidlərin bildirdiyinə görə bu çox uzun çəkən proses olub), mənzilə yeni alıcının tapılması, onunla eyni gündə yeni müqavilənin bağlanması, mənzilin dəyərinin həmin gün tam ödə nilməsi fiziki olaraq mümkün deyil və tamamilə məntiqsizdir. İkincisi, Cavabdeh1 iddiaçıyla bağlanmış müqavilənin əslinin sonuncu tərəfindən YYYRüstəmova geri qaytarıldığını bildirsə də, iddiaçının geri qaytardığı həmin müqavilənin əslini məhkəməyə təqdim etməyib. Ümumiyyətlə iş materiallarında iddiaçıyla bağlanmış müqavilənin tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilməsini, mənzilə görə iddiaçının ödədiyi vəsaitin geri qaytarılmasını təsdiq edən heç bir sübut yoxdur. Üçüncüsü, məhkəməyə təqdim edilən mübahisəli mənzilə dair X39 Rüstəmov arasında bağlanmış 07 iyun 2011-ci il tarixli müqavilədə Cəlal Bədəlovun imzası yoxdur. Həmçinin həmin müqavilə ilə iddiaçıyla bağlanmış müqaviləni tutuşdurduqda da Cəlal Bədəlovla bağlanmış müqavilədə YYYRüstəmovun adının qarşısında çəkilmiş imzan ın başqa şəxs tərəfindən çəkildiyi və YYYRüstəmova aid olmadığı açıq-aşkar görünür. Dördüncüsü, həm Cavabdeh1, həm də onun təşəbbüsü ilə cəlb edilmiş şahidlər izahatlarında bildiriblər ki, mübahisəli mənzilə dair ilkin müqavilə iddiaçıyla bağlanıb və yalnız onun adından verilmiş imtina ərizəsindən sonra X27 ilə X30 arasında 07 iyun 2011-ci il tarixli müqavilə bağlanıb. Hətta Cavabdeh1 iddiaçıyla bağlanmış müqavilənin onun təşəbbüsüylə ləğv edildiyini sübut etmək üçün iddiaçının adından tərtib edilmiş imtina ərizəsini məhkəməyə təqdim ediblər. Həmin ərizədən görünür ki, guya iddiaçı naməlum tarixdə yazılı ərizə ilə YYYRüstəmova müraciət edərək mübahisəli mənzilin iddiaçının adından Cəlal Bədəlovun adına keçirilməsini xahiş edib. Həmin ərizə saxta olduğundan heç bir hüquqi nəticə yaratmasa d a, cavabdeh həmin ərizəni təqdim etməklə əslində mübahisəli mənzilə dair ilkin olaraq iddiaçıyla müqavilə bağlandığını, həmin mənzilə dair ilkin olaraq məhz iddiaçının hüquqlarının yarandığını, Cəlal Bədəlovla bağlanmış müqavilənin sonradan və saxta yolla bağlandığını etiraf edib. Beşincisi, iddiaçının məhkəməyə təqdim etdiyi mübahisəli mənzilə dair onunla YYYRüstəmov arasında bağlanmış 07 iyun 2011-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin surət 04 iyul 2011-ci il tarixdə notarial qaydada təsdiq edilmiş surəti əsasında təsdiq edilib. YYYRüstəmovun isə 08 iyun 2011-ci ildə vəfat etdiyi nəzərə alınsa, bu fakt bir daha onu təsdiq edir ki, 04 iyul 2011-ci ildə həmin müqavilənin surətini notarial qaydada təsdiq etdirəndə müqavilənin əsli iddiaçıda o lub. Başqa sözlə iddiaçı Cavabdeh1 və onun təşəbbüsü ilə cəlb edilən şahidlərin bildirdikləri kimi müqavilənin əslini heç vaxt YYYRüstəmova qaytarmayıb və hətta 04 iyul 2011-ci il tarixdə həmin müqavilənin əslinin əsasında onun notarial qaydada surətini əldə edib. Mübahisəli mənzilə dair Cavabdeh1 ilə X29 arasında bağlanmış 19 aprel 2013-cü il tarixli və Cavabdeh1 ilə X17 arasında 13 sentyabr 2018-ci il tarixli bağlanmış müqavilələr isə tamamilə etibarsızdırlar. Birincisi, mübahisəli mənzilə dair iddiaçıyla YYYRüstəmov arasında bağlanmış 07 iyun 2011-ci il tarixli müqavilə ləğv edilmədiyindən həmin mənzilə dair iddiaçıdan xəbərsiz hər hansı şəxslə yeni müqavilənin bağlanması tamamilə qanunsuzdur. İkincisi, mübahisəli mənzilə dair həmin müqavilələri Cavabdeh1 öz adından bağlasa da bununla b ağlı səlahiyyətlərinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. Əksinə apellyasiya instansiyası məhkəməsində aparılmış məhkəmə araşdırması zamanı iddiaçı dəfələrlə həm şifahi şəkildə, həmdə məhkəməyə təqdim etdiyi sübutlarla bildirib ki, Cavabdeh1 ümumiyyətlə YYYRüstəmovun vərəsəsi olmayıb və hər hansı formada mübahisəli mənzil barədə sərəncam vermək (əqdlər imzalamaq səlahiyyəti) hüququ olmayıb. Apelyasiya instansiyası məhkəməsi səlahiyyətsiz şəxs olan cavabdehin imzası ilə təsdiq edilən müqaviləni iddiaçı ilə bağlanmış qanuni müqavilədən daha üstün hüquqi qüvvəli müqavilə kimi qiymətləndirib. Bütün bu qeyd edilən faktlar tam sübut edir ki, X27 ilə iddiaçı arasında bağlanmış 07 iyun 2011 -ci il tarixli müqavilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşo v 11 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının İİİ blok, XİV mərtəbə, ümumi sahəsi 164 kv.m olan 4 otaqlı 176 nömrəli mənzilə dair bağlanmış ilkin müqavilə olduğundan, həmin müqavilə heç vaxt ləğv edilmədiyindən, iş materiallarında olan başqa üç müqavilə sonradan və qanunsuz olaraq bağlandığından həmin mənzilə dair yalnız iddiaçının istifadə və sahiblik hüquqları var. Apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməməsini hər hansı maddi sübutlarla deyil, yalnız Cavabdeh1 və onun təşəbbüsü ilə cəlb edilmiş şahidlərin izahatları ilə əsaslandırıb, onlara istinad edib. Məhkəmə bu zaman həmin izahatları işdə olan başqa sübutlarla qarşılıqlı araşdırmayıb, onları hər hansı əsaslı şübhəyə məruz qoymayıb. Xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti mə hkəməyə təqdim edib. Lakin işə baxan məhkəmə heç bir səbəb göstərmədən vəsatəti təmin etməyib, bunun əsaslarını bildirməyib. Qətnamədə isə ümumiyyətlə bu barədə heç bir qeyd göstərməyib. Halbuki, iş üzrə xətşünaslıq ekspertizası təyin olunardısa, həmin sənədin saxta olması, əməldə sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə edilməsi ilə bağlı cinayət tərkibinin olması, iddianın əsaslı olması, şahidlərin və Cavabdeh1 məhkəməyə bilə-bilə yalan ifadə verməsi aşkara çıxardı. Lakin iddiaçının vəsatətinin təmin etməməsi səbəbindən məhkəmə həm qanunsuz və əsassız qətnamə çıxarıb, həm də cinayət faktının aşkara çıxarılmasına, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə imkan verməyib. İddiaçının apelyasiya şikayətində prosessual pozuntu kimi istinad etdiyi bu hal da ape llyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmayıb, məhkəmə bu məsələyə heç bir hüquqi qiymət verməyib. Həmçinin məhkəmə Cavabdeh1 ilə X29 arasında bağlanan 19 aprel 2013-cü il tarixli və Cavabdeh1 ilə X17 arasında 13 sentyabr 2018-ci il tarixli bağlanmış müqavilələri mötəbər sübut kimi qəbul etsə də həmin müqavilələri bağlayarkən Cavabdeh1 buna hüququnun və səlahiyyətinin olub-olmamasını araşdırmayıb. Apellyasiya instansiyası məhkəməsinin yol verdiyi əsas prosessual hüquq pozuntularından biri də iddiaçını və vəkilini məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumatlandırmadan iş üzrə məhkəmə iclasını keçirməsi və həmin iclasda yalnız cavabdehin mövqeyi əsasında qətnamə çıxarmasıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsində iş üzrə ilkin b axış iclası mart ayında keçirilib və növbəti məhkəmə iclası 04 may 2021-ci il tarixə təyin edilib. 04 may 2021-ci ildə məhkəmə iclasına sədrlik edən hakim Məmməd Məmmədovun koronavirusa yoluxması əsasıyla məhkəmə iclasının başqa tarixə təxirə salındığı, növbəti məhkəmə iclasının vaxtı və yeri barədə həm iddiaçıya, həm də vəkilinə məlumat veriləcəyi bildirilib. Lakin 21 may 2021-ci il tarixə məhkəmə iclası təyin edilsə də bu barədə nə iddiaçıya, nə də vəkilinə hər hansı formada (sms bildiriş və ya poçtla göndərilən bildiriş) məlumat verilməyib. Buna baxmayaraq iddiaçının və vəkilinin məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri aydınlaşdırılmadan onların iştirakı olmadan məhkəmə iclası keçirilib və əvvəl də bildirildiyi kimi apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin mövqeyi əsasında və birinci instansiya məhkəməsinin qətnaməsində formal dəyişikliklər etməklə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə çıxarıb. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq etiraz ərizəsində göstərmişdir ki, iddiaçının birinci dəlili üzrə qeyd edilməlidir ki, iddiaçı məhkəmə baxışı zamanı eyni tarixli müqavilələrin tərtib edilməsi şəraiti ilə bağlı şahidlərin ifadələri əsasında müəyyən olunmuş işinı hallarını təhrif olunmuş formada tədim edərək, həmin halların baş verməsinin fiziki cəhətdən mümkünsüzlüyü və məntiqsizliyi ni qeyd etmişdir. Əvvəla, şahidlərin verdiyi ifadələrə görə müqavilə ilk dəfə iddiaçı ilə bağlanmamış, həmin müqavilə ilk dəfə X30 ilə bağlandıqdan sonra iddiaçının həyat həyat yoldaşından almış betonun pulunun ödənilməsi öhdəliyinin təminatı olaraq iddiaçının adına formal müqavilə tərtib edilmişdir. İddiaçının adına müiqavilənin tərtib olunma şəraiti və səbəbləri barəd həmin prosesin bilavasitə şahidi olun X34 və X9 məhkəmə prosesində verdikləri ifadələri və rəsmi ərizələrində kifayət qədər ətraflı təsvir olunmuşdur. İddiaçını ikinci dəlili üzrə qeyd eilməlidir ki, YYYKazımovun məhkəməyə verdiyi ifadəsindən göründüyü kimi, iddiaçının, yəni İddiaçı adına tərtib edilmiş müqavilə Qəhrəman Vəliyevin vasitəsilə geri qaytarılmışdır. Mənzilə görə iddiaçının ödədiyi vəsaitin geri qaytarılmasını t əsdiq edən sübutun olmaması barədə dəlil mənasız bir dəlildir. Çünki verilmiş ifadə və izahatlardan göründüyü kimi iddiaçının adına tərtib edilmiş müqavilə formal xarakter daşımaqla, digər öhdəliyin təminatı olaraq tərtib edilmiş, müqavilə üzrə iddiaçı hər hansı məbləğdə pul ödəməmişdir. Təsadüfi deyildir ki. müqavilə üzrə pulun ödənilməsi barədə iddiaçıya maliyyə arayışı verilməmişdir. Belə oduğu halda iddiaçıya hansısa məbləğdə pulun qaytarılmasından və bu qaytarılmanı təsdiq edən sübutdan söhbət gedə bilməz. İddiaçının üçüncü dəlili üzrə qeyd edilməlidir ki, YYYKazımovun verdiyi ifadələrdən göründüyü kimi, müqavilə YYYRüstəmov tərəfindən deyil, onun verdiyi etibarnamə əsasında YYYKazım tərəfindən imzalanmışdır (etibarnamə iş materiallarına əlavə edilmişdir). YYYKazımovun bildirməsinə gö rə həmin vaxt mənzilllərin satılması ilə bağlı müqavilələr tərtib edilərkən o, bəzən tələsik hallarda özü müqaviləni imzalayıb alıcıya vermiş və bunun kifayət olduğunu hesab etmişdir. O, hesab etmişdir ki. əsas məsələ mənzili satanın imzasıdır, alıcı istədiyi halda sonradan da müqaviləyə özü imza edə bilər. İddiaçının dördüncü dəlili üzrə qeyd edilməlidir ki, Təkrarən qeyd edirəm ki. işin sübutlarla təsdiq olunmuş hallarına görə, həmin vaxt mənzillərin satışını həyata keçirmək hüququ olan YYYRüstəmov və YYYKazımov tərəfindən iddiaçıdan mənzilin geri qaytarılması barədə ərizə tələb edilməmişdir. YYYKazımov ifadəsində göstərdiyi kimi həmin ərizəni Qəhrəman Vəliyev müqaviləni qaytararkən müqavilə ilə birlikdə ona vermiş. YYYKazımov ərizəyə heç bir ehtiyacın olmadığını, çünki ondan qabaq mən zilin Cəlal Bədəlova satıldığını bildirdikdə, Qəhrəman Vəliyev hər ehtimala qarşı Təranənin, yəni iddiaçının həyat yoldaşından belə bir ərizə aldığını ona demişdir. YYYKazımov bildirmişdir ki. bəzən satılan mənzillər sahibləri tərəfindən satıldığı halda onlar, yəni o və YYYRüstəmov mənzilin sahibindən mənzilin yeni alıcının adına keçirilməsinə etirazının olmaması barədə notarial qaydada ərizə almış, bundan sonra isə mənzilin yeni sahibinin adına müqavilə tərtib etmişdilər. İddiaçının adına olan müqavilə Cəlal Bədəlovun adma tərtib edilmiş müqavilədən sonra formal olaraq borcun təminatlı üçün səhvən tərtib edildiyindən, iddiaçıdan etirazın olmaması barədə ərizənin alınmasına ehtiyac olmamış, eləcə də o, bu məzmunda iddiaçıdan ərizə tələb etməmişdir. Təsadüfi deyildir ki. iddiaçının istinad etdiyi həmin ərizə qanuna və onların sahibkarlıq ənənəsinə uyğun olaraq notarial qaydada təsdiqlədilməmişdir. Cəlal Bədəlova satılmış mənzilin sonradan səlıvən iddiaçının adına yazılmasından narahat olan Qəhrəman Vəliyev öz düşüncəsinə uyğun olaraq iddiaçıdan hər ehtimala qarşı elə bir ərizə almışdır. YYYKazımovun bildirməsinə görə o, iddiaçıdan etirazının olmaması barədə hər hansı ərizə tələb etməmiş, həmin ərizənin hansı şəraitdə yazılmasından və imzalanmasından, eləcə də hansı səbəbdən iddiaçının adının düzgün yazılmamasından xəbəri olmamışdır. Sadəcə olaraq həmin vaxt Qəhrəman Vəliyev müqavilə ilə birlikdə həmin ərizəni ona vermiş, o, da həmin sənədləri arxivə qoyub saxlamışdır. Nəzərə alınmalıdır ki. cavabdeh və üçüncü şəxs öz dəlillərini əsaslandırarkən iddiaçının qeyd etdiyi ərizəyə sübut kimi istinad etməmişdirlər. İddiaçının beşinci dəlili üzrə isə qeyd edilməlidir ki, əvvəla, şahidlər və Cavabdeh1 məhkəmədə verdikləri ifadə və izahatlardan məlum olmuşdur ki, YYYRüstəmov vəfat etdikdən sonra onun yarımçıq qalan işləri həyat yoldaşı olan Cavabdeh1 tərəfindən davam etdirilmişdir. Eyni zamanda Cavabdeh1 YYYRüstəmovun həmin dövrdə azyaşlı olan vərəsələrinin qanuni nümayəndəsi olmaqla, onun YYYRüstəmova məxsus bütün əmlaka ər-arvadın birgə mülkiyyət hüququndan irəli gələn mülkiyyət hüququ olmuşdur. Bu baxımdan da iddiaçının göstərdiyi müqavilələr məhz Cavabdeh1 tərəfindən imzalanmışdır. Digər tərəfdən iddiaçının göstərdiyi müqavilələrin Cavabdeh1 tərəfindən imzalanması iddiaçının hüquq və mənafeyinə toxunmadığından iddiaçının həmin müqavilələrin etibarsızlığını mübahisə ləndirmək üçün subyektiv hüququ mövcud deyildir. Göründüyü kimi, mübahisəli mənzil qanuni qaydada Cəlal Bədəlova satılsa da, sonradan mərhum YYYRüstəmov tərəfindən tikinti işlərində istifadə etmək üçün Qəhrəman Vəliyevin vasitəçiliyi ilə iddiaçının həyat yoldaşından borc alınmış sementin pulunun verilməsi öhdəliyinin təminatı olaraq iddiaçının adına yazılmış, sementin pulu ödənildikdən sonra isə həmin müqavilənin əsli Qəhrəman Vəliyevin israrlı tələbi və vasitəsilə geri qaytarılmışdır. Həmin vaxt iddiaçı yaxud onun həyat yoldaşı görünür yaranmış vəziyyətdən sui-istifadə edərək gələcəkdə müqavilədə göstərilən mənzili tələb etmək üçün müqavilənin əslini qaytarmazdan əvvəl notariusda təsdiqlədərək özünə saxta əsas yaratmışdır. Təsadüfi deyildir ki, iddiaçı onun adına qanunsuz olaraq tərtib ol unmuş müqavilədən sonra uzun müddət mənzillə maraqlanmamış, uzun müddət keçdikdən sonra isə notarial qaydada təsdiqlədərək özündə saxladığı qanunsuz müqavilənin əsasında mənzili tələb etmək qərarına gəlmişdir. Göstərilənlərə və iş materiallarında olan sübutlara əsasən iddiaçının kassasiya şikayəti əsassız olduğundan həmin şikayətin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli. 2(103)-1523/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, Cavabdeh1, "xxxx" Tikinti MMC-nin səlahiyyətli nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X 17, X30 və X29 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X31 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 nümayəndəsi və vəkili Nümayəndə kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mü lki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüqu qlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsini n aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kassasiya şikayətində dəlillər daha çox işin hallarının sübut olunmaması, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olmuşdur. Halbuki Mülki Prossesual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində bu hallara istinad edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətini iddiaçı mülkiyyət hüququnun pozulması, mübahisəli mənzili ilk əvvəl onun əldə etməsi, onun müqaviləsi ilə eyni tarixdə bağlanmış müqavilənin saxta olması ilə əsaslandırmağa çalışsa da, onun kassasiya şikayətində göstərmiş olduğu xüsusatlar işə mahiyyəti üzrə baxılarkən dindirilmiş şahid ifadələri ilə təkzib edilmişdir. Əksinə, iddiaçının həmin mənzilə olan müqaviləsinin əslinin mövcud olmaması, həmin mənzilin heç vaxt iddiaçının sa hiblikvə istifadəsində olmadığı, mənzilin ona verilməməsi barədə ilk dəfə 2015-ci ildə polisə şikayət etməsi, şikayəti təmin edilmədikdən sonra keçən 4 il ərzində mənzilin tələb edilməsi ilə bağlı məhkmədə iddia qaldırmaması, hazırki iddiada mənzilin 2019-cu ilədək onun sahibliyində olması barədə qeyri-səmimi izahatı iddiaçının həmin mənzilin real alıcısı olmadığını göstərir. Həmçinin şahid ifadələri ilə mənzillə bağlı müqavilənin iddiaçının əri ilə MMC rəhbərinin tikinti materialları ilə bağlı həyata keçirdiyi alqı-satqının formal cəhətdən təminatı kimi bağlandığını, sonradan isə alqı-satqı üzrə öhdəliklərin qarşılıqlı olaraq tam icra edilməsi əsası ilə formal bağlanmış hazırda istinad edilən müqavilənin MMC-yə geri qaytarılması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaç ı mənzilin başqa şəxslərin istifadəsində olduğunu, onlara mənzilə dair müqavilələrin bağlandığını bildiyi halda, uzun müddət ərzində həmin mənzillə bağlı məhkəmədə hər hansı tələb irəli sürməmiş, bu müddət əzində həmin mənzilin sahibləri dəyişmiş və son olaraq 2018-ci ildə X10 istifadə və sahibliyinə keçmiş, onun tərəfindən mənzildə təmir işlərinə başlanmışdır. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəl mişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göstərilən maddi hüquq normasının tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilin ona təhvil verilməsi barədə tələbinin təmin edilməsi mümkün deyildir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının kasasiya şikayətində dəlil olaraq istinad etdiyi xüsusatlara qarşı məhkəməyə təqdim edilmiş etiraz ərizəsində göstərilən xüsusatlar da qarşılıqlı surətdə iş materialları əsasında yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi hallar tam əsassızdır. Həmin dəlillər əsasında apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, iddiaçının dəlilləri apelyasiya ko llegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X28 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1523/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-383/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-383/2022
17.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver