Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-383/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-383/2024 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, ödənilmiş əmək haqqının və həmin əmək haqqına hesablanmış 1 faizin ödənilməsi, son haqq-hesabın ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa, ödənilmiş əmək haqqının və həmin əmək haqqına hesablanmış 1 faizin ödənilməsi, son haqqhesabın ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(102)3820/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bir tərəfdən işəgötürən "xx xx" MMC-nin baş direktoru İneke Botter şəxsində və digər tərəfdən işçi İddiaçı arasında bağlanmış 04 iyun 2010-cu il tarixli 1140 №-li Əmək müqaviləsinə əsasən, işçi "xxxx" MMC-nin Texnoloji departamentində Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinə kommutasiya stansiyalarının idarə olunması və nəzarət üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi 1 il müddətinə qüvvədədir, əgər müqavilənin müddəti bitdikdən sonrakı 1 həftə ərzində tərəflər əmək münasibətlərini davam etdirərlərsə və tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, hazırki əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müə yyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 722,89 manat əmək haqqı (müvafiq vergilər daxil olmaqla) ödəyir.
2. Bir tərəfdən işəgötürən "xxxx" MMC-nin baş direktoru İneke Botter şəxsində və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 07 sentyabr 2010-cu il tarixli “04 iyun 2010-cu il tarixli 1140 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 1 №-li Protokola əsasən, müqavilənin 4.2.1-ci bəndinə yeni - işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 843,37 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) - redaksiyada dəyişiklik edilmişdir.
3. Bir tərəfdən işəgötürən "xxxx" MMC-nin baş direktoru İneke Botter şəxsində və digər tərəfdən işçi İddiaç ı tərəfindən imzalanmış 01 iyul 2011-ci il tarixli “04 iyun 2010-cu il tarixli 1140 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 2 №-li Protokola əsasən, müqavilənin 4.2.1-ci bəndinə yeni - işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.024,10 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) – redaksiyada dəyişiklik edilmişdir.
4. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı arasında bağlanmış 01 noyabr 2011-ci il tarixli 1140/1 №li Əmək müqaviləsinə əsasən, işçi "xxxx" MMC-nin Texnoloji departamentində Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinin Əsas əməliyyatlar yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi 1 il müddətinə qüvvədədir, əgər müqavilənin müddəti bitdikdən sonrakı 1 həftə ərzində tərəflər əmək münasibətlərini davam etdirərlərsə və tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, hazırki əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.024,10 manat əmək haqqı (müvafiq vergilər daxil olmaqla) ödəyir.
5. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 05 yanvar 2012-ci il tarixli “01 noyabr 2011-ci il tarixli 1140/1 №-li Əmək müqaviləsinə əlavə və dəyişi kliklərin edilməsi haqqında” 1 №-li Protokola əsasən, müqavilənin 4.2.1-ci bəndinə yeni işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.204,82 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) – redaksiyada dəyişiklik edilmişdir.
6. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 01 mart 2012-ci il tarixli “01 noyabr 2011-ci il tarixli 1140/1 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 2 №-li Protokola əsasən, müqavilənin 1.2-ci bəndinə yeni - bu protokol üzrə işçi "xxxx" MMC-nin Texnoloji departamentində Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinin Əsas əməliyyatlar yarımbölməsində kommutasiya stansiyasının əs as əməliyyatları üzrə mühəndis vəzifəsinə keçirilir. Hazırki Protokol 01 mart 2012-ci il tarixdən qüvvəyə minir - redaksiyada dəyişiklik edilmişdir.
7. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı arasında bağlanmış 18 fevral 2013-cü il tarixli 1140/2 №li Əmək müqaviləsinə əsasən, işçi "xxxx" MMC-nin Texnoloji departamentində Əsas şəbəkə şöbəsində Əsas şəbəkə bölməsinin Şəbəkənin əsas əməliyyatları yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə işə təyin edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi 1 il müddətinə qüvvədədir, əgər müqavilənin müddəti bitdikdən sonrakı 1 həftə ərzində tərəflər əmək münasibətlərini davam etdirərlərsə və tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, hazırki əmə k müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.325,30 manat əmək haqqı (müvafiq vergilər daxil olmaqla) ödəyir.
8. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 20 may 2013-cü il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 1 №-li Protokola əsasən, müqavilənin 4.2.1-ci bəndinə yeni işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.445,78 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) - redaksiyada dəyişiklik edil mişdir.
9. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 01 iyun 2013-cü il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 2 №-li Protokola əsasən, müqavilənin 4.2.1-ci bəndinə yeni işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.619,28 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) - redaksiyada dəyişiklik edilmişdir.
10. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 02 iyun 2014-cü il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 3 №-li Protokola əsasən, müqavilənin 4.2.1-ci bəndinə yeni işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.700,24 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) - redaksiyada dəyişiklik edilmişdir.
11. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 14 noyabr 2014-cü il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 4 №-li Protokola əsasən, müqavilənin 1.2-ci bəndinə yeni - bu protokol üzrə işçi işçi "xxxx" MMC-nin Texnoloji departamentin X2 şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə keçirilir. Hazırki Protokol 14 noyabr 2014-cü il tarixdən qüvvəyə minir - redaksiyada dəyişiklik edilmişdir.
12. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 01 sentyabr 2015-ci il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 5 №-li Protokola əsasən, müqavilənin 4.2.1-ci bəndinə yeni işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.768,25 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) - redaksiyada dəyişiklik edilmişdir.
13. Bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 01 sentyabr 2016-cı il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 6 №-li Protokola əsasən, müqavilənin 1.2-ci bəndinə yen i - bu protokol üzrə işçi Cavabdeh MMC-nin İKT departamentinin X2 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühədis vəzifəsinə keçirilir. Hazırki Protokol 01 sentyabr 2016-cı il tarixdən qüvvəyə minir – redaksiyada dəyişiklik edilmişdir. 14. 18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə 7 saylı dəyişikliyə əsasən, işəgötürən bu müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsi əvəzində işçiyə hər ay 1.778,96 manat ümumi əmək haqqı ödəyir.
15. İXP 293847 saylı AR DİN Baş Dövlət Yol Polis İdarəsinin “İnzibati Xəta haqqında iş üzrə Qərar”a əsasən, İddiaçı Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilimiş, 50 manat məbləğində cərimə olunmuşdur.
16. Cavabdeh MM C-nin 23 noyabr 2016-cı il tarixli Memorandumuna əsasən, İnsan Resursları Komitəsinin 23 noyabr 2016-cı il tarixində keçirilən iclasında verilən qərarlara əsasən, İnsan Resursları Komitəsi Direktorlar Şurasına sadalanan - şəbəkə texnologiyaları, informasiya texnologiyaları, hüquq, satınalma, dövlət və tənzimləyici işlər, SƏTƏM - funksiyaların kənardan təmini və bütün müvafiq işçilərin öz törəmə şirkəti olan "xxxx" MMC-yə köçürülməsi təsdiq və tövsiyə edilmişdir. 17. 21 dekabr 2016-cı il tarixli 859 №-li Əmrə əsasən, İKT departamentinin X2 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə (1 ştat/vəzifə) ehtiyac olmadığı üçün bu ştat/vəzifənin ləğv edilməsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ixtisar olunması əmr edilmişdir.
18. Nikolai Becke rs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən işçilərin ştatının ixtisar edilməsi ilə əlaqədar 21 dekabr 2016-cı il tarixli 859 №-li Əmr verilmişdir, həmin əmrə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə müvafiq olaraq İddiaçılə bağlanmış xx.xx.2010-cu il tarixli Əmək müqavilənin xx.xx.2017-ci il tarixindən etibarən ləğv edilməsi, 2 ay xəbərdarlıq müddətini gözləmədən Əmək müqaviləsinə xitam verilməsini istədiyi halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə 2 ay əmək haqqını 1 dəfəyə almaq hüququna malik olduğu bildirilmişdir.
19. Cavabdeh MMC-nin 09 fevral 2017-ci il tarixli HR/181 №-li əmrində qeyd olunm uşdur ki, "xxxx" MMC-nin Texnoloji departamentin X2 şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsində işləyən İddiaçı verilmiş xx.xx.2016-cı il tarixli 612 saylı töhmət əmri ləğv edilmişdir.
20. Cavabdeh MMC-nin 10 fevral 2017-ci il tarixli 186 №-li əmrində qeyd olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının müayinəsinə dair verilən sənədə əsasən, İddiaçı öhdəsində İ qrup əlil ailə üzvü olduğundan və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Maddə 79 (6) əsas tutaraq onun tutduğu vəzifənin/ştatın ixtisar olunması barədə verilmiş xx.xx.2016-cı il tarixli 859 nömrəli əmrin ləğv edilməsi və İddiaçı verilən rəsmi xəbərdarlıq etibarsız sayılmışdır.
21. Cavabdeh MMC-nin 08 iyun 2020-ci il tarixli 001-SR-20 №-li Əmrdə qeyd olunmuşdur ki, Cəmiyyətin Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis 1 ştat vahidinin ixtisar edilməsi, Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi, cəmiyyətin yeni strukturunun təsdiq edilməsi və 08 iyun 2020-ci il tarixindən qüvvəyə minməsi əmr edilmişdir. Əmr imzalandığı andan qüvvəyə minmişdir.
22. Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmiş “işçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər haqqında” 09 iyun 2020-ci il tarixə hesabatda qeyd olunmuşdur ki, sərbəstləşdiriləcək işçinin adı İddiaçı, ixtisaı, peşəsi Telekommunikasiya, tutduğu vəziə kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühə ndisdir.
23. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 09 iyun 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sonuncuya Texnoloji departamentin X2 şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsi üzrə ştat vahidi 12 avqust 2020-ci il tarixindən etibarən ixtisara salınacağı və bununla əlaqədar olaraq, onunla bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı əmək müqaviləsinə 12 avqust 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi, doqquz həftəlik xəbərdarlıq müddəti ərzində iş axtarmasına imkan yaradılması məqsədilə əmək haqqı saxlanılmaqla, hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edildiyi bildirilmişdir.
24. Cavabdeh MMC tər əfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş Xəstəlik vərəqəsinin təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixi email məktubda qeyd olunmuşdur ki, İddiaçı Xəstəlik vərəqəsinin surətini Cavabdeh MMCyə e-mail vasitəsilə göndərmişdir.
25. Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən dörd sentyabr tarixinədək xəstəliyinə görə işdən azad edilmiş, 05 sentyabr 2020ci il tarixdə işə başlamalıdır.
26. Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli “boş iş yerlərinin təklif olunmasına dair” emaildə qeyd olunmuşdur ki, İddiaçı boş iş yerləri haqqında məlumat ünvanlanmışdır.
27. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 06 iyul 2020-ci il tarixli “boş iş yerlər inin təklif olunmasına dair” məktubda qeyd olunmuşdur ki, sonuncuya hal-hazırda mövcud olan boş iş yerləri (4 vəzifə marketinq kommunikasiyaları üzrə rəhbər, Bakı üzrə pərakəndə satış və diller kanallarına dəstək üzrə bölmə rəhbəri, satış və xidmətlər üzrə mütəxəssis, pərakəndə satış üzrə mütəxəssis) haqqında məlumat təqdim edilmişdir.
28. İnternal Communications (Elektron ünvan 1) tərəfindən xx.xx.2020-ci il tarixdə mərhələli şəkildə ofisə qayıtma başlığı 04 may 2020-ci il tarixindən ilk həftələrdə sosial məsafənin saxlanılması üçün mərhələli qayıtma prosesinin həyata keçirilməsinin planlaşdırılması ilə bağlı e-mail ünvanlanmışdır.
29. İnternal Communications (Elektron ünvan 1) tərəfindən xx.xx.2020-ci il tarixdə mərhələli şəkildə ofisə qayıtma başlığı altında, 04 may 2020-ci il tarixdə b ütün ofislərdə iş rejiminin əvvəlki həftələrdə olduğu kimi davam etdiriləcəyi, həftənin müəyyən günlərində ofisdə, digər günlərində isə evdən çalışma formasının nəzərdə tutulduğu qeyd edilmişdir.
30. İnternal Communications (Elektron ünvan 1) tərəfindən xx.xx.2020-ci il tarixdə iş rejimi barədə mail ünvanlanmaqla, iyunun 21-dən iyulun 5-dək vətəndaşların hərəkətinə sms vasitəsilə icazə veriləcəyi, həmin müddət ərzində əməkdaşların evdən iş rejiminə davam edəcəyi bildirilmişdir.
31. İnternal Communications tərəfindən xx.xx.2020-ci il tarixdə mail ünvanlanaraq işə qayıtma tarixinin 01 oktyabr 2020-ci il olaraq təyin edildiyi bildirilmişdir.
32. İnternal Communications tərəfindən xx.xx.2020-ci il tarixdə mail ünvanlanaraq 2020-ci ilin oktyabr ayının 1-dən etibarən 50% əməkdaşın ofisdən çalışm a rejiminə qayıtmasının planlaşdırıldığı, bu mərhələdə müəyyən günlərdə ofisdə, digər günlərdə isə evdə çalışma şəklində olmasının mümkün olduğu qeyd edilmişdir.
33. İnternal Communications tərəfindən xx.xx.2020-ci il tarixdə mail ünvanlanaraq 19 oktyabr 2020-ci il tarixdən etibarən karantin rejimi sərtləşdirildiyindən, npvbəti qərar verilənədək təxminən 30% əməkdaşın ofisdən çalışma rejimində fəaliyyət göstərməsinin planlaşdırıldığı qeyd edilmişdir.
34. İnternal Communications tərəfindən xx.xx.2020-ci il tarixdə “evdən çalışma haqqında” başlığı ilə mail ünvanlanaraq rəhbərlik tərəfindən növbəti qərar verilənədək, əməkdaşların evdən çalışma rejimində fəaliyyət göstərməsinin planlaşdırıldığı qeyd edilmişdir.
35. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “TƏBİB ” X4 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin işçisi İddiaçı əmək qabiliyyətinin olmaması barədə təqdim etdiyi sənədlərin işçinin səhhətinin həqiqi vəziyyətini əks etdirmədiyi barədə əsaslı şübhələr yarandığı bildirilmiş, işçinin müvafiq xəstəlik vərəqələri əsasında işdən azad olunması faktının araşdırılması və nəticəsi barədə müraciət edənə məlumat verilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. 36. “TƏBİB” X5 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 05 yanvar 2021-ci il tarixli 3 №-li məktubda qeyd olunmuşdur ki, sonuncunun müraciətinə cavab olaraq, İddiaçı məxsus əmək qabiliyyətinin olmaması vərəqələrinin araşdırıldığı və həqiqiliyi təsdiqləndiyi bildirilmişdir.
37. Cavabdeh MMC tərəfindən “TƏBİB” X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli məkt ubda qeyd olunmuşdur ki, sonuncuya işçi İddiaçı son altı aydan artıq müddətdir ki, yəni 2020-ci ilin avqust ayından başlayaraq müvafiq tibb müəssisələri tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqələr əsasında uzun müddət işdən azad olunduğu bildirilmiş, yaranmış şübhələrin aradan qaldırılması məqsədilə işçinin növbəti müayinə üçün müraciəti olduqda, həmin tibbi müayinənin şirkətin nümayəndələrinin iştirakı ilə keçirilməsi tələb edilmişdir. 38. “TƏBİB” X5 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 11 mart 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, müraciətə əsasən, sonuncuya özəl şirkətin əməkdaşlarının tibb müəssisəsində keçirilən müayinədə iştirakı üçün heç bir əsasın olmaması, Dövlət tibb müəssisəsi tərəfindən verilmiş sənədi mübahisələndirilməsi üçün müvafiq məhkəməy ə müraciət edə biləcəyi bildirilmişdir.
39. Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir, işdə başlamalı olduğu tarix 18 iyul 2021-ci ildir.
40. Cavabdeh MMC-nin 17 iyul 2021-ci il tarixli B018-T-21 №-li əmrinə əsasən, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 iyul 2021-ci il tarixindən etibarən xitam verilməsi və Cavabdeh MMC-də tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, aidiyyəti idarə tərəfindən qeyd edilmiş işçi ilə son haqqhesab aparılması və istifadə edilməmiş əsas məzuniyyət günləri üçün 184 manat pul əvəzinin ödənilməsi, hazırki əmrin icrası ilə bağlı işlərin görülməsi nin aidiyyəti idarəyə həvalə edilməsi əmr edilmişdir.
41. Cavabdeh MMC-nin 16 avqust 2021-ci il tarixli B022-T-21 №-li əmrinə əsasən, İddiaçı işdən azad edilməsi barədə 17 iyul 2021-ci il tarixli B018-T-21 №-li əmrin 16 avqust 2021-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi əmr edilmişdir.
42. Cavabdeh MMC-nin 30 avqust 2021-ci il tarixli B041-T-21 №-li əmrinə əsasən, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı əmək müqaviləsinə 30 avqust 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi və Cavabdeh MMC-də tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, İddiaçı orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinətinin bir dəfəyə ödənilməsi, aidiyyəti idarə tərəfindən qe yd edilmiş işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir.
43. İddiaçı ******* saylı Əmək kitabçasının 10-cu bəndində qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2013-cü il tarixli Əmrə əsasən, Cavabdeh MMC-də Əsas şəbəkə şöbəsində Əsas şəbəkə bölməsinin Şəbəkənin əsas əməliyyatları yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə keçirilmişdir. 11-ci bəndində qeyd olunmuşdur ki, 17 iyul 2021-ci il tarixli B018-T-21 №-li əmrə əsasən, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 iyul 2021-ci il tarixindən etibarən xitam verilmişdir. 12-ci bəndindən görünür ki, xx.xx.2021-ci il tarixdə 11-ci bənd etibarsız hesab edilmişdir. 13-cü bəndindən görünür ki, 30 avqust 2021 -ci il tarixli B041-T-21 №-li əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. 44. “Xalq Bank” xx.xx.2021-ci il tarixli 78 №-li ödəniş tapşırığında qeyd olunmuşdur ki, Cavabdeh MMC tərəfindən son haqq hesab kimi 9.706,23 manat ödənilmişdir. 45. “Xalq Bank” xx.xx.2021-ci il tarixli 95 №-li ödəniş tapşırığında qeyd olunmuşdur ki, Cavabdeh MMC tərəfindən son haqq hesab kimi 3.507,85 manat ödənilmişdir.
46. Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək Cavabdeh MMC-də kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsində işləmişdir və əmək haqqı oktyabr 2020-ci il üzrə xəstəliyə görə 1.510,95 manat, faktiki ödənilmiş 1.510,95 manat, noyabr 2020-may 2021-ci il tarixi üzrə 0 manat, iyun 2021 tarixi üzrə faktiki iş günləri 14, aylıq əmək haqqı 1.245,27, xəstəlik 41,86, icbari sığorta 12,45, işsizlik sığorta haqqı 6,23, DSMF 110,53, iyul 2021 tarixi üzrə iş günləri 0, xəstəlik 251,15, faktiki ödənilmiş 9.706,23 manat, avqust 2021 tarixi üzrə faktiki iş günləri 16, aylıq əmək haqqı 1.293,79, məzuniyyət üzrə ödəniş və ya kompensasiya 3.481,94, işdən çıxma müavinəti 3.557,92, icbari tibbi sığorta 47,76, işsizlik sığorta haqqı 23,88, DSMF 449,57, faktiki ödəniliş 3.507,85 manat olmuşdur. 47. “Xalq Sığorta” tərəfindən İddiaçı ünvanlanmış 20 dekabr 2022-ci il tarixli 04-2810 №-li məktubda qeyd olunmuşdur ki, sonuncunun müraciətinə əsasən, onun sığorta məlumat bazasında Könüllü ti bbi sığorta müqavilələri üzrə Sığortalı qismində qeyd olunmadığı, sonuncu dəfə xx.xx.2018 - xx.xx.2019-cu il dövrü ərzində Cavabdeh MMC tərəfindən sığorta olunan qismində sığortalandığı bildirilmiş, maraqlandıran digər məlumatları Cavabdeh MMC-yə müraciət edərək əldə edə biləcəyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
48. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmrinin ləğv edilməsi; onun MMC-nin İKT departamentinin X2 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə əvvəlki vəzifəsinə bərpa edilməsini, cavabdeh MMC-dən 2020-ci ilin oktyabr ayı üçün ödənilməmiş 404,3 manat + əmək haqqının gecikdirilmiş 300 günə görə 1.212,9 manat faiz məbləği; noyabr ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 270 günə görə 4.803,2 manat faiz məbləği; dekabr ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 240 günə görə 4.269,5 manat faiz məbləği; 2021-ci ilin: yanvar ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 210 günə görə 3.735,8 manat faiz məbləği; fevral ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 180 günə görə 3.202,13 manat faiz məbləği; mart ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 150 günə görə 2.668,44 manat faiz məbləği; aprel ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 120 günə görə 2.134,8 manat faiz məblə ği; may ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 90 günə görə 1.601,06 manat faiz məbləği; iyun ayı üçün ödənilməmiş 355,8 manat + əmək haqqının gecikdirilmiş 84 günə görə 298,87 manat faiz məbləği olmaqla, ümumilikdə 37.139,35 manat pulun tutularaq ona ödənilməsi; MMC xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrlə onun əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan son haqq-hesabında hesablanaraq ona ödənilməsi; xx.xx.2021-ci ildən - xx.xx.2021-ci il tarixinə qədər olan məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi; MMC xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmrlə də onun əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan son haqq-hesabında hesablanaraq ona ödənilməsi; məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi; hüquqi yardıma görə ödənilmiş 200 manatın və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manatın da ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
49. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmrinin ləğv edilməsi, onun MMC-nin İKT departamentinin X2 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə əvvəlki vəzifəsinə bərpa edilməsi, iddiaçıya xx.xx.2020-ci il xx.xx.2021ci il dövrü üçün ödənilməli olan, lakin ödənilməmiş 11.858,98 manat əmək haqqı məbləğinin, Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, cavabdeh MMC-dən iddiaçıya xx.xx.2020-ci il xx.xx.2021-ci il dövrü üçün ödənilməyən aylıq əmək haqqlarının gecikdirilməsi səbəbindən hər gecikdirilmiş günə görə faiz məbləği olmaqla, ümumilikdə 25.289,78 manat tutularaq ona ödənilməsi, MMC xx.xx.2021-ci il tarixli B018-T21 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan 1.131 manat məbləğində son haqq-hesabın ona ödənilməsi, xx.xx.2021-ci ildən - xx.xx.2021-ci il tarixinə qədər olan məcburi işburaxma müddəti üçün 948,24 manat əmək haqqının ödənilməsi; MMC xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan 3.741,55 manat son haqqhesabın ona ödənilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 200 manatın və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manatın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
50. İddia ərizəsi onunla ə saslandırılmışdır ki, xx.xx.2010-cu il tarixindən uzun müddət
51. MMC-nin Texnoloji Departamentində müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi
52. MMC-nin İKT departamentinin Əsas Şəbəkə məliyyatları şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsi olmuşdur. “Nar Mobile” ilə Cavabdeh Şirkətlərinin təsisçiləri eyni şəxs olduqlarına görə 2016-cı il tarixində şirkətlərin texniki şöbələrinin birləşməsi barədə qərar qəbul edilmiş, həmin şöbələr birləşərək "xxxx" MMC-də yaradılmışdır. Sonra MMC ona və onun işlədiyi şöbədə ixtisara düşən işçilərə "xxxx" MMC-yə işə qəbul edilmə barədə ərizə yazmağı bildirmiş, şirkətə gedərək orada işə qəbul edilmə barədə ərizə yazmışdır. Cavabdeh şirkətində isə işdən azad olunma barədə ərizəsini yazmaq istədikdə, ona “hələ yazma dayan” demişlər. Bu da o deməkdir ki, onların məqsədi onu ümumiyyətlə "xxxx" MMC-yə işə qəbul etmək deyil, sadəcə olaraq vaxt qazanıb, onu ümumiyyətlə işdən çıxartmaq idi. Sonra iş prosesinin daha səmərəli aparılması və iş həcminin azaldılması səbəbindən 2 ay əvvəlcədən xəbərdar edilməklə ixtisara salma barədə xx.xx.2016-cı il tarixli, 859 nömrəli əmr təqdim edilmiş, həmin əmrlə MMC-nin işçilərinin ştatının ixtisar edilməsi ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə müvafiq olaraq, bağlanmış xx.xx.2010-cu il tarixli Əmək Müqaviləsinə etibarən MMC tərəfindən ləğv ediləcəyi barədə xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş təqdim edilmiş, həmin tarixdə də işi ilə bağlı şirkət tərəfindən Komissiya yaradılmış, iclasda da qərar qəbul edilmişd ir ki, özü "xxxx" MMC-yə keçmir, ona ixtisar əmri verilib, ehtiyata buraxsınlar, yəni məsuliyyətlərini "xxxx" MMC-yə təhvil verməyi üçün ona iki həftə vaxt verməyi təklif edirlər. İş təhvil verildikdən sonra ehtiyata çıxmış və bütün girişləri bağlanmışdır. Bu məlumatlardan iddia ərizəsinə əlavə etdiyi e-mail danışıqlarına əsasən xəbəri olub, MMC-də işləyən zaman, xx.xx.2016cı il tarixində şirkətə məxsus avtomobili idarə edərkən avtomobilin təkəri partlamış, nəticədə yandakı avtomobilə toxunaraq inzibati xəta və sığorta hadisəsi baş vermişdir. Hadisə ondan asılı olmayan səbəblərdən baş vermiş, lakin sentyabr ayında həmin hadisənin üzərindən 3 ay müddət keçdikdən sonra, şirkətin İnsan Resursları üzrə mütəxəssisi inzibati xəta hadisəsi ilə bağlı töhmət aldığını bildirmiş, həmin əmrə də imza a tmağını təklif etmişlər. Ancaq onun ümumiyyətlə həmin töhmət almağı barədə əmrdən xəbəri olmamışdır. Töhmət əmri verilirdisə, qabaqcadan bununla bağlı yazılı və ya şifahi qaydada xəbərdar edilməli, sonra əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək töhmət verilməli idi. Şirkət isə 3 ay müddətdən sonra töhmət verib. Hallbuki, həmin töhmət 1 ay keçənədək verilməli idi. Cavabdehin məqsədi onu işdən çıxartmaq idi, sonra MMC-yə xx.xx.2016-cı il tarixli, 293847 nömrəli inzibati xəta haqqında qərarı təqdim etmiş, bildirmişdir ki, sığorta tərəfindən də müəyyən edilib ki, həmin hadisə də heç bir günahı olmayıb. Sonra onlar tərəfindən xx.xx.2017-ci il tarixli, MR/181 nömrəli əmrə əsasən verilmiş xx.xx.2016-cı il tarixli, 612 nömrəli töhmət əmri ləğv edilmişdir. Daha s onra, heç bir əsas olmadan əvvəlcədən xəbərdar edilməklə, xx.xx.2017-ci il tarixindən işdən çıxardılacağı üçün bununla bağlı araşdırma aparmışdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən öhdəsində İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərdir Şirkətə ƏƏSMN-nin TSEK tərəfindən verilən müayinə sənədini təqdim etmiş, bildirmişdir ki, himayəsində İ dərəcə əlilliyi olan atası var. Nəticədə şirkət tərəfindən xx.xx.2017-ci il tarixli, 186 nömrəli əmrə əsasən, ona verilmiş xx.xx.2016-cı il tarixli, 859 nömrəli əmr ləğv edilmiş və rəsmi xəbərdarlıq etibarsız sayılmışdır. Yenidən işə bərpa olunduqda rəhbərlik ona ehtiyatda olduğunu və atasının İ dərəcəli əlil olması ilə bağlı işə gəlməməyini, atası ilə məşğul olmağını, hansı tarixdə işə çıxmağı ilə bağlı məlumatın tərəflərindən deyiləcəyini də bildirmişlər. Onların onu işə çağıracağı günü gözləmiş, bəzən onlarla əlaqə saxlamiş, işə getmiş, lakin bu barədə heç bir məlumat deyilməmişdir. Hətta ona yenə şirkət tərəfindən xx.xx.2017-ci il tarixində e-mail vasitəsilə "xxxx" MMC-yə işə qəbul edilmə ilə bağlı sənədlərini hazırlayıb, email ünvanlarına göndərməyi bildirilmişdir. Bununla bağlı sənədlərini hazırlayıb, e-mail ünvanlarına göndərsə də yenə də şirkət tərəfindən, "xxxx" MMC-yə transfer olunmamış, şöbədə hamı keçib, tək özü qalmış, 5 il havada qalmış, access loginini bağlayıb, “evdə otur” demişlər. Sonra e-mail ünvanına xx.xx.2018-ci il tarixində şirkət tərəfindən məlumat göndərilərək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər olan işə davam iyyətinin tərəflərindən araşdırıldığı, 16 aprel, 17 aprel, 18 aprel və xx.xx.2018-ci il tarixlərində, bu dövr ərzində iş yerinə gəldiyi, işə gəlməməyinin səbəbi ilə bağlı izahatını və uyğun sənədlərini xx.xx.2018-ci il tarixi günün sonuna qədər onlara təqdim etməyini bildirdilər. O, da qarşılığında bildirmişdir ki, rəhbərliyin göstərişinə əsasən ehtiyatdadır, yenə xx.xx.2018-ci il tarixində şirkət tərəfindən e-mail göndərilmış, əmək müqaviləsinə müvafiq olaraq 01,06.2018-ci il tarixindən etibarən iş qrafikinə uyğun olaraq iş başında olmağı xahiş olunmuşdur, xx.xx.2018-ci il tarixində e-mailə cavab olaraq barəsində rəhbərlik tərəfindən öncə verilmiş ehtiyata buraxılmağı barədə göstərişin artıq etibarsız olduğunu təsdiq edilməsini onlardan xahiş etmişdir. Həmin tarixdə onlar tərəfindən yenə rəhbərliyin qərarına əsasən, işə çıxmağının tələb olunduğu bildirildi. Tərəflərindən həmin tarixdə ona ehtiyat göstərişini təsdiq edən e-mail və ya yazılı sənədi ondan təqdim etməyi xahiş etmişlər. Onlara sözü gedən göstərişin rəsmiyyəti artıq “İnsan Resursları” şöbəsində mövcud olduğunu və sorğularını ora ünvanlamağı xahiş etmişdir. Daha sonra, onların göstərişinə əsasən, 2018-ci ilin iyun ayından MMC-nin ixtisar olunmuş şöbəsində işə çıxmağa başlamışdır. Həmin şöbədə, ancaq özü qaldığı üçün hüquqi olaraq şöbə sənəddə olsa da fiziki olaraq həmin şöbə yoxdur, artıq həmin şöbə "xxxx" şirkətindədir. MMC-nin ixtisar olunmuş şöbəsində işləyən işçilər "xxxx" MMC-yə transfer olunmuşdur. Özü isə MMC-nin ixtisar olunmuş şöbəsində qalmışdır. İşə gedib-gəlsə də heç bir əmək fəaliyyəti ilə məşğul olm amış, onu hər hansı işə cəlb etməmişlər və işdən kənar saxlamışlar. Ona görə də onlardan tələb etmişdir ki, əmək fəaliyyəti ilə məşğul olmalıdır, qarşılığında ona “hələ ki fəaliyyətin işə gedib-gəlməkdən ibarət olsun” demişlər. Şirkət əmək fəaliyyəti ilə məşğul olmağı barədə əmək müqaviləsini pozmuş, əmək şəraiti yaratmamışdır, heç bir əmək funksiyalarını həyata keçirə bilməmişdir. Bütün access-lərini, login Bakcell” MMC tərəfindən “əmək fəaliyyətinin dəyişdirilməsi” ilə bağlı məktub göndərilmişdir. Həmin məktubda təklif edilmişdir ki, Şirkətin Direktorlar Şurasının xx.xx.2017-ci il tarixli 01/BD/02.2017 nömrəli qərarına əsasən, şirkətdə aparılan struktur dəyişikliklər nəticəsində bir sıra, o cümlədən İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi "xxxx" MMC-yə transfer olunmasına əs asən, həmin idarənin işçiləri ilə bağlanmış əmək müqavilələrinə sonuncuların ərizələrinə əsasən xitam verilmiş və tutduqları vəzifələr ştat cədvəlindən çıxarılmaqla ixtisar edilmişdir. Onun isə şirkətdə tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən təxirə salınmışdır. Ona görə də ona, hazırda "xxxx" MMC-nin Texnologiyalar idarəsi tərəfindən Şirkətin ləğv edilmiş İnformasiya və Kommunikasiya Texnologiyalarının bütün funksiyalarını, o cümlədən tutduğu vəzifə üzrə əmək funksiyaları icra edildiyi bildirilmişdir. Bu səbəbdən Şirkətdə əməyinin təşkilində dəyişikliklər edilməsi məqsədilə məktub ünvanlanmış, lakin qeyd edilən təkliflər ilə razı olmamışdır. Çünki özü Texnologiyalar şöbəsinin işçisidir, şirkət isə ona satış şöbəsi ndə işləməyi təklif edir. Aylıq 1.778,96 manat əmək haqqı alır, onlar isə ona aylıq əmək haqqı 500 və 650 manat təklif edirlər. Şirkət yuxarıda qeyd olunan təklifdə həmin şöbənin işçilərinin ixtisara düşdüyünü və əmək müqavilələrinə xitam verildiyini qeyd etmişdir. Lakin həmin işçilərin yenidən "xxxx" MMC-də yaradılmış həmin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinə işə qəbul edilməsini qeyd etməmişdir, sonra işə gedib-gəlsə də, əmək funksiyalarımı həyata keçirə bilmədiyi ilə bağlı araşdırma aparmağa başlamışdır. İnsan Resursları departamentinin yeni rəisi ilə danışmış, bildirmişlər ki, problem NEQSOL Holdingin təhlükəsizlik şöbəsilədir, nə əlaqə olduğu ilə bağlı onlarda məlumat bilmirlər. Təhlükəsizlikdən onlara rəy gəldikdə məsələ həll olunacaqdır. NEQSOL Holdingin təhlükəsi zlik şöbəsinə getmiş, şöbənin rəisi ilə görüşmüş, o bildirmişdir ki, NEQSOL Holdingin təhlükəsizlik şöbəsi ilə bağlı heç bir problemi yoxdur, təhlükəsizlik şöbəsinin rəisi 2019-cu ilin oktyabr ayında bu məsələ ilə bağlı şirkətin nümayəndələri ilə görüşmüş, ondan sonra, 2019-cu ilin dekabr ayında şirkətin nümayəndələrilə, İnsan Resursları üzrə mütəxəsislə, başqa şöbələrin nümayəndələrilə, hətta "xxxx" MMC-nin rəis müavini Dövlət Dövlətov ilə də görüşmüşdür. Dövlət Dövlətov demişdir ki, məsələ həll olunub, Şirkətin direktoruna hər bir məsələ deyilmişdir, “işə bərpa edilir.” Çalışdığı "xxxx" MMC-yə transfer olunmuş şöbədə vakansiya var idi, proses uzanmış, ona biraz səbrli ol demişlər. Lakin sonra artıq MMC-dən "xxxx" MMC-yə transfer edilən şöbədə olan vakansiyaya artıq kimisə təyin etdikləri ni bilmişdir. 2020-ci ilin mart ayının ortalarına qədər, yəni xəstəliklə əlaqədar karantin olana qədər, işə gedib-gəlmiş, ancaq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən karantin olduqdan sonra həmin qərara əsasən hamısı evdə olmuş, sonra onlar atasının rəhmətə getdiyini bildikdən sonra ona xx.xx.2020-ci il tarixində ştat vahidlərinin ixtisarına dair bildiriş göndərmişlər və əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən xitam veriləcəyi bildirilmişdir. Ancaq bildirişdə heç bir əmr olmamış, ona verilmiş bildirişin hansı əmrə əsasən verildiyi və hansı əmrə əsasən işdən azad edəcəkləri və hətta həmin məktubun məzmunun da belə əmrin imzalandığı qeyd olunmamışdır. Əmrlə ümumiyyətlə tanış olmamışdır. Həmin xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişindən sonra xx.xx.2020-ci il t arixinəcən işə gedib-gəlmişdir. Sonra ondan asılı olmayan səbəblərdən xx.xx.2020-ci il tarixindən “əmək qabiliyyətini itirməyilə” bağlı xx.xx.2020-ci il tarixinə qədər bülletenə çıxmışdır. Həmin müddətlərdə bülletendə olmuş, bu müddətlərdə şirkət karantin ilə əlaqədar olaraq tərəflərindən iş rejimi ilə bağlı hər kəsin e-mail ünvanlarına məlumat göndərirdi. Göndərilmiş məlumatlarda əməkdaşların evdən iş rejimindən normal iş şəraitinə qayıtma tarixinin xx.xx.2020-ci il olaraq təyin edildiyini və həmin tarixdən 50% əməkdaşın ofisdən çalışma rejiminə qayıtması planlaşdırılırdı. xx.xx.2020-ci il tarixindən isə ofisdə çalışma rejimi 30% oldu. xx.xx.2020-ci il tarixində yenidən evdən çalışma barədə rəhbərlik tərəfindən məlumat verilmiş, işə qayıtma prosesi olduqda isə rəhbərlik tərəfindən bildiri ləcəyi qeyd edilmiş və hansı işçilərin işə çıxması nəzərdə tutulduqda rəhbərliyin özü tərəfindən şəxsin özünə məlumat veriləcəyi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixinə qədər bülletenə çıxmağı ilə bağlı "xxxx" barədə vərəqəni MMC-yə təqdim etmişdir. Hər kəs evdən çalışma iş rejiminə keçdiyi üçün, o, da evdə çalışma iş rejiminə keçmişdir. Ancaq evdən çalışma iş rejiminə keçsə belə əmək fəaliyyəti ilə məşğul olmağına imkan yaratmamışlar. Sonra artıq rəhbərlik birbaşa ona xx.xx.2021-ci il tarixindən etibarən işə çıxmağı ilə bağlı rəsmi olaraq e-mail göndərmişdir. Həmin tarixdən xx.xx.2021-ci il tarixinə qədər işə çıxmağa başlamış, sonra xx.xx.2021-ci il tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan və həmin gündə şənbə gününə təsadüf etdiyindən, bazar ertəsi yəni xx.x x.2021-ci il tarixidə NK-nin qərarına əsasən qeyri-iş günü olduğundan, xx.xx.2021-ci il tarixində şirkətə bildirmişdir ki, yenidən “əmək qabiliyyətini itirməyilə” bağlı bülletenə çıxası olmuş və işə qayıtdıqda bu barədə vərəqəni təqdim edəcək. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli, B018-T-21 nömrəli əmrlə xx.xx.2013-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixindən etibarən xitam verərək şirkətdə tutduğu vəzifədən onu azad etmişdir. Əmr onunla əsaslandırılmışdır ki, güya vəzifələrini kobud şəkildə pozmuş, yəni heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işə gəlməmişdir. xx.xx.2021-ci il tarixindən isə əmri verildiyi günə qədər heç bir üzürlü səbəb olmadan işə çıxmadığı üçün əmək vəz ifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Həmin əmr MMC-nin xx.xx.2021-ci il tarixli B022-T-21 №-li əmri ilə qüvvədən düşmüş hesab edilmişdir. Halbuki yuxarıda qeyd etdiyi hallardan da görünür ki, xx.xx.2020-ci il tarixindən sonra isə çıxmağı onların e-mail məlumatlarında qeyd etdikləri kimi rəhbərliyin birbaşa göstərişinə əsasən olacaqdır və rəhbərliyin göstərişinə əsasən xx.xx.2021-ci il tarixində işə çıxmağa başlamış, sonrasında isə rəhbərlik xx.xx.2021-ci il tarixindən etibarən işə çıxmamağı ilə bağlı heç bir məlumat vermədiyini qeyd etmiş, ancaq şirkətə yenidən “əmək fəaliyyətini itirməyilə” bağlı bülletenə çıxdığını və müalicə qurtardıqdan sonra buna dair vərəqəni də təqdim edəcəyini bildirmiş və həmin xx.xx.2021ci il tarixli vərəqə xx.xx.2021-ci il tarixdə MMC tər əfindən təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmr də əmək məcəlləsinin qanunvericiliyinə əsasən də ziddir, həmin əmrdə xx.xx.2020-ci il tarixindən etibarən ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyinə dair xəbərdarlıq etdiklərini qeyd etmişlər. Həmin xəbərdarlıq məktubu da xx.xx.2020-ci il tarixlidir və məktubda da hansı əmrə əsasən işdən azad olunacağı da qeyd olunmur və elə bir əmrlə də tanış olmamışdır. Amma hal-hazırda şirkətin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsaslanaraq, onu xx.xx.2020-ci il tarixindən etibarən işdən azad etməsinə əsas gətirməsi və əmək müqaviləsinə xitam verilməsi onlar tərəfindən qanunvericiliyin pozulması deməkdir. Çünki xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmrdə qeyd edildiyi kimi xx.xx.2020-ci il ta rixindən xx.xx.2020-ci il tarixinədək əmək qabiliyyətini itirməyilə bağlı bülletenə çıxdığı üçün əmək müqaviləsinə xitam verilməyib. Ancaq sonra həmin əmək qabiliyyətini itirməyilə bağlı vərəqəni təqdim etdikdən sonra işdən azad edəcəkdilərsə, həmin tarixdə 2020-ci ilin oktyabr ayında işə qayıdan zaman əmək müqaviləsinə xitam verməli idilər. Ancaq xitam verməyərək, xx.xx.2021-ci il tarixindən rəhbərliyin qərarına əsasən, işə çıxmağını bildirmişdirlər. Bu da o deməkdir ki, həmin xəbərdarlıq məktubu artıq öz etibarlılığını itirmişdir. Həmin xəbərdarlıq məktubu 2020-ci ilin oktyabr ayında tətbiq edilməli olduğu halda edilməmiş və xəbərdarlıq məktubunun üzərindən də artıq uzun müddət keçməsinə baxmayaraq, həmin xəbərdarlıq məktubunu etibarlı göstərərək ona əsaslanmaları qeyri-qanunidir. xx.xx. 2021ci il tarixdə yenidən işə bərpa olunduqdan sonra şirkət tərəfindən yenidən işdən azad ediləcəkdisə şirkət onu işdən azad etməmişdən əvvəl azı doqquz təqvim həftəsi müddətlərində tərtib etdikləri əmrə əsasən işdən azad edəcəkləri barədə əmri və rəsmi xəbərdarlıq məktubunu təqdim etməli idilər və həmin müddəti gözlədikdən sonra işəgötürən işçini işdən azad edə bilərdi. MMC onu azı doqquz təqvim həftəsi müddətlərdə xəbərdarlıq etməmişdir. Buna görə də əvvəlki vəzifəsinə bərpa edilməlidir. Bundan başqa xx.xx.2020-xx.xx.2021ci il tarixə qədər ona əmək haqqı ödənilməmişdir. Onun tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə işəgötürənə müraciət edilərək, sənədlərin işdən azad olma barədə əmrin, son-haqq hesabın və digər ödəmələrə dair təfsilatlı arayış və izahatın hazırlanıb təqdim edilməsin i xahiş etsə də, ona qeyd etdiyi heç bir sənəd təqdim olunmamışdır. Nəticədə qeyd olunan dövrdə ona əmək haqqı ödəməyərək, ona maddi ziyan vurmuşdur. Son haqq-hesab il ərzində verilən əmək haqqını uyğun olaraq hesablanır. Əmək haqqını düzgün hesablamadıqlarından, son haqq-hesab məbləği də düzgün olmamışdır. Həmçinin əmək haqqı verilmədiyi, gecikdirildiyi üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bundan başqa ona istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir, şirkət həmin məbləği düzgün hesablamamış, onun kart hesabına 184 gün əsas məzuniyyət günləri üçün 9.706,23 manat ödənilmişdir. Şirkətə onun haqq hesabının düzgün aparılmadığını bildirsə də, müraciətinə cavab verməmişlər. Şirkət məzuniyyət günlərini ayrı-ayrı illər üçün hesablamaq yerinə, ümumilikdə 184 gün hesabladığından və həmin məbləğ Vergi Məcəlləsinin tələblərinə əsasən 8.000 manatdan çox olduğundan, məzuniyyət pulundan vergi tutulmuşdur. Halbuki belə hesablanmamalı, şirkət geriyə qalan son haqq-hesabı ona ödəməlidir. Bununla yanaşı şirkət xx.xx.2021-xx.xx.2021-ci il tarixinə qədər olan məcburi işburaxma müddəti üçün əmək haqqını, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma görə ödədiyi 200 manatı və mediasiyaya görə çəkdiyi 50 manat xərci də ona ödəməlidir.
53. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tamamilə qanuni olmuşdur. Qanunvericiliyin bütün tələblərinə əməl edilmiş, iddiaçının işlədiyi ştat vahidinin ix tisar olunması ilə bağlı rəhbərliyin xx.xx.2020-ci il tarixli, 001-S-20 nömrəli əmri mövcuddur. Əmrə görə müəssisədə həqiqətən də korporativ struktur dəyişikliyi ilə əlaqədar Kommutasiya stansiyası əsas əməliyyatları üzrə baş mühəndis ştat vahidinin ixtisarı baş vermişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, 001-S20 nömrəli əmrlə Cavabdehin yeni korporativ strukturu da təsdiq edilmiş, cavabdeh xx.xx.2020-ci il tarixində iddiaçıya xəbərdarlıq bildirişi göndərməklə bu tələbə də əməl etmişdir. Xəbərdarlıq bildirişi göndərilməsi ilə yanaşı, xx.xx.2020-ci il tarixində iddiaçıya bildiriş göndərilərək Cavabdeh Şirkətində həmin tarixdə mövcud olan boş iş yerləri haqqında məlumat təqdim edilmiş və həmin iş yerləri iddiaçıya təklif olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının işdən çıxarılması ilə əlaqədar olaraq 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinə xx.xx.2020-ci il tarixli hesabat təqdim edilmiş, iddiaçıya müvafiq şəraitin yaradılacağı barədə məlumat verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində xitamın sənədləşdirilməsi barədə fərqli bir qayda nəzərdə tutulmamış, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi Cavabdeh Şirkətinin xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmr qanunvericilikdə tələb olunan bütün məlumatlar göstərilməklə tərtib olunmuşdur. Odur ki, əmr məzmun baxımından qanunvericiliyin bütün tələblərinə cavab verir. İddiaçıya təqdim olunmuş xx.xx.2021-ci il tarixli son haqq-hesaba dair arayışdan da göründüyü kimi, cavabdeh iddiaçıya son haqq-hesab qismində ümumilikdə 13.214,08 AZN məb ləğində vəsait, o cümlədən 3.557,92 AZN məbləğində işdənçıxarma müavinəti ödəmişdir. İddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmrin surəti, əmək kitabçası və son haqq-hesab iddiaçıya təhvil verilmiş, əmək kitabçasının və əmrin üzərindəki qeydlər, həmçinin son haqq-hesab barədə arayış onların iddiaçıya təhvil verilməsi faktını təsdiqləyir. İddiaçının əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslı olmuşdur. İddiaçının bildirdiyinə görə onun işdən azad edilməsi ilə bağlı xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilmiş, həmin məktubda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən xitam veriləcəyi qeyd olunmuşdur. Lakin faktiki olaraq əmək müqaviləsinə həmin tarixdə deyil, xx.xx.2 021-ci il tarixdə xitam verilmişdir. Odur ki, iddiaçının mövqeyinə görə, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu artıq üzərindən uzun müddət keçdiyi üçün guya öz etibarlılığını itirmişdir. Qanunvericilik işəgötürən tərəfindən işçiyə xəbərdarlıq məktubunun göndərilməsindən sonra əmək müqaviləsinə xitam verilməsi üçün minimum müddəti müəyyən edir, xəbərdarlıq məktubundan sonra əmək müqaviləsinə xitam verilməsi üçün maksimum müddət ilə bağlı isə qanunvericilikdə heç bir tələb yoxdur, sözügedən norma işçinin hüquqlarının müdafiəsinə yönəlib və ixtisar zamanı işçi üçün minimum əmək müddəti təminatını müəyyən edir. Daha uzun müddət gözlənildikdən sonra işçi ilə əmək müqaviləsi ləğv olunursa, işçinin bununla əlaqədar hər hansı hüququ pozulmur, digər tərəfdən ixtisar əsası ilə işçinin əmək mü qaviləsini ləğv etmək hüququnun müvafiq xəbərdarlıq müddətində istifadə edilməməsi, qanunvericiliyin tələbinə görə heç bir halda işəgötürənin bu hüququnun itirilməsinə səbəb olmur, yəni cavabdeh xəbərdarlıq müddəti bitdikdən sonra da, iddiaçının əmək müqaviləsini ləğv etməkdə haqlı olmuşdur, əmək müqaviləsinə vaxtında xitam verilməsi üçün cavabdeh bütün ağlabatan tədbirləri görmüşdür, cavabdeh əmək müqaviləsinin xəbərdarlıq bildirişində göstərilən xx.xx.2021-ci il tarixində ləğv olunması üçün bütün lazımi tədbirləri görmüşdür. Lakin cavabdehdən asılı olmayan səbəblərdən bu baş tutmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə həmin müddət ərzində xitam vermək mümkün olmamışdır. Bundan sonr a xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək isə iddiaçı işə çıxmamışdır. Cavabdeh iddiaçının özünün şifahi şəkildə və e-mail vasitəsilə bildirdiyi məlumatlara əsasən və əvvəllər də dəfələrlə bu hal baş verdiyi üçün onun əmək qabiliyyətini itirməsi ilə bağlı yeni bir xəstəlik vərəqəsi təqdim edəcəyinə inanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində e-mail vasitəsilə xəstəlik vərəqəsini cavabdehə təqdim edərkən müalicəsinin hələ də davam etdiyini bildirmişdir. 2020-ci ilin oktyabr ayı üçün olan xəstəlik vərəqəsini isə rəsmi qaydada cavabdehin özünə deyil, mühafizəçiyə vermişdir və xəstəlik vərəqəsi cavabdehə mühafizəçi tərəfindən təqdim olunmuşdur. Bu müddət ərzində iddiaçıya dəfələrlə telefonla zəng vurulmuş, həmçinin qeydiyyatda olduğu və yaşadığı ünvana iki dəfə kuryer vas itəsilə məktub göndərilmişdir. “Azari” Express poçt-daşıma kuryer xidmətinin xx.xx.2021-ci il tarixli, 305957 nömrəli qaiməsinin üzərindəki qeydlər isə təsdiq edir ki, kuryer həmin tarixdə iddiaçının yaşadığı ünvanda olmuşdur. Lakin iddiaçı özü evdə olmadığı və ailə üzvlərinə sənədi imzalamağa icazə vermədiyi üçün zərf qəbul edilməmişdir. Kuryer xidmətinin xx.xx.2021-ci il tarixli, 310375 nömrəli qaiməsi və xx.xx.2021-ci il tarixdə tərtib olunmuş akt isə iddiaçının ünvanına zərfin aparıldığını, lakin qapı bağlı olduğundan zərfin qəbul edilmədiyini, iddiaçının isə telefon zənginə cavab vermədiyini təsdiqləyir. 2021-ci ilin fevral ayında cavabdehin İnsan Resursları departamentinin əməkdaşı Samir Əliyevlə iddiaçının arasında telefon danışığı olmuş, bu danışıq zamanı iddiaçı şifahi olaraq “yax ında bülletendən qayıdacağını və bütün məsələlərə aydınlıq gətirəcəyini” bildirmişdir. X6 şahid ifadəsi ilə təsdiqlənə bilər. Hətta xəstəlik vərəqələrinin həqiqi olub-olmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində TƏBİB-ə, xx.xx.2020-ci il tarixində isə Səhiyyə Nazirliyinə məktub ünvanlamışdır. Cavabdeh bütün üsul və vasitələrdən istifadə edərək, iddiaçının işə çıxmamasının səbəbini maraqlanmaq üçün tədbirlər görmüş və iddiaçını məlumatlandırmış, iddiaçı isə həmin müraciətə heç bir münasibət bildirməyərək işə gəlməməsinin səbəbini əsaslandırılmış şəkildə açıqlamamış, işə üzürlü səbəblərdən çıxmamaya dair hüquqlarından sui-istifadə etmişdir. Halbuki, işə çıxmamaya üzrlü səbəb olan hadisə barədə işçi işəgötürəni xəbərdarlıq etməli idi. Çünki işə çıxm amaya səbəb olan hadisə barədə işçi məlumatlı olur. Həmin məlumatı işəgötürənə verməməklə və ya gizlətməklə işçi işəgötürənə qarşı vicdansız və bununla da ədalətsiz davranmış olur, beləliklə işçi hüququndan sui-istifadə etmiş olur. İddiaçı işə çıxmamasının səbəbini uzun müddət işəgötürənə bildirməməklə və işəgötürənin onunla rəsmi şəkildə maraqlanmasına münasibət bildirməməklə dürüst və vicdanlı davranmamış, hüquqlarından sui-istifadə etmiş, cavabdehin əmək müqaviləsini ləğv etmək hüququna hörmət bəsləməmiş, cavabdehin hüquqlarının həyata keçirilməsinə maneə törətmişdir, yuxarıda qeyd olunan səbəblərdən əmək müqaviləsinin ləğv edilməsi prosesi ləngimiş və mümkün olan ən tez müddətdə müqavilə ləğv edilmişdir. İddiaçı həmçinin bildirmişdir ki, xəbərdarlıq məktubuna əmr əlavə olunmamış, məktu bun məzmununda onun hansı əmrə əsasən verildiyi, iddiaçının hansı əmrə əsasən işdən azad olunması və belə əmrin imzalandığı barədə qeyd olunmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, xəbərdarlıq məktubuna əmrin əlavə olunması və ya xəbərdarlıq məktubunda onun hansı əmrə əsasən verildiyinin yaxud imzalandığının qeyd olunması tələb olunmur. İddiaçının işdən azad edilməsi əmri isə xəbərdarlıq məktubu göndərilərkən deyil, işçinin əmək müqaviləsi ləğv edilərkən tərtib edilir və sonuncu iş günü işçiyə verilir. İddiaçı həmçinin qeyd etmişdir ki, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində öz rəhbərliyindən işçilərin evdən işləməsi ilə bağlı göstərişi əks etdirən e-mail almış və xx.xx.2021-ci il tarixinədək işə çıxmaması bununla bağlı olmuşdur. İddiaçının bu dəlili tamamilə yanlışdır. Belə ki, iddiaçının rəhbərliyi tərəfindən onun evdən işləməsi ilə bağlı hər hansı göstəriş verilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli e-maillər iddiaçının nə birbaşa, nə də dolayı rəhbəri tərəfindən verilməmişdir. Lakin həmin e-maillər ümumiyyətlə Cavabdeh Şirkəti tərəfindən deyil, "xxxx" MMC-nin iddiaçıya heç bir aidiyyəti olmayan əməkdaşı tərəfindən göndərilmişdir. Eyni zamanda həmin e-maillərin məzmunundan görünür ki, müvafiq e-maillər şəxsən ona ünvanlanmamışdır. Qeyd olunan e-maillər "xxxx" MMC və Cavabdeh Şirkəti arasında avtomatik kommunikasiya vasitəsidir və iddiaçının e-mail ünvanı ora avtomatik daxil edilmişdir. E-maillər vasitəsilə göndərilən məktublar yalnız ümumi məlumat xarakterlidir və heç bir halda rəsmi göst əriş kimi qəbul oluna bilməz. Ələxsus belə e-mail işçinin birbaşa rəhbəri tərəfindən göndərilməmişdirsə, belə olan vəziyyətdə iddiaçı ən azından həmin e-maillərin ona həqiqətən aid olubolmamasını öz rəhbərliyindən dəqiqləşdirməli idi. Lakin belə dəqiqləşdirmələr olmamışdır. Çünki iddiaçı əslində başa düşürdü ki, onun vəzifəsi ixtisar olunduğundan həmin emaillərin ona heç bir aidiyyəti yoxdur. xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli e-maillər iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə alındığından həmin e-maillərin ona heç bir aidiyyəti olmamışdır. Sözügedən e-maillər iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə göndərilmişdir. İddiaçı bilir ki, o bülletendə olarkən ona işlə əlaqədar rəsmi göstərişlər verilə bilməz və onun e-mailinə gələn hər hansı ümumi xa rakterli məlumatların ona aidiyyəti yoxdur. Buna baxmayaraq, yenə də həmin göstərişlərin ona aid olubolmaması ilə heç bir dəqiqləşdirmələr aparmamışdır. Onun vəzifəsi ixtisar olunduğundan həmin e-maillərin ona heç bir aidiyyəti yoxdur. İddiaçı qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ona əmək haqqı ödənilməmiş və buna görə ona həmin müddət üzrə əmək haqqı və gecikdirilmiş günlərə görə faiz ödənməlidir. Hazırki iş üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsiri olmamışdır. Cavabdeh iddiaçının yenidən xəstəlik vərəqəsi təqdim edəcəyini güman edərək, ona həmin müddətlər üçün əmək haqqı ödəməmişdir. Əmək haqqının ödənməməsində cavabdehin təqsiri olmadığından ödənilməmiş əmək haqqı və gecikdi rilmiş günlərə görə faizin ödənilməsi tələbi də təmin edilməməlidir. xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi xx.xx.2020xx.xx.2021-ci il tarixədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsirini təsdiq etmir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi xx.xx.2020-xx.xx.2021-ci il tarixədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsirini təsdiq etmir və eyni zamanda xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması halını inkar etmir və işçinin üzrsüz səbəbdən işə gəlməməsi barədə əsaslandırmanı təkzib etmir. Cavabd eh tərəfindən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi xx.xx.2020 xx.xx.2021-ci il tarixədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsirini təsdiq etmir. xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsinin digər əsası sırf prosedur pozuntusudur. Əmr ona görə ləğv edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya verilən “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” növündə intizam tənbehi işəgötürən tərəfindən pozuntunun aşkar edildiyi tarixdən (xx.xx.2020-ci il) 1 ay keçənədək deyil, daha gec müddətdə verilmiş, işəgötürən kimi cavabdeh intizam tənbehini vermə müddətini ötürmüşdür. Məhz bu səbəbdən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmr xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmrlə qüvvədən düşmüş hesab edil mişdir. Bununla yanaşı, xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmrdən göründüyü kimi, həmin əmr xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrdə təsbit edilmiş əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasını qanunsuz hesab etməmiş, sadəcə prosedur pozuntusu ilə əlaqədar olaraq əmr qüvvədən düşmüş hesab edilmişdir. Qeyd edilən səbəblərdən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmr xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmrlə qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı həm son haqq-hesabın ödənməsini, həm də məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini eyni anda tələb edə bilməz. Sözügedən tələblər bir-biri ilə ziddiyyət təşkil edir. Son haqq-hesab yalnız əmək müqaviləsi qanuni və əsaslı ləğv edilərkən ödənilir. Məcburi iş buraxma müddəti üçün əmək haqqı isə işçi qanunsuz işdən çıxarılması ilə əlaqədar yenidən işə bərpa edilərkən məhkəmə tərəfindən təyin edilir. xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmr cavabdeh tərəfindən ləğv olunduğu üçün son haqq-hesabın işçiyə verilməsi üçün heç bir əsas qalmamışdır. Son haqq-hesabın hesablanması ilə əlaqədar işçi işdən çıxarkən sonuncu iş günü ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və digər bütün ödənişlər tam şəkildə ödənilməlidir. Əmək qanunvericiliyinin hər hansı normasında bu ödənişlərin ayrı-ayrı illər üzrə ödənilməsi barədə tələb nəzərdə tutulmamışdır. İddiaçı həmçinin əvvəlki vəzifəsinə bərpa edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbini irəli sürülmüşdür. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmr qanuni və əsaslı olduğundan iddiaçı işə bərpa edilməməli və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi də təmin edilməməlidir. Həmçinin iddiaçının işlədiyi ştat vahidi və şöbə ixtisarla əlaqədar artıq mövcud olmadığı üçün onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi faktiki cəhətdən də mümkün deyil. İddiaçı vicdansızcasına davranaraq öz hüquqlarından sui-istifadə etmiş, onlardan cavabdehə ziyan vurmaq məqsədi ilə istifadə etmişdir. İddiaçı bununla bağlı cavabdehə heç bir müraciət etməmişdir. Çünki xx.xx.2020-xx.xx.2021-ci il tarixləri ərzində özü işdən azad edilməkdən yayınmaq məqsədilə işə çıxmamış, xəstəlik vərəqəsini belə işə çıxdığı gün özü təqdim etməli olduğu halda, başqa şəxs vasitəsilə təqdim etmişdir. İddiaçı hal-ha zırda ona əmək haqqı ödənməməsini bildirsə də, həmin müddət ərzində əmək haqqı ödənmədiyini bilə-bilə, bununla bağlı heç vaxt cavabdehə tələb ünvanlamamışdır. Onun tərəfindən əmək haqqının tələb edildiyi dövr ərzində faktiki olaraq heç bir əmək funksiyası icra edilməmişdir. İddiaçı işə gəlmək vəzifəsi ola-ola, bu vəzifəni icra etməyərək kobud şəkildə pozmuşdur. 54. “X1” MMC tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli rəydə qeyd olunmuşdur ki, Cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənilməli olan əmək haqqının məbləği 11.858,98 manat təşkil edir. Cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənilməyən aylar üzrə əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1 faiz ödən işin məbləği ümumilikdə 25.252,46 manat məbləğində təşkil edir. Cavabdeh MMC xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilərkən ona ödənilməli olan son haqq-hesabın cəmi (9.689,24 (184 gün məzuniyyət) + 1.116,09 (14 gün ə/h) =10.805,33 manat təşkil edir. Cavabdeh MMC xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilərkən ona ödənilməli olan son haqq-hesab məbləği 7.237,73 manat təşkil edir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə qədər olan məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı 936,87 manat məbləğində təşkil edir.
55. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 2(011)-24/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriya r Əliyev) iddia rədd edilmişdir.
56. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materialları və cavabdeh MMC-nin izahı ilə, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilərkən xx.xx.2020-ci il tarixli məktubla lazımi qaydada xəbərdarlıq edildiyi, onun iş axtarmasına imkan yaradılması məqsədilə əmək haqqı saxlanılmaqla, doqquz həftə ərzində hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edildiyi, cavabdeh MMC tərəfindən müvafiq iş ştatlarının ləğv edilməsi və yeni ştat cədvəlinə uyğun olaraq 4 vəzifə üzrə (marketinq kommunikasiyaları üzrə rəhbər, Bakı üzrə pərakəndə satış və diller kanallarına dəstək üzrə bölmə rəhbəri, satış və xidmətlər üzrə mütəxəssis, pərakəndə satış üzrə mütəxəssis) iş təklif edilməsi öz təsdi qini tapır. Belə olan halda məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi ştat vahidinin ləğv edilməsindən sonra iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur.
57. Məhkəmə qeyd etmişdir ki, iddiaçının “uzun müddət keçdiyindən xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun artıq öz etibarlılığını itirməsi” barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliklə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, on ildən çox əmək stajı olan işçinin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməli olması nəzərdə tutulmuş, işəgötürən qanunvericiliyin bu tələbinə əməl etmiş, iş çinin azı 9 həftə əvvəldən xəbərdar etmiş, qanunvericiliklə xəbərdarlıqdan bu müddət keçdikdən sonra əmək müqaviləsinə həmin gün (9 həftə müddətinin bitdiyi gün) və ya qanunla nəzərdə tutulan üzrlü səbəb halları istisna olmaqla digər müddət (1 ay, 1 il və s.) ərzində xitam verilməli olmasına dair imperativ norma nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh qeyd edilən xəbərdarlığı etibarlı hesab etməklə əmək müqaviləsinə xitam verməkdə qanun pozuntusuna yol verməmişdir.
58. Bundan əlavə məhkəmə, iddiaçının “işə götürənin ona qarşı qərəzli olması səbəbindən işdən azad edilməsi” barədə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək göstərmişdir ki, həmin dəlilləri əsassız hesab etmişdir. Belə ki, əvvəla, iddiaçı işəgötürən cavabdeh MMC-nin ona qarşı qərəzli old uğundan onu işdən azad etdiyini bildirsə də, qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən qanunvericiliyə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir ki, bu hüquqla da işəgötürənin qanunvericiliyin tələblərini gözləməklə ştat vahidinin ixtisar olunması əsası ilə işçinin əmək müqaviləsinə xitam verməsi işəgötürənin işçiyə qarşı qərəzli olması kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının bu barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən n əzərə alına bilməz.
59. Həmçinin, işçinin “xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək rəhbərliyin göstərişinə əsasən işə çıxmaması və bu müddət ərzində əmək haqqının ödənilməməsi” barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, işçi qeyd olunan tarixlərdə işə çıxmamasının əsası kimi “rəhbərliyin göndərdiyi e-mailləri” göstərsə də, iş materiallarından iddiaçının qeyd edilən müddətdə işə çıxmamasının işəgötürən MMC-nin göstərişi əsasında olması müəyyən olunmur. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, işəgötürən olan cavabdeh MMC olmasına baxmayaraq, işçi onun törəmə şirkəti olan "xxxx" MMC-nin göstərişlərini (e-maillər) rəhbər tutmaqla, qeyd edilən dövrdə işə çıxmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, işçi xx.xx.2020-ci il tarixindən xx.xx.202 1-ci il tarixinədək işəgötürən MMC-nin hər hansı bir göstərişi, habelə üzrlü səbəb olmadan işə çıxmadığından, həmin dövr üzrə ona əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsindən asılı edilmiş əmək haqqının, habelə buna uyğun son haqq-hesabın hesablanması məsələsi də işəgötürənin mülahizəsindən asılıdır (tərəflər arasında bağlanmış müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür) və bu müddət ərzində onun tərəfindən işçiyə əmək haqqının ödənilməməsi qanunvericiliyə və tərəflər arasında bağlanmış əmək müqaviləsinə zidd hesab oluna bilməz.
60. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.2, 16.1-ci maddələrinə, Azə rbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsininə, 45-ci maddəsinin 5-ci hissəsinə, 68-ci maddəsinin birinci hissəsinə, 70-ci maddəsinin "xxxx" bəndinə, 71, 77, 79.1, 83-cü maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinin 1-ci hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 158-ci maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115, 119.1, 124.2-ci maddə lərinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
61. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
62. İddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış və obyektiv araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını səhv tətbiq etmiş, nəticə etibarilə birbirinə tam zidd olan absurd nəticəyə gəlmişdir ki, bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin xx.xx.2020 -ci il tarixli ştat vahidlərinin ixtisarına dair xəbərdarlıq məktubu iddiaçıya rəsmi qaydada ümumiyyətlə cavabdeh MMC tərəfindən göndərilməmiş, həmin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu iddiaçıya "xxxx" MMC-nin (İnsan Resursları departamentinin əməkdaşı) işçisi Samir Amirov tərəfindən (Elektron ünvan 2) elektron poçt vasitəsilə göndərilmiş və həmin xəbərdarlıq məktubunda iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən xitam veriləcəyi bildirilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi iddiaçının üzrsüz səbəbdən işə çıxmamasını əsaslandırmaq üçün cavabdeh MMC-yə aidiyyəti olmayan "xxxx" MMC-nin işçilərinin göstərişlərini rəhbər tutduğunu göstərsə də, digər tərəfdən həmin "xxxx" MMC-nin işçisi tərəfindən iddiaçıya elektron poçt vasitəsi ilə göndərilən xəbə rdarlıq məktubuna əsaslanaraq cavabdeh MMC tərəfindən həyata keçirilmiş ixtisarın guya qanuna uyğun aparıldığını əsaslandırmağa çalışmışdır. Həmin məktubda ümumiyyətlə heç bir əmrə əsaslanma mövcud deyil. İddiaçıya e-mail vasitəsilə göndərilmiş xəbərdarlıq məktubunun hansı əmrə əsasən verildiyi və iddiaçını hansı əmrə əsasən işdən azad edəcəkləri və hətta həmin xəbərdarlıq məktubunun məzmununda da belə əmrin imzalandığı qeyd olunmurdu. İddiaçı ştatının ixtisar edilməsi ilə bağlı qeyd edilən əmrlə ümumiyyətlə tanış edilməmiş və həmin xx.xx.2020-ci il tarixli 001-SR-20 nömrəli əmr cavabdeh tərəfindən yalnız məhkəmə baxışında təqdim edilmişdir ki, bu hal da qanunvericiliyin tələblərinə əsasən ziddir. Cavabdeh MMC iddiaçının ştatının ixtisar edilməsinin zəruriliyini əsaslandıran xx.xx.2020-ci il tarixli 001-SR-20 nömrəli əmrinin iddiaçıya rəsmi qaydada təqdim edilməsi və ya sonuncunu həmin əmrlə tanış edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı lazımi qaydada xəbərdar edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş və iddiaçının xəbərdar olunması ilə bağlı səhv qənaətə gəlmişdir. birinci instansiya məhkəməsi iddiaçının üzrsüz səbəbdən (ofisdən işləmə şəraitində) işə çıxmadığı qənaətə gəlsə də, iddiaçının pandemiya dövründə işə fiziki olaraq çıxmağı üçün cavabdeh icazənin alınması üçün “icazə.e-gov.az” saytına (portalına) müraciət etməməsini nəzərə almamışdır. birinci instansiya məhkəməsinin iddiaçıya guya boş vakansiyaların göndərilməsi və sonunc unun həmin vakansiyalardan imtina edilməsi ilə bağlı mövqeyi də əsassızdır. Çünki boş iş yerlərinin təklif olunmasına dair bildiriş iddiaçıya cavabdeh MMC tərəfindən deyil, "xxxx" MMC-nin (İnsan Resursları departamentinin əməkdaşı) işçisi Samir Amirov tərəfindən e-mail vasitəsilə məlumat xarakterli olaraq göndərilmişdir. Birinci instansiya məhkəməsi “işçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək rəhbərliyin göstərişinə əsasən işə çıxmaması və bu müddət ərzində əmək haqqının ödənilməməsi” barədə dəlilləri nəzərə almadığı kimi xx.xx.2020-ci il tarixli ştat vahidlərinin ixtisarına dair xəbərdarlıq məktubu və boş iş yerlərinin təklif olunmasına dair xx.xx.2020-ci il tarixli bildiriş də məhkəmə tərəfindən nəzərə alınmamalı idi. Belə ki, həmin xx.xx.2020-ci il tarixli ştat vah idlərinin ixtisarında dair xəbərdarlıq məktubu və boş iş yerlərinin təklif olunmasına dair xx.xx.2020-ci il tarixli bildiriş iddiaçıya rəsmi şəkildə poçt vasitəsilə cavabdeh MMC tərəfindən göndərilməmiş, həmin xəbərdarlıq məktubu və boş iş yerlərinin təklif olunmasına dair bildiriş iddiaçıya "xxxx" MMC-nin işçisi Samir Amirov tərəfindən email vasitəsilə göndərilməklə bildirilmişdir.
63. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-3820/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Qeyd apellyas iya instansiya məhkəməsi qətnamənin qət etdi hissəsində Yasamal Rayon Məhkəməsi qeyd edib!)
64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Bu əsaslardan biri həmin maddənin "xxxx" bəndində göstərilmiş işçilərinin sayının və ya ştatların ixtisar edilməsi əsasıdır. Normanın tələbindən göründüyü kimi, işçilərin sayı və ya ştatların ixtisar edilməsinin işəgötürənin müstəsna hüququ kimi müəyyən edilmişdir.
65. İş materiallarında olan elektron poçt yazışmalarına (cil İ; iş.v. 47-57) əsasən müəyyən edilir ki, Kadrlar İdarəsi iddiaçıdan uzun müddət işə çıxmadığı barədə izahat istəyir, lakin iddiaçı buna dair hər hansı sübut təqdim edə bilmir. Belə ki, iddiaçının bu tələbə dair yeganə arqumenti rəhbərliyin ona işə çıxmasını şifahi şəkildə qadağan etməsi kimi qeyd edilmişdir. Lakin iş materiallarında buna dair hər hansı sübut təqdim edildiyi müəyyən edilmir.
66. İddiaçının çalışdığı MMC-nin rəhbərliyinin ona qarşı qərəzli mövqedə olmasını qeyd etməsinə, bununla bağlı müxtəlif dəlillər gətirməsinə baxmayaraq, iddiaçının bu dəlilləri iş materialları sübuta yetmir.
67. İddiaçının xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan müddət ərzində cəmi 5 gün ortalama hər gün üçün 1 saat işdə olmasına, başqa günlərdə işə gəlməməsinə, gəlmədiyini rəhbərliyin göstərişi ilə olduğunu sübut edə bilməməsinə baxmayaraq, cavabdeh onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” b əndinin pozulması əsası ilə əmək müqaviləsinə xitam verə biləcəyi halda, bunu etməmişdir. İddiaçı ona qarşı qərəzli mövqeni eyni zamanda ona qarşı töhmətin verilməsi ilə ələqələndirmişdir. İddiaçının mövqeyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsində onun günahı olmamış, lakin ona əsassız olaraq töhmət verilmişdir.
68. Məhkəmə bu arqumentlə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan İXP 293847 saylı “İnzibati Xəta haqqında qərardan” görünür ki, iddiaçı 50 manat məbləğində cərimə olunmuşdur. Cərimənin əsası kimi İnzibati Xətalar Məcəlləsinin 342.5ci maddəsi qeyd edilmişdir. Həmin maddədə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının sözügedən hadisədə təqsirinin olması sübuta yetir. Digər tərəfdən iddiaçıya hadisədən üç ay keçdikdən sonra töhmət verilməsi hissəsində Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmış və qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən hadisədən bir ay keçdikdən sonra iddiaçıya töhmət verilə bilməzdi. Lakin Məhkəmə iddiaçıya töhmət verilməsini qərəzli hesab etməyib. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ona verilmiş töhmətdən narazı qalmasını cavabdeh MMC-nin rəhbərliyinə bildikdən sonra cavabdeh MMC öz qərarı ilə iddiaçıya verilmiş töhmət barəsində əmri ləğv etmişdir. Bu da bir daha sübut edir ki, töhmət v erilməsində qərəz olmamışdır.
69. İddiaçıya ünvanlanmış CEO 23070 saylı xx.xx.2019-cu il tarixli məktubdan göründüyü kimi, cavabdeh MMC iddiaçıya 2 ayrı-ayrı vəzifə təklif etmişdir. Lakin iddiaçı onların heç biri ilə razılaşmamışdır. Beləliklə, iddiaçının çalışdığı ştat vahidi ləğv edildiyi üçün onun işə çıxması mümkün olmamışdır. Lakin iddiaçı cavabdehin çıxılmaz vəziyyətdə olmasıdan sui-istifadə edərək nə işə çıxmış, nə də ki ona təklif edilmiş vəzifələrə keçmək istəmişdir. Bununla yanaşı həmin dövr üçün əmək haqqı tələb etmişdir. Halbuki iddiaçının özü belə etiraf edir ki, həmin dövr üçün onun əmək fəaliyyəti olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı yaranmış vəziyyətdən, yəni ştatın faktiki olaraq ləğv edilməsi və işəgötürənin onunla əmək müqaviləsinə xitam vermək imkanının qanunla məhdudlaşdırılmasından sui-istifadə halına yol vermişdir.
70. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 2018-ci ilin iyun ayından faktiki olaraq işə başlamışdır. Belə olan halda tərəflər arasında mübahisə olmuş olsa belə, iddiaçının faktiki işə başlaması tərəflər arasında bütün mübahisələrin həll edildiyini təstiq edir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, “cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 001-SR-20 saylı əmrinin 5-ci bəndində əmrin aidiyyəti şəxslərin nəzərinə çatdırılması və əmrdən irəli gələn işlərin görülməsini İnsan resursları İdarəsinə tapşırması mümkün deyildi. Çünki həmin vaxt artıq İnsan resursları İdarəsinin fəaliyyəti "xxxx" MMC-yə köçürülmüşdür. Lakin iddiaçı cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi Memorandum un qoşma hissəsində ştat cədvəlində ixtisardan əvvəlki xx.xx.2019-cu il tarixli və sonrakı xx.xx.2020-ci il tarixli korporativ strukturunda insan resursları göstərilmədiyinə əsaslanır və qeyd edir ki, cavabdeh MMC-nin insan resurslarının fəaliyyətinin birbaşa "xxxx" MMC-yə həvalə edilməsini pozuntu kimi qəbul etmişdir.” Həmin dəlilə münasibətdə qeyd olunub ki, hüquqi şəxsin daxili ştat cədvəli və hər hansı xidmətlərin digər (kənar) hüquqi və ya fiziki şəxslər tərəfindən ona göstərilməsi mümkündür, burada hər hansı pozuntu yoxdur. Bundan əlavə cavabdehin əmrində əmrin aidiyyəti şəxslərin nəzərinə çatdırılması və əmrdən irəli gələn işlərin görülməsini insan resursları idarəsinə tapşırması və həmin zaman insan resursları idarəsinin onun srtukturuna daxil olub-olmaması heç bir əhəmiyyət kəsb e tmir. Çünki əmək qanunvericiliyi bu növ əmrlərin kim tərəfindən icra edilməsi ilə bağlı imperativ qayda müəyyən etməmişdir. Eyni zamanda əmək qanunvericiliyində insan resursları idarəsinin (şöbəsinin, departamentinin) hüquqi şəxsin tərkibində olub-olmamasının imperativliyi təsbit edilməmişdir. Hər bir hüquqi şəxs öz tələbatlarından çıxış edərək müəyyən struktur, idarə, şöbə, departament yaradıb-yaratmamaq hüququna malikdir. Digər tərəfdən iddiaçı qeyd edib ki, sözügedən əmrdə ona xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılacağı barədə məlumatı olmamışdır.
71. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 77-ci Maddəsinin 2-ci bəndində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları qeyd edilmişdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Sözügedən maddə işçinin hüquqlarını təmin edir, daha dəqiq bu qanunla müəyyən edilmiş bir hüquqdur və işəgötürənin razılığını tələb etmir. Eyni zamanda normanın tələbində həftənin hansı günü işçinin işdən azad edilməsi qeyd edilməmişdir. Çünki bu işçinin subyektiv hüququdur və seçimi işçi etməlidir, işçi həftə ərzində özünə uyğun olan bir gün seçməli və işəgötürənə müraciət edərək həmin günü onu işdən azad etməsini xahiş etməlidir. İşəgötürən işçiyə qanunla müəyyən edilmiş imkanı yaratmasa idi o zaman məsuliyyət onun üzərinə düşərdi. Lakin işin hallarından göründüyü kimi, işçi bu tələblə bağlı işəgötürənə müraciət etməmişdir.
72. Məh kəmə kollegiyası həmçinin qeyd etməyi zərur hesab etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsi vətəndaşların vəzifələrinin əsasını qeyd edərək vurğulayır ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Odur ki, iddiaçının özünün qanunla müəyyən edilmiş hüququndan istifadə etməməsi cavabdeh üçün məsuliyyət yarada bilməz.
73. İddiaçıya ünvanlanmış və yuxarıda qeyd edilən məktubdan göründüyü kimi, MMC iddiaçıya 2 ayrı-ayrı vəzifə təklif etmiş, lakin iddiaçı onların heç biri ilə razılaşmamışdır. İddiaçının apellyasiya şikayətində qeyd edilir ki, iddiaçıya təklif cavabdeh MMC tərəfindən yox "xxxx" MMC tərəfindən göndərilmişdir. Bu dəlilə dair Məhkəmənin mövqeyi yuxarıda qeyd edilmişdir. Hüquqi şəxs istənilən hüquqi və fiziki şəxslə xidmətlərin göstərilməsinə dair müqavi lə bağlaya bilər. Bunlar eyni zamanda cavabdeh MMC-nin "xxxx" MMC ilə olan münasibətlərinə şamil olunur. Digər tərəfdən iddiaçının iş təklifinin real olub-olmamasına dair cavabdehə sorğulaması və cavabdehin ona bunun sadəcə konkursa qatılmaq üçün bir məlumat olduğunu söyləməsi iş materiallarında öz əksini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya iki vəzifəyə dair iş təklifi göndərilmiş lakin iddiaçı onlardan imtina etmişdir.
74. Bundan başqa iddiaçı qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli B018-T-21 saylı əmr ona cavabdeh MMC tərəfindən yox "xxxx" MMC tərəfindən göndərilmişdir. Beləliklə iddiaçı bildiriş aldığını etiraf edir, sadəcə onun başqa hüquqi şəxs tərəfindən göndərilməsinin əsassız olduğunu vurğulayır. Eyniliklə Məhkəmə əvvəlki mövqeyinə əsasl anaraq qeyd edir ki, hər bir hüquqi şəxs müəyyən işlərin (xidmətlərin) görülməsi üçün öz mülahizəsinə uyğun olaraq istənilən hüquqi və fiziki şəxslə müqavilə bağlamaq hüququna malikdir. Bu hissəyə dair Məhkəmə tərəfindən araşdırma aparılmış və məhkəmə baxışı zamanı cavabdeh MMC-nin nümayəndəsi "xxxx" MMC ilə cavabdeh MMC arasında insan resursları sahəsində xidmət göstərilməsinə dair razılaşmanın olduğunun təstiqləmişdir.
75. İddiaçının dəlillərindən biri də ondan ibarətdir ki, cavabdeh MMC tərəfində iddiaçının işə çıxması barədə xx.xx.2021 tarixli 310375 qaimə və xx.xx.2021-ci il tarixli akt olmuşdur. İddiaçı həmin sübutlara dair etirazını onunla əsaslandırır ki, iddiaçının ünvanına kuryer gəlməmiş və belə bir məktub gətirməmişdir. Lakin iddiaçı qeyd edilənlərə dair məhkəməyə mötəbər süb ut təqdim etməmişdir. İş materiallarında olan (cild İ; iş v. 35) iddiaçının “Əmək müqaviləsinin” 12-ci bəndində “Tərəflərin Rekvizitləri” hissəsində iddiaçının ünvanı ünvan 1 edilmişdir. İş materiallarında olan qəbzlərdən və aktdan (cil İ; iş v. 225228) görünür ki, iddiaçıya ünvanlanmış məktublar həmin ünvan üzrə göndərilmişdir.
76. Məhkəmə kollegiyası göstərmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları göstərilmişdir. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq mü əyyən edilmiş müddətlərdə rəsmi xəbərdar edilməlidir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının əmək müqaviləsinin 12-ci bəndində “Tərəflərin Rekvizitləri” hissəsində olan ünvanına cavabdeh tərəfindən rəsmi xəbərdarlığın (bildirişin) göndərilməsini əsaslı hesab etmişdir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsi rəsmi xəbərdarlığın göndərilməsi vəzifəsini işəgötürənin üzərinə qoymuşdur, onun çatdırılıb-çatdırılmasını, işçi tərəfindən alınıb-alınmamasına görə işəgötürən cavabdehlik daşıya bilməz, çünki bu işçinin subyektiv hüququdur, birinə məxsus subyektiv hüquq digəri üçün məsuliyyətə səbəb ola bilməz.
77. Bundan başqa məhkəmə kollegiyası, işçinin “xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək rəhbərliyin göstərişinə əsasən işə çıxmaması və bu müddət ərzində əmək haqqının ödənil məməsi” barədə dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, işçi qeyd olunan tarixlərdə işə çıxmamasının əsası kimi “rəhbərliyin göndərdiyi e-mailləri” göstərsə də, iş materiallarından iddiaçının qeyd edilən müddətdə işə çıxmamasının işəgötürən olan cavbadeh MMC-nin göstərişi əsasında olması müəyyən olunmur.
78. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, işəgötürən olan cvabadeh MMC olmasına baxmayaraq, iddiaçı tərəfindən "xxxx" MMC-nin onun törəmə şirkəti olmasını qeyd edir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən "xxxx" MMC müstəqil hüquqi şəxsdir və cavabdeh MMC-nin törəmə şirkəti deyil. Belə olan halda iddiaçının "xxxx" MMC-nin göstərişlərini (e-maillər) rəhbər tutmaqla, qeyd edilən dövrdə işə çıxmamasının heç bir hüquqi əsas olmamışdır.
79. Məhkəmə kollegiya sı həmçinin hesab etmişdib ki, işçi xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işəgötürən olan cavabdeh MMC-nin hər hansı bir göstərişi, habelə üzrlü səbəb olmadan işə çıxmadığından, həmin dövr üzrə ona əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsindən asılı edilmiş əmək haqqının, habelə buna uyğun son haqq-hesabın hesablanması məsələsi də işəgötürənin mülahizəsindən asılıdır (tərəflər arasında bağlanmış müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür) və bu müddət ərzində onun tərəfindən işçiyə əmək haqqının ödənilməməsi qanunvericiliyə və tərəflər arasında bağlanmış əmək müqaviləsinə zidd hesab oluna bilməz.
80. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdib ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi ştat vahidinin ləğv edilməsindən sonra iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. İddiaçının ona edilmiş xəbərdarlığın etibarsız olması və ona qarşı işəgötürən tərəfindən qərəzə yol verilməsini sübuta yetirə bilməmişdir. Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir.
81. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə, Mülki Məcəllənin 15.2, 16.1-ci maddələrinə, Əmək Məcəlləsinin 2-ci maddənin 3-cü hissəsinə, 11-ci maddə 1-ci hissəsinin; “ə” bəndinə, 45-ci maddəsinin 5 -ci hissəsinə, 68-ci maddəni 1-ci hissəsinə, 70-ci maddənin "xxxx" bəndinə, 71, 77, 77, 79.1-ci maddəsinin 2-ci bəndinə, 83-cü maddənin 2-ci hissəsinə, 84-cü maddənin 1-ci hissəsinə, 154-cü maddənin 1-ci hissəsinə, 158-ci maddənin 3-cü hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
82. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
83. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçını işə bərpa etdikdən sonra qanuni və məntiqli addım o olardi ki, cavabdeh tərəfindən xx.xx.2021-ci ildə i ddiaçıya qanun pozuntuları ilə hesablanıb ödənilən (Vergi xidmətindən məktub, Ekspertiza rəyi) 1-ci son haqq-hesab geriyə götürülərdi. Lakin, cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək (44 gün ərzində) bu 1-ci son haq hesabın geriyə qaytarılması haqqında iddiaçının qarşısında heç bir tələb irəli sürmür. Çünki cavabdeh bilirdi ki, o yenə də qərəzli şəkildə nəyin bahasına olursa-olsun iddiaçını işdən çıxardacaq və bu səbəbdən 1-ci son haqq hesabı iddiaçıdan geri istəməyib.
84. Bundan əlavə məhkəmə qətnamənin 45-ci bəndində qeyd etmişdir ki, iddiaçıya ünvanlanmış və yuxarıda qeyd edilən məktubdan göründüyü kimi, MMC iddiaçıya 2 ayrıayrı vəzifə təklif etmişdir, lakin iddiaçı onların heç biri ilə razılaşmamışdır. Yenə də qeyd edilməlidir ki, Cavabdeh MMC CEO 23070 saylı x x.xx.2019-cu il tarixli məktuba əsasən iddiaçı Texnologiyalar şöbəsinin işçisi olduğu halda cavabdeh MMC tərəfindən iddiaçıya satış şöbəsində (müvafiq vergilər daxil olmaqla) 650 manat aylıq əmək haqqı ilə işləməyi təklif edilmişdir. Eyni zamanda aylıq 500 manat əmək haqqı ilə işləməyidə təklif edilmişdir. Bir sözlə iddiaçının aylıq aldığı 1.778,96 manat əmək haqqından 3 dəfə az əmək haqqı ilə iş təklf edilmiş və həmin iş onun heç bir əmək funksiyalarına aid olmayan iş təklifidir. Belə ki, İddiaçı sonuncu vəzifəsi Cavabdeh MMC-nin İKT departamentinin X2 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsi olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 57-ci maddəsinin 4-cü hissəsindən görünür ki, əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilm ədiyinə görə ona peşəixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Göründüyü kimi Əmək Məcəlləsinin 56-cı maddənin 1-ci və 57-ci maddəsinin 4-cü hissəsi imperativ norma ilə qeyd edir ki, əmək funksiyasının dəyişməsi ilə bağlı işəgötürən işçini öz ixtisasına (peşəsinə) uyğun işlə təmin etməlidir. Ona ixtisasına və peşəsinə, ixtisas dərəcəsinə uyğun olan başqa iş verildikdə işçinin həmin işdən imtina etməsi əsassızdır. İşçi yalnız o halda təklif edilən işdən imtina edə bilər ki, orta aylıq əmək haqqı əvvəlkindən az olmuş olsun. Beləliklə həmin CEO 23070 saylı xx.xx.2019-cu il tarixli məktuba nəzər saldıqda görünür ki, cavabdeh işəgötürən işçi İddiaçı Əməl Məcəlləsinin 56-cı maddənin 1-ci və 57ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulduğu kimi iddiaçının ixtisasına, peşəsinə uyğun olmayan iş təklif etmiş və təklif edilən orta aylıq əmək haqqı əvvəl aldığı əmək haqqından 3 dəfə az olmuşdur. Halbuki Əmək qanunvericiliyi birbaşa qeyd edirik ki: 1) işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir; 2) əmək funksiyasının dəyişməsi ilə bağlı işəgötürən işçini öz ixtisasına (peşəsinə) uyğun işlə təmin etməlidir. 3) İşçi yalnız o halda təklif edilən işdən imtina edə bilər ki, orta aylıq əmək haqqı əvvəlkindən az olmuş olsun. Göründüyü kimi cavabdeh işəgötürən Cavabdeh MMC Əmək Məcəlləsinin 56-cı maddənin 1-ci və 57-ci maddəsinin 4-cü hissəsinin tələblərini nəzərə almayaraq, həmin maddələrinin tələblərini kobud şəkildə pozmuşdur və bu hal nə birinci instansiya məhkəməsi nə də ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlarla bağlı araşdırma aparmayaraq, qətnamənin 36, 37, 45-ci bəndlərində təkrar-təkrar qeyd etmişdir ki, iddiaçıya 2 ayrı-ayrı vəzifə təklif edilmiş, lakin iddiaçı onların heç biri ilə razılaşmamışdır.
85. İddiaçı tərəfdən xx.xx.2021-dən xx.xx.2021-dək (12 iş günü) məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia tələbində ayrıca bənd kimi göstərilib və birinci instansiya məhkəməsinin qətnaməsinin 18-ci səhifəsində, məhkəmə özü xx.xx.2021-ci il tarixli B018-T-21 №-li xitam əmrinin (70 “ç” əmri), xx.xx.2021-ci il tarixli B022-T21 №-li əmrlə iddiaçının xəstəliyi ilə əlaqədar bülletendə o lması əsası ilə ləğv etdiyini müəyyən etdiyini qeyd edir (ƏM-nin 79-cu maddənin imperativ tələbinə əsasən, rayon qətnaməsinin 18 səh.). Onda sual əmələ gəlir, necə olur ki, iddiaçının bu tələbinin haqlı olduğu müəyyən edilsin, lakin yenə də bütün tələblərinə “rəddiyyə” verilsin. Eynilə də, apellyasiya instansiya məhkəməsi də, həmin ziddiyətli qətnaməni qüvvədə saxlasın?! Axı burada qanun pozuntusunun olması aşkardır! Mövcud qətnamə ciddi qanun pozuntuları ilə qəbul edildikdən, bu qanunsuz qətnamə ləğv edilməli və iddiaçının bütün tələbləri təmin olunmalıdır. Əmək qanunvericiliyi, mülki qanunvericiliyi və məhkəmə praktikası imperativ norma ilə qeyd edir ki, hökmən baş verməli olan hadisənin müddəti göstərilməli, əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tar ixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır, əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Eynilə əmək məcəlləsi də imperativ norma ilə qeyd edir ki, on ildən çox əmək stajı olduqda işçi azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməli və onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam ve rilməlidir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Beləliklə müddət bitdikdə, xx.xx.2020-ci il tarixində iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi barədə əmr qəbul edilmədiyi üçün (bir ildən çox müddət ərzində), tərəflərin heç biri uzun müddət ərzində əmək münasibətlərinin dayandırılmasını təkid etmədiyi üçün, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əmək münasibətləri davam etdiyi üçün, həmin müddət ərzində başqa əsas və başqa əmrlə (70 “ç” əmri) əmək müqaviləsinə xitam verilməsi və bir müddət sonra həmin əmrin ləğv edilməsi faktı, sözügedən xəbərdarlıq məktubunun artıq öz hüquqi qüvvəsini itirməyinə dəlalət edir. Beləliklə xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, İddiaçının Cavabdeh MMC-nin İKT departamentinin X2 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis əvvəlki vəzifəsinə işə bərpa edilməyinə, xx.xx.2020-ci il - xx.xx.2021-ci il dövrü üçün ödənilməli olan, lakin ödənilməmiş 11.858,98 manat əmək haqqı məbləğin və həmin əmək haqqlarının gecikdirilməsi səbəbindən hər gecikdirilmiş günə görə bir faiz məbləği olmaqla, ümumilikdə 25.289,78 manat (dəbbə) tutularaq ona ödəilməsinə, bundan başqa xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli “70 “ç” əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilərkən düzgün hesablanmayan qalan 1.131,00 manat məbləğində son haqq-hesabın və xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli “70 "xxxx" əmri ilə əmək müqaviləsinə xitam verilərkən d üzgün hesablanmayan qalan 3.741,55 manat son haqq-hesabın ona ödənilməsinə, xx.xx.2021-ci ildən – xx.xx.2021-ci il tarixinə qədər olan məcburi işburaxma müddəti üçün 948,24 manat əmək haqqının və xx.xx.2021-ci il tarixindən sonra qətnamə icra olunana qədər məcburi işburaxma müddəti üçün əmək haqqının iddiaçıya ödənilməsinə, həmçinin hüquqi yardıma görə ödənilmiş 200 manatın və mediasiyaya ödənilmiş 50 manatın da ödənilməsinə dair qətnamə qəbul edilməlidir.
86. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh xx.xx.2021-ci il tarixində məhkəməyə təqdim etmiş etiraz ərizəsinin 5-ci bəndində qeyd etmişdir ki, köçürmə prosedurları zamanı iddiaçının iddia etdiyi kimi cavabdehin məhz onu işdən çıxarmaq məqsədi olmamış, ixtisarla əlaqədar yaradılmış komissiya tərəfindən iddiaçı da daxil olmaqla, bir sı ra işçilərin peşəkarlıq səviyyəsi və üstünlük hüquqları nəzərə alınmaqla "xxxx" MMC-yə keçirilməməsi, işdən azad edilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçının iddia etdiyi kimi onun peşəkarlıq səviyyəsini yoxlamamış, onun bacarığı barədə attestasiya keçməmiş, iddiaçını əmək qanunvericiliyinin tələblərini pozmaqla işdən azad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
87. Cavabdehin nümayəndəsi və vəkili Rzayev Mehaman Nurəddin oğlu kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək etirazında qeyd etmişdir ki, iddiaçı inzibati xəta törətməsinə görə ona verilmiş töhmət əmri xx.xx.2017-ci il tarixli MR/181 nömrəli əmrlə ləğv etmişdir, bu isə bir daha sübut edir ki, töhmət verilməsində qərəz olmamışdır. Bundan əlavə, əmək haqqının verilm əsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçıya əmək haqqı ödənilməməsində isə cavabdehin təqsiri olmamışdır. Belə ki, cavabdeh iddiaçının yenidən xəstəlik vərəqəsi təqdim edəcəyini güman edərək ona həmin müddətlər üçün əmək haqqı ödəməmişdir. Əmək haqqının ödənməməsində cavabdehin təqsiri olmadığından ödənilməmiş əmək haqqı və gecikdirilmiş günlərə görə faizin ödənilməsi tələbi də təmin edilməməlidir. Etirazda iddiaçının kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilə n hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
88. Maddə 35 (İ hissə). Əmək fərdi və ictimai rifahın əsasıdır. (İİ hissə). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
89. Maddə 36 (İİİ hissə). Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
90. Maddə 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.
91. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
92. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
93. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
94. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosia l, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
95. Maddə 3 (4-1-ci hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işç inin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
96. Maddə 11 (1-ci hissə, bənd “ə”). Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir.
97. Maddə 12 (1-ci hissə). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydad a pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq və s.
98. Maddə 14 (1-ci hissə). Ə mək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
99. Maddə 16 (1-ci hissə). Əmək münasibətlərində vətəndaşlığına, c insinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
100. Maddə 45 (5-ci hissə) Əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
101. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən ed ilmiş əsaslarla və qaydada xitam verilə bilər.
102. Maddə 70 (bənd "xxxx"), İşəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi ləğv edilə bilər.
103. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
104. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
105. Maddə 77. (4-cü hissə). İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəz inə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
106. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəf indən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
107. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
108. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qa ydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.
109. Maddə 154 (1-ci hissə), Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
110. Maddə 158 (3-cü hissə). İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bi lməz.
111. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə t uta bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: 112.... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqi qətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
113. Maddə 8.1. M ülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
114. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
115. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
116. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
117. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
118. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
119. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
120. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə ke çirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
121. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
122. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
123. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
124. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
125. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
126. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
127. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
128. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
129. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
130. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
131. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kim i iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
132. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 1140, xx.xx.2011-ci il tarixli 1140/1 və xx.xx.2013-cü il tarixli 1140/2 №-li Əmək müqavilələrinə əsasən, İddiaçı müvafiq olaraq "xxxx" MMC-nin Texnoloji departamentində Əməliyyat və texniki xidmət şöbəsinin Şəb əkənin idarə edilməsi bölməsinə kommutasiya stansiyalarının idarə olunması və nəzarət üzrə mühəndis vəzifəsinə, Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinin Əsas əməliyyatlar yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə mühəndis vəzifəsinə, Əsas şəbəkə şöbəsində Əsas şəbəkə bölməsinin Şəbəkənin əsas əməliyyatları yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1.325,30 manat əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə 1 №-li, 2 №-li, 3 №-li 5 №-li, 7 № dəyişikliklərə əsasən, əmək haqqı müvafiq olaraq 1.445,78 manat, 1.619, 28 manat, 1.700,24 manat, 1.768,25 manat, 1.778,96 manat müəyyən edilmişdir. 4 №-li Protokola əsasən, işçi 14 noyabr 2014cü il tarixdən "xxxx" MMC-nin Texnoloji departamentin X2 şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə, 6 №-li Protokola əsasən, xx.xx.2016-cı il tarixdən Cavabdeh MMC-nin İKT departamentinin X2 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühədis vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli 859 №-li Əmrinə əsasən, iddiaçının tutduğu İKT departamentinin X2 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsi ləğv edilmiş və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ixtisar olunmuşdur. İddiaçı bu barədə xx.xx.2016-cı il tarixli məktubl a məlumatlandırılmışdır. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 186 №-li əmrinə əsasən, İddiaçı öhdəsində İ qrup əlil ailə üzvü olduğundan tutduğu vəzifənin/ştatın ixtisar olunması barədə verilmiş xx.xx.2016-cı il tarixli 859 nömrəli əmr ləğv edilmiş və ona verilən rəsmi xəbərdarlıq etibarsız sayılmışdır. Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli Memorandumuna əsasən, şəbəkə texnologiyaları, informasiya texnologiyaları, hüquq, satınalma, dövlət və tənzimləyici işlər, SƏTƏM bütün müvafiq işçilərin öz törəmə şirkəti olan "xxxx" MMC-yə köçürülməsi təsdiq və tövsiyə edilmiş, iddiaçı "xxxx" MMC-yə köçürülməmiş, Cavabdeh MMC-nin işçisi olaraq qalmışdır. Cavabdeh MMC-nin 08 iyun 2020-ci il tarixli 001-SR-20 №-li Əmrinə əsasən, iddiaçının tutduğu Cəmiyyətin Kommutasiya stansiyasının əsas əməliy yatları üzrə baş mühəndis ştat vahidinin ixtisar edilməsi, onun əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi, cəmiyyətin yeni strukturunun təsdiq edilməsi və xx.xx.2020-ci il tarixindən qüvvəyə minməsi əmr edilmişdir. Bu barədə Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli məktub ünvanlanaraq tutduğu ştat vahidinin xx.xx.2020-ci il tarixindən etibarən ixtisara salınacağı və əmək müqaviləsinə 12 avqust 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi, iş axtarmasına imkan yaradılması məqsədilə əmək haqqı saxlanılmaqla, hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edildiyi bildirilmiş, habelə xx.xx.2020-ci il tarixində mövcud olan boş iş yerləri (4 vəzifə - marketi nq kommunikasiyaları üzrə rəhbər, Bakı üzrə pərakəndə satış və diller kanallarına dəstək üzrə bölmə rəhbəri, satış və xidmətlər üzrə mütəxəssis, pərakəndə satış üzrə mütəxəssis) haqqında məlumat təqdim edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən (İnternal Communications - Elektron ünvan 1) xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müəssəsidə iş rejimi ilə bağlı e-maillər ünvanlanmışdır. İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək işə çıxmamışdır. Cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli B018-T-21 №-li əmrlə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsa sında (işə gəlməmək səbəbi ilə) xx.xx.2021-ci il tarixindən etibarən xitam verilməsi, son haqq-hesab aparılması və istifadə edilməmiş əsas məzuniyyət günləri üçün pul əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin əmr Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli B022-T-21 №-li əmri ilə qüvvədən düşmüş hesab edilmişdir. Buna əsas İddiaçı xəstəliklə əlaqədar bülletendə olması olmuşdur. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli B041-T21 №-li əmri ilə iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi və Cavabdeh MMCdə tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, İddiaçı orta aylıq əmək haqqını 2 misli miqdarında işdənçıxma müavinətinin bir dəfəyə ödənilməsi, aidiyyəti idarə tərəfindən qeyd edil miş işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə son haqq hesab kimi 9.706,23 manat, xx.xx.2021ci il tarixdə 3.507,85 manat ödənilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən ünvanlanmış emaillərə əsasən xx.xx.2020 - xx.xx.2021-ci il tarixlərdə işə çıxmamışdır.
133. Qeyd olunmalıdır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur.
134. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
135. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.
136. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir.
137. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.
138. Eyni zamanda Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;... e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək;... və sairdən ibarətdir.
139. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən mövqeyini hazırki qərarın 62-78-ci paraqraflarında göstərilənlərlə əsaslandırmış, həmçinin onu da qeyd etmişdir ki, Kadrlar İdarəsi iddiaçıdan uzun müddət işə çıxmadığı barədə izahat istəyir, lakin i ddiaçı buna dair hər hansı sübut təqdim edə bilmir. Belə ki, iddiaçının bu tələbə dair yeganə arqumenti rəhbərliyin ona işə çıxmasını şifahi şəkildə qadağan etməsi kimi qeyd edilmişdir. Lakin iş materiallarında buna dair hər hansı sübut təqdim edildiyi müəyyən edilmir. İddiaçının çalışdığı MMC-nin rəhbərliyinin ona qarşı qərəzli mövqedə olmasını qeyd etməsinə, bununla bağlı müxtəlif dəlillər gətirməsinə baxmayaraq, iddiaçının bu dəlilləri iş materialları sübuta yetmir. İddiaçıya ünvanlanmış CEO 23070 saylı xx.xx.2019-cu il tarixli məktubdan göründüyü kimi, cavabdeh MMC iddiaçıya 2 ayrı-ayrı vəzifə təklif etmişdir. Lakin iddiaçı onların heç biri ilə razılaşmamışdır. Beləliklə, iddiaçının çalışdığı ştat vahidi ləğv edildiyi üçün onun işə çıxması mümkün olmamışdır. Lakin iddiaçı cavabdehin çı xılmaz vəziyyətdə olmasıdan sui-istifadə edərək nə işə çıxmış, nə də ki ona təklif edilmiş vəzifələrə keçmək istəmişdir. Bununla yanaşı həmin dövr üçün əmək haqqı tələb etmişdir. Halbuki iddiaçının özü belə etiraf edir ki, həmin dövr üçün onun əmək fəaliyyəti olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı yaranmış vəziyyətdən, yəni ştatın faktiki olaraq ləğv edilməsi və işəgötürənin onunla əmək müqaviləsinə xitam vermək imkanının qanunla məhdudlaşdırılmasından suiistifadə halına yol vermişdir.
140. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi ştat vahidinin ləğv edilməsindən sonra iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından cavabdeh iddiaçı ilə olan əmək müqaviləsin ə xitam verməkdə haqlı olmuşdur. İddiaçının ona edilmiş xəbərdarlığın etibarsız olması və ona qarşı işəgötürən tərəfindən qərəzə yol verilməsini sübuta yetirə bilməmişdir. Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir.
141. Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdeh MMC-nin CEO 23070 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən iddiaçıya təklif etdiyi 2 ayrı-ayrı vəzifədən iddiaçının imtina etməsinin səbəbləri araşdırılaraq həmin hallara hüquqi qiymət verilməmiş, təklif olunan vəzifələrin Əmək Məcəlləsinin 56-cı maddənin 1-ci hissəsi və 57-ci maddəsinin 4-cü hissə si ilə ziddiyyət təşkil edib-etməməsi aydınlaşdırılmamışdır.
142. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddənin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 57-ci maddəsinin 4-cü hissəsinə əsasən isə əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşəixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər.
143. Bundan başqa MMC-nin 08 iyun 2020-ci il tarixli 001-SR-20 №-li Əmrinə əsasən, Cəmiyyətin Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə 1 ştat baş mühəndis vahidinin ixtisar edilməsi, Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsində işləyən iddiaçının əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi, cəmiyyətin yeni strukturunun təsdiq edilməsi və 08 iyun 2020-ci il tarixindən qüvvəyə minməsi əmr edilərək, MMC tərəfindən iddiaçıya Texnoloji departamentin X2 şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsi üzrə ştat vahidinin 12 avqust 2020-ci il tarixindən etibarən ixtisara salınacağı və bununla əlaqədar olaraq, iddiaçı ilə bağlanmış xx.xx.2013cü il tarixli 1140/2 saylı əmək müqaviləsinə 12 avqust 2020-ci il tarixindən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi, doqquz həftəlik xəbərdarlıq müddəti ərzində iş axtarması na imkan yaradılması məqsədilə əmək haqqı saxlanılmaqla, hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edildiyi barədə iddiaçıya 09 iyun 2020-ci il tarixli məktub ünvanlansa da, iddiaçının həmin xəbərdarlıq müddətinin bitməsindən bir ildən artıq müddət keçdikdən sonra, xx.xx.2021-ci il tarixdə, B041-T-21 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilməsinə apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.
144. Qeyd olunmalıdır ki, işçinin ştatı ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, hazırki halda konkret olaraq iddiaçını n on ildən çox əmək stajı olduğuna görə – azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməli olması, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndəndə müəyyən edilmişdir. Yəni iddiaçıya ştatının ixtisarı ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq müddəti azı doqquz təqvim həftəsi müəyyən edildiyi halda, həmin xəbərdarlıq müddətinin bitməsindən bir ildən artıq müddət keçdikdən sonra, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, 09 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubunun hüquqi qüvvəsini itirib-itirməməsinə apellyasiya instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir.
145. Halbuki Əmək Məcəlləsinin 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Həmin maddənin 3-cü hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.
146. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının düzgün hesablanmamış və ona ödənilməmiş əmək haqqı tələbi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, 09 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubundan sonr a iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin müddəti işəgötürən tərəfindən bir ildən çox uzadıldığı və həmin müddət də xəbərdarlıq müddəti kimi qəbul edildiyi halda, nə səbəbdən qeyd olunan müddətə görə işçiyə əmək haqqının ödənilməməsinə apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı münasibət bildirilməmişdir.
147. Halbuki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
148. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfind ən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
149. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
150. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
151. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
152. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3820/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.