Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3830/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X1, İddiaçı, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindənCavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(008)-5856/2019 hakim A.A.Paşayeva) İddiaçı Cava bdeh qarşı evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş 2(103)-1544/2020 hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) İddiaçıapellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı-Mədən 15 ünvanı kimi qeyd olunan ərazidə inşa olunmuş, iki mərtəbəli, dörd yaşayış otağından ibarət fərdi yaşayış evinə (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Balaxanı-Mədən ev 15-də cavabdehə məxsus iki mərtəbəli, 4 yaşayış otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildə cavabdehlə ailə həyatı qurmuş, 2009-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahdan iki uşağı doğulmuşdur. O, ünvan 2 ünvanında qaynatasına məxsus 5 otaqdan ibarət evə cehiz əşyalarını gətirməklə gəlin köçmüşdür. Bir il sonra həyətin digər hissəsində 2 mərtəbəli ayrıca çıxışı, hasarı olan 4 yaşayış otağından ibarət evə köçmüş, birgə nikahdan olan övladları da həmin evdə doğulmuşdur. Uzun müddət həmin evdə əri və uşaqları ilə birgə yaşamışlar. Sonradan münasibətləri pozulmuş və onu evdən qovmuşlar. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. İş üzrə yuxarıda qe yd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar ümumiyyətlə araşdırılmamış, onun tərəfindən təqdim edilən sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayət i təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cehiz əşyalarını gətirməklə gəlin köçdüyü və cavabdehlə birlikdə yaşadığı fərdi yaşayış evinə köçürülməsi barədə hazırki iddia tələbini irəli sürmüşdür. İddiaçının köçmək istədiyi ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata a lınmamış yaşayış sahələrindən istifadə hüququnun əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı mübahisə üzrə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Həmin Məcəllənin 27.1-ci maddəsinin tələblərinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respub likası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını, irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina edilə bilməz. Hüq uq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının və cavabdehin yaşayış yeri olmuşdur. Cavabdehin iddiaçını azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamaqdan məhrum etmək hüququ yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Bu halda mübahisəli ev cavabdehlə bərabər iddiaçının da yaşayış yeri olmaqla həmin evdə yaşamağa maneçilik törətməsi səbəbindən öz yaşay ış yerini müəyyən müddətə tərk etməli olduğundan, bununla da o, yaşayış yerindən məhrum olunduğundan iddiaçının mübahisəli evə köçürülmə tələbi qanuni və əsaslıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutuaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3830/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3830/2020
02.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver