Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3831/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirak ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)15020/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-3121/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Hacıyev) İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “miras əmlakın qəbul edil məsi barədə ərizələrin qəbul edilməsinin qanunsuz hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)15020/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat kontorunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ataları Arif Abbasovdan miras qalmış əmlakı qəbul etmələrinə d air ərizələrinin qəbul edilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Arzu Nəsirli, cavabdehlər 04 saylı Bakı “Asan Xidmət” X4, Cavabdeh 3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya inst ansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1246-cı maddəsinin, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 57, 58-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 3 “b” saylı evin 27 saylı mənzili tərəflərin atası Arif Abbasovun mülkiyyətində olub. xx xxxxxx 2012-ci il tarixdə Arif Abbasov mülkiyətində olan həmin mənzili qızı Arif Abbasova vəsiyyət edib. xx xxx 2018-ci il tarixdə miras qoyan Arif Abbasov ölüb. Tərəflərin atası Arif Abbasovun arvadı X2 əvvəl xx xxxxxx 2016-cı il tarixdə ölüb. Arif Abbasovun ölümündən sonra ondan miras qalmış mənzildən vəsiyyət üzrə ona çatası payın qəbul edilməsi üçün İddiaçı xx xxxx 2018-ci il tarixdə ərizə ilə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat kontoruna müraciət edib. xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh3, xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh2 miras əmlakın qəbul edilməsinə dair notariat orqanına ərizə vermişlər. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin imtina məktubuna görə miras qoyan Arif Abbasovdan miras qalmış mənzilə dair müvafiq Çıxarış təqdim edilmədiyindən, vərəsələrin adlarına vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilib. Həmin miras mənzilə dair hüquq müəyyənedici sənədlər təqdim edildikdən sonra vərəsələrin adlarına vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi təmin ediləcəkdir. Hazırda iddiaçı iddia edir k i, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsəliyə çağrıldıqlarını bildikləri gündən qanunla müəyyən edilmiş 3 aylıq müddət ərzində vərəsəliyi nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişlər. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 miras mənzilin qəbuluna dair verdikləri ərizənin 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat kontoru tərəfindən qəbul edilməsi qanunsuz olmuşdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, xx xxx 2018-ci il tarixdə tərəflərin atası Arif Abbasovun öldüyü gün ondan miras qalmış mənzilə vərəsəlik açılmış və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 3 ay k eçdikdən sonra, lakin 6 ay keçmədən notariat orqanına mirasın qəbulu barədə ərizə vermişlər. Hazırda iddiaçı cavabdehlərin ərizələrinin 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat orqanı tərəfindən qəbul edilməsinin qanunsuz olmasını iddia edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin 1-ci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Notariat hərəkəti dedikdə- qanunvericilik “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu n 17-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri ehtiva edir. Məsələn, notariuslar-1) əqdləri və etibarnamələri təsdiq edir; 2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; 3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir və sair. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, vərəsələrin miras əmlakı qəbul etmələrinə dair ərizələrini notariat orqanına vermələri və həmin ərizələrin notarius tərəfindən qəbul edilməsi notariat hərəkəti hesab edilmir. Eyni zamanda notariusların miras əmlakla bağlı vərəsələrə hüquq verməsi vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə təsdiqlənir. Hazırki işdən aydın olur ki, miras mənzillə bağlı 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 adına “vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməyib. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinin 2-ci bəndinə görə m irasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mərhum ataları Arif Abbasovdan miras qalmış mənzili qəbul etmələrinə dair ərizələrinin 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat kontoru tərəfindən qəbul edilməsində hər hansı qanunsuzluq müəyyən edilmədiyindən, iddia tələbi rədd edilməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş fakti ki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiyaşikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və A zərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)15020/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3831/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3831/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver