Məhkəmə qərarları › İş №2(102)-3831/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3831/2023

18.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3831/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunla müəyyən edilən prosessual müddət buraxıldığı üçün qərardaddan verilmiş kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçıun cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ Qəbələ EŞ-nə qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırıl ması və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-495/2023 nömrəli iş üzrə 01 avqust 2023-cü il tarixli qərardadından iddiaçının kassasiyasına Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********31, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən Qəbələ rayonu Həmzəli kəndi ərazisində yerləşən ərazisi 1,9171 hektar olan xüsusi mülkiyyət torpaq sahəs i üzərində cavabdehlər tərəfindən özbaşına olaraq alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin cavabdeh "xxxx" ASC X5 Təchizatı və Satışı İdarəsi və X6 tərəfindən elektrik enerjisinin verilməsinin dərhal dayandırılması; quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin cavabdehlər "xxxx" MMC-nin (qanuni təmsilçi Cavabdeh2) və X3 abonenti (kod **********8) Cavabdeh2 hesabına kəsilərək torpaq sahəsindən çıxarılması; quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının cavabdehlər "xxxx" MMC-nin (qanuni təmsilçi Cavabdeh2) və X3 abonenti (kod **********8) Cavabdeh2 hesabına çıxarılıb aparılmaqla, torpaq sahəsinin ərazisinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1333/2 022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim E.İsayev) iddia təmin edilməmişdir.

3. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

4. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-495/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər E.Mehdiyevin sədrliyi və məruzəsi ilə, Ə.Məcidov və M.Əsədlidən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.

5. Qərardadla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.

6. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-495/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidovun sədrliyi və məruz əsi ilə, G.Cavadova və R.Rəfiyevdən ibarət tərkibdə) kassasiya şikayəti qaytarılmışdır.

7. Qərardadın əsaslarına görə, iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini nəzərdə tutulmuş müddəti ötürməklə vermiş, həmçinin, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizə vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-495/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, G.Cavadova və R.Rəfiyevdən ibarət tərkibdə) kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət üzrə müddətin bərpasından imtina edilmişdir.

10. Qərardadın əs aslarına görə, iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə versə də, kassasiya şikayətini ərizəyə əlavə etməmişdir.

11. Bundan sonra iddiaçı kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət və kassasiya şikayəti vermişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-495/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər E.Mehdiyevin sədrliyi və məruzəsi ilə, G.Cavadova və M.Əsədlidən ibarət tərkibdə) müddətin bərpasına dair ərizə təmin edilməyərək, kassasiya şikayəti qaytarılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “... Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-495/2023 saylı qərardadı 24 may 2023-cü il tarixdə İddiaçı elektron kabinetində yerləşdirilmişdir. Lakin İddiaçı kassasiya şikayəti 13 iyun 2023-cü il tarixdə elektron qaydada məhkəməyə göndərilmişdir. Bundan başqa İddiaçı ərizəsində qeyd edilən qərardaddan kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan iddiaçı (onun vəkili və nümayəndəsi Vəkil) ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərar çıxarılma sını xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı iddiaçının elektron kabinetinə xx.xx.2023cü il tarixdə yerləşdirilsə də, həmin qərardad iddiaçıya poçt vasitəsilə xx.xx.2023-cü təhvil verilmişdir. İddiaçı isə hüquqi məlumatsızlığından şikayət vermə müddətinin axımının xx.xx.2023-cü il tarixdən hesablandığı qənaətində olmuşdur. xx.xx.2023-cü il tarixli qərardaddan kassasiya şikayəti vermək istəyərkən 10 gün müddətdə EMİS-in tətbiq olunduğu məhkəmələrdə sistem işləməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 10-1.3. Kommersiya mübahi sələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdir ilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müd dəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılı; Maddə

405. Apellyasiya insta nsiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

18. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun qərarları "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair " xx.xx.2007-ci il tarixli Qərar: “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

23. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulm ası ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından m üdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə mər uz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən on gün müddətində verilməsi müəyyən olunur.

24. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərardadlar “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmədə baxılan hazırkı mülki işdə qəbul edildiyindən və bu səbəbdən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhk əmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, qeyd olunan məhkəmə aktları tərəfin elektron kabinetinə yerləşdirildiyi andan ona rəsmi qaydada verilmiş hesab edilir.

25. Sözügedən qaydada məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə əsasında çıxış edən şəxsləri (vəkilləri, nümayəndələri) də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətini azaltmış olardı.

26. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının şikayət vermə müddətinin axımının xx.xx.2023-cü il tarixdən hesablandığı qənaətində olması barədə dəlilini əsassız sayır.

27. Şikayətin qərardaddan kassasiya şikayəti vermək istəyərkən 10 gün müddətdə E MİS-in tətbiq olunduğu məhkəmələrdə sistem işləməməsinə dair dəlilinə isə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli qərardadla hüquqi qiymət vermişdir. Məhkəmə həmin qərardadında göstərmişdi ki, “... Vəkil göstərdiyi 10 gün müddət ərzində məhkəməyə elektron kabinet vasitəsilə ərizələr, vəsatətlər və şikayətlər göndərilmişdir və elektron sistemdə belə bir problemin mövcudluğu ilə bağlı hər hansı digər müraciət daxil olmamışdır. O cümlədən, hazırki vəsatətin məhkəməyə daxil olduğu 4 iyul 2023-cü ildən həmin vəsatətə baxıldığı 7 iyul 2023-cü il tarixədək keçən müddət ərzində də Vəkil tərəfindən kassasiya şikayəti elektron kabinet vasitəsilə göndərilməmişdir.”

28. Odur ki, iddiaçının şikayətinin həmin dəlili də formallıq ifadə etməklə, əsaslı deyil.

29. Bu kontekstd ə, qanunla nəzərdə tutulan prosessual müddətin iddiaçı tərəfindən buraxılmasının şikayətdə göstərilən səbəblərinin onun iradəsindən asılı olmadığı, özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, bunun üçün müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı inkarolunmaz, ağlabatan və inandırıcı dəlillərlə sübuta yetirilmir.

30. Bütün bunlar da prosessual müddətin iddiaçı tərəfindən üzrsüz səbəblərdən ötürüldüyünə dəlalət edir.

31. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-495/2023 nömrəli iş üzrə 01 avqust 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. İddiaçıun kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar