Məhkəmə qərarları › İş №2(102)-3832/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3832/2022

30.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3832/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu ( məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxma ilə əlaqədar əmək haqqının tutulması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 2(103)-1670/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Əli oğlu Cavabdeh QSC ilə bağlanmış 02 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən 03 fevral 2020-ci il tarixdən həmin müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 26 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək, 29 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il tarixədək, 02 may 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək işdən azad edilmişdir. Onun işə çıxma tarixi 18 may 2021-ci il olaraq müəyyən edilmişdir.

2. İdd iaçı tərəfindən Cavabdeh QSC-nin rəhbəri Akif Əsədova yazılan 03 iyun 2021-ci il tarixli ərizəsinə əsasən o, QSC rəhbərliyindən tutduğu vəzifədən 01 iyun 2021-ci il tarixindən azad edilməsini xahiş etmişdir. Ərizə 03 iyun 2021-ci il tarixində sifarişli poçt zərfi ilə Cavabdeh QSC-nin ünvanına göndərilmiş, lakin 03 iyun 2021-ci il tarixində qəbulundan imtina edilməsi səbəbindən geri qaytarılmışdır.

3. YYY QSC-nin 03.xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallardan əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.

4. X3 Xidməti Bak ı Şəhər İdarəsinin rəisi X4 tərəfindən tərtib edilən inzibati tənbeh vermə haqqında ******* saylı 11 iyun 2021-ci il tarixli qərarına əsasən Cavabdeh QSC-nin direktoru, X8 tərəfindən İddiaçı son haqq-hesabının ödənilməməsi müəyyən edildiyinə görə barəsində tərtib olunmuş 31 may 2021-ci il tarixli, MN seriyalı, ******* saylı protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1400 manat inzibati cərimə növünün tətbiq edilməsi qərara alınmışdır.

5. İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə Encom Construction QSC-nin 03.xx.xx.2021-ci il tarixli əmrinin qanuniliyini mübahisələndirir. İş üzrə qəbul olunmuş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Əli oğlu Cavabdeh QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-xx.xx.2021-ci il müddət üçün əmək haqqı olaraq 3000 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il müddət üçün rəsmi əmək haqqından əlavə qeyrirəsmi əmək haqqı olaraq 3500 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən verilmiş «əmək müqaviləsinə xitam verilmə barədə» xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və iddiaçının əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə (işə) bərpa olunması, xx.xx.2021-ci il tarixdən etibarən işə bərpa olunan tarixə kimi işburaxmaya görə əmək haqqının ödənilməsi, cavabdehdən xx.xx.2021ci il tarixdən etibarən işə bərpa olunan tarixə kimi işburaxmaya görə əmək haqqı mə bləğinin gecikdirilmiş hər günü üçün 1% tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya dəymiş 30000 manat məbləğində maddi və 30000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılıb ki, tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən aylıq əmək haqqı 1100 manat məbləğində müəyyən edilmişdir və 4.2-ci bəndinə əsasən əmək haqqı ayda bir dəfə növbəti ayın 05-nə qədər ödənilməlidir. Bununla yanaşı Cəmiyyətin direktoru X6 iddiaçını işə qəbul edərkən ona rəsmi əmək haqqından əlavə qeyri-rəsmi 500 manat əmək haqqının ödənilməsinə vəd vermişdir. xx.xx.2 020 - xx.xx.2021-ci il müddət ərzində əmək müqaviləsində göstərilən rəsmi əmək haqqı (əmək haqqı kartı vasitəsi ilə) və xx.xx.2020 xx.xx.2020-ci il müddət ərzində vəd edilən qeyri-rəsmi əlavə (nağd) ona QSC tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Lakin son 3 ay (xx.xx.2021 - xx.xx.2021-ci il) ərzində əmək haqqı və son 7 ay (xx.xx.2020 - xx.xx.2021-ci il) ərzində əlavələr iddiaçıya ödənilməmişdir. Eyni zamanda cəmiyyət tərəfindən iddiaçının məzuniyyət (xx.xx.2020 - xx.xx.2021-ci il) hüquqları pozulmuşdur. İddiaçı bir neçə dəfə məzuniyyətə çıxmaq arzusunda olduğunu direktora və digər rəhbər işçilərə bildirsə də onlar buna razılıq verməmişlər.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının 2021-ci ilin fevral ayı ərzində işə davamiy yəti tam olmuş, 15 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək işdə olmamışdır. Həmin günlər üçün əmək haqqı hesablansa da, ödəniş edilməmişdir. İddiaçıya qeyri-rəsmi maaş ödənilməsi mümkün deyil. Son haqq-hesabla əlaqədar hesablanan məbləğ iddiaçıya ödənilməmişdir. Şəxsin əmək müqaviləsinə işdə olmaması və əmək funksiyalarını icra etməməsi ilə bağlı xitam verilmişdir. Belə ki, işçilərin təhlükəsizlik qaydaları ilə təlimatlandırılması jurnalına onların yerinə imza etmişdir. İşçilər izahatlarında imzaların onlara aid olmadığın bildirmişlər. QSC rəhbərliyinin iddiaçının bülletendə olmasından məlumatı olmamışdır. İşdən azad edilmə barədə əmrin 03 may 2021-ci il tarixdə verilməsinə əsas səbəb, şəxsin əmək fəaliyyətindəki pozuntularin davamlı olaraq üzə çıxması olmuşdur. Belə ki, işə davamiyyəti ilə bağlı xəbərdarlıqlar yazışma və telefon zəngləri vasitəsilə edilmişdir. İddiaçının olduğu yerin ünvanı dəqiq deyildi. İddiaçının işə çıxmaması barədə aktlar tərtib olunmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən digər işçilərin adından sənədlərə imza atılması da müəyyən edilmişdir.

9. Cavabdeh tərəf əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin aprel ayının 21-də iddiaçıya xəbərdarlıq məktubu göndərilib ona iş vaxtı iş yerində olmamasının səbəblərini izah etməsi təklif edilmişdir. Məktub iddiaçının qeydiyyatda olduğu yer üzrə 111 ünvanına göndərilmişdir. Lakin həmin məktub iddiaçıya çatmamışdır. Bundan sonra iddiaçıya təklif edilmişdir ki, qeyd edilən məktubu Cavabdeh QSC-dən şəxsən götürsün. Lakin iddiaçı bu təklifdən imtina vermişdir. İddiaçının xəstəliyi barədə işəgötürən tərəfdə hər hansı məlumat olmamışdır. İddiaçı hazırki tələblə Nərimanov Rayon Məhkəməsinə 2021-ci ilin iyun ayında müraciət etmişdir. İş üzrə iddia tələbi sui-istifadə xarakterlidir və qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

10. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı ilə rəsmiləşdirilmiş əmək müqaviləsinə 03 may 2021-ci il tarixli əmrlə xitam verilmiş, müvafiq sənədlər isə götürməkdən qərəzli şəkildə boyun qaçırdığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının rəsmi qeydə alındığı ünvana göndərilmişdir. Həmin ünvanda cavabdeh yaşamadığı üçün və faktiki yaşayış yeri barədə məlumat olmadığı üçün, sənədlərin çatdırılması hətta Salyan Bələdiyyəsinə həvalə edilmişdir. İddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən belə mübahisələ ndirdiyi fakt və hüquqi nəticələrdən məhz, rəsmiləşdirilmə tarixlərində məlumatlı olması, aşkar qərəzli mövqeyi və qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin ötürülməsi müəyyən olunur. Odur ki, göstərilənləri nəzərə alaraq İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa tələbinə dair” iddiası üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya işdən çıxması ilə bağlı son haqq-hesab ödənilməmişdir. İddiaçının tələb etdiyi 3 aylıq əmək haqqı isə həmin aylarda işdə olmadığına görə ödənilməmişdir.

11. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinın Bakı şəhər İd arəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, işdən çıxarılan iddiaçının son haqq-hesab ödənişi edilmədiyinə görə QSC-nin rəhbəri Akif Əsədov barəsində inzibati tənbeh etmə haqqında qərar qəbul olunaraq cərimə edilmişdir. Həmin qərar əmək haqqının ödənilməməsi üçün qəbul edilməmişdir. Çünki qərar qəbul edilən zaman onlara işçinin işdə olmaması barədə aktlar təqdim edilmişdir. Müəssisə rəhbərliyi işçinin bülletendə olmasından xəbərsiz olduğunu və bülleten sənədlərinin idarəyə təqdim edilmədiyini bildirmişdir. İlk öncə işçi İddiaçı əmək haqqı almaması ilə bağlı müfəttişliyə müraciət etmişdir. Problemin həlli üçün onu may ayının 17-si, idarəyə dəvət etmiş və ona işindən azad edilməsi barədə məlumat vermişdir. Şəxsin üz ifadəsindən bu barədə məlumatsız olduğu hiss olunurdu. İşçinin işd ən çıxarılması barədə əmr verilərkən işçi bülletendə olduğundan, əmr ləğv edilməlidir.

12. Üçüncü şəxsin nümayəndəsi bundan əlavə qeyd etmişdir ki, Əmək Müfəttişliyində iddiaçının şikayəti üzrə araşdırma zamanı iddiaçı və cavabdehin nümayəndələrinin izahatları alınmışdır. Cavabdehin nümayəndələri bildirmişlər ki, iddiaçı tərəfindən bülleten rəsmi qaydada təqdim olunarsa, onun işdən çıxarılması barədə əmr ləğv olunacaqdır. Müfəttişlik tərəfindən həmin bülleten cavabdehin nümayəndəsinə təqdim edilmiş, lakin o, qəbul etməkdən imtina etmişdir. Bildirmişdir ki, ona bülleten rəsmi qaydada göndərilməlidir. Həmçinin bildirmək istəyir ki, iddiaçının bülleteni bağlanmalıdır ki, o, həmin bülleteni işəgötürənə təqdim edə bilsin. İşəgötürən gözləməli idi ki, bülleten bağlansın və sonra hər hansı əmri r əsmiləşdirsin.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, iddiaçının iş yoldaşı olmuşlar. 2021-ci ilin fevral ayından 2021-ci ilin aprel ayına kimi işlədiyi müddətdə onların işə davamiyyətini heç kim yoxlamamışdır. Ümumiyyətlə belə bir prosedur mövcud olmamışdır. Hazırda 5 aydır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləmir. Aprel ayında cəmiyyətdə işdən çıxmışdır. Müəssisə ona da maaş verməmişdir. Bu səbəbdən də işə getməkdən imtina etmişdir. Lakin hazırda onun əmək müqaviləsinə xitam verilib verilməməsindən məlumatı yoxdur. Fəhlə-montajçı olmuşdur. Kamran isə orda mühəndis vəzifəsində çalışmışdır. Kamran gündəlik tabelə və təhlükəsizlik qaydaları haqqında təlimatlandırılma ilə bağlı jurnala işçilərə imza etdirirdi. Mart ayı ərzində Kamranın özü işdə olmuş və jurnallara şəxsən özü işçilərə imza etdirmişdir. Ümumiyyətlə Kamran aprel ayının 1-nə kimi işdə olmuşdur. Fevral ayında isə Kamranın işdə olubolmaması onun yadında deyil. Aprel ayının 1-dən isə özü işdən çıxdığından sonrakı proseslərdən məlumatsızdır. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, iddiaçı heç vaxt onun yerinə hər hansı tabelə imza etməmişdir. İşçilər tabelləri hər zaman özləri icra etmişlər. Həmçinin ifadəsinin sonunda bildirmişdir ki, ona və məsələyə dair mövqeyinə heç bir kənar təsir olmamışdır. Öz ifadəsini özü sərbəst şəkildə vermişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)5748/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2021-ci ilin fevral, mart, aprel ayları üçün əmək qanunvericiliyinə uyğ un qaydada hesablanmış əmək haqqı məbləğinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli, A04/07 nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının Cavabdeh QSC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə bərpa edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki:

16. Tədqiq edilmiş sübutlar və tərəflərin izahatları ilə məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 03 fevral 2020-ci il tarixdən 03 may 2021-ci il tarixədək müddətdə əmək münasibətləri olmuşdur. İşçiyə xx.xx.2021-ci il tarixdən işdən azad edildiyi günədək, o cümlədən son haqq-hesab məbləği işəgötürən tərəfindən ödənilməmişdir. İşəgötürənə son haqq-hesabın ödənilməməsinə görə inzibati tənbeh verilmişdir. İşçi əmək müqaviləsinin ləğv edilməsi barədə əmri rəsmi qaydada əldə etməmişdir. İşəgötürən əmri işçinin qeydiyyatda olduğu ünvana göndərmiş, lakin zərf işçiyə təqdim edilməmişdir. Eyni zamanda poçt zərfini təqdim etmək üçün Salyan Rayon Bələdiyyəsinə ünvanlanmış məktub da, işçinin həmin ünvanda yaşamaması səbəbindən icrasız geri qaytarılmışdır.

17. Məhkəmə iddia tələbinin əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində işçiyə əmək haqqının ödənilməməsi hissəsinə münasibətdə qeyd edir ki, işçiyə 2021-ci ilin fevra l, mart, aprel ayı üçün əmək haqqı ödənilməmişdir. Bu hal eyni zamanda işin mübahisəsiz halıdır. Belə ki, işəgötürən qəbul edir ki, işçi həmin aylar ərzində əmək müqaviləsinə əsasən rəsmi olaraq onların işçisi hesab olunurdu, lakin həmin müddət ərzində dəfələrlə işdə olmadığına görə ona əmək haqqı ödənilməmişdir. İddiaçı da etiraf edir ki, həmin aylar ərzində müxtəlif tarixlərdə xəstəliklə bağlı bülletendə olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində həmin aylar üçün əmək haqqının tam tutulmasını xahiş etsə də, eyni zamanda həmin müddət ərzində işə çıxmadığı günlərin olduğunu da qəbul etmişdir. Odur ki, iddia tələbi həmin hissədə, yəni xx.xx.2021xx.xx.2021-ci il müddət üçün 3000 manat məbləğində əmək haqqının tutulması hissəsində, iddia qismən təmin edilməli və 2021 -ci ilin fevral, mart, aprel ayları üçün əmək qanunvericiliyinə uyğun qaydada hesablanmış əmək haqqı məbləği İddiaçı xeyrinə tutulmalıdır.

18. İddia tələbinin xx.xx.2020-xx.xx.2021-ci il müddət üçün rəsmi əmək haqqından əlavə qeyri-rəsmi əmək haqqı olaraq 3500 manat məbləğində vəsaitinin tutulması hissəsini məhkəmə əsaslı hesab etmir. Belə ki, iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim etməmiş, bu hal nə cavabdeh tərəfindən qəbul edilmiş, nə də iddiaçı tərəfindən dəvət olunmuş şahid ifadəsi ilə öz təsdiqini tapmamışdır. İddiaçı mülki işdə tərəf olmayan başqa şəxslərin telefon yazışmalarına istinad edərək, bu halın dolayı yolla fakt kimi qəbul edilməsinə cəhd etsə də, məhkəmə həmin yazışmaları mötəbər sübut kimi qəbul etmir.

19. Odur ki, iddiaçı onunla cavabdeh arasında qeyri-rəsmi əmək haqqının ödənilməsi ilə bağlı razılaşmanın olmasını mötəbər sübutla təsdiq edə bilmədiyindən, yəni sübut kimi başqa şəxslər arasında olan telefon yazışmalarına istinad etdiyindən məhkəmə iddianı bu hissədə əsaslı hesab etmir.

20. İşin hallarından göründüyü kimi, cavabdeh 03 may 2021-ci il tarixdə əmr qəbul edərək İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Əmrin qəbul edilməsi üçün əsas kimi xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə və xx.xx.2021-ci il tarixdən əmr qəbul edilən tarixədək üzrsüz səbəbdən işə gəlməməsi və əmək kollektivini ruhdan salması qeyd olunmuşdur.

21. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir. Çünki əmək qanunvericiliyinə əsasən, əmək qabil iyyətini müvəqqəti itirən işçilərə əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehi verilə bilməz. Lakin işçinin işdən azad edilməsi barədə əmr xx.xx.2021-ci ilə verilmişdir. Halbuki iş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 02 may 2021-ci il tarixindən 17 may 2021-ci il tarixinədək kəskin piolistit diaqnozu qoyulmaqla, ambulator rejimdə müalicəyə yazılmışdır. Odur ki, Cavabdeh QSC-nin direktoru Əsədov Akif tərəfindən İddiaçı oıə olan əmək müqaviləsinin ləğv edilməsi haqında 03 may 2021-ci il tarixli, A04/07 saylı əmri iddiaçı xəstələndiyi və bu səbəbdən də bülletendə olduğu dövrdə verilmişdir.

22. Eyni zamanda iddiaçı məhkəməyə xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021xx.xx.2021- ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üçün əmək qabiliyyətinin olmaması barədə bülleten təqdim etmişdir. Odur ki, Cavabdeh QSC-nin İddiaçı işdən azad edilməsi ilə bağlı olan 03 may 2021-ci il tarixli, A04/07 saylı əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh QSC-də şöbəsinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə bərpa edilməlidir.

23. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işçiyə məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanarkən “əmək qabiliyyətinin olmaması vərəqələri” də müvafiq qanunvericiliyə uyğun olaraq nəzərə alınmalıdır.

24. Məhkəmə iddia tələbinin Encom Construction» Qapalı Səmdar Cəmiyyətindən (keçmiş MMC) xx.xx.2021-ci il tarixdən etibarən işə bərpa olunan tarixə ki mi işburaxmaya görə əmək haqqı məbləğinin gecikdirilmiş hər günü üçün 1% tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172 və 287-ci maddələrindən göründüyü kimi qanunsuz əmrin verilməsi fərdi əmək mübahisəsi hesab olunduğundan və işçinin məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi hazırki qətnamə ilə müəyyən edildiyindən, işçinin pozulmuş hüquqları bərpa olunmuşdur. Əmək Məcəlləsinin 172-ci maddəsində qeyd edilənlər isə fərdi əmək mübahisəsi yaratmayan hallara aiddir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.

26. Məhkəmə maddi və mənəvi zərərin tutulması barədə iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurulması ilə bağlı hər hansı sübut təqdim etm ədiyindən iddia həmin hissədə əsaslı hesab edilməməklə təmin edilməməlidir.

27. Məhkəmə mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədl ərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

28. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən müvafiq əmr işçiyə 03 may 2021-ci il tarixdə Salyan Rayon Bələdiyyəsinə təqdim etmə barədə vəzifə həvalə edilməklə göndərilmiş, lakin işçi həmin ünvanda yaşamadığından məktub geri qaytarılmışdır. İşçinin yaşadığı yer barədə işçiyə məlumat verməməsi onun hüquqdan sui-istifadəsidir. Bu səbəbdən iddiaçı 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə iddia verdiyindən iddia rədd edilməlidir.

29. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsi geniş təfsir oluna bilməz. B elə ki, qanun konkret olaraq işçinin hüququnun pozulduğunu aşkar etdiyi günü ona müvafiq əmrin verildiyi vaxtla şərtləndirmişdir. İşçiyə isə hal-hazıradək müvafiq əmr rəsmi qaydada təqdim edilməmişdir. Hazırki mübahisədə isə hüquqdan suiistifadədən söhbət gedə bilməz, belə ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu isə fərdi əmək mübahisəsinin yarandığı müddətdən hüquqdan suiistifadə etməyə əsas verən dərəcədə uzaq müddət hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir.

30. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 44, 70, 71, 72, 83, 84, 87, 172, 186, 187, 189, 11.1, 191.2, 195,196, 287, 290, 300-cü, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. İ ddiaçı qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

32. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq sənədləri qəbul etməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Salyan rayonu, C.Cabbarlı küçəsi, ev 85, mənzil 44 ünvanı İddiaçı şəxsiyyətini təsdiq edən sənədlərə əsasən yaşayış yeri olaraq qeydiyyata alındığı yerdir. Belə ki, o, həmin ünvanı öz faktiki yaşayış və qeydiyyat ünvanı olaraq cavabdehə bildirmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmazdan öncə eyni tələb və predmet üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, ərizə qeydə alınmış, lakin iddiaçı ərazi aidiyyəti qaydalarını pozduğuna görə işə mahiyyəti üzrə baxılmamışdır. Həmin iddia ərizəsində də iddiaçı yenə öz ünvanı olaraq Salyan rayonu, C.Cabbarlı küçəsi, ev 85, mənzil 44 ünvanını göstərmişdir. İddiaçı bu məhkəməyə və digər dövlət qurumlarına müraciət ünvanlayarkən bu ünvandan istifadə etmişdir. İddiaçı xitam əmrinin surətinin ona göndərildiyini bildiyi üçün qəbul etməkdən imtina etmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün kifayətdir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1670/2022 nömrəli, 17 fevral 2022-ci il tarix li, qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməsi, bununla da əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddəti ötürməsi ilə bağlı dəlilini əsassız hesab edir.

35. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, A04/07 nömrəli əmri onun tərəfindən işçiyə təqdim edilməsi üçün poçt vasitəsilə göndərilsə də, ona rəsmi qaydada təqdim edilməmişdir.

36. Kollegiya həmçinin qeyd edib ki, iddiaçının göstərdiyi kimi, əmrin surətinin poçt vasitəsilə iddiaçıya göndərilməsi, lakin onun həmin ünvanda olmaması səbəbindən ona verilməsinin mümkün olmaması (həmin məktubun xx.xx.2021-ci il tarixdə yerli bələdiyyə orqanı tərəfindən iddiaçının ünvanına çatdırıla bilmədiyi müəyyən edilir), işdən azad edilmə barədə əmrin ona rəsmi çatdırıldığı gün kimi nəzərə alınsa belə, yenə də iddia müddətinin ötürülməsi müəyyən edilmir. Belə ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə, yəni əmrin surətinin ona təqdim edilməsinin mümkün olmadığı gündən (xx.xx.2021) 28 gün sonra müraciət etmişdir. Göründüyü kimi, bu halda da iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə nəzərdə tutulan iddia müddəti ötürülməmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmişdir. Belə ki, əmək qanunvericiliyinin normalarından göründüyü kimi (172, 290 və 300-cü maddələri), əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi zamanı hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi o zaman mümkündür ki, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Bu hal fərdi əmək mübahisəsi yaratmışsa, işçi işəgötürəndən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini deyil, onun qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin əvəzini tələb edə bilər.

38. Məhkəmə kollegiyası maddi və mənəvi zərərin tutulması, habelə qeyri-rəsmi əmək haqqının ödənilməsi barədə iddia tələbinə münas ibətdə qeyd etmişdir ki, iddiaçı məhkəməyə bu cür ziyan çəkməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

39. Həmçinin iddiaçıya ödənilməmiş 3000 manat əmək haqqının cavabdehdən onun xeyrinə tutulması tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, xx.xx.2021xx.xx.2021-ci il ərzində iddiaçı ayrı-ayrı tarixlərdə xəstəliyi ilə əlaqədar iş yerində olmadığını bildirdiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddianı qismən təmin edib, bu müddət ərzində tərəflər arasında rəsmi əmək müqaviləsinin qüvvədə olmasını nəzərə alaraq cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun əmək haqqının hesablanıb iddiaçıya ödənilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, müb ahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, için yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş edib.

41. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə işçinin hüququnun pozulduğu günü düzgün müəyyən etməmiş, əmək məcəlləsinin 296.3-cü maddəsinin geniş təfsir oluna bilməməsini ifadə etməklə yalnış hüquqi mövqe sərgiləmişdir. Cavabdehə əmrin surəti əmrin verildiyi gün yəni, 3 may 2021-ci il tarixdə göndərilmişdir. 073588 nömrəli xx.xx.2021-ci il tarixli poçt qəbzinin kötüyündən bu aşkar müəyyən olunur, məktubu qəbul etməkdən imtinaya əsas isə həmin ünvandan köçdüyü q eyd edilmiş, sonradan bələdiyyə tərəfindən istinad edilən arayış təqdim edilimişdir. Məhkəmə bu üzdən ən pis halda məktubun ünvana çatdırıldığı anı hüququn pozulması anı kimi qiymətləndirə bilərdi ki, bu halda da iddia müddətinin ötütürülməsi faktı aşkar bəlli olur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

42. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

43. Maddə 12, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...

44. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

45. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər.

46. Maddə 70, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

47. Maddə 70, 3-cü hissə. İşəgötürən bu Məcəllən in 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

48. Maddə 189, 2-ci hissə. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

49. Maddə 296, 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

50. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzi ndə məhkəməyə müraciət edə bilər.

51. Maddə 296, 2-ci hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

52. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddi a ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Kassasiya şikayətində cavabdeh apellyasiya instans iyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, iddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 30 0-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər müəyyən edilmişdir. Bu şərtlərdən biri də əmək müqaviləsinin ləğv olunmasının qaydalarının pozulmasıdır. 64.

26. Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsinin qaydası kimi həm də intizam tənbehinin işçiyə işdə olduğu iş günü ərzində verilə bilməsi, məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilməsinin yolverilməz olduğu əksini tapmışdır (Maddə 189, 2-ci hissə).

65. İşə baxmış məhkəmələr, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən bu qaydaya riayət olunmadığını müəyyən etmiş və haqlı olaraq iddianı həmin hissədə təmin etmişdir.

66. Kassas iya şikayətinin əsas dəlili iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmadığı barədədir.

67. Qeyd olunan normada hazırki iddia tələbi üzrə bir ay iddia müddəti müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddia müddəti ilə bağlı məsələnin həlli zamanı ilk növbədə iddia müddətinin axımının nə vaxtdan başlandığı müəyyən edilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində bu iddia müddətinin başlanğıcı “işçi hüququnun pozulduğunu aşkar etdiyi gün” kimi ifadə olunmuşdur.

68. Həmin Məcəlləinin 3-cü hissəsində isə “hüququnun pozulmasının aşkar edildiyi gün” anlayışının izahı verilərək qeyd olunur ki, “işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün” – işçinin hüququnun pozulmasını aşkar etdiyi gündür.

69. İşə baxmış məhkəmələr də işin hallarını bu normanın dispozisiya şərtləri əsasında təhlil edərək müəyyən etmişdir ki, işçiyə hal-hazıradək müvafiq əmr rəsmi qaydada təqdim edilməmişdir (qərarın 26-28-ci və 33-35-ci paraqrafları).

70. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlilləri üzrə fərqli mövqeyə gəlmək üçün əsas müəyyən etməmişdir.

71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hü quqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1670/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar