Məhkəmə qərarları › İş №2(102)-3832/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3832/2023

01.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3832/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi) QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-59/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Ağdaş rayon Məşəd bələdiyyəsinin 31 mart 2001-ci il tarixli 19 nömrəli ümumi iclas protokolundan Çıxarışa əsasən Ağdaş şəhəri, Nizami küçəsi, 51 nömrəli evdə yaşayan İddiaçı fərdi sahibkarlıq məqsədi üçün Ağdaş-Xaldan asfalt yolunun sol tərəfindən yanacaq doldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən 15x30 metr (450m2) torpaq sahəsi verilməsi məqsədə uyğun hesab edilmişdir.

3. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, 69 saylı arayışına əsasən İddiaçı adına ayr ılmış 400 kv.metr torpaq sahəsi Bakı - Şamaxı - Yevlax avtomobil yolunun 244 km sahəsi yolun mühafizə zolağına düşməmiş və həmin yerə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilməsinə etiraz edilməmişdir.

4. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA seriyalı, № 548850 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə və Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş şəhəri ərazisindən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbin in artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adına verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********03 reyestr nömrəli Torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, cavabdehin Ağdaş rayon ərazisində aparılan elektron uçot xəritəsinə əsasən zəbt etdiyi 450 kv.m və 0,02 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Ağdaş rayon Məşəd bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı ilə ona fərdi sahibkarlıq məqsədi üçün Ağdaş Xaldan asfalt yolunun sol tərəfindən yanacaqdoldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən 15x30 metr 450 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən hasarlanaraq, zəbt edilmişdir. Tərəfindən dəfələrlə bildirilməsinə baxmayaraq, torpaq sahəsindən çıxmamış və onun hüquqlarını pozmuşdur. Ağdaş rayon Dövlət arxivindən verilmiş arayışdan görünmüşdür ki, Ağdaş rayon Məşəd bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı hazırda qüvvədə olmuş və həmin qərar arxivə verilmişdir. Həmin torpaq sahəsinin koordinatları ayrılmış torpaq sahəsinin yerquruluşu planında əks olunmuşdur.

7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.1997-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışdan aydın olmuşdur ki, Ağdaş rayon Maşad X3 ümumi iclasının qərarı ilə iddiaçıya Bakı-Tbilisi şosse yolunun s ol hissəsindən təsərrüfata məxsus olan “Dördyol” adlandırılan torpaq sahəsində yerləşən benzin doldurma məntəqəsinin şərq hissəsindəki boş və istifadəsiz əkinə yaramayan torpaq sahəsindən mağaza tikintisi üçün 0.02 ha torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Halbuki “Torpaq islahatı haqqında” Qanunu 2 avqust 1996-cı il tarixdən qüvvəyə minmişdir. Həmin tarixdən rayon üzrə təyinatından asılı olmayaraq bütün torpaq sahələri, o cümlədən Ağdaş rayonunun Məşəd kəndinin də əhatə olunduğu kolxozun və sonradan yaranmış X3 balansında olan torpaq sahələri üzərində sərəncam hüququ yalnız rayon Aqrar İslahat Komissiyasının səlahiyyətinə verilmişdir. Bu məqsədlə yaradılmış Ağdaş rayonunun Məşəd kənd yerli aqrar islahat komissiyası tərəfindən pay torpaq almaq hüququ olan subyektlərin siya hısı və islahat aparılacaq kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yerquruluşunun baş planı hazırlanaraq rayon Aqrar İslahat Komissiyasına verilmişdir. “Maşad” X6 xx.xx.1997-ci ildə heç bir səlahiyyəti olmadığı halda qanunsuz olaraq iddiaçıya 0.02 hektar torpaq sahəsinin ayrılıb verilməsi barədə qərar vermişdir. İddiaçı tərəfindən 0.02 ha torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən edən ayrılmış torpaq sahəsinin yerquruluşu planını məhkəməyə təqdim etməmişdir.

8. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 6 iyun 2022-ci il tarixli, 10/2865 saylı rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin Mi ngəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Pərviz Məmmədovun mütəxəssis rəyində qeyd edilmişdir ki, Ağdaş Rayon Məhkəməsi tərəfindən təqdim olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********03 reyestr nömrəli çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü AA №548850) cavabdehin mülkiyyətinə verilmiş 0.4921 ha kənd təyinatlı torpaq sahəsi Ağdaş Rayon Məhkəməsinin təqdim etdiyi 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180.7 kv.m hissəsi ilə üst-üstə düşmüşdür. Ekspert tərəfindən qeyd edilmişdir ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəsindən mütəxəssis rəyi ndə yazılan məlumatlara, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Mütəxəsiss rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

9. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(014)-32/2022 nömrəli iş üzrə 3 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh tərəfindən onun istifadəsində olan Ağdaş şəhər ərazisindən 450 kv.m və 0,02 hektar torpaq sahəsinin zəbt edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********03 reyestr nömrəli çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü AA №548850) cavabdehin mülkiyyətinə verilmiş 0,4921 ha kənd təyinatlı torpaq sahəsi Ağdaş Rayon Məhkəməsinin təqdim etdiyi 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180,7 kv.m hissəsi ilə üstüstə düşməsi müəyyən etmişdir. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının istinad etdiyi sxem heç bir rəsmi qurum tərəfindən imzalanmamış və təsdiq olunmamışdır. Ekspert rəyində də ekspert, torpaq sahələrinin üst-üstə düşməsinə dair qənaətə gələrkən məhz işin materiallarında olan həmin 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180.7 kv.m hissəsi ilə üst-üstə düşməsini göstərmişdir. Göründüyü kimi, qeyd olunan üst-üstə düşən torpaq sahələrinə dair cavabdehin mülkiyyət hüququna dair çıxarışı möv cud olduğu halda iddiaçının heç bir orqan tərəfindən təsdiq olunmamış sxemi olmuşdur.

11. Məhkəmə öz mövqeyini Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 6 mart 2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə istinad etdiyi iddiaçının cavabdeh tərəfindən onun istifadəsində olan Ağdaş səhər ərazisindən 450 kv.m və 0,02 hektar torpaq sahəsinin zəbt edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsi qənaəti ilə bağlı qeyd et mişdir ki, bu xüsusat Əmlak Məsələləri Dövlət Xidməti “Dasınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi səxsi "xxxx" MMC-nin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Pərviz Məmmədovun mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********03 reyestr nömrəli Çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü AA No 548850) cavabdehin mülkiyyətinə verilmiş 0.4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya məxsus 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180.7 kv.m hissəsi ilə üstüstə düşmüşdür. Onu da qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi sahibkarlıq məqsədləri üçün, cavabdehə məxsus qeydiyyata alınmış torpaq sahəsi isə kənd təsərrüfatı təyinatl ı torpaq sahələri olmuşdur ki, belə olan halda həmin torpaq sahələrinin üst-üstə düşməsi mümkünsüz olmuşdur. Lakin mütəxəssis rəyi ilə cavabdehə ayrılmış kənd təsərrüfatlı torpaq sahəsinin iddiaçıya sahibkarlıq məqsədləri üçün ayrılmış torpaq sahəsinin 180.7 kv.m ilə üst-üstə düşdüyü təsdiq edilmişdir. Qeyd edilən mütəxəssis rəyi torpaq sahələrinin yerində koordinatları müəyyən edilməklə müəyyən edilmiş və verilmişdir. Belə olan təqdirdə məhkəmənin gəldiyi qənaət əsassız olmuşdur.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə mühəndis tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli 10/1555 nömrəli rəyə əsasən: “Qərardadın bir inci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 9 fevral 2023-cü il tarixli 3-21-3-35/2-543/2023 nömrəli mütəxəssis rəyinə əsasən, xx.xx.2020-ci il tarixli, **********03 reyestr nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən olunur: X= 708646.83, Y= 4500565.26, X= 708695.26, Y= 4500550.48, X= 708690.22, Y= 4500539.61, X=708643.33, Y= 4500557.59. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Ağdaş rayon Məşəd X3 25 noyabr 1997 ci il tarixli 08 saylı ümumi iclas protokolunun qərarı ilə Ağdaş şəhəri Nizami küçəsi 51 nömrəli evdə yaşayan iddiaçın ın azad sahibkarlıqla məşğul olması ilə əlaqədar olaraq onun özünə məxsus şəxsi mağaza tikintisi üçün Bakı-Tbilisi şosse yolunun sol hissəsindən təsərrüfata məxsus olan dörd yol adlanan torpaq sahəsində yerləşən benzin doldurma məntəqəsinin şərq hissəsindəki, boş və istifadəsiz əkinə yaramayan torpaq sahəsindən mağaza tikintisi üçün ayrılmış 0,02 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, həmçinin torpaq sahəsinin sənəd üzrə koordinatları məlum olmadığı üçün, həmin torpaq sahəsini naturada müəyyən etmək mümkün olmadı. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Ağdaş rayon Məşəd Bələdiyyəsinin 31 mart 2001-ci il tarixli 19 nömrəli ümumi icla s protokolunun qərarı ilə Ağdaş şəhəri, Nizami küçəsi 51 nömrəli evdə yaşayan iddiaçıya fərdi sahibkarliq məqsədi üçün Ağdaş-Xaldan asfalt yolunun sol tərəfindən yanacaq doldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən verilmiş 15x30 metr (450m2) torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, həmçinin torpaq sahəsinin sənəd üzrə koordinatları məlum olmadığı üçün, həmin torpaq sahəsini naturada müəyyən etmək mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, iddiaçıya verilmiş yuxarıda göstərilən torpaq sahələrinə aid sxemlər (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, torpaq sahələrinin təyinatını, kateqoriyasını və uqodiyasını müəyyən etmək olmadı. Məlumat üçün bildiririk ki, mülki iş materiallarına əlavə edilmiş sxemdə göstərilmiş koordinatlar daxilində yerləşən 0.04 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olan “X2 X5”nə əsasən 175 kv.m hissəsi yaşayış məntəqələrinin torpağı, 225 kv.m hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, xx.xx.2020-ci il tarixli, **********03 reyestr nömrəli olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi və iddia etdiyi 0,0511 ha torpaq sahəsinin 0,0152 ha hissədə üst-üstə düşdüyü müəyyən olundu. Mülki iş material larına əlavə edilmiş sxemdə göstərilmiş koordinatlar daxilində yerləşən 0,04 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, **********03 reyestr nömrəli olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən edildi. Qərardadın altıncı sualı üzrə: Mütəxəssis rəyinə əsasən, üst-üstə düşən hissənin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən 0,0152 ha olduğu müəyyən olundu.”

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-59/2023 nömrəli mülki iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Mahir Əsədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmi ş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli 10/1555 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 9 fevral 2023-cü il tarixli 3-21-3-35/2-543/2023 nömrəli mütəxəssis rəyi və həmin mütəxəssis rəyinə əlavə edilmiş 1:2000 miqyasda olan yerquruluşu planından göründüyü kimi, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 0,0511 ha torpaq sahəsinin mülkiyyət sənədləri mövcud olmamaqla, həmin torpaq sahəsinin yalnız 0.04 ha hissəsi elektron məlumat bazasında mövcud ol muşdur. Həmin 0.04 ha hissə isə cavabdehin mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 0,0511 ha torpaq sahəsinin 0.0152 ha hissəsi cavabdehin mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşsə də, həmin üst-üstə düşən torpaq sahəsi ilə bağlı iddiaçıya məxsus mülkiyyət sənədləri olmamaqla, elektron məlumat bazasında mövcud deyil.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı işdə iddia tələbinin qanuni əsası müəyyən edilməmişdir. İddia tələbinin qanuni əsasının müəyyən edilmədiyi aşkar olunduqda, məhkəmə araşdırması başa çatır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 157, 164, 165 -ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil etmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir ki, bu hüquqlar da mülkiyyət hüququnun tərkib elementləri olmuşlar. Məhkəmələrin maddi hüquq norması olan Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tətbiqi edilməməsinin əsasını iddiaçıya məxsu s torpaq sahəsinin elektron məlumat bazasında mövcud olmaması ilə əsaslandırılması düzgün olmamışdır. Araşdırma zamanı nəzərə alınmamışdır ki, iddiaçının faktiki sahiblik və istifadəsində olan torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqları olmuş, eyni zamanda iddiaçıya verilmiş torpaq sahəsi sahibkarlıq, cavabdehə verilmiş torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur.

22. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməs i, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassator bildirir ki, iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir, lakin məhkəmə tərəfindən həmin norma düzgün tətbiq edilməmişdir (§ 21).

37. Kassasiya instansiyası məhkəməsi şikayətin dəlillərini əsaslı saymır ona görə ki, qeyd olunan normaya əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (§ 26).

38. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından göründüyü kimi, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin müəyyən olunması zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.

39. Mübahisə predmeti daşınmaz əşyadır. Belə əşyalar üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır (§ 24).

40. Mülki prosessual qanunvericiliyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 29).

41. Buna baxmayaraq, işə mahiyyəti üzrə baxan məhkəmələr idd iaçının dəlillərini və işdəki sübutları iki dəfə ekspertiza keçirməklə tam və hərtərəfli araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı, mübahisəli torpaq sahəsinə özünün mülkiyyət hüququnu sübuta yetirə bilməmişdir.

42. Halbuki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 28).

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya mə hkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-59/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar