Məhkəmə qərarları › İş №2(102)-3832/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3832/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3832/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3832/2024 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-372/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2021-ci il tarixli sadə yazılı borc müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 10.000 (on min) manat məbləğində pulu borc vermiş, Cavabdeh aldığı borc məbləğini 27 dekabr 2021-ci il tarixdə tam olaraq İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh qarşı (bundan sonra cavabdeh) iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 avqust 2021-ci il tarixli kredit müqaviləsin ə əsasən cavabdehə 10.000 manat pul borc vermişdir. Cavabdeh ona pulu 27 dekabr 2021-ci il tarixdək qaytaracağını bildirmişdir. Lakin cavabdeh verdiyi vədi yerinə yetirməmişdir. O, cavabdehdən bir neçə dəfə pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan yayınmışdır. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

4. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının gəlini Dilarə Hüseynova onu evlərinə dəvət edərək işlənmiş mebel əşyalarını ucuz qiymətə nisyə ona verilməsini təklif etmişdir. Bu zaman o, əşyalara baxdıqdan sonra ümumilikdə əşyaların qiymətini 1.100 manat dəyərində Dilarə Hüseynova ilə aralarında razılaşmış və həmin əşyaları evinə gətirmişdir. Bir müddət sonra isə iddiaçı mebel əşyaları nın qiymətini artıraraq ondan razılaşmış qiymətdən əlavə 1.000 manat artıq yəni ümumilikdə 2.000 manat pul tələb etmiş o da bu halı Dilarə Hüseynovaya danışanda Dilarə Hüseynova onu yenidən evinə dəvət edərək qayınatasının faizə pul verdiyini ona bildirmişdir. Daha sonra o, mərhum həyat yoldaşı ilə məsləhətləşdikdən sonra iddiaçıdan ayrı-ayrı vaxtlarda ümumilikdə 5.000 manat miqdarında borc müqaviləsi əsasında pul götürmüşlər. Lakin ona sonradan məlum olmuşdur ki, həmin borc müqaviləsində qeyd olunan məbləğ 10.000 manat olmuşdur. Hal-hazırda onların iddiaçıya heç bir borcu yoxdur. Belə ki, mərhum əri tərəfindən iddiaçıya ayrı ayrı-ayrı vaxtlarda 39.000 manat pul ödənilmişdir. Ödəmələrlə bağlı 6.079 manat pulun qaytarılmasına dair qəbzlərin olması ilə yanaşı borcun olmamasını hətta iddiaçı özü də etiraf etmişdir. Lakin həyat yoldaşı rəhmətə getdikdən sonra iddiaçı, haqsız olaraq onlara qarşı iddia tələbi irəli sürmüşdür. Bu baxımdan hesab edir ki, iddia əsassızdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 verdiyi izahatında bildirmişdir ki, cavabdehin mərhum ərinin iddiaçıya borcu olmasa da, cavabdehin iddiaçıya borcu vardır. Həmçinin, iddia təmin olunarsa iddiaçı cavabdehlə icra mərhələsində qətnamənin icrasından imtina edəcək və razılıq əldə edilməsinə səy göstərəcək, borcun hissə-hissə ödənilməsinə şərait yaradacaqdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona hər hansı borc pul verilməmişdir, borcu mərhum həy at yoldaşı götürmüş və artıqlaması ilə iddiaçıya geri qaytarmışdır. Hazırda iddiaçının ona qarşı olan iddiası əsassızdır və bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Qətnamə çıxarılacağı təqdirdə iddiaçıya heç bir ödəniş etməyəcəkdir.

7. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cavabdeh yeznəsidir. Almazın iddiaçıdan aldığı pulu özü şəxsən İddiaçı qaytarmışdır. Həmin gün maşınla İddiaçı yanına gedərək maşının müşahidə kamerasını aktiv etmiş və Bəxtiyara 2.500 manat məbləğində pulu vermişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 4/527 saylı ekspert rəyinə əsasən, mülki işin 3-cü vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan 04 avqust 2021-ci il tarixli Borc Müqaviləsinin arxa tərəfində “Cavabdeh” hissəsində “İMZA:” qrafasındakı imza, “özum imzaladım” yazıları və “ehtiyacım olduqun həmkəndlim Bəxtiyar Huseyinov dan 10 Min onmin Manat borc pul aldim 2021 ci dekabr ayının 30 qaytaraca m öz imzamba tasdik edirəmə imza: Cavabdeh.” yazıları və “imza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.

9. Masallı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(050)-544/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddia tələbi təmin edilmiş, cavabdehdən 10.000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəmə si müəyyən etmişdir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır.

11. Məhkəmə iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sənədləri, şahid ifadəsini digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək və iddianın rədd edilməsi və ya qismən təmin edilməsi baxımından sübut növü kimi qəbul etmədiyini qeyd etmişdir.

12. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 740.1, 740.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 101.7, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən cavabdeh qətnaməndən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

15. Apellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinə təqdim olunan etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının gəlini Dilarə Hüseynova onu evlərinə çağıraraq işlənmiş mebel əşyalarını ucuz qiymətə nisyə ona verməsini təklif etmişdir. O, da həmin əşyalara baxmış, ədəd taxt, 1 ədəd şifoner və 1 ədəd uşaq krovatının ümumilikdə qiymətini 1.100 manat hesablanmışdır. Əşyaları da iddiaçının oğlu İlkin Hüseynov öz maşınında usta Bəşirlə evə gətirib, quraşdırmasını da özü həll etmişdir. Bundan sonra iddiaçı qiymətləri artıraraq 2.000 manat məbləği tələb etmişdir. Sonra da Dilarə Hüseynova yenə onu evinə çağırıb bildirmişdir ki, “problem yoxdur, qayınatam faizə pul verir. Əşyaların pulunu qayınatamdan götür yavaş-yavaş faizini verərsən.” Həmin vaxt karantin vaxtı idi. Mərhum yoldaşı Zamiqlə məsləhətləşib 2.000 manat puldan əlavə 3.000 manat da özlərinə götürməyi fikirləşmişlər. Beləliklə, mərhum həyat yoldaşı Zamiqlə Bəxtiyarın evinə gedib, gəlini Dilarədən 03 avqust 2021-ci il tarixdə 3.000 manat, sonradan da 07 avqust 2021-ci il tarixdə də 2.000 manat pul almışdır. Lakin iddiaçının qeyd etdiyi 04 avqust 2021-ci il tarixli kredit müqaviləsinə 10.000 manat almağını təsdiq edən imzası ilə sənəd tərtib etmişdir. Qəbzdəki imza ona məxsusdur. Lakin kağızı oxumadan imzalamışdır. Mərhum yoldaşı iddiaçıya olan borcuları ödəyib bitirib, lakin bunu təsdiq edən hər hansı bir qəbzi iddiaçıdan almamışdır. Pulu ona mərhum yoldaşı ilə birlikdə gedib əlbəəl vermişlər. Yoldaşı musiqiçi olmuşdur. Özü əvvəl xadimə işləmiş, sonradan işdən çıxmışdır. İddiaçıya əlbəəl 31.000 manat pul qaytarmışlar. Qalan ödənilən məbləğləri isə kartdan çıxarıblar. Kartla birlikdə ümumilikdə onlara 39.000 manat məbləğində pul ödəmişlər. Birinci instansiya məhkəməsində işə ədalətli şəkildə baxılmamış, sübutları təmin edilməmişdir. Əfqan Şükürov qəss ab, Şakir fotoqrafdır. Həmin şəxslərin yoldaşı ilə heç bir münasibəti olmamışdır. İddiaçı və onun ailəsi onlardan əlavə pullar almağa başlayandan sonra məcbur qalıb xəstə uşağına və xəstə ərinə məxsus olmuş 6768 6753 9293 0804 nömrəli pensiya kartını iddiaçıya vermişlər. Həmin pullar faizi ödəmədiyinə görə aylıq da iddiaçının oğlu İlkin Hüseynovun hesab kartına ödənişlər edilib. Həmin ödənişləri təsdiq edən müvafiq qəbzlər iş materiallarına əlavə edilmişdir. Hazırda həmin qəbzlərdən 6.079 manatını təsdiq edən bank qəbzləri vardır. Mərhum yoldaşının onlara verdiyi pul isə ümumilikdə 39.000 manat məbləğ təşkil edir. Məhkəməyə fotoşəklini təqdim etdiyi kart 3-cü qrup əlil mərhum yoldaşı X10 və xəstə uşağı X5 pensiya kartıdır. Sözügedən kart 2021-ci ilin dekabr ayından xx.xx.2023-cü ilədək idd iaçıda olmuşdur. 03 yanvar 2023-cü ildə kartı onlara qaytarıblar. Kart iddiaçıda olmuş və pul köçdükcə həmin pulu onlar bankomatdan çəkirmişlər. Məhkəmədə bu barədə bildirsə də, həmin kartdan iddiaçı yaxud onun oğlu tərəfindən nə qədər pul çıxarılması araşdırılmamışdır.

16. Məhkəmə kollegiyası tərəfindən X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlardan 10.000 manat pul almamışdır. Qəbzdəki imza ona məxsusdur, lakin kağızı oxumadan imzalamışdır. Mərhum yoldaşı ona olan borcuları ödəyib bitirib, lakin bunu təsdiq edən hər hansı bir qəbzi iddiaçıdan almamışdır. Pulu ona mərhum yoldaşı ilə birlikdə gedib əlbəəl vermişlər. Yoldaş ı musiqiçi olmuşdur. Özü əvvəl xadimə işləmiş, sonradan işdən çıxmışdır. İddiaçıya əlbəəl 31.000 manat pul qaytarmışlar. Qalan ödənilən məbləğləri isə kartdan çıxarıblar. Kartla birlikdə ümumilikdə onlara 39.000 manat məbləğində pul ödəmişlər. Birinci instansiya məhkəməsində işə ədalətli şəkildə baxılmamış, sübutları təmin edilməmişdir. Əfqan Şükürov qəssab, Şakir fotoqrafdır. Həmin şəxslərin yoldaşı ilə heç bir münasibəti olmamışdır. İddiaçı və onun ailəsi onlardan əlavə pullar almağa başlayandan sonra məcbur qalıb xəstə uşağına və xəstə ərinə məxsus olmuş 6768 6753 9293 0804 nömrəli pensiya kartını iddiaçıya vermişlər. Həmin pullar faizi ödəmədiyinə görə aylıq da iddiaçının oğlu İlkin Hüseynovun hesab kartına ödənişlər edilib. Həmin ödənişləri təsdiq edən müvafiq qəbzlər iş materialların a əlavə edilmişdir. Hazırda həmin qəbzlərdən 6.079 manatını təsdiq edən bank qəbzləri vardır. Mərhum yoldaşının onlara verdiyi pul isə ümumilikdə 39.000 manat məbləğ təşkil edir. Məhkəməyə fotoşəkilini təqdim etdiyi kart 3cü qrup əlil mərhum yoldaşı X10 və xəstə uşağı X5 pensiya kartıdır. Sözügedən kart 2021ci ilin dekabr ayından xx.xx.2023-cü ilədək iddiaçıda olmuşdur. 03 yanvar 2023-cü ildə kartı onlara qaytarıblar. Kart iddiaçıda olmuş və pul köçdükcə həmin pulu onlar bankomatdan çəkirmişlər. Məhkəmədə bu barədə bildirsə də, həmin kartdan iddiaçı yaxud onun oğlu tərəfindən nə qədər pul çıxarılması araşdırılmamışdır.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında X6 adına olan 6768 6753 9293 0804 nömrəli kar t (kart hesabı) üzrə 2021-ci ilin avqust ayından 2023-cü ilin fevral ayınadək olan dövr ərzində pul vəsaitinin çıxarılmasına dair bankomat görüntüləri (foto və video) tələb edilmiş, lakin "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/12330 saylı məktubuna əsasən sorğu olunan dövrdə bankomatla aparılmış əməliyyatlara dair görüntülərin saxlanma müddəti bitdiyindən həmin görüntülər hazırda mövcud deyildir. Həmin tarixdən 1 il keçdiyi üçün bankomatda formalaşmış görüntülər avtomatik sistemdən silinmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-372/24 nömrəli, 14 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (məruzəçi), Tale Kərimov və Fikrət Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci insta nsiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir.

21. Apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edən məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində habelə izahatında bildirdiyi dəlillər, iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Bununla yanaşı, cavabdehin vəsatəti əsasında apellyasiya instansiya məhkəməsinin müvafiq qərardadının icrası üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2024/111/8329 saylı cavab məktubuna əsasən həqiqətən də müxtəlif dövrlərdə adı çəkilən kart üzərindən müxtəlif məbləğlərdə məxaric əməliyyatları aparılmış, lakin bankomat görüntüləri silindiyindən bu əməliyyatların kim tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olduğu halda, məxaric əməliyyatlarının iddiaçı tərəfindən icra edilməsi, yəni məxaric olmuş pul vəsaitinin iddia tələbinin əsasını təşkil edən borcun ödənilməsi üçün sərf edilməsi müəyyən edilmədiyindən cavabdehin borc üçün iddiaçıya kartı verməsi və kartdakı pulların iddiaçı tərəfindən mənimsənilməsi barədə dəlilləri əsaslı və mötəbər sübut kimi qəbul edilə bilməz. Hazırda cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı qəbz və ya bunu təsdiq edə biləcək başqa sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası cavabdehin borcun ödənilməsi üçün bildirdiyi bütün halları əsassız hesab edir.

22. Bundan başqa, iddiaçının oğlu X1 hesab kartına ödənişləri təsdiq edən müvafiq qəbzlərlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı məhkəməyə teleqram ünvanlayaq cavabdehin ona olan borcunu geri qaytarmadığını, onun oğlu İlkinə də borcu olduğunu və dediyi pulları da məhz sonuncunun borcunu ödəmək üçün verdiyini bildirmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, ümumilikdə cavabdeh etirazının əsası olaraq iddiaçıya olan borcunun nə nağd şəkildə ödənilməsini, nə yuxarıda qeyd edilən plastik kartdan borcun ödənilməsi üçün iddiaçı tərəfindən pul vəsaitinin çıxarılmasını sübuta yetirə bilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəl lənin 6.2, 324.1, 324.3, 329.2, 390.1, 739.1, 740-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 372.1, 372.6, 372.7, 385.2, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı qanunsuz olaraq guya ondan 10.000 manat almağını təsdiq edən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi yazmışdır və onunda xəbəri olmamışdır. İddiaçı faizi pulunu tələb etdiyi üçün o da məcbur olur 2 əlil uşağının və yoldaşının pensiya kartını ona vermişdir. Bu pensiyalar iddiaçının verdiyi pulun faizini ödəmirdi deyə aylıqda ona verdiyini oğlu X3 hesabına karta ödəmişlər. Hazırda həmin qəbzlərdə 6.079 manat pul ödənilmişdir. Məhrum yoldaşı Zamiq əli ilə Bəxtiyara ümumilikdə 39.000 manat pul vermişdir. Lakin Bəxtiyarın faizləri bitməmiş və nəticədə yoldaşı dözməyərək xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bütün kənd camaatı bilir ki, onun Bəxtiyara borcu yoxdur. İddiaçı yoldaşı öləndən sonra pulu tələb etməmiş, müəyyən zaman keçdikdən sonra yenidən pulu tələb etməyə başlamışdır. Onun uşaqlarının və yoldaşının kartları 2021-ci ilin dekabr ayından xx.xx.2023-cü ilədək iddiaçıda olmuşdur. Həmin müddət ərzində pulları kartdan Bəxtiyar və ya onun adamları çıxarmışdır. Məhkəmə isə həmin hallar ı araşdırmamışdır. Onun iddiaçı qarşısında öhdəliyi qalmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər saxtadır. Onun məlumatı olmadan yazılmışdır. Onun heç birindən xəbəri olmamışdır. O, götürdüyü öhdəliyi icra etmiş, faizini də vermişdir. Lakin əsassız olaraq ondan yenidən pul tələb edir. Pulların oğlunun kartına atılması barədə qəbzləri vardır, lakin məhkəmədə həmin hallar da araşdırmamışdır. Məhkəmə maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymətləndirilməmiş. Ümumiyyətlə məhkəmə araşdırması çəkişmə və ədalət prinsiplərinin pozulması ilə aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa ş əxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçü n cavabdehdir.

34. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

35. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

36. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi h alları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

44. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu fakt ları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən bax ılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlan. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndir ilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

56. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlə sadə yazılı formada borc müqaviləsi bağlayaraq ona 10.000 manat borc verdiyini, lakin cavabdehin həmin məbləği müqavilə ilə müəyyən edilən müddətdə ona qaytarmadığını qeyd edərək, cavabdehdən 10.000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.

57. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək, əslində müqavilə bağlayarkən iddiaçıdan 10.000 manat pul almadığını, iddiaçıya faizlə birlikdə əlbəəl 31.000 manat pul qaytarmasını, qalan ödənilən məbləğləri isə iddiaçının onun xəstə ərinə və uşağına aid olan bank kartından çıxarmasını, kartla birlikdə ümumilikdə iddiaçı və oğluna 39.000 manat məbləğində pul ödəmələrini, həmin bank kartının 2021-ci ilin dekabr ayından xx.xx.2023-cü ilədək iddiaçıda olmasını, ödənişlərin bir hissəsini aylıq olaraq iddiaçının oğlu İlkin Hüseynovun bank kartına ödəməsini, həmin ödənişləri təsdiq edən qəbzlərdən 6.079 manatını təsdiq edən bank qəbzlərini məhkəməyə təqdim etdiyini göstərərək iddianın rədd olunmasını xahiş etmişdir.

58. Biri nci instansiya məhkəməsi, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmasını, iddiaçının müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc verməsini, cavabdehin isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürməsini, lakin üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyini, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququnun yaranmasını, cavabdehin hərəkətlərinin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli olduğunu qeyd edərək iddianı təmin etmişdir.

59. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətində, habelə izahatında bildird iyi dəlillər, iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Bununla yanaşı, cavabdehin vəsatəti əsasında apellyasiya instansiya məhkəməsinin müvafiq qərardadının icrası üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2024/111/8329 saylı cavab məktubuna əsasən həqiqətən də müxtəlif dövrlərdə adı çəkilən kart üzərindən müxtəlif məbləğlərdə məxaric əməliyyatları aparılmış, lakin bankomat görüntüləri silindiyindən bu əməliyyatların kim tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olduğu halda, məxaric əməliyyatlarının iddiaçı tərəfindən icra edilməsi, yəni məxaric olmuş pul vəsaitinin iddia tələbinin əsasını təşkil edən borcun ödənilməsi üçün sərf edilməsi müəyyən edilmədiyindən cavabdehin borc üçün iddiaçıya kartı verməsi və kartdakı pulların i ddiaçı tərəfindən mənimsənilməsi barədə dəlilləri əsaslı və mötəbər sübut kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsi hazırda cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı qəbz və ya bunu təsdiq edə biləcək başqa sübutlar təqdim edilmədiyindən cavabdehin borcun ödənilməsi üçün bildirdiyi bütün halları əsassız hesab etmişdir.

60. Apellyasiya instansiya məhkəməsi həmçinin, iddiaçının oğlu X1 hesab kartına ödənişləri təsdiq edən müvafiq qəbzlərlə bağlı qeyd etmişdir ki, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq cavabdehin ona olan borcunu geri qaytarmadığını, onun oğlu İlkinə də borcu olduğunu və dediyi pulları da məhz sonuncunun borcunu ödəmək üçün verdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası ümumilikdə cavabdehin etirazının əsası olaraq iddiaçıya olan borcunun nə nağd şəkildə ödənilməsini, nə yuxarıda qeyd edilən plastik kartdan borcun ödənilməsi üçün iddiaçı tərəfindən pul vəsaitinin çıxarılmasını sübuta yetirə bilmədiyi barədə nəticəyə gəlmişdir.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

62. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tər əfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən cavabdehin iddia tələbinə qarşı verdiyi etirazın əsası ilə bağlı təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam və obyektiv qiymət verilmədiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz.

64. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi hallar məhkəmələr tərəfindən araşdırılmamış, həmin ifadəyə hüquqi qiymət verilməmiş, ifadədə qeyd olunanlarla bağlı, habelə cavabdehin xəstə ərinə və uşağına aid olan bank kartını iddiaçıya verməsi, həmin bank kartının 2021-ci ilin dekabr ayından xx.xx.2023-cü ilədək iddiaçıda olması ilə bağlı hallara iddiaçının və iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş İlkin Hüseynzadənin müna sibəti, eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi SD diskdə olan görüntülərə iddiaçının münasibəti öyrənilməmiş, həmin sübutlara hər hansı hüquqi qiymət verilməmişdir.

65. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilməsi üçün “cinayət (və ya mülki) icraat üzrə şahid və ya zərərçəkmiş şəxs” kimi Şahid2 xx.xx.2023-cü il tarixdə iltizam alınaraq (cild 1, i.v.124) iş materiallarına əlavə olunsa da, həmin şəxsin ifadəsi məhkəmə iclası protokolunda əksini tapmamış, qətnamədə şahidin ifadəsinə istinad olunmamışdır. Lakin apellyasiya instansiya məhkəməsi adı çəkilən şəxsdən iltizamın nə məqsədlə alınmasını, ifadə vermişsə həmin ifadənin iş üçün əhəmiyyətli olub-olmamasını, ifadənin məhkəmə iclası protokolunda əksini tapmamasını, qeyd olunan tarixli məhkəmə icl asında iştirak etmiş tərəflərin buna münasibətini dinlənilməklə araşdırmamışdır.

66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının borcu ilə bağlı onun oğlu X1 hesab kartına ödənişləri etməsini təsdiq edən qəbzlər təqdim edilsə də, apellyasiya instansiya məhkəməsi həmin qəbzlər üzrə edilmiş ödənişlərin hazırkı iddiaya aid olmadığını təsdiq edən sübut kimi, cavabdehin ona olan borcunu geri qaytarmadığını, onun oğlu İlkinə də borcu olduğunu və dediyi pulları da məhz sonuncunun borcunu ödəmək üçün verdiyini bildirməsi barədə iddiaçının məhkəməyə ünvanlandığı teleqrama istinad etmiş, bu halda iddiaçının, yaxud üçüncü şəxs İlkin Hüseynzadənin teleqramda göstərilənlərlə bağlı gecikmiş sübutu belə məhkəməyə təqdim etməmələrini nəzərdən qaçırmış, cavabdehin təqdim etdiy i qəbzlərdə etdiyi ödənişlərin iddiaçının cavabdehdən tələb etdiyi borcla bağlılığını aydınlaşdırmamış, o cümlədən cavabdehin borcu icranı qəbul etməyə ixtiyarı çatan şəxsə, yəni iddiaçının oğlunun kart hesabına ödəməsini, göstərilən ödənişin ona olan borcla bağlı ödənilməsini qəbul etməyən iddiaçının isə həmin ödənişin icra edilməli öhdəlik deyil, başqası olmasını sübut etməli olduğunu, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsini Mülki Məcəllənin 433.1 və 529.2-ci maddələrinin tələbi baxımından qiymətləndirməmişdir.

67. Belə ki, Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

68. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olu nmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

69. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini qismən təmin etmək barədə nəticəyə gəlmişdir.

70. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

71. Eləcə də Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.

72. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab e dilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.

73. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilm əmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətna mədə göstərilən hallar işin materiallarına uyğun olsun.

75. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

76. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

77. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şi kayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

78. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadl ıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

79. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

80. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

81. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət vermə li, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-372/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar