Məhkəmə qərarları › İş №2(102)-3832/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3832/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3832/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisə, elektrik enerjisinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik verilməsi və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3916/2025 nömrəli 6 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Xocasən qəsəbəsi, Motodrom yaşayış massivində inşa edilmiş özünə məxsus fərdi yaşayış evində qeydiyyatsız yaşayır.

2. Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Agentliyinin Bakı filialı tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən fərdi yaşayış evinin ETŞ-yə qoşulması məsələsinə mövcud qaydalara uyğun yenidən baxılması və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi məqsədilə "xxxx" ASC-yə müvafiq məktub ünvanlanmışdır. Cavab olaraq tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti təqdim edilmədiyi üçün ETŞ-yə qoşulmanın mümkün o lmayacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Binəqədi rayonu, “Motodrom yaşayış massivindəki” fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin təmin edilməsini "xxxx" ASC-nin üzərinə qoyulması, əsassız və qərəzli olaraq evinin elektrik şəbəkəsinə qoşulmasının qarşısını almaqla ona maddi və mənəvi ziyan vurulduğuna görə "xxxx" ASC-nin bu vaxta qədər olan dövr üçün 5100 manat, evə elektrik enerjisi verilən vaxta qədər hər ay üçün əlavə 300 manat təzminat ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, indiki Avtovağzal ətrafın da bu gün “Motodrom yaşayış massivi” kimi tanınan ərazidə digər çoxsaylı vətəndaşlar kimi o, da yer götürmüşdür. Həmin ərazilər vaxtilə Bakı şəhərinin yaşıllaşdırma ərazisinə daxil olub, meşə və yaşıllıqlar altında olmuşdur. İmkanı olmadığından o, digər çoxsaylı insanlardan (minlərlə) çox sonra kiçik bir ev tikmişdir. Yaşamaq üçün tam şərait yarada bilmədiyindən köçə bilməmişdir. Sonra evinin ətrafındakı yaşıllıq zonasında çay, pivə və digər yeməklər verməklə kafe açıldı və ondan həmin evdən mal-materialların saxlanması, gecələr oxrananın qalması üçün ondan istifadə etmələrini xahiş etdilər və bildirdilər ki, kommunal məsələləri həll edəcəklər, illik vergiləri ödəyəcəklər, kanalizasiya sistemini çəkəcəklər. O, da müvəqqəti istifadələri üçün təmənnasız olaraq vermişdir. Həmin evə işıq çəkdi rmişlər, hətta evin ətrafındakı bütün ağaclar da işıqlara qərq olunmuş, kafe səhərə qədər işləmişdir, bütün ətraf işıqlandırılmışdır. “Avtovağzal” metro stansiyası açılan zaman aparılan abadlıq işlərinə aid olan ərazinin yaşıllaşdırılması işlərini o, aparmışdır. Metro stansiyası açılanda ətrafdakı qeyri-qanuni obyektlər ləğv edilmiş, o cümlədən də onun evinin ətrafındakı kafe. Evə gələn işıq xətlərini, su xəttini də kəsib aparmışlar. Kafeni işlədənlər nə ona verdikləri sözü tutmamış, eşitdiyinə görə işığa baxan işçilərə də aralarında razılaşdıqları məbləği ödəməkdən imtina etmişdirlər. Yaşıllaşma işlərinə başladığı vaxt həmin evi təmənnasız olaraq abadlıq işlərində işləyən fəhlələrin istifadəsinə vermiş, ərazinin işıqlandırılmasını təmin edən transformatordan elektrik xətti çəkilmişdir. So nra da təmənnasız olaraq orada yaşıllıq işlərində daimi işləyən işçilərin istifadəsinə vermişdir. Lakin, sonralar həmin elektrik kabeli oğurlanmış və ev elektrik enerjisiz qalmışdır. İndi həmin evdən istifadə etmək istəyir. Buna görə də elektrik enerjisinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə (indiki elektrik verilməsi şərtlərini tənzimləyən Qərardan əvvəl) “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir. Məlumat üçün “ASAN Xidmət” Mərkəzinin təyin etdiyi vaxt bitən kimi təkrar müraciət etmişdir. Bu zaman ona şifahi bildirmişlər ki, onun qonşusunun elektrik enerjisinə böyük məbləğdə borcu var, ona da enerji həmin xətdən verilməlidir. O borc ödənilməsə elektrik enerjisinin verilməsi mümkün deyildir. O, izah etmişdir ki, qonşunun borcunun ona aidiyyəti yoxdur və yaxud o, başqasının borcunu niy ə ödəməlidir, çox böyük məbləğ deyilsə onun əvəzinə ödəyə bilər. Lakin, ona heç bir məbləğ deyilməmişdir. O, məcbur olub Energetika Nazirliyinin X3 Agentliyinə zəng vurmuş, məsələni olduğu kimi izah etmiş və onların tələbi ilə evin eskizlərinin, bələdiyyə arayışının, rüsum ödənilməsinə aid qəbzlərin bir neçəsinin və s. surətlərini “WhatsApp” vasitəsi ilə göndərmişdir. Ona bildirmişlər ki, hər şey qaydasındadır, elektrik enerjisi verməyə borcludurlar. O, sonra daha bir neçə dəfə əlaqə saxlamış və ona bildirilmişdir ki, onlar "xxxx" ASC-yə məktub yazıblar, ancaq hələ cavab gəlməyib və ən sonda bildirdilər ki, qonşunun elektrik enerjisinə borcuna görə birləşdirmirlər, onlar göstəriş veriblər, birləşmə aparılmalıdır, ona görə o, təkrarən “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir. Lakin, bu d əfə müraciət etdikdə bildirdilər ki, bu sahə üzrə kurator olan Elçin Rüstəmov adlı əməkdaş bildirmişdir ki, o, evə oxşamır, evin ətrafı yaşıllıqdır, yolun digər tərəfində 4 m-dən başlayaraq qonşuları olsa da, yan qonşusu yoxdur, ola bilər tikilidən başqa məqsəd üçün istifadə ediləcək və s. cəfəng fikirlər söyləmişlər. O, məcbur olub "xxxx" ASC-nin sədri Vüqar Əhmədova və Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova müraciət etmişdir. Energetika Nazirliyinin Enerji X1 Bakı Filialından əvvəlki müraciətlərinə cavab olaraq rəis Xəyyam Aydınovun imzası ilə xx.xx.2023-cü il tarixli 315/1-Ə-4405-5/2023 nömrəli məktub almışdır. Məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin “ASAN Xidmət” X4 Departamenti rəsmi cavab verməmiş, şifahi bildirilmişdir ki, guya onun bu evi əvvəllər qonşuda n qidalanıb (indi bəhanəni belə əsaslandırırlar) və qonşunun borcu yaranıb, bu borc ödənilməlidir. Yəni bunun digər mənası odur ki, o, qonşunun borcunu ödəməlidir. Heç borcun məbləğini də bildirmirlər, bəlkə imkanı çatarsa, kömək məqsədi ilə edə bilər. Yalnız deyilib ki, böyük borc yaranmışdır. Sual olunur, əgər qanunsuzdursa, qeyd edilən sənədlərin olması vacibdirsə, onda qonşunun xəttinə hansı əsasla birləşmə aparılmışdır. Digər bir tərəfdən qonşuların dediyinə görə onun evinə heç vaxt qonşudan elektrik enerjisi birləşməsi olmayıb, evin 4 m məsafəsindən keçən elektrik xəttindən olub, hətta sayğac olub. Digər tərəfdən məktubda da bildirilmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli və xx.xx.2018-ci il tarixli 327 nömrəli qərarlarına görə enerji şəbəkəsinə qoşulma “ Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nə əsasən həyata keçirilir. Qaydanın 2.6-cı bəndinə əsasən sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz. Energetika naziri Pərviz Şahbazova ünvanladığı məktuba cavab olaraq yenə Enerji X1 Bakı Filialından, bu dəfə rəis vəzifəsini icra edən, rəis müavini Seymur Hacıyevin imzası ilə xx.xx.2023-cü il tarixli 3-15-2-1/2-Ə-51375-1941/2023 nömrəli məktub almışdır. Həmin məktub da demək olar ki, əvvəlkinin eynidir. Onun "xxxx" ASC-yə ünvanladığı məktuba cavab olaraq isə "xxxx" ASC-nin Müştəri xidmətləri İdarəsinin rəisi Mahir Abdullayevin imzası ilə xx.xx.2023-cü il tarixli 13-13/2-2/18-Ə-9539-5/2023 nömrəli məktub alm ışdır. Məktubda qeyd edilmişdir ki, “ünvanın mübahisəli ərazi olduğu və Sizin tərəfinizdən mülkiyyəti təsdiq edən müvafiq sənəd təqdim olunmadığı məlum olmuşdur. Bu səbəbdən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı mövcud qaydalara uyğun olaraq tərəfinizdən sözügedən ünvana dair mülkiyyəti təsdiq edən sənəd “ASAN Kommunal” mərkəzlərinə təqdim etdikdən sonra baxılacaqdır”. Bələdiyyə rəsmi sənəd verib bildirmişdir ki, bura onun fərdi yaşayış evidir. Əgər mübahisəli ərazi olsa idi yəqin ki, tikinti aparılarkən Binəqədi rayon İcra Hakimiyyəti bunun qarşısını alardı, tikili uzun illərdi orada qalmazdı. Onlar buranın guya iaşə obyekti kimi işlədəcəyini təxmin edərək, daha böyük məbləğ tələb etmək istəyirlər. Bütün bunlardan sonra o, təkrarən “ASAN Xidmət” Mərkəzində olmuş, evə aidiyyəti olan sənədləri təkrarən təqdim etmişdir. Lakin, bildirmişlər ki, evin çıxarışı olmasa elektrik enerjisi verilməsi mümkün deyil. X3 Agentliyi Bakı Filialının yeni rəisi Ceyhun Nağızadənin xx.xx.2024-cü il tarixli 3-15-2-1/2938/2024 nömrəli məktubu olmuşdur. Həmin idarənin əvvəlki iki rəisi demək olar ki, eyni mövqedədir və elektrik şəbəkəsinə birləşmənin qonşunun borcunu ödəməklə mümkün olduğunu bildirir. Ancaq bu rəis yeni bir sahənin uzaq məsafədən qoşulma yollarını göstərməklə cəfəng iddia irəli sürür ki, bu zaman 800 pm kabel, elektrik dirəkləri, xidmət haqqı və s. hesablarla külli miqdarda vəsait tələb edir. 0,4 kvt-lıq transformatordan hər ev üçün ayrıca elektrik xətti çəkilməyib ki, o, da çəksin. Digər tərəfdən abadlıq işləri aparılarkən bir neçə ev sökülüb, komp ensasiyası ödənib, elektrik xətti boşalıb, bir ev elektrik xəttindən yanıb, bərpa olunmayıb, yəni gücün aşağı düşməsi bəhanəsi də ola bilməz. Keçən bu 17 ay ərzində evindən istifadə edə bilməmişdir. Nəzarət olmadığından hasarı dağıdılmışdır. O, orada yaşamaq istəmişdir, ancaq həmin evi ən azından kirayəyə verib, müəyyən qədər ehtiyaclarını ödəyə bilərdi və bu onun Konstitusion haqqıdır. Həmin ərazidə aylıq kirayə haqqı ən azı 300 manatdır. Nəticədə ona bilərəkdən 5100 manat (17 ay x 300 manat) ziyan vurmuşlar.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının torpağın ona məxsusluğu barədə təsdiq edən heç bir sənəd mövcud deyildir. Mülkiyyət sənədi olmayan əmlaka, tikiliyə elekt rik enerjisi və abunəliyi verilmir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayonu Xocasən bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən iddiaçının adına, mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında bələdiyyədə mövcud olan elektron bazada heç bir məlumat aşkar edilməmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq AR İN yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, o cümlədən “Motodrom yaşayış massivi” kimi tanınan ərazidə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(0 06)-1613/2025 nömrəli iş üzrə 13 may 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Nail Abbasov).

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının yaşadığı ünvana mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. Qanunverici elektrik enerjisinin verilməsini torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədlə şərtləndirmişdir. Odur ki, iddia qeyd edilən hissədə əsaslı olmadığından təmin edilə bilməz.

10. Məhkəmə iddia tələbinin qalan hissədə də təmin edilməməli olması qənaətinə gəlmişdir. Belə ki, iddianın əsas hissəsi təmin edilmədiyindən, iddianın vurulmuş maddi və mənəvi zərərin ödənilməsi hissəsi də təmin edilə bilməz.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləs inin 80-ci, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hakimin Qərar qəbul etməsinə səbəb kimi istinad etdiyi Qanun, “ASAN Xidmət” Mərkəzinə müraciətindən sonra qəbul edilən Qanundur. Belə ki, “Elektroenergetika haqqında” AR Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. “Elektroenergetika haqqında” AR Qanununa aşağıdakı məzmunda 20.4-cü maddə əlavə edilsin: “20.4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tələb olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edil miş və ya tikilməkdə olan tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması qadağandır”. Maddə

2. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Prezidentin təsdiq etdiyi Qanundan görünmüşdür ki, bu Qanun xx.xx.2024cü il tarixdən qüvvəyə minir. Heç bir Qanun özündən əvvəlki dövrə təsir edə bilməz. xx.xx.2023-cü il tarixli 1075-V1QD nömrəli bu Qanundan əvvəl isə, elektrik şəbəkəsinə qoşulmaq şərtini Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 327 nömrəli Qərarı müəyyən edir. Qərarda göstərilir: “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına qoşulma haqqının məbləğinə əsasən həyata keçirilir. Qaydanın 2.6 bəndində əsasən Sifarişçidən bu qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb oluna bilməz”. Məhz müraciətin ə bu Qərara əsaslanaraq "xxxx" ASC tərəfindən “Əhali abonentin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə qoşulma haqqı”nı müəyyən edən və qoşulma haqqının 160 manat, yük hesabatına görə 5 kvt üçün 75 manat olmaqla bildiriş verilib (təkrarən əlavə edir). Əgər qanunsuz olsaydı bu sənəd verilə bilməzdi. Lakin müəyyən edilən vaxt məbləği ödəmək istədikdə, bundan qanunsuz və əsassız olaraq, müxtəlif əsassız bəhanələr gətirilərək imtina edilərək, enerji şəbəkəsinə qoşulmağa imkan verilməmişdir. Ətrafında olan minlərlə evdə yaşayanlar da qeydiyyatsız yaşayır, ancaq hamısının elektrik enerjisi var. Hakimin istinad etdiyi Qanunun, "xxxx" ASC-yə müraciətindən 4 aydan da çox sonra qüvvəyə mindiyindən və müraciət etdiyi zaman Qanun və Qaydaların elektrik şəbəkəsinə qoşulmağına əsa s verdiyindən qətnaməni doğru hesab etməmişdir. İddia ikinci hissədə də tam qanunidir. İki ilə yaxındır ki, maddi və mənəvi ziyan dəymişdir. Hələ mənəvi ziyanı qeyd etmədiyini, buna qanuni və hüquqi əsasları olduğunu bildirmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3916/2025 nömrəli mülki iş üzrə 6 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom yaşayış massivində” yerləşən İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün te xniki şərtin verilməsi və elektrik enerjisinin verilməsinin təmin edilməsi öhdəliyinin "xxxx" ASC-yə həvalə edilməsi qət edilmişdir (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski).

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı elektrik enerjisinin verilməsi üçün lazımi prosedurların həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə aidiyyəti quruma müraciət etmişdir. Elektrik enerjisinin verilməsini torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədlə şərtləndirən “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsi “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli Azərbaycan Respubl ikasının Qanunu ilə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmişdir. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Hazırkı iş üzrə hüquq münasibətləri göstərilən qanunun qüvvəyə minməsindən əvvəl yaranmışdır. Başqa sözlə iddiaçı elektrik enerjisinin verilməsi üçün müraciət etdiyi zaman “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun elektrik enerjisinin verilməsini torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədlə şərtləndirən 20.4-cü maddəsi Qanuna əlavə edilməmişdir.

16. Belə olan halda Kollegiya hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom yaşayış massivində” yerləşən İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə enerji təchiza tı şəbəkəsinə qoşulması üçün texniki şərtin verilməsi və elektrik enerjisinin verilməsinin təmin edilməsi öhdəliyi "xxxx" ASC-yə həvalə edilməlidir.

17. Kollegiya iddia tələbinin mənəvi ziyanın tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar birinci instansiya məhkəməsində icraat zamanı həmçinin, apellyasiya icraatı zamanı müəyyən edilməmişdir.

18. Kollegiya iddia tələbinin maddi ziyanı n tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı istinad etdiyi hala dair sübut təqdim etmədiyindən həmin hissədə də iddianın təmin edilməsinə əsas yoxdur.

19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təc hizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli 399 saylı Qərarı ilə “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ləğv edilmişdir. “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədl ərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasının 2.1-ci bəndinə əsasən texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə müraciət edir. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən isə ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. Belə ki, hazırkı iş üzrə materiallarla təsdiq olunmuşdur ki, iddiaçı elektrik enerjisinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir və mübahisəli hüquq münasibətinin məhz həmin tarixdə yaranması işin mübahisəsiz halıdır. Mübahisəli hüquq münasibətinin yarandığı tarixdə “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” qüvvədə olmuşdur (adı çəkilən Qayda 3 noyabr 2023-cü il tarixdə ləğv olunmuşdur) iddiaçının elektrik şəbəkəsinə qoşulmasını istədiyi əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı üçün Qaydanın yuxarıda istinad edilmiş 2.1 və 2.5-ci bəndlərini əsas gətirərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya verilən imtina tam amilə əsaslı və qanunauyğun olmuşdur. Lakin apellyasiya məhkəməsi hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, sadəcə “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını tətbiq etməklə kifayətlənmişdir.

22. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, lay ihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan)

24. Bənd 2.1. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə (bundan sonra ETM-in nümayəndəsi) müraciət edir.

25. Bənd 2.5. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

36. Lakin kollegiya hesab edir ki, iddianın qismən təmin edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq no rması pozulmuşdur.

37. İşin mübahisəsiz hallarına görə iddiaçı elektrik enerjisinin verilməsi üçün lazımi prosedurların həyata keçirilməsi məqsədilə 28 avqust 2023-cü il tarixdə aidiyyəti quruma müraciət etmiş, ona mülkiyyəti təsdiq edən müvafiq sənədi təqdim etmədiyi üçün ETŞ-yə qoşulmanın mümkün olmayacağı bildirilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi isə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı elektrik enerjisinin verilməsi üçün müraciət etdiyi zaman “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun elektrik enerjisinin verilməsini torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədlə şərtləndirən 20.4-cü maddəsi Qanuna əlavə edilməmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıd a adı çəkilən maddi hüquq normasına istinad etməsinin düzgün olmaması ilə bağlı mövqeyi doğru olsa da, iddianın mübahisələndirilən hissədə təmin edilməsi ilə bağlı gəldiyi nəticə həmin mübahisəli hüquq münasibəti yaranan zaman (28 avqust 2023-cü il - iddiaçının elektrik enerjisinin verilməsi üçün müvafiq quruma müraciət etdiyi tarix) qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın (bundan sonra – “Qayda”) 2.5-ci bəndinin tələbinə zidd olmuşdur.

40. Belə ki, Qaydanın 2.1-ci bəndinə əsasən Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə müraciət edir. 2.5-ci bənddə isə nəzərdə tutulmuşdur ki, ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir (Qayda 2023-cü il 3 noyabr tarixinədək qüvvədə olmuşdur).

41. Göründüyü kimi mübahisəli hüquq münasibəti yaranan zaman ETŞ-yə qoşulmaq üçün sifarişçinin mülkiyyət və ya digər ə şya hüququnu təsdiq edən sənədin surətinin ərizəyə əlavə edilməsi imperativ şərt olmuşdur. Lakin hazırkı işin mübahisəsiz hallarından biri də odur ki, iddiaçının müvafiq sənədə malik olmamış, eləcə də bu sənədi təqdim etməmiş, məhz bu səbəbdən səlahiyyətli qurumdan imtina cavabı almasıdır.

42. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, mübahisə üzrə tətbiq edilməli olan Qaydanın 2.5-ci bəndini tətbiq etməmiş və iş üzrə yanlış nəticəyə gəlmişdir.

43. Qeyd olunanları və MPM-in 417.1.4, 417.2, 418.2, 386-cı maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı və həmin hissədə iddia rədd edilməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 416-419 -cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 avqust 2025-ci il tarixli 2(103)-3916/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar