Məhkəmə qərarları › İş №2(102)-3833/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3833/2020

17.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3833/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhimoğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh2 və onun vəkili X3, Digər Cavabdeh1 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2329/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Səadət Səlimo va) xx xxxxxxx 2019ci il tarixli, 2(001)-7254/19 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə ünvan 2ndə yerləşən özbaşına tikiliyə köçürülməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı qarşı yataq dəstinin ünvan 2ndə yerləşən fərdi yaşayış evindən çıxarılmasına və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunmasına dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli, 2(001)-7254/19 nömrəli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin olunmayan hissəsində qismən ləğv olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh2 məxsus ünvan 2ndə yerləşən fərdi yaşayış evindən (özbaşına tikilidən) İddiaçı məxsus yataq dəstinin çıxarılması qət edilmişdir. İşin hallar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə ünvan 2ndə yerləşən özbaşına tikili hesab olunan ünvana istifadə hüququ tanınmaqla həmin evə köçürülmələrinə d air qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yataq dəstinin ünvan 2ndə yerləşən fərdi yaşayış evindən çıxarılmasına və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya məhkəməs i öz qətnaməsində onun özbaşına tikiliyə cavabdeh X4 ilə xx.xx.2014-cü ildə ailə qurandan (nikahdan) sonra gəlin köçməsini, cehiz əşyalarını qeyd olunan ünvanda yerləşdirməsini, bu evdə onun qaynanası - Cavabdeh2 ilə birgə yaşamağa başlamasını qeyd etməmişdir. Cavabdeh1 ilə aralarında olan nikah dövlət tərəfindən xx.xx.2015-ci ildə qeydə alınmışdır. Bu nikahdan iki övladları olandan sonra da həmin evdə cavabdehlərlə birgə yaşamalarını məhkəmə nəzərə almamışdır. Apelyasiya məhkəməsi evi onun öz istəyi ilə tərk edib getməsini qeyd etmiş, lakin onun həmin evi hansı səbəbdən tərk etməsini araşdırmamışdır. xx.xx.2017-ci ildə əməliyyat olduqdan sonra səhhətində ciddi problemlər yaranmış, o, iki körpə uşaqla məcbur olub valideyinlərinin evinə getmək məcburiyyətində qalmışdır. Qaynanası - Cavabdeh 1 ona 10 gün ərzində evə qayıtmağını şərt qoymuşdur. Lakin o, səhhəti ilə bağlı və ən əsası körpə uşaqlarına baxa bilməməyindən anası gildəqalmağa məcbur olmuşdur. Bir müddətdən sonra o, evə qayıtmaq istəyəndə, Cavabdeh2, özünü öldürməklə hədələyərək, onun evə qayıtmağına qadağa qoymuşdur. Bununla bağlı o və həyat yoldaşı məcbur olub kirayə ev tutub orada yaşamışlar. Lakin sonra maddi durumla bağlı olaraq o, məcbur olub anasıgilə yenidən köçməli olmuşdur. Hal-hazırda da o, uşaqları ilə birində anasıgildə yaşayır. Apelyasiya Məhkəməsi işin bu hallarını tam dəqiqliklə araşdırmamış, qərəzli mövqe tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək onu və iki azyaşlı övladını yaşayış yerindən məhrum etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasını n iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh2 və onun vəkili X7 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, ilk iddia tələbinin mübahisəli evə iddiaçının istifadə hüqunun tanınmasının rədd edilməsi hissəsi iddiaçı tərəfindən mübahisələndirmir. Eyni zamanda qarşılıqlı iddia tələbinin “əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunması” h issəsi də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, qətnamə həmin hissələrdə kassasiya qaydasında yoxlanılmır. Kassasiya baxışı iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin yaşayış evinə köçürülməsi hissəsinin rədd olunması və qarşılıqlı iddia tələbinin İddiaçı məxsus yataq dəstinin yaşayış evindən çıxarılmasının təmin edilən hissələrində yoxlanılması ilə məhdudlaşır. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı X1 ilə cavabdehlərdən Cavabdeh1 xx.xx.2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Ömər və xx.xx.2016-cı il tarixdə Mələk adlı uşaqları olmuşd ur. Digər Cavabdeh2 Cavabdeh1 anasıdır. Nikaha daxil olduqdan sonra İddiaçı cavabdehlərin yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmüş, ona məxsus cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Hazırda mübahisə həmin fərdi yaşayış evi ilə bağlıdır. İddiaçı tələbində azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini (ilk iddia tələbinin mübahisələndirilən hissəsi) tələb edir və tələbini onunla əsaslandırmışdır ki, ailə qurduqdan sonra cavabdehlərin təşəbbüsü ilə həmin evə köçürülmüş, cavabdehlərlə birgə təsərrüfat aparmış, həmin evdə uşaqları dünyaya gəlmiş, evin təmir-tikinti işlərində cavabdehlərlə birgə iştirak etmiş, lakin Cavabdeh2 onu həmin evdən məcburi qaydada çıxararaq yaşamağına imkan vermir. O iki dəfə əməliyyat olunmuş, əməliyyatdan sonra ona qulluq edilm əsi zəruri olduğundan öz valideynlərinin yanına getmişdir. Sonra isə Cavabdeh2 onun həmin evə qayıdacağı təqdirdə özünü yandıracağını bildirərək qarşısını almışdır. Cavabdeh2 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, eyni zamanda qarşılıqlı iddia verərək iddiaçıya məxsus yataq dəstinin həmin evdən çıxarılmasını (qarşılıqlı iddia tələbinin mübahisələndirilən hissəsi) tələb etmişdir. Cavabdeh2 ilk iddia tələbinə etirazını və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi 2009-cu ildən öz şəxsi vəsaiti hesabına inşa etdirmiş və öz övladları, iddiaçı və iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Evin bütün kommunal ödənişləri onun tərəfindən ödənilmişdir, İddiaçı məcburi şəkildə həmin evdən çıxarılması və həmin evin tikintisinə və təmirinə vəsait sərf etməsi barədə göstərdikləri əsassızdır. İddiaçının həmin evdən getməsinin yeganə səbəbi sərbəst şəkildə başqa yaşayış yerində yaşamaq istəyi olmuşdur. İddiaçı özünə məxsus bütün əşyalarını götürmüş, lakin yataq dəsti həmin evin bto otağında qalmışdır. Bu da mülkiyyətçi kimi onun həmin otaqdan sərbəst şəkildə istifadə etməsini məhdudlaşdırır. Digər Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında ilk iddianı qəbul edərək göstərmişdir ki, 2008-2009-cu illərdə onun anası ünvan 2ndə torpaq sahəsi almış, bundan sonra onlar həmin torpaq sahəsində ev inşa etməyə başlamışlar. Torpağın alınmasına o, vəsait sərf etməsə də, evin tikintisinə onun da qazancı sərf olunmuşdur. Belə ki, həmin ünvanda onun və anasının vəsaiti hesabına 2 otaq, 1 zal və hamamdan ibarət ev inşa olunmuşdur. İddi açı birinci dəfə xx.xx.2016-cı il tarixdə və ikinci dəfə isə xx.xx.2017-ci il tarixdə əməliyyat olunmuşdur. Hər dəfə iddiaçıya onun anası (Cavabdeh1) tərəfindən qayğı göstərilməməsi səbəbindən, iki uşağı ilə birlikdə öz anasının evinə getmək məcburiyyətində qalmışdır. Birinci əməliyyatdan sonra onun anası İddiaçı birdə uzun müddət ərzində anasıgildə qalacağı halda onu evə buraxmayacağını bildirmişdir. İkinci əməliyyatdan sonra anası Cavabdeh2 İddiaçı 10 gün müddətində evə qayıdıb gəlməsini demişdir. Lakin İddiaçı sağlamlığında problemlər olduğundan göstərilən vaxtda evə qayıda bilməmişdir. Arvadı İddiaçı bir müddətdən sonra ona evə qayıtmaq istədiyini bildirmiş, o, bu barədə anasına demiş, anası gəlinin evə qayıdacağı halda özünü yandıracağını bildirmişdir. Bundan sonra o, anasının sözləri ni iddiaçıya bildirərək bir müddət vaxt keçməsi üçün gözləməsini bildirmişdir. İddiaçı anasının evi orada yaşayanlar üçün darısqal olduğundan bir müddət kirayədə yaşamışdır. Bu səbəbdən o, iddiaçıya məxsus bəzi əşyaları evdən çıxarmışdır. Lakin İddiaçı məxsus cehiz əşyaların bir hissəsi mübahisəli evdə qalmaqdadır. Maddi imkanları olmadığından arvadı İddiaçı öz anasının evinə qayıtmış, o, özü də dostuna məxsus evdə qalmaq məcburiyyətindədir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini, ailəsinə sığınacaq verilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə, istifadə hüququnun yaranması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. İddiaçı həmin evin ona, yaxud keçmiş ərinə hər hansı bir hüquqla məxsus oduğunu, yaxud aidiyyətini mübahisələndirmir. Əksinə qəbul edir ki, mübahisəli ev (özbaşına tikili) cavabdehin oğlu ilə nikaha girməmişdən xeyli əvvəl qaynanası olan iş üzrə cavabdehə məxsus olmuşdur. Buna baxmayaraq cavabdehin oğlu ilə nikaha girdiyi və həmin evə köçdüyü üçün mübahisə predmeti olan evə yaşayış hüququnun mübahisəsiz yarandığını düşünür. İddiaçının cavabdehin ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək imk anı da ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından qaynanası olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evi faktiki sahiblik edən cavabdeh qaynananın isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Apelyasiya instansiya məhkəməsi ilk iddia üzrə cavabdeh İlqar Zurabovun birinci instansiya məhkəməsində iddianı özünəməxsus şəkildə etiraf etməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir: Belə ki, Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında verdiyi izahatdan açıq-aşkar görünür ki, o, iddianı bilərəkdən etiraf edir. Lakin onun iddia tələbini bu formada etiraf etməsi heç də iddianın əsaslı olduğuna dəlalət edə bilməz. Çünki, cavabdehin iddianı bu formada etiraf etməsi -...evintikintisinə mənim də qazancım sərf olunmuşdur....Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini, ailəmə sığınacaq verilməsini xahiş edirəm” qanunun tələblərinə uyğun olmalı və hər hansı bir şəxsin, o cümlədən ilk iddia üzrə digər cavabdeh olan anasının hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Göründüyü kimi, Cavabdeh1 iddianı tam olaraq etiraf etməsinin qanuna zidd olması və Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafeyini pozması iş materiallarından açıq-aşkar görünür. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının, vəkilinin və Cavabdeh2 və onun vəkilini izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissələr ləğv edilməli və mülki iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli evin qaynanası Cavabdeh2 və digər cavabdeh olan əri Cavabdeh1 məxsus olmasını mübahisələndirməmiş, əksinə mübahisəli evin cavabdehin oğlu ilə nikaha girməmişdən xeyli əvvəl qaynanası olan iş üzrə cavabdeh tərəfindən inşa edildiyini göstərmişdir. İş materiallarına görə yaşayış evinin təkcə Cavabdeh2 tərəfindən inşa olunması müəyyən edilir, digər Cavabdeh1 iddianı etiraf etmək hüququ yoxdur, İddiaçı qaynanası Cavabdeh2 ailə üzvü olmadığına görə analogiya üzrə 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Mənzi Məcəlləsinin 8-ci fəslinin müddəalarına əsasən onun mübahisəli yaşayış sahəsinə köçmək və o ndan istifadə etmək imkanı da yoxdur. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, mübahisənin predmeti olan Ünvan özbaşına tikilidir, evin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu, yəni dövlət, bələdiyyə, yaxud digər şəxsin mülkiyyətində olmasına dair işdə heç bir sübut yoxdur. İş üzrə tərəflərin həmin yaşaşyış evinə və evin yerləşdiyi torpaq sahəsinə hər hansı hüquqlarının olması müəyyən edilmir. Lakin yaşayış evi təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyekt olaraq, əmlak nemətlərinin toplusu kimi mövcuddur, cavabdehlər həmin evdən yaşayış sahəsi kimi istifadə edirlər, başqa ünvanlarda qeydiyyatda olsalar da həmin ev onların faktiki yaşayış yeridir. Həm iddiaçı, həm də digər cavadeh Cavabdeh1 verdiyi izahatlarında mübahisəli evin tikintisi zamanı İlaq Zurabovun da əmək və vəsait sərf etdiyini, sonuncunun da digər Cavabdeh2 ilə bərabər yaşayış evinə aidiyyatının olduğunu göstərmişdir, hər iki cavabdehin inşa edildiyi vaxtdan həmin evdə yaşamaları müəyyən olunmuşdur. İddiaçı hər iki cavabdehin təşəbbüsü ilə evə köçürülməsi, ailə üzvü kimi orada yaşaması, sonradan evi könüllü surətdə deyil, Cavabdeh2 ilə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etməsi də iş materiallarından irəli gələn hallardır. Belə olan halda apellyasiya instansiyası məhkəməsi mübahisəli yaşayış evinin təkcə cavabdeh-qaynana Cavabdeh2 məxsus olması barədə nəticəyə gəlməkdə səhvə yol vermiş, digər cavabdeh, iddiaçının əri Cavabd eh1 həmin evə aidiyyatı məsələsi müəyyən edilməmişdir. Halbuki həmin məsələnin müəyyən olunması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir, həmin məsələ müsbət həllini tapdığı halda qanunun analogiyası tətbiq edilməklə 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Mənzi Məcəlləsinin 8-ci fəslinin müddəalarına əsasən Cavabdeh1 ailə üzvü olan arvadı, İddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın İddiaçı yaşayış evinə köçürülməsi tələbinin rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsinin qəonaməsi ləğv olunmalıdır. Məhkəmə kollegiyası qarşılıql ı iddia tələbinin İddiaçı məxsus yataq dəstinin evdən çıxarılmasının təmin olunması hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb ilk iddianın yaşayış evinə köçürülməsi tələbinin təmin olunub-olunmamasından asılıdır, ona görə də həmin hissədə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxa n məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həm in Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2329/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddia tələbinin rədd edilən hissədə (iddiaçının azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi) və qarşılıqlı iddia tələbi nin təmin edilən hissədə (iddiaçıya məxsus yataq dəstinin həmin evdən çıxarılması) ləğv edilsin və mülki iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar