Məhkəmə qərarları › İş №2(102)-3833/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3833/2023

06.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3833/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə qarşı iş üzrə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X16, X18 və X14) QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X6 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X1 nikahları Qusar rayon Xuray kənd sovetində 31 oktyabr 1988-ci il tarixdə 24 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Bu nikahdan 8 oktyabr 1989-cu il təvəllüdlü X14, 10 aprel 1992-ci il təvəllüdlü X16 və 1 iyul 1994-cü il təvəllüdlü X18 anadan olmuşlar.

2. KOD 30123048 JN:116 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/9 saylı qərarı ilə Qusar rayonu Yuxarı Ləgər kəndində 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X1, X8, X9 və X11 adına 10 iyul 2000-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Qusar rayon Təhsil Şöbəsinin nəzdindəki qəyyumluq komissiyasının 30 oktyabr 2004-cü il tarixli 7/14 saylı arayışa əsasən torpağın alqı-satqısı zamanı İddiaçı ailəsindəki azyaşlı X16 və X18 adlı uşaqların Qusar rayonu Ləyər qışlaq kəndində yerləşən torpaq sahəsindən düşən torpaq payını satmağa Qusar rayon Təhsil Şöbəsi nəzdində qəyyumluq komissiyası etiraz etməmişdir.

4. Qusar rayon Dövlət Notariat Kontoruna İddiaçı və X2 tərəfindən ünvanlanmış xx.xx.2004-cü il tarixli ərizəyə əsasən JN 116 kod 30123048 saylı Dövlət Aktı ilə onlara, azyaşlı övladları X12 və X15 məxsus olan torpaq sahəsinin satqısı əməliyyatı zamanı az yaşlı övladlarının adından çıxış etməyə icazə verilməsi xahiş edilmişdir. Bildirilmişdir ki, onların əmlaklarının satışından hasil olan gəliri, onların naminə xərclənəcəkdir.

5. Qusar rayon Dövlət Notariat Kontoruna İddiaçı və X2 tərəfindən ünvanlanmış xx.xx.2004-cü il tarixli ərizəyə əsasən JN 116 kod 30123048 saylı Dövlət Aktına ilə onlara və həddi buluğa çatmamış övladı X10 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin alqı-satqı zamanı müqaviləyə özü tərəfindən imza etməsinə razı olmuşlar. Gələcəkdə bu haqda heç bir etirazları və iddiaları olmayacaqdır.

6. Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 reyestr nömrəli müqaviləyə əsasən İddiaçı, X2, X14, X16 və X18 1.77 ha torpaq sahəsini Cavabdeh1 köhnə məzənnə ilə 6.900.000 manata satmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Qusar rayon Notariat Ofisinə (üçüncü şəxslər X5, X16, X18 və X14) qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KOD 30123048 JN:116 saylı 2 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu Yuxan Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.77 ha hissəsinə dair Cavabdeh1 ilə onun, həyat yoldaşının və övladı Turanə Quliyevanın arasında bağlandığı qeyd olunan 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bu yaxınlarda həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən ona məlum olmu şdur ki, həmin torpaq sahəsinin 1.77 hektar hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra onun tərəfindən həmin torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsinə əsas olmuş hər hansı müqavilənin mövcud olub-olmaması barədə Dövlət Notariat Arxivinə müraciət olunmuş və məlum olmuşdur ki, guya onunla və ailə üzvləri ilə Cavabdeh1 arasında 30 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və guya onlar 1.77 hektar torpaq sahəsini həmin şəxsə satmışlar. Həmin müqavilə onun xəbəri olmadan Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 4ə-7-904 reyestr nömrəsi ilə təsdiq olunmuşdur. Halbuki, o, ümumiyyətlə Cavabdeh1 tanımamış və həmin şəxs də onu tanımamışdır. Onlar heç vaxt onunla görüşməmiş, ünsiyyətdə olmamış, torpaq sahəsinin alqı-satqısı barədə aralarında hər ha nsı söhbət olmamış, Qusar rayon Notariat Kontoruna getməmişlər. Yalnız, o, Kazım adlı şəxsin müraciətinə əsasən torpaq sahəsini icarəyə vermək barədə onunla razılığa gəlmiş, yaşadığı kənddə onun tərəfindən təqdim edilən icarə müqaviləsini imza etmişlər. Lakin, Cavabdeh1 ilə notariat kontoruna gedərək hər hansı alqı-satqı müqaviləsi bağlamamışdır. Alqı-satqı müqaviləsində qeyd olunmuşdur ki, guya həmin müqavilə onun, həyat yoldaşı X5 və övladı X14 tərəfindən imzalanmışdır. Maraqlıdır ki, həyat yoldaşının soyadı Quliyeva olduğu halda müqavilədə onun soyadı "‘Şahnəzərova” qeyd olunmuşdur. Buna səbəb isə dövlət aktında həyat yoldaşının soyadının səhvən Şahnəzərova qeyd olunması olmuşdur. Halbuki, müqavilə bağlanan zaman onun həyat yoldaşının şəxsiyyət vəsiqəsində soyadı Quliyeva olmuşdur. Bu, isə təsdiq etmişdir ki, onun həyat yoldaşı da notariat kontoruna getməmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktının əsli də indiyədək onda olmuş və həmin dövlət aktında göstərilən torpaq sahəsinə dair indiyədək torpaq vergiləri ödəmiş, subsidiyalar almışdır. X22 1989-cu il təvəllüdlü olmaqla 2004-cü ildə onun 14 yaşı olmuşdur. Müqavilə onun tərəfindən imzalansaydı belə bu, onunla həyat yoldaşının razılığı ilə mümkün ola bilərdi. Müqavilədə isə onun və həyat yoldaşının belə bir razılıq verməsi qeyd olunmamışdır. Bundan başqa, sözügedən torpaq sahəsinin mülkiyyətçilərindən olan oğlu Sərxan Quliyevin həmin vaxt 12 yaşı, oğlu Turan Quliyevin isə 10 yaşı var idi və həmin şəxslərin yerinə də o və həyat yoldaşı imza etməli, bu barədə müqavilədə qeyd olunmalı idi. Bundan başqa, əgər torpa q sahəsini həqiqətən də, satmış olsa idi, onda onlar Qusar rayon İcra Hakimiyyətindən azyaşlı olmaqla yetkinlik yaşına çatmamış övladlarının torpaq sahəsindən onlara çatan payın satılmasına icazə verilməsi barədə arayış almalı idilər. Lakin, belə bir arayış da alınmamışdır. Çünki, o və ailə üzvləri torpaq sahəsini cavabdehə və ya digər şəxsə satmamışlar. Alqı-satqı müqaviləsi nəinki onun və həyat yoldaşının iradə ifadəsini əks etdirməmiş, həm də müqavilə bağlanan anda yetkinlik yaşına çatmamış şəxs olmuş övladlarının mənafeləri də kobud şəkildə pozulmuşdur. Notariat Kontoru həmin müqaviləni təsdiq edərkən də Mülki Məcəllənin tələblərini pozmuşdur. KOD 30123048 JN:116 saylı 2 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.77 ha hissəsinə dair Cavabdeh1 ilə onun, onun həyat yoldaşının və övladı Turanə Quliyevanın arasında bağlandığı qeyd olunan 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 reyestr nömrəli alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələbləri, o cümlədən onların mülkiyyət hüququnun pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir.

9. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia müddətini ötürdüyü səbəbindən onun tərəfindən verilən iddia rədd olunmalıdır. Belə ki, iddia ərizəsindən açıq-aydın görünmüşdür ki, iddiaçı ilə onun arasında bağlanmış müqavilə xx.xx.2004-cü il tarixdə Qusar Rayon Dövlət Notariat Kontorunda 4Ə7-904 reyestr nömrəsi ilə bağl anmış alqı-satqı müqaviləsi olmuşdur. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırda həmin müddətdən 17 il 7 ay keçmişdir. Müqavilədən göründüyü kimi müqavilədə adları çəkilən şəxslər öz şəxsi arzuları və iradələri əsasında, hər hansı basqı altında qalmadan müqaviləyə imza atmışlar. Yəni müqavilə imzalanan zaman iddiaçı və 3-cü şəxs X2 hansı sənədə imza atdığının fərqinə varacaq yaşda olmuşlar. Halbuki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, icarə müqaviləsinə imza etmişlər. Bu isə o deməkdir ki, müqaviləyə imza atdıqlarını etiraf etmişlər. Lakin, həqiqətəndə alqı-satqı müqaviləsinə imza atdıqlarını məhkəmədən gizlətmişlər. İddiaçının da etiraf etdiyi kimi 3-cü şəxs Tur anə Quliyeva 1989-cu il təvəllüdlüdür və bu da o deməkdir ki, müqavilə bağlanan zaman artıq onun 15 yaşı tamam olmuşdur. Burdan bu qənaətə gəlmək olar ki, 3-cü şəxs Turanə Quliyevanın həmin ərəfədə 15 yaşı olduğunu nəzərə alarsaq bu halda MM-in 29-cu maddəsi deyil, 30-cu maddəsi tətbiq olunmalıdır. MM-in 30.1-ci maddəsində isə qeyd olunur ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin-valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Müqavilədən də, göründüyü kimi, notarius həmin bu maddən i tətbiq edərək Turanə Quliyevanın əvəzindən anası Şahnəzərova Lətafətin imza atmasına şərait yaratmışdır. Çünki, imzalara diqqət etdikdə baxmayaraq ki, müqavilədə “Quliyeva T.” latın hərfləri ilə yazılmışdır, hər ikisinin imzasının eyni olduğunun şahidi oluruq. İddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Üçüncü şəxs X16 iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, dövlət tərəfindən ona verilmiş torpaq sahəsini tələb edir. O, hazırda evlənmiş, iki uşağı vardır. Hal-hazırda onun dolanacağı həmin torpaq sahəsindən çıxmışdır. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Üçüncü şəxs X4 Sərxan Qirim oğlunun dedik lərini təsdiq edərək onun dediklərinə uyğun izahat vermişdir.

12. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(029)559/2022 nömrəli iş üzrə 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı həmin torpaq sahəsini satmadığını, cavabdehin qohumu olan Kazım adlı şəxsə icarəyə verdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Mülki Məcəllənin 29.1-1ci və 30.1 və 30.2-ci maddələrinə əsasən iddia tələbi əsassız olmuşdur. Belə ki, Dövlət Notariat Kontorunda daşınmaz əmlakın alqı-satqısı zamanı yetkinlik yaşına çatmayan X11, X9 və X8 əvəzinə qanuni nümayəndəsi kimi İddiaçı və X5 alqı-satqı müqaviləsinə imza etmişlər. İddiaçı və qeyriləri ilə Cavabdeh1 arasında 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 reyestr nömrəli alqı-satqı müqavilələri bağlanarkən Qusar rayon notariat ofisi tərəfindən müqavilənin qanunauyğunluğu yoxlanılmış və müqavilənin tərəflərin sərbəst iradə ifadəsinə əsaslandığı müəyyən edildikdən sonra müqavilələr müvafiq qaydada təsdiq edilmişdir. Müqavilə bağlanan ana qədər tərəflər müqavilələrin predmeti olan torpaq sahələrinin dəyərini öz aralarında sərbəst şəkildə razılaşmışlar, iddiaçının niyyəti torpaq sahəsini satmaq olmuş, köhnə məzənnə ilə 6.900.000 manat qeyd etmişdir. Həmin müqavilələrin bağlanması zamanı cavabdehin iddiaçını aldatması və ya hər hansı qanunsuz yolla onu müqavilə bağlamağa təh rik etməsi isə məhkəmədə sübuta yetirilməmişdir. Odur ki, məhkəmə iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədə irəli sürdüyü dəlilləri ilə razılaşmayaraq onları qanuni və əsaslı hesab etməmişdir.

15. Məhkəmə Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmasında 18 ilə yaxın müddət keçmişdir. Cavabdehin bu tələbi əsaslı olmuşdur. Buna görə də, iddia müddətinin tətbiqi və iddiaçının sübutlarının olmaması səbəbindən iddia rədd edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 339, 372, 373, 375, 382, 394-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində göstərilir: “İşdə olan Qusar Rayon Təhsil Şöbəsinin nəzdində olan Qəyyumluq Komissiyasının 30 oktyabr 2004-cü il tarixli 7/14 saylı arayışın surətindən görünür ki, torpağın alqı-satqısı zamanı İddiaçı ailəsindəki azyaşlı X16 və X18 adlı uşaqların Qusar rayonu Ləyər qışlaq kəndində yerləşən torpaq sahəsindən düşən torpaq payını satmağa komissiya etiraz etməmişdir.” Bununla bağlı qeyd etmişdir ki, iddiaçı və onun həyat yoldaşı tərəfindən nə Qusar Rayon Təhsil Şöbəsinin nəzdində olan Qəyyumluq Komissiyasına, nə də Qusar Rayon Dövlət Notariat Kontoruna hər hansı bir xahişlə heç bir ərizə yazılmamışdır. Həqiqətən notariat işində, yazılma tarixləri qeyd edilməmiş, Qusar rayon Dövlət Notariat Kontoruna yazılmış iki ərizə vardır ki, həmin ərizələrin kim tərəfindən yazılıb, imzalanması onlara bəlli olmamışdır. Müqayisə edəndə güman etmək olur ki, qeyd edilən ərizələrə edilmiş imzalar alqı-satqı müqaviləsinə imza etmiş şəxs və ya şəxslər tərəfindən icra edilmişdir. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış nəticədə əsassız və ədalətsiz qərar qəbul edilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Məh kəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 4/33 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “1.” qrafasında “Гулийев” yazılarının qarşısında olan imza; xx.xx.2004-cü il tarixli İddiaçı və X1 adlarından Qusar rayon Dövlət Notariat Kontoruna ünvanlanmış “Ərizələr”də “İmzalar” hissələrində “1.” qrafasında “Гулийев” yazılarının qarşısında olan imzalar (2 ədəd ərizə) - iddiaçı tərəfindən icra olunmuşdur; 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “2.” qrafasında “Шаhнəзəрова.Л.” yazılarının qarşısında olan imza; xx.xx.2004-cü il tarixli İddiaçı və X1 adlarından Qusar rayon Dövlət Notariat Kontoruna ünvanlanmış “Ərizələr”də “İmzalar” hissələrində “2.” qrafasında “Шаhнəзəрова.Л.” yazılarının qarşısında olan imzalar (2 ədəd ərizə) – X2 tərəfindən icra olunmuşdur.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 4/617 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 4Ə-7-904 nömrəli işdə olan 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “1.” Qrafasındakı imza və həmin imzanın qarşısındakı “Гулийев” soyadı, xx.xx.2004-cü il tarixli İddiaçı və X1 adlarından Qusar Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizələrdə (2 ədəd ərizə) “imzalar: “1” qrafalarında “Гулийев” soyadları önündəki imzalar –eyni şəxs İddiaçı tərəfindən icra olunmuşdur. 4Ə-7-904 nömrəli işdə olan 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “2” qrafasında “"Шahнэ3epовa.Л.” soyadı önündəki imza xx.xx.2004-cü il tarixli İddiaçı və və X1 adlarından Qusar Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizələrdə (2 ədəd ərizə) “imzalar: “2” qrafalarında “"Шahнэ3epовa.Л.” soyadları önündəki imzalar eyni şəxs Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızı tərəfindən icra olunmuşdur.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-233/2023 nömrəli mülki iş üzrə 19 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya mə hkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı istinad etdiyi hala dair (müqavilə bağlanarkən məlumatsız olması, aldadılması və s. barədə) sübut təqdim etməmiş, nə birinci, nə də ki, apellyasiya icraatı zamanı kollegiya tərəfindən bu fakt müəyyən edilməmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı müqavilədəki imzaların da onlara (özünə və arvadına) məxsus olmadığını bildirmişdir. Kollegiya mübahisənin obyektiv həlli məqsədilə məhkəmə xəttşünaslıq ekspertizası keçirmiş və əldə edilmiş rəylərə əsasən müəyyən edilmişdir ki, imzalar İddiaçı və Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızı tərəfindən icra olunmuşdur. İddiaçının istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslı hesab edilə bilməz. Çünki əqdin etibarsız hesab edilməsi üçün o nun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır.

24. Apellyasiya instansiyası məhkəməsi şikayətin digər dəlillərinə, yəni alqı-satqı müqaviləsinin bağlanması zamanı qəyyumluq və himayəçilik orqanının razılığının alınmamasına qiymət verərək bildirmişdir ki, iş üzrə digər Cavabdeh1 mübahisəli 1.77 ha torpaq sahəsini vicdanlı əldə etdiyindən, həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürdüyündən, bu hissədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olar. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə münasibətdə Cavabdeh1 vicdanlı əldə edən olmasına xüsusi diqqət yetirməsə də, mahiyyət etibarı ilə gəldiyi nəticə düzgün olmuşdur.

25. Məhkəmə kolleg iyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlmişdir ki, iddiaçının torpaq sahəsinə qanunla qorunan hər hansı hüququ hətta pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən cavabdehlərin hesabına kompensasiya edilə bilməz.

26. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 18 il sonra, Sərxan və Turan Quliyevlərə münasibətdə isə yetkinlik yaşına çatdıqdan sonra müvafiq olaraq 10 və 12 ildən sonra (iddiaçının bildirdiyinə görə müqavilə bağlanan zaman həmin uşaqların 12 və 10 yaşları olmuşdur) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötü rmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsici müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məh kəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 325, 338, 339, 354, 390, 404, 567, 650, istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnam əsinin dəyişdirilmədən saхlanması əsası kimi, iş üzrə təyin edilmiş məhkəmə-хəttşünaslıq ekspertizasının rəyinə istinad edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-хəttşünaslıq ekspertizası isə kiril əlifbası ilə həyata keçirilən хətt və imzanın tədqiq edildiyi halda, ekspertiza latın qrafikalı əlifba əsasında aparılmışdır. İş üzrə ekspertiza tədqiqatını aparan ekspert Şahnəzərova (Quliyeva) Lətafət Balaveredi qızının kiril qrafikalı əlifba ilə icra olunmuş хətt nümunələrinin təqdim olunmasına dair vəsatət vermiş olsa da, həmin vəsatət məhkəmə tərəfindən təmin olunaraq Şahnəzərova (Quliyeva) Lətafət Balaveredi qızının kiril qrafikalı əlifba ilə icra olunmuş хətt nümunələri ekspertə təqdim olunmamışdır. Odur ki, ekspertiza rəyi həqiqi hesab edilə və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Buna görə də apellyasiya instansiyası məhkəməsinin ekspertiza rəyinə istinad etməsi əsassız olmuşdur. Digər tərəfdən, iş materiallarında olan xx.xx.2023-cü il tarixli alternativ ekspertiza rəyindən görünmüşdür ki, 30 oktyabr 2004-cü il tariхli, 4Ə-7-904 reyestr nömrəli alqı-satqı müqaviləsində olan imzalar İddiaçı və X5 tərəfindən deyil, başqa şəxslər tərəfindən icra edilmişdir. Göründüyü kimi, iş üzrə biri-digərinə zidd olan iki ekspertiza rəyi olmuşdur. Məhkəmə həmin rəyləri müqayisəli şəkildə tədqiq edərək, bir ekspertiza rəyinin digərinə münasibətdə daha mötəbər olmasını müəyyən etməmişdir. Əksinə, xx.xx.2023-cü il tarixli alternativ ekspertiza rəyinə ümumiyyətlə istinad olunmamışdır.

31. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin b ağlanması zamanı qəyyumluq və himayəçilik orqanın razılığının alınmamasına hüquqi qiymət verərək, iş üzrə müqavilə üzrə əldə edən H.Хammədovun vicdanlı əldə edən olmasına, habelə kəsici müddətin keçməsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsassızdır. Belə ki, göründüyü kimi, Qusar rayonu, Yuхarı Ləyər kəndində yerləlşən 3.38 ha torpaq sahəsinə dair 2 aprel 2000ci il tariхdə verilmiş KOD 30123048 JN:116 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından göründüyü kimi, göstərilən dövlət aktında İddiaçı, X3, Quliyev Sərхan Qirim oğlunun, X11 və X8 adları göstərilmişdir. Sonuncu üç nəfər şəхs isə tam fəaliyyət qabiliyyətli olmamışlar. Buna görə də müqavilənin bağlanması anında onların əmlakına dair müqavilənin bağlanması zamanı qəyyumluq və himayəçilik orqanın razılığının alınmalı olmasını Cavabdeh1 bilməli idi. Odur ki, H.Хammədov belə halda vicdanlı əldə edən ola bilməz. Həmçinin kəsici müddətin keçməsinə istinad olunması da əsassızdır. Belə ki, göründüyü kimi, iddiaçılar alqı-satqı müqaviləsi üzrə alıcı qismində göstərilən cavabdeh H.Хammədovu ümumiyyətlə tanımadıqlarını, müqavilənin bağlanması üçün notariat kontoruna getmədiklərini, həmin müqavilə barəsində uzun müddət məlumata malik olmamalarını və beləliklə də mülkiyyətlərində olan torpaq sahəsinin satılmasına dair iradələrini ifadə etməmələrini, qanuniliyini mübahisələndirdikləri müqavilə barədə məlumatı mübahisəli torpaq sahəsinə dair çıxarış almaq istəyərkən 2022-ci ilin əvvəllərində əldə etdiklərini bildirmişlər. Odur ki, işin bu cür halında iddia müddəti MM-in 377.1-ci maddəsinə müva fiq olaraq iddia müddətinin axımı müqavilənin bağlanma tariхi göstərilən, yəni xx.xx.2004-cü il tariхdən deyil, iddiaçıların həmin müqavilə barədə məlumatı əldə etdikləri 2022-ci ilin əvvəllərindən başlamışdır.

32. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152, 324, 337, 405, 567, 646-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

35. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin da şınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.

36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

37. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zərur i adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

40. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

41. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, İddiaçı tələbi torpağın alqı-satqısı barədə 30 oktyabr 2004-cü il tarixli müqaviləni imzalamamasına söykənmişdir.

51. Bu iddianın sübuta yetirilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olmuşdur. Belə ki, iddiaçının istinad etdiyi hal müqavilənin bağlanmamış sayılmasına dəlalət edə bilərdi.

52. Məlum olduğu kimi, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Daşınmaz əmlakın dövlət rey estri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (§ 34, 39-40).

53. İşə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi halı yoxlamaq məqsədilə iki dəfə məhkəmə xətşünaslıq ekspertizası keçirmişdir. Əldə olunmuş rəylərlə təsdiqlənmişdir ki, iddiaçı sözügedən müqaviləni və bu müqavilənin təsdiqlənməsi ilə bağlı tərtib olunan digər aidiyyəti sənədləri imzalamışdır (§ 19-20).

54. Məhkəmə həmin rəyləri mötəbər sübut kimi qiymətləndirərək mübahisəli müqavilənin etibarsız sayılması üçün əsasın müəyyən olunmadığı qənaətinə gəlmişdir (§ 23).

55. Beləliklə, iddiaçının istinad etdiyi xüsusat təsdiqini tapmadığı üçün daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilə bağlanması ilə əlaqədar Mülki Məcəllənin şərtlərinin pozulmadığı təsbit olunmuşdur.

56. Odur ki, müqavilənin Mülki Məcəllənin 337.1-ci maddəsi ilə etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir (§ 38).

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

58. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mübahisə olunan müqavilənin etibarsız sayılması üçün əsasın olmadığına dair mövqeyi və iş üzrə gəldiyi nəticə ilə razılaşır, bu səbəbdən qətnamənin ləğv edilməsi və ya dəyişdirilmə si üçün əsas görmür.

59. Bununla belə, kassasiya instansiyası məhkəməsi hazırkı işə Mülki Məcəllənin 339.2-ci maddəsinin (əqdin aldatma səbəbilə mübahisələndirilməsi), buna müvafiq olaraq 354.2-ci maddəsindəki bir illik müddətin, habelə vicdanlı əldə etmə ilə bağlı qaydaların tətbiqinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli üçün həmin məsələlərin təhlilinə hüquqi baxımdan ehtiyac olmamışdır.

60. Belə ki, iddiaçı əqdin qarşı tərəfinin onu aldatmaqla iradəsini zədələməsinə deyil, ümumiyyətlə Cavabdeh1 tanımadığına və iradə bəyan etmədiyinə (müqaviləni imzalamadığına) istinad etmişdir. Bəyan edilməmiş iradənin aldatma səbəbilə zədələnməsindən söhbət gedə bilməyəcəyi üçün həmin tələbin Mülki Məcəllənin 339.2-ci maddəsi ilə yoxlanılması, eləcə də iddiaya 354.2-ci maddəsindəki bir illik müddətin tətbiqi istisna olunur. Daşınmaz əşyaya hüquqları vicdanlı əldə etmə qaydaları isə dövlət reyestrində aparılmış əsassız qeydə güvənərək əşya hüququ qazanan üçüncü şəxslərə şamil olunur. Baxılan işdə isə belə hallar müəyyən edilməmişdir.

61. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, bu qərarın 51-57-ci bəndlərindəki hallar və mövqelər hazırkı mübahisənin həlli üzrə çıxarılmış qətnamənin qüvvədə saxlanılması üçün kifayətdir, 59-cu bənddə göstərilənlər, eləcə də kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələ rini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar