Məhkəmə qərarları › İş №2(102)-3834/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3834/2021

07.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3834/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Birinci iş üzrə iddiaçı: İddiaçı1 Birinci iş üzrə cavabdeh: Azərbaycan Respublikası ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi Birinci iş üzrə iddia tələbi: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və maddi məsuliyyət müqaviləsinin bağlanması İkinci iş üzrə iddiaçı: İddiaçı2 İkinci iş üzrə cavabdeh: Azərbaycan Respublikası ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi İkinci iş üzrə iddia tələbi: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi Açar sözlər: əmək hüquq münasibətləri, mülki hüquq münasi bətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi X5, vəkili və nümayəndəsi Nümayəndə, İddiaçı1, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə dair işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 24 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu nda yerləşən 7 saylı atelyesində dərzi vəzifəsində çalışan X6 və İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ünvan 1 ünvanı Tağızadə 27A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesi 08 noyabr 2016-cı il tarixdə açıq hərracda X2, sonuncunun xüsusi mülkiyyət hüququ barədə müvafiq qeydiyyat aparılmışdır. İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və X4 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, ünvan 1 ünvanı Tağızadə 27A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesinə dair keçirilmiş hərrac üzrə 29 yanvar 2019-cu il tarixli, 04/01 saylı hərrac protokolunun və onun əsasında X7 ilə bağlanmış əqdin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X3 adına 07 fevral 2019-cu il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat 10 iyul 2019-cu il tarixdə İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı iddia ərizəs i ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onunla bağlanmış əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, həmçinin onunla maddi məsuliyyət müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2098/2019 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi tərəflərin razılığı əsasında ləğv edilmiş və o, 24 may 2016-cı il tarixdən işdən azad edilmişdir. Həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. İddiaçı1 24.05.2016-cı il tarixdən Bakı şəhəri, Nəsimi rayonunda yerləşə n 7 saylı atelyesinin dərzisi vəzifəsindən azad olunarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən əmək qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat 10 iyul 2019-cu il tarixdəİddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən saxta üsulla hazırlanmış 24.05.2016-cı il tarixli işdən çıxma ərizəsinin və eyni tarixli 45 nömrəli əmrin ləğv edi lməsi, işə bərpa, 16.10.2014-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3426/2019 nömrəli iş üzrə 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi tərəflərin razılığı əsasında ləğv edilmiş və o, 24 may 2016-cı il tarixdən işdən azad edilmişdir. Həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. Həmçinin, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Apellyasiy a instansiyası məhkəməsində icraat Apellyasiya icraatı zamanı hər iki mülki işin bir icraatda birləşdirilərək birlikdə baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə icraat, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və başqasına qarşı «hərracın nəticələrinin və bunun əsasında bağlanmış əqdin etibarsız hesab edilməsi, bu əsasla verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə yekun qərar çıxarılanadək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-468/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri qismən təmi n edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli və 23 avqust 2019-cu il tarixli qətnamələri ləğv edilmiş, iddialar qismən təmin edilmiş, cavabdehin iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə 24.05.2016-cı il tarixli 45 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi, iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunması və onlara məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmiş, iddialar qalan hissələrdə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki,14 mart 2019-cu il tarixli, 27 mart 2019-cu il tarixli aktlardan (həmin aktlar 7 saylı atelyenin bir qrup işçiləri tərəfindən tərtib olunmuşdur) görünür ki, atelyenin kommunal, texniki məişət, aylıq xidimət haqqı və s. ödənişləri İddiaçı1 həyata keçirmiş, lakin 2019-cu ilin fevral ayında və mart ayında İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əməkdaşları atelyeyə gələrək heç bir əsas gətirmədən iş yerlərini boşaltmağı tələb etmişlər. Həmçinin, işdən görünür ki, iddiaçıların barəsində 24.05.2016-cı il tarixli 45 saylı əmr qəbul edilsə də, bununla bağlı iddiaçılara məlumat verilməmiş, əmrin surətləri onlara göndərilməmiş, son haqq-hesab sənədləri tərtib olunmamışdır. İşdə olan sübutlardan tam aydın olur ki, iddiaçılar 2019-cu il tarixədək faktiki işləmiş və iş yerlərində olmuşlar. Onlar yalnız 2019-cu ilin feral ayında ərizə ilə müraciət etdikdən sonra müvafiq sənədlərin (əmr, ərizə və s.) onlara təqdim edilmiş, məhz bundan sonra məlumatlı olmuşlar. Göstərilən halla r, həmçinin iddiaçılar tərəfindən əmrin mübahisələndirilməsi hissədə iddia müddətinin ötürülməməsi nəticəsinə gəlməyə də kifayət qədər əsaslar verir (cavabdeh əmrin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir). Göründüyü kimi, iddiaçıların öz xahişləri işdən azad olunması barədə əmr formal olmaqla, əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə nəticələnmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdehin nümayəndəsi qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməs inin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçılar kassasiya şikayətinə qarşı yazılı etiraz vermişlər. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndələri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı, vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əs asında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçılar cavabdeh müəssisə ilə aralarında bağlanmış əmək müqaviləsinə qanuni əsaslar olmadan xitam verildiyinə istinad edərək, həmin əmrlərin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə İddiaçı1 arasında icarə münasibətlərinin mövcud olması müəyyən edilmişdir. İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı ödənilmişdir. Həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Nəsimi rayonu nda yerləşən 7 saylı atelye) özəlləşdirilməsi ilkin olaraq İddiaçı1 təklif edilmədən, onun əmlakı almağa razılığının olub-olmadığı aydınlaşdırılmadan əmlak hərraca çıxarılmışdır, bu isə, qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı nda göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal, yəni tərəflər arasında icarə münasibətlərinin olması hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Mülki Məcəllənin icarə müqaviləsinin əsaslarını müəyyən edən 700-cü maddəsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə ya naşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda qeyd edildiyi kimi, hazırki mübahisənin maddi hüquqi əsasını isə iddiaçıların pozulmuş əmək hüquqlarının bərpası təçkil edir. Əmək Məcəlləsinin 3-cü maddəsində isə təsbit edilmişdir ki, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və ə məyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Məhkəmə kollegiyası hesab edir ki, eyni bir predmet barəsində eyni tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olduğu halda, tərəflər arasında həm də eyni fəaliyyətlə bağlı əmək münasibətlərinin olması istisna edilir. Başqa sözlə, icarəyə götürənin xidmət haqqı ödəməklə icarəyə götürdüyü obyektdə icarəyə verənlə həm də əmək münasibətlərində olmasına istinad edərək pozulmuş əmək hüquqlarının bərpasını tələb etməsi özü-özlüyündə ümumi hüquqi prinsiplərinə ziddir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında da göstərilmişdir ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “resjudicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərar larının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan sui-istifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən ma ddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin və eləcə də Konstitusiya Məhkəməsinin qərarlarında əks edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qət edilmiş nəticənin başqa məhkəmə posesində mübahisələndirilməklə fərqli nəticə əldə edilməsinə əsas vermir. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipi nə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir Apellyasiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hazırki mübahisə üzrə preyudusial xarakter daşıyan və həlledici əhəmiyyət kəsb edən hallara ümumiyyətlə hüquqi qiymət vermədən, həmin hallarla ziddiyyət təşkil edən nəticəyə gəlməklə, hüquqi müəyyənliyin pozulmasına səbəb olan, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar