Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3834/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Humanitar Kollecinə qarşı “əmrin ləğvi, əvvəlki vəzifəsinə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)10006/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 15 may 2008-ci il tarixli əmək müqaviləsinə əsasən Bakı Humanitar Kollecində (əvvəlki adı: Bakı Məktəbəqədər Pedaqoji Texnikumu) Qiyabi şöbədə katibə vəzifəsinə qəbul edilmiş, 20 may 2008-ci il tarixli ərizəsi əsasında 22 may 2008-ci il tarixli əmrlə tədris işləri üzrə katibə vəzifəsinə təyin edilmişdir. 2. 03 sentyabr 2008-ci il tarixli ərizəsi əsasında İddiaçı işəgötürənin 08 sentyabr 2008-ci il tarixli, 98 saylı əmri ilə tədris işləri üzrə katibə kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmiş və sosial məzuniyyətdə olan Reyhan Nuriyevanın yerinə “Biologiya” kabinetinə laborant vəzifəsinə təyin edilmişdir.
3. Bakı Humanitar Kollecinin 01 oktyabr 2019-cu il tarixli, 131 saylı əmri ilə İddiaçı ilə laborant kimi bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (öz ərizəsi ilə) həmin tarixdən xitam verilmiş və xadimə vəzifəsinə təyin edilmişdir. Əmrə əlavə edilmiş 01 oktyabr 2019-cu il tarixli ərizələrdən görünür ki, iddiaçı bir ərizə ilə laborant vəzifəsindən azad edilməsini, digəri ilə isə texniki işçi kimi işə qəbul edilməsini xahiş etmişdir.
4. İşəgötürən tərəfindən İddiaçı ilə bağlanmış 15 may 2008-ci il tarixli əmək müqaviləsində “qiyabi şöbədə katibə” ifadələrindən sonra defis işarəsi qoyularaq qarşısına “xadimə” sözü yazılmış və müqavilənin sonunda “Dəyişiklik edilib: 01 oktyabr 2019” qeydi edilmişdir.
5. Kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini, Həmkarlar İttifa qının sədri, komendant və xadimələr tərəfindən tərtib edilmiş 01 iyun 2021-ci il və 18 iyun 2021ci il tarixli “əmək funksiyasından imtina” barədə aktlarda iddiaçının xadimə vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirməkdən imtina etdiyi, iş vaxtında Mədəni-maarif şöbəsində oturaraq şöbənin iş prosesinə maneçilik törətdiyi və bununla bağlı izahat yazmaqdan imtina etdiyi qeyd olunmuşdur.
6. Kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini 22 iyun 2021-ci il tarixdə kollecin direktoruna təqdimat verərək, xadimə vəzifəsində çalışan İddiaçı may ayının son günlərindən başlayaraq bir dəfə də olsa öz vəzifə borclarını yerinə yetirmədiyini, dəfələrlə şifahi xəbərdarlıq edilsə də, nizam-intizam qaydalarına riayət etmədiyini və izahat yazmaqdan boyun qaçırdığını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Bakı Humanitar Kollecinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 oktyabr 2019-cu il tarixli, 131 nömrəli əmrinin ona dair hissədə ləğv edilməsi, laborant vəzifəsinə bərpa edilməsi və laborant vəzifəsinə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr ayında Kollecin keçmiş direktoru V.Əmiraslanov iddiaçıdan yerinə başqa şəxsi təyin etmək üçün işdən çıxmaq barədə ərizə yazmasını tələb etmiş, o isə bununla razılaşmayaraq işinə davam etmişdir. Lakin 08 iyun 2021-ci il tarixdə məlum olmuşdur ki, 01 oktyabr 2019-cu il tarixli əmrlə xadimə vəzifəsinə keçirilmişdir. Halbuki, o, faktiki olaraq başqa işləri yerinə yetirmiş, heç vaxt xadimə kimi işləməmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(001)5305/2021 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia təmin olunmuş, Bakı Humanitar Kolleci tərəfindən verilmiş 01 oktyabr 2019-cu il tarixli, 131 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Bakı Humanitar Kollecində “laborant” vəzifəsinə işə bərpa edilməsi, Bakı Humanitar Kolleci tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı iş buraxma müddəti üçün əmək haqqı ödənilərkən 01 oktyabr 2019-cu il tarixdən “xadimə” vəzifəsi üzrə ona ödənilmiş əmək haqlarının məbləğlərinin nəzərə alınması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 01 oktyabr 2019 -cu il tarixli əmrlə iddiaçı ilə laborant kimi əmək münasibətlərinə xitam verilərək onun başqa vəzifəyə (xadimə) təyin edilməsi təsbit olunsa da, mahiyyət etibarı ilə həmin əmr iddiaçının başqa işə keçirilməsi (ona başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilməsi) barədədir. Bu zaman, işəgötürən tərəfindən iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi və ya xadimə vəzifəsi üzrə onunla yeni əmək müqaviləsinin bağlanılması, o cümlədən məhz xadimə vəzifəsinə təyin edilməsinə dair razılığının mövcudluğu müəyyən olunmur. Bu isə, onun laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsini istisna edir. Bu mənada əmək müqaviləsi bildirişini n mövcudluğu da fərqli qənaətə gəlməyə əsas vermir. Çünki Məcəllənin verdiyi anlayışa görə, əmək müqaviləsi bildirişi – əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin hallarından və tərəflərin izahatlarından da göründüyü kimi, iddiaçı heç vaxt xadimə vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirməmişdir. Bunu cavabdeh qurumun nümayəndəsi tərəfindən təqdim edilən aktlar və təqdimat da təsdiq etməkdədir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsin in qanunsuzluğu onunla cavabdeh arasında laborant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin xitamını da istisna edir. Hətta 01 oktyabr 2019-cu il tarixli, 131 saylı əmrin iddiaçıya aid hissələrinin biri digərindən müstəqil olduğu irəli sürülərək fərziyyə olaraq qəbul edilsə belə, yenə də onunla laborant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin qanunvericiliyin tələblərinə müvafiq olaraq xitam olunduğu qənaətinə gəlmək mümkün olmayacaqdır. Çünki həmin əmr iddiaçı ilə laborant kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinə (öz ərizəsi ilə) əsasən xitam verilməsi hissəsində də qanunun tələblərinə müvafiq verilməmişdir. Belə ki, iddiaçının ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilməmiş, bununla belə o, məhz elə ərizənin verildiy i tarixdə işdən azad edilmişdir (hərçənd iddiaçı tarix yazısının özünə aid olmadığını da bildirir).
13. Məhkəmə mövqeyini, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsi, 3-cü maddəsi, 9-cu maddəsinin “a” bəndi, 59, 68, 69, 300-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh Bakı Humanitar Kolleci apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(001)-5305/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-10006/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmi n edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(001)5305/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. Cavabdeh Bakı Humanitar Kolleci kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-10006/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsin in 59-cu maddəsinin, Mülki Prosessual Məcəllənin 8, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə iddiaçının xadimə vəzifəsinə keçirilməmişdən əvvəl bununla bağlı ərizələr verməsini və əmək müqaviləsində müvafiq əlavə və dəyişikliklərin edilməsini nəzərə almamışdır. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Apellyasiya məhkəməsi qətnaməni əsaslandırmamış, birinci instansiya məhkəməsinin qətnaməsini köçürtmüşdür.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasın ı xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasə n hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin i fadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 25. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə kons titusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət e dilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı he sab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən işin hallarını tam nəzərə almamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, apellyasiya instansiyası məhkəməsi isə mülki prosessual qanunvericiliyin tələblərini pozaraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyərək yol verilmiş nöqsanları aradan qaldırmamışdır.
28. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı laborant vəzifəsində işləmiş, 01 oktyabr 2019-cu il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsi əsasən (öz ərizəsi ilə) xitam verilmiş və həmin əmrlə də o, xadimə vəzifəsinə təyin edilmişdir.
29. İddiaçı iddia ərizəsində bu əmrdən xəbərsiz olduğunu bildirsə də, birinci instansiya məhkəməsində verdiyi izahatında laborant vəzifəsindən işdən azad olunması barədə ərizə yazdığını etiraf etmişdir. Həmçinin göstərmişdir ki, ona texniki işçi kimi tədris işləri üzrə katibə vəzifəsinə təyin edilməsi bildirilmiş və o, bu barədə ərizə yazmışdır.
30. İş materiallarından da müəyyən olunur ki, iddiaçı işəgötürənə ərizə verərək, laborant vəzifəsindən azad edilməsini xahiş etmiş və başqa bir ərizə ilə onun texniki işçi kimi işə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizələri yazdığını mübahisələndirməmiş, yalnız ərizələrdə qeyd olunan tarixin onun tərəfindən yazılmadığını göstərmişdir.
31. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində verilən əmr qanunsuz olmuş, belə ki, onun xadimə vəzifəsinə təyin edilməsinə dair razılığı müəyyən olunmur.
32. Məhkəmə kollegiyası razılaşır ki, mübahisələndirilən əmrdə iddiaçı və cavabdeh arasında “laborant” vəzifəsinə dair bağlanmış əmək müqaviləsinə xitam verilsə və sonradan iddiaçı “xadimə” vəzifəsinə təyin edilsə də, həmin əmr mahiyyət etibarı ilə i şçinin başqa işə keçirilməsi barədədir. Məhkəmələrin bu halla gəldiyi nəticə Əmək Məcəlləsinin 59-cu maddəsinin dispozisiya şərtlərinə uyğundur.
33. Lakin bu zaman nəzərə almaq lazımdır ki, iddiaçının xadimə vəzifəsinə təyin edilməsinə razılığı iş materiallarından müəyyən edilməsə də, onun əvvəlki vəzifədən azad edilməsinə və yeni vəzifəyə (texniki işçi vəzifəsinə) təyin edilməsinə dair razılığı (ərizələri) olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi isə “texniki işçi” vəzifəsinin ayrıca ştat kimi mövcud olub-olmamasını, olmadığı halda, həmin ifadə ilə hansı vəzifələrinin nəzərdə tutulduğunu araşdırmadan, iddiaçını işdən azad olunmasına razılığı müəyyən olunan laborant vəzifəsinə bərpa etmiş və həmin vəzifə üzrə işburaxma müddəti üçün əmək haqqının tutulmasını qət etmişdir.
35. Halbuk i, iddiaçı özü də izahatında göstərmişdir ki, ərizə yazdıqdan sonra texniki işçi kimi tədris işləri üzrə katibə vəzifəsinə təyin edilmişdir.
36. Məhkəmə həmçinin hesab edir ki, məhkəmənin mübahisəli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci hissəsinin tələblərinin pozulmasından ibarət mövqeyi də əsaslı olmamışdır.
37. Belə ki, Məcəllənin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydasını müəyyən edir.
38. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mah iyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Apellyasiya məhkəməsinin qətnaməsində də göstərdiyi kimi, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir.
39. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmə k müqaviləsi ləğv edilə bilər. Həmçinin maddənin 5-ci hissəsinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
40. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq və əlavə zərərə uğramamaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir ki, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün.
41. Qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə tərəflər arasında əmək münasibətlərinə xitam verilməmiş, işçi başqa işə köçürülmüşdür. Belə olan halda, Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddətin gözlənilməsinə zərurət aradan qalxır. Belə ki, hər iki tərəfin razılığı ilə işçi bir işdən başqa işə keçirilirsə, onun 1 ay xəbərdarlıq müddətinin gözlənilməsinin məntiqi yoxdur və Məcəllənin 59-cu maddəsində bununla bağlı göstəriş yoxdur. Məhz bu kontekstdən baxaraq Məcəllənin 69cu maddəsinin 5-ci maddəsində “əmək mü nasibətlərini dayandırmaq” ifadəsindən istifadə olunmuşdur ki, hazırki iş üzrə iddiaçı tərəfindən ərizə yazıldıqdan sonra tərəflər arasında əmək münasibətlərin dayandırılması halı müəyyən olunmur.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından və maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
43. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçı işdən azad olunması barədə ərizə yazarkən həqiqi niyyətini müəyyən etməli, onun işə keçirilməsi xahiş olunan “texniki işçi” və zifəsinin mövcud olub-olmaması, həmin ifadə ilə hansı vəzifələrin nəzərdə tutulması, əmr verildiyi tarixdən sonrakı müddətdə iddiaçının faktiki hansı vəzifələri icra etməsi araşdırmalı, iddiaçının xadimə vəzifəsinə keçirilməsi qanunsuz olduğu müəyyən edildiyi halda, bərpa ediləcək vəzifə müəyyən edilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı Humanitar Kolleci tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2021-ci il i tarixli, 2(103)-10006/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.