Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3834/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümükün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1056/2024 nömrəli, 27 may 2024- cü il tarixli qərardadından Cavabdeh (vəkil Nümayəndə3) tərəfindən verilmiş kassasiy a şikayətinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “pul”’ tələblərinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.264,05 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,79 manat məbləğində pulun alınaraq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(020)-85/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qiyabi qətnamə si ilə (hakim Ramiz Nurullayev) iddianın təmin edilməsi, cavabdehdən 10.264,05 manat məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,79 manat məbləğində pulun alınıb iddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1056/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tale Kərimov) cav abdeh tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin 13 mart 2024-cü il tarixli qiyabi qətnaməsi 29 mart 2024-cü il tarixdə xəbərnaməyə imza etdirməklə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən qiyabi qətnamənin ləğvi üçün məhkəməyə ərizə verilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 29 aprel 2024-cü il tarixdə bitdiyi h alda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə elektron qaydada verilmiş və müddətin bərpası barədə ərizə şikayətə əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti üçün müəyyən edilmiş müddət keçmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir.
6. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1, 243.1, 244, 252, 357.1, 361, 360, 364.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
7. Qərardaddan cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 27 may 2024-cü il tarixli qərardadının ləğv e dilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin 27 may 2024-cü il tarixli qərardadı qəbul edilərkən Azərbaycan Respublikası MPM-nın 130-cu maddəsinin tələbinə düzgün riayət olunmamışdır. Həmin maddənin tələbi ondan ibarətdir ki, məhkəmə tərəfindən təyin edilmiş müddətin keçməsindən sonra prosessual hərəkətlər etmək hüququ keçmiş olur. Birinci instansiya məhkəməsinin 13 mart 2024-cü il tarixli qiyabi qətnaməsinin surəti 29 mart 2024-cü il tarixində xəbərnaməli konvertlə cavabdehə rəsmi olaraq verilmişdir. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin 13 mart 2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməs i üçün qanunla müəyyən olunmuş müddətin başlanğıcı 30 mart 2024-cü il tarixindən başlayır. Həmin müddətin son günü isə 08 aprel 2024-cü il tarixində bitir. Tərəfindən verilmiş apellyasiya şikayəti isə bir ay müddətində, yəni 07 may 2024-cü il tarixində verilmişdir. Bu hüququnun həyat keçirilməsi birinci instansiya məhkəməsinin 13 mart 2024-cü il tarixli qiyabi qətnaməsinin qət etdi hissəsinin 4-cü abzasında açıq-aydın qeyd edilmiş tələbə, - Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində birinci instansiya məhkəməsi vasitəsi ilə apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər - tələbinə tam uyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nın 357-ci maddəsinin tələbinə istinad edilməsi qanuna uyğun deyildir. Ç ünki, mübahisə edilən qətnamə qiyabi qətnamədir. Nədənsə bu hal yaddan çıxarılmışdır.
9. Apellyasiya instansiya məhkəməsinin 27 may 2024-cü il tarixli qərardadı qəbul edilərkən Azərbaycan Respublikası MPM-nın 88-ci maddəsinin də tələbinə düzgün riayət olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin 13 mart 2024-cü il tarixli qiyabi qətnaməsinin mövqeyi ilə razılaşmadığını qeyd etsədə qiyabi qətnaməyə toxunulmamış, lakin qiyabi qətnamənin qət etdi hissəsində bir vətəndaş kimi onun şikayət vermək hüququnun izah edilməsinə heç bir əhəmiyyət verilməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində şikayət etmək hüququna məhəl qoyulmamış, Azərbaycan Respublikası MPM-nın 233.1-ci maddəsinə istinad edərkən Azərbaycan Respublikası MPM-nın 253.3-cü maddəsinin tələbinin pozulmasına – qiy abi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər tələbinə ziddiyyət təşkil etməsinə heç bir əhəmiyyət verilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 253.3-cü maddəsinin və apellyasiya Məhkəməsinin 27 may 2024-cü il tarixli qərardadının qəbul edildiyi vaxtı əsas götürülmüş Azərbaycan Respublikası MPM-nın 233.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının Konstitusiyası qanunlarına ziddiyyət təşkil edirlər. Ona görə də bu ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edilməsinə zərurət yaranmışdır.
10. Apellyasiya instansiya məhkəməsinin 27 may 2024-cü il tarixli qərardadı qəbul edilərkən Azərbaycan Respublikası MPM-nın 2 53.3-cü maddəsinin tələbinə düzgün riayət olunmamışdır. Həmin maddənin tələbi ondan ibarətdir ki, qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Məhz bunun nəticəsidir ki, birinci instansiya məhkəməsinin 13 mart 2024-cü il tarixli qiyabi qətnaməsinin qət etdi hissəsinin 4-cü abzasında açıq-aydın qeyd edilmiş tələbin- Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində birinci instansiya məhkəməsi vasitəsi ilə apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər - hüququnun olması ona izah edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin 27 may 2024-cü il tarixli qərardadının qəbul edildiyi vaxtı hüququnun izah edilməsinə qarşı düzgün mövqe tutul mamışdır. Həqiqətən apellyasiya instansiya məhkəməsinin mövqeyi haqlıdırsa, onda niyə qiyabi qətnamənin ləğv edilərək, mülki işin birinci instansiya məhkəməsinə qaytarilmaması başa düşülən deyildir. Bu sual çox düşündürücüdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
11. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olm aqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
14. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
15. Maddə 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.
16. Maddə 243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” infor masiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
17. Maddə
244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
18. Maddə
252. Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir.
19. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
20. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ver ilə bilər.
21. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
22. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılır.
23. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
24. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.
25. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət veril ə bilər.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, apellyasiya məhkəməsi cavabdehin şikayəti üzrə apellyasiyanı qeyri mümkün sayarkən mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin 13 mart 2024-cü il tarixli qiyabi qətnaməsi xx.xx.2024-cü il tarix də xəbərnaməyə imza etdirməklə cavabdehə rəsmi qaydada verilmişdir. Bundan sonra cavabdeh tərəfindən qiyabi qətnamənin ləğvi üçün birinci instansiya məhkəməsinə ərizə verilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldığı vaxtdan 10 gün müddətinə onun ləğv ilə bağlı həmin qətnaməni çıxarmış birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etməyə haqlıdır. Lakin cavabdeh həmin hüququndan istifadə etmədəyi halda ümumi qaydada qətnamədən apellyasiya şikayəti verilməsi üçün MPM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qiyabi qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 ay müddətinə apellyasiya şikayəti verməlidir. MPM-nin 252-ci maddəsində də həmin məcəllənin 233-cü maddəsinə istinad etməklə cavabdehə qiyabi qətnamədən 1 ay müddətinə ümumi qaydada apellyasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir. Hazırki işdə isə cavabdeh xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada almış, lakin cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən isə apellyasiya şikayəti 1 aylıq prosessual müddət ötürülməklə, yəni xx.xx.2024-cü il tarixə kimi verməli olduğu halda xx.xx.2024-cü il tarixdə elektron qaydada verilmiş və müddətin bərpası barədə ərizə isə şikayətə əlavə edilməmişdir. Bu isə ona dəlalət edir ki, apellyasiya şikayəti müddət ötürülməklə verilmişdir.
35. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
36. Mülki Prosessual Məcəllənin 13 5.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
37. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələ rində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
38. Məhkəmə kollegiyası cavabdehin (vəkil Nümayəndə3) kassasiya şikayətinin, MPM-nın 253.3-cü maddəsinə əsasən qiyabi qətnamədən tərəflərin bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilmələri barədə dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh (vəkil Nümayəndə3) şikayətlərində həmin normanın MPM-nin digər normalarla əlaqəli şəkildə təfsir edilməli olmasını diqqətdən qaçıraraq, öz mənafeyinə uyğun təfsir etməyə çalışmışlar. Qeyd olunmalıdır ki, MPM-nın 244-cü maddəsinə uyğun olaraq cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldığı vaxtdan 10 gün müddətinə onun ləğv ilə bağlı həmin qətnaməni çıxarmış birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etmək hüququna malik olsa da, həmin hüququndan istifadə etmədəyi halda ümumi qaydada qətnamədən apellyasiya şikayəti verdiyindən, MPM-nın 252-ci maddəsinə əsasən isə qiyabi qətnamənin qüvvəyə minməsi üçün MPM-nin 233.1-ci maddəsinə uyğun olaraq 1 aylıq müddət müəyyən edildiyindən, cavabdeh qiyabi qətnaməni rəsmi qaydada xx.xx.2024-cü il tarixdə aldıqdan sonra nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən apellyasiya şikayəti 1 aylıq prosessual müddət ötürüldükdən, yəni qiyabi qətnamənin qüvvəyə minməsindən 8 gün sonra, xx.xx.2024-cü il tarixdə elektron qaydada verilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh (vəkil Nümayəndə3) birinci instansiya məhkəməsinin qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci və ya apellyasiya instansiya məhkəmələrinə müraciət edərək, müddətin üzürlü hesab edilmərək bərpa olunmasını xahiş etmək əvəzinə, yuxarıda göstərilən hallara hüquqi qiymət verilməsi ilə bağlı formal dəlillərlə kassasiya instansiya məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır.
40. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun tə min edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
41. Odur ki, apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1056/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.