Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3835/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin ləğvi, mübahisənin məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Avtom obil X4 "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin və qeydin ləğvi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-750/2023 nömrəli, 2023-cü il 20 iyul tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 409 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, xx.xx.2005-ci il tarixdə Balakən ş əhəri, C.Cabbarlı küçəsində (hazırda 28 May küçəsi) yerləşən qeyri-yaşayış binası (bundan sonra – mübahisəli qeyri-yaşayış binası) üzərində Cavabdeh2 mülkiyyət hüququ 2 nömrəli reyestr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə qeydə alınmışdır.
2. Adı çəkilən İdarə tərəfindən həmin tarixdə verilmiş 622 inventar nömrəli texniki pasportda göstərilmişdir ki, 0,33 ha torpaq sahəsində yerləşən 1988-ci ildə tikilmiş mübahisəli qeyri-yaşayış binası xx.xx.2001-ci il tarixli Əmlak üzərində mülkiyyət hüquqlarına dair 06 nömrəli Şəhadətnamə əsasında Cavabdeh2 adına verilmişdir.
3. Azərbaycan Avtomobil Yolları X3 Rayon İcra Hakimiyyətinə qarşı “Cavabdeh2 barəsində Balakən rayon X1 X6 İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarının, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2 001-ci il tarixli qərarının və xx.xx.2001ci il tarixli Əmlak üzərində mülkiyyət hüquqlarına dair 06 nömrəli Şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir.
4. Həmin iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-246/2018-ci il nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Balakən rayon X1 X6 İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli (2 nömrəli iclasının) qərarının və Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli (06 nömrəli iclasının) qərarının Balakən rayon X1 X6 İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli (2 nömrəli iclasının) qərarının təsdiq edilməsi hissəsində ləğv edilməsi qət edilmişdir.
5. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia “xx.xx.2001-ci il tarixli Əmlak üzərində m ülkiyyət hüquqlarına dair 06 nömrəli Şəhadətnamənin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Qərardad həmin iddia tələbinin inzibati xarakterli olmaması ilə əsaslandırılmışdır.
6. Qeyd edilən məhkəmə aktları qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mübahisəli qeyri-yaşayış binası üzərində xx.xx.2005-ci il tarixdə, 2 nömrəli reyestr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qey diyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Avtomobil X4nin təsisçisi olduğu "xxxx" MMC-nin (keçmiş – "xxxx" ASC Yol İstismarı MMC) balansında Balakən şəhəri, 28 May küçəsində əmlak kompleksi kimi müəssisəsi (idarə binası, anbar binası, tualet binası və s.) və torpaq sahəsi vardır. MMC Cavabdeh2 qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, sonradan MMC-nin vəsatətinə əsasən iş üzrə icraat xx.xx.2017-ci il tarixli qərardadla dayandırılmış, daha sonra isə baxılmamış saxlanılmışdır. İş üzrə icraatın dayandırılmasına əsas MMC-nin Şəki İnzibati-İqtisadi Məhkəməsində mü bahisələndirilən qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Balakən rayonu X1 X6 İslahatı Komissiyasının xx.xx.2001-ci il tarixli qərarının, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarının və xx.xx.2001-ci il tarixli, 06 nömrəli Əmlak üzərində mülkiyyət hüququna dair Şəhadətnamənin ləğv edilməsi ilə bağlı iddia qaldırması olmuşdur. Həmin iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları (§ 3-5) qəbul edilmiş və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bununla da, Cavabdeh2 adına mübahisəli qeyri-yaşayış binası üzərində xx.xx.2005-ci il tarixdə 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər ləğv edilmişdir.
9. Məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 321-3/2-2352/2023 nömrəli məktubundan görünür ki, “Azərbaycan Avtomobil X4” X5 "xxxx" MMC tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında ünvan 1 ünvanında yerləşən əmlak kompleksi həmin müəssisənin balansında olan daşınmaz dövlət əmlakı kimi dövlət əmlakının reyestrində qeydiyyata alınmışdır.
10. Balakən Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e2(019)-80/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməs inin xx.xx.2018-ci il tarixli, 2-1(84)-246/2018-ci il nömrəli qərarı ilə Cavabdeh2 mübahisəli qeyri-yaşayış binası üzərində xx.xx.2005-ci il tarixdə, 2 nömrəli reyestr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Balakən rayon X1 X6 İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli (2 nömrəli iclasının) qərarı tam və Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı isə Balakən rayon X1 X6 İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli (2 nömrəli iclasının) qərarının təsdiq edilməsi hissəsində ləğv edilmişdir. Bu da cavabdehin həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair qeydiyyatının və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinin qanunun tələblərinə uyğun olmadan həyata keçirildiyini göstərir və həmin qeydiyyatın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi üçün əsasdır.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 139.1, 139-1.1.5, 139.3, 140, 141.1-141.3, 149.2, 152.1-152.3, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1, 16.6, 21.1, 21.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasi ya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə əsl cavabdeh inzibati orqan, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5nin 18 saylı Zaqatala Ərazi İdarəsidir. Cavabdeh2 formal olaraq cavabdeh qoyulmuş, işə 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmış və iş aidiyyəti üzrə inzibati məhkəməyə göndərilməmiş, məhkəmə aidiyyəti qaydaları qərəzli şəkildə pozulmuşdur. Eyni zamanda, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.201 8-ci il tarixli, 21(84)-246/2018 saylı qərardadı ilə xx.xx.2001-ci il tarixli Əmlak üzərində mülkiyyət hüquqlarına dair 06 nömrəli Şəhadətnamənin ləğv edilməsi hissəsində iddia mümkün sayılmamışdır. Yəni, Cavabdeh2 mübahisəli qeyri-yaşayış binası üzərində xx.xx.2005-ci il tarixdə aparılmış mülkiyyət hüququna dair qeydiyyata əsas sayılmış həmin sənəd qüvvəsindədir və ona Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə hüquqi qiymət verilmişdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-750/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Rövşən Rəfiyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məh kəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
16. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, qeydiyyat vəsiqəsinin və qeydin ləğvi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması barədə hazırkı iddia inzibati iddiadır. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən tələbin inzibati məhkəmə icraatının predmeti olmasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb iddianı təmin etməklə məhkəmə aidiyyəti ilə bağlı prosessual hüquq normalarını pozmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci, Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 5.1, 261.0.1, 262.3-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 16.3-cü bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə nəyə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını ümumiyyətlə əsaslandırmamışdır. Hazırkı iddia cavab deh inzibati orqanın hərəkət və yaxud hərəkətsizliyi ilə bağlı deyil. Belə ki, cavabdeh inzibati orqan Aqrar İslahat Komissiyasının verdiyi sənədlərə (akt və şahədatənamə) əsasən əmlak üzərində hüquqları dövlət qeydiyyatına almışdır. Həmin sənədlər də Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Həmçinin, Şəki İnzibati-İqtisadi Məhkəməsində qaldırılmış iddia 29 avqust 2018-ci il tarixli, 2-1(84)-246/2018 nömrəli qərardadla “qeydiyyat vəsiqəsinin” mübahisələndirilməsi hissəsində mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014cü il ta rixli Qərarına əsasən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki işdə də Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən “qeydiyyat vəsiqəsi” ilə bağlı mübahisə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olmadığından işə mülki məhkəmə icraatında baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
22. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
24. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
27. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarı: 28....daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətin ə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur.
29. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 30.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hə rəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarı
31. Bənd 17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüq uqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
32. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
33. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqa na qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh2 kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “qeydiyyat vəsiqəsi” ilə bağlı mübahisə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olmadığından işə mülki məhkəmə icraat ı qaydasında baxılmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun sözügedən dəlili əsassızdır.
39. Belə ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən reyestr qeydi mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında deyil, inzibati akt əsasında aparılmışdır. Bu səbəbdən də hazırki iddianın mülki icraat qaydasında baxılması yolverilməzdir. O da qeyd edilməlidir ki, bu qeydin aparılmasına əsas olmuş inzibati aktlar ləğv edildiyindən, ilk növbədə həmin qeydin ləğvinə dair inzibati orqana müraciət edilməli, bundan imtina edildiyi halda inzibati icraat qaydasında iddia qaldırılmalıdır.
40. Sözügedən mövqe birmənalı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarında da göstərilmişdir.
41. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, düzgün olaraq mübasibətlərin inzibati xarakter daşıması əsası ilə mülki iş üzrə icraata xitam verilmişdir.
42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir.
43. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Avtomobil X4 "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-750/2023 nömrəli, 2023-cü il 20 iyul tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.