Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3836/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3836/21 (Açar sözlər:: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: LPO İddiaçı ASC Ləğvedicisi Əmantlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)435/2 021 saylı qətnaməsindən iddiaçı “LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları İşin hallarına görə, iddiaçı məhkəmə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh1 07 iyul 2011-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 57.082,84 manat, faiz borcuna görə 13.899,53 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış faiz borcuna görə 35.704 manat, cəmi 106.686,37 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3159, 89 saylı evdə yerləşən, 2 otaqlı, 40 saylı mə nzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərraca çıxarılaraq satılması və satışdan eldə olunan pul vəsaiti hesabına Cavabdeh1 iddiaçıya olan kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 07 iyul 2011-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 34.858,88 manat, faiz borcuna görə 5.875,91 manat, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış faiz borcuna görə 7.332 manat, cəmi 48 066.79 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3159, 89 saylı evdə yerləşən 2 otaqlı, 40 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 123.500 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada Cavabdeh1 tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən artıq qalan hissənin mülkiyyətçi Cavabdeh2 qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Bu baxımdan tutmanın ipote ka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib və ipoteka predmetinin ilkin satış qiymətinin 123.500 manat müəyyən edilməsi onun bazar qiymətinə uyğundur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.7-ci maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, faiz borcunun, hesablanmış cərimənin tutulması, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qə tnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) Cavabdeh2 apellyasiya şikayəti rədd, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 104.000 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı əsas, faiz borclarının, hesablanmış cərimənin tutulm ası hissəsində düzgün olaraq qismən təmin etsə də, ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməyib. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas, faiz borcunun tutulması, kredit müqaviləsinin müdd əti bitdikdən sonra hesablanmış məbləğə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğv edilib, iddianın tam təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissələrdə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini öd əməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbi nin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ip oteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul etməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, 07 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 7 faizlə 100.000 manat kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 05 sentyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3159, 89 saylı evdə yerləşən 2 otaqlı, 40 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinin 1.4-cü bəndinə əsasən, ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında olan razılaşmaya görə 35000 manat qiymətləndirilib. İddiaçının 10 iyul 2018-ci il tarixli maliyyə arayışına görə, kredit alan Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya 57 082,84 manat əsas, 13.899,53 manat faiz, müddət bitəndən sonra Ko nstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış faiz borcuna görə 35.704 manat olmaqla, cəmi 106.686,37 manat kredit borcu vardır. Həmçinin, Məhkəmə Mühasibatlıq Ekspertizasının 29 noyabr 2019-cu il tarixli ekspert rəyinə görə, 07 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 10 iyul 2018-i il tarixə iddiaçıya olan kredit borcu cəmi 40.734,79 manat təşkil edir və bunun da 34.858,88 manat hissəsi əsas, 5.875,91 manat hissəsi isə faiz borcuna aiddir. Eyni zamanda "xxxx" MMC 18 dekabr 2018-ci il tarixli qiymətləndiricinin rəyinə görə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 3159-cu məhəllədə yerləşən 89 saylı evin, 40 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 123.500 manat təşkil edir. Apellyasiya instans iyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları, o cümlədən ekspertin rəyini tədqiq edib müəyyən etmişdir ki, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini pozub, onları lazımınca icra etməyib. Bu baxımdan icranı gecikdirmiş borclu Cavabdeh1 gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və o, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçının müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməyib və öhdəliyin icrasını gecikdirib. Bu səbəbdən iddiaçı sözügedən kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş sözügedən mənzilə yönəldilməsini tələb etməkdə haqlı olub. Apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, borclu Cavabdeh1 iddiaçıya olan kredit borcunun yoxlanılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, rəy alınıb. Ekspert qarşısında qoyulmuş suallar maliyyə arayışında qeyd olunmuş əsas və faiz borcunun yoxlanılması ilə bağlı olub. İddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində ekspertin rəyi ilə razılaşmadığını göstərsə də, həmin rəyi şübhə altına ala biləcək hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməyib. Buna görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin borclu Cavabdeh1 iddiaçının xeyrinə 34.858,88 manat əsas, 5 875,91 manat faiz borcunun tutulması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edib. Daha sonra, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı d övr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan R espublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Apellya siya instansiyası məhkəməsi qeyd olunan normanın tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti 07 iyul 2016-cı il tarixdə bitib. Maliyyə arayışı isə 10 iyul 2018-ci il tarixdə verilib. 07 iyul 2016-cı ildən 10 iyul 2018-ci il tarixədək olan müddət isə 733 gün təşkil edir. Buna görə də, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği 3548,8 manat təşkil edir. Göründüyü kimi kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz 3.548,8 manat təşkil etdiyi halda, birinci instansiya məhkəməsi 7332 ma nat müəyyən edib. Bu hissədə iddiaçı tərəf həmin məbləğin azlığından apellyasiya şikayəti verdiyindən, həmin məbləğin məhkəmə tərəfindən az tutulması müəyyən olunmadığından, cavabdeh tərəf isə qeyd olunan hissədə apellyasiya şikayəti vermədiyindən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 7.332 manat faiz məbləği ilə bağlı hissədə dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsin in vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Apellyasiy a instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı hissədə düzgün nəticəyə gəlib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1-ci maddəsi). “İpoteka haqqında ”Azərbaycan Respublikası Qanununu n 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi, qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edib düzgün olaraq qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoy anla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməli olduğundan, "xxxx" MMC 23 noyabr 2020-ci il tarixli qiymətləndirici rəyi əsas tutulmaqla ipoteka predmetinin ilkin satış qiyməti və likvid dəyəri müəyyən edilməlidir. Həmin rəydən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 89 saylı binada yerləşən 40 saylı mənzilin 20 noyabr 2020-ci il tarixə bazar dəyəri 112.000 manat, likvid dəyəri 104.000 manat müəyyən edilib. Buna görə də, apellyasiya instransiyası məhkəməsi sözügedən qiymətləndiricinin rəyini əsas götürməklə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edərək, ipoteka predmetinin ilk in satış qiymətini 104.000 manat məbləğində müəyyən edib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO İddia çı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)435/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3836/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3836/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver