Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3836/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)- 3836/2022 (Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi) Bakı şəhəri, 03 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2(107)388/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, Yevlax rayonu Varvara kəndində yerləşən 11,81 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə icarə hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
2. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, Yevlax rayonu Varvara kəndində yerləşən 4,40 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə icarə hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
3. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, Yevlax rayonu Varvara kəndində yerləşən 3,79 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-c ı il tarixdə icarə hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra –iddiaçı) Cavabdeh Məhəmməd oğluna (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun icarəsində olan 20 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, Yevlax rayonu Varvara Bələdiyyəsinin mülkiyyətində olan 3,79 hektar, 11,81 hektar və 4,40 hektar olmaqla, cəmi 20 hektar torpaq sahəsi xx.xx.2024-cü il ilə kimi müqavilə əsasında ona icarəyə verilmişdir. Bu barədə ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX tərəfindən xx.xx.2016-ci il tarixli, 3 ədəd Hüquqların Dövlət qeydiyyat qe ydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. O, həmin 20 hektar torpaq sahəsini şifahi razılaşma əsasında xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi Yevlax rayonu Cırdaxan kəndində yaşaya Cavabdeh icarəyə verilmişdir. Şifahi razılaşma əsasında torpaq icarəsinin müddəti başa çatmasına və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadə etməkdə davam edir. Cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını istəyir.
6. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 26 avqust 2021-ci il tarixli 2(039)-1482/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh Məhəmməd oğlunun İddiaçı istifadəsində olan Yevlax rayonu Varvara kəndində yerləşən 20 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.
7. Birinci instansiya mə hkəməsi iş üzrə tədqiq edilmiş sübutların araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifasində və sahibliyindədir. Bu səbəbdən iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçının tələbi haqlıdır və cavabdeh iddiaçının istifadəsində olan Yevlax rayonu Varvara kəndində yerləşən 20 ha torpaq sahəsindən çıxarılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. instansiya məhkəməsinin
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və A.A.Mahmudovdan ibarət tərkibdə) 23 fevral 2022-ci il tarixli, 2(107)-388/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
11. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində məhkəmədə iştirakının təmin edilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, mülki işin 19- cu vərəqində olan xəbərnamə və 26-cı vərəqində olan SMS bildirişdən görünür ki, ona göndərilmiş məktub qeydiyyatda olduğu ünvanda alınaraq xəbərnaməyə imza edilməklə geri qaytarılmış, həmçinin, özünün işin materiallarında olan 055-68-28-19 nömrəsinə SMS bildiriş göndərilmişdir.
12. Ekspertizanın keçirilməsi ilə bağlı vəsatət əsaslandırılmadığından təmin edilməmişdir. Azərbаycаn Respublikаs ının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. Cavabdeh (vəkil Cavabdeh Məhəmməd oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yeni apellyasiya baxışına göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, qətnaməni qəbul edərkən AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərini pozmuşdur. Burada məhkəmə qeyd edir ki, iddiaçıya məxsus olan torpaq sahəsi cavabdehin istifadə və sahibliyindədir. Buna görə də o öz hüquqlarını həyata keçirə bilmir. İstinad etdiyi hüquq norması isə 157.2-ci maddəsidir. Beləliklə, məhkəmə bu normaya hazırki tələblə bağlı istinad edə bilməzdi. Çünki həmin norma da məhz mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilərdi. Burada mülkiyyətçi hazırki iddiaçı deyildir. Yevlax rayonu Varvara Bələdiyyəsidir. Cavabdeh Varvara Bələdiyyəsinin torpaq sahəsindən onun razılığı ilə istifadə edib. Məhkəmənin digər istinad etdiyi norma AR MMnin 158.4-cü maddəsidir ki, həmin normaya görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs o, cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu norma da ona qarşı düzgün tətbiq edilməyib. Məhkəmə hansı əsası ilə həmin torpaq sahəsinin tərəfimdən istifadə edildiyini necə müəyyən etmişdir ? Məhkəmə öz təşəbbüsü ilə müvafiq ekspertizanı keçirməklə iddiaçının tələbinin əsaslılığını, və ya qeyri əsaslığını müəyyən etməli idi. Ancaq Apellyasiya Məhkəməsi bu hala nəyinki qiymət verdi ümumilikdə iddianın əsasslığını müəyyən etmək üçün heç bir konkret araşdırma aparmadı. Halbuki, cavabdeh tərəfindən həmin tələbə münasibətdə araşdırılmasını xahiş etmişdir. 1-ci iddiaçının istinad etdiyi torpaq sahəsi onun tərəfimdən hansı əsasla zəbt edilməsi məhkəmə qətnaməsində mövcud deyildir. 2-ci cavabdehin atasnın sonra isə özünün istifadə etdiyim bələdiyyə torpaq sahəsi iddiaçının icarəsində olan torpaq sahəsinin tam və ya hissəvi qaydada üst-üstə düşməsini məhkəmə hansı əsası ilə müəyyən edib. 3-cü məhkəmə işin bu hallarını görərkən hansı səbəbdən AR MPM-nin 97.1-ci maddəsinə əsasən nədən bu sualları aydınlaşdırmaq üçün öz təşəbbüsü ilə ekspertiza kerməyib. 4-cü mənim iddiaçının icarəsində olan torpaq sahəsindən çıxarılmağımla bağlı istinad mənbəyini məhkəmə nə üçün aydınlaşdır mayıb. 5-ci iddiaçı öz ərizəsində həmin torpaq sahəsinin cavabdehin icarəsinə verildiyini bəyan edir. Belə olan halda ona nə üçün həmin torpaq sahəsini zəbt etdiyimi bildirir. 30 il ərzində bu torpaqlarımən və ailə üzvüləri idarə edib.
16. Bundan əlavə iştirakı olmadan əleyhinə qərar qəbul edilib. Halbuki məhkəmədə iştirak etsəydi tam mənada zəruri ekspertizanın aparılmasını təklif edərdi. Həmin torpaq sahəsini 30 ildir ki, istifadə etdiyini məhkəmənin nəzərinə çatdırardı. Məhkəmə öz təşəbbüsü ilə müvafiq ekspertizanı keçirməklə iddiaçının tələbinin əsaslılığını və ya qeyri əsaslığını müəyyən etməli idi. Ancaq Apellyasiyta Məhkəməsi bu hala nəyinki qiymət verdi ümumilikdə iddianın əsasslığını müəyyən etmək üçün heç bir konkret araşdırma aparmadı.
17. Kassator şikayətini Azərbaycan Respubli kasının Mülki Məcəllənin 157.2, 158.4cü maddələrinə və Azərbaycan Respublikası mülki prosessual Məcəlləsi 378.2.2, 387.2.4cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
19. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 158.4 Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
23. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq y olu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88 Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn m üəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə düzgün həll edilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İddiaçı, mübahisəli torpaq sahəsini şifahi razılaşma əsasında cavabdehin icarəsinə verd iyini bildirmişdir. Hazırda iddiaçı həmin münasibətlərin aradan qalxdığını bildirərək cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edir.
31. Məhkəmələr hesab etmişlər ki, mövcud vəziyyətdə cavabdehin mübahisəli torpaq sahəsindən istifadə etməyə qanuni və müqavilə əsası yoxdur, belə əsas olmadan onun torpaq sahələrinə sahibliyi qanunsuzdur, ona görə də icarə hüququ ilə iddiaçıya məxsus torpaq sahəsindən cavabdeh çıxarılmalıdır.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, o cümlədən cavabdehin dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
33. Kassator məhkəmədə iştirakın ın təmin olunmadığını bildirsə də işdə olan xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh özü və vəkili apellyasiya baxışında iştirak etmişlər.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə düzgün nəticəyə gəlinmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2(107)-388/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.