Məhkəmə qərarları › İş №2(102)-3837/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3837/2024

13.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3837/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:mənzildən istifadə hüququnun tanınması 13.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1364/2024 nömrəli iş üzrə 16 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları

1. İddiaçı X2 (Cavabdeh1 onun anasıdır) ilə 24 yanvar 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Naftalan Şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi, 8 saylı küçədə yerləşən 19 saylı evə (bundan sonra- mübahisəli ev) gəlin köçmüş, birgə nikahlarından 16 may 2022-ci il təvəllüdlü X3 anadan olmuş, nikah Naftalan Şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 fevral 2024-cü il tarixli, 174 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək mübahisəli evdə ailəsi ilə birlikdə yaşamışdır.

3. Mübahisəli ev Cavabdeh2 adına tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və ona 11 mart 2024-cü il t arixli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2022-ci il təvəllüdlü X3 ilə birlikdə Naftalan Şəhəri, Q.Namazəliyev məhəlləsi, 8-ci küçədə yerləşən 19 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini yuxarıda qeyd olunan hallara istinadən onunla əsaslandırmışdır ki, Cavabdeh1 oğlu X2 ilə ailə qurduqları vaxtdan mübahisəli evə gəlin köçmüşdür. Bütün cehiz əşyaları hazırda həmin ünvandadır. Bu səbəbdən onun və azyaşlı uşağının həmin yaşayış evindən istifadə hüquqları yaranmışdır. Onların başqa yerdə yaşayış yerləri yoxdur. O, azyaşlı uşağı ilə birlikdə cavabdehlərin yaşadıqları evə köçürülməli və onların həmin evə istifadə hüquqları tanınmalıdır. Cavabdeh1 hazırda onu və uşağını evə buraxmır. Cavabdeh1 onu öz razılığı ilə evdə yaşamaq, evdən istifadə etmək üçün gəlin gətirmişdir. O da, cehiz əşyalarını həmin evə yığmış, əri ilə birgə yaşamış və onunla birgə təsərrüfat aparmışdır. Onların uşağı da, həmin evdə doğulmuş və yaşamışdır. Onun və uşağının cavabdehlərlə etibarlı ailə əlaqələri olmuş, birgə həmin evdə yaşamış və həmin evdən istifadə etmişlər. Hazırda onun və uşağının buna çox ehtiyacı vardır. Belə ki o, uşağı ilə birlikdə qardaşının evində müvəqqəti sığınacaq tapmışdır. Qeyd edilənlərə əsasən himayəsində körpə uşağının olması, maddi vəziyyətinin qənaətbəxş olmaması, başqa yaşayış sahəsinin olmaması nəzərə alınaraq onun v ə uşağının həmin fərdi yaşayış evinə köçürülməsi və yaşayış evindən istifadə hüquqlarının tanınması qanuna müvafiqdir.

6. Həmçinin, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan mübahisəli evdən İddiaçı bütün əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia üzrə tələb işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, İddiaçı qardaşının həyat yoldaşı olmuş, 5 noyabr 2023-cü il tarixdə onlar faktiki olaraq ayrılmışlar və həmin gün İddiaçı mübahisəli evi tərk etmişdir. O, evdən gedərkən özünün və azyaşlı övladının geyim və qızıl-ziynət əşyalarını özü ilə aparmışdır. Lakin bütün cehiz əşyaları hal-hazıradək evdə qalmaqdadır. Mübahisəli ev onun xüsusi mülıkiyyətindədir, lakin İddiaç ı bütün elektronik və cehizi əşyaları orada qalmaqdadır. İddiaçı məxsus əşyaların mülkiyyətində olan evdə yerləşməsi onun fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadəsinə mane olur və onun mülkiyyət hüquqlarını məhdudlaşdırır.

8. Naftalan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(052)46/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Səlimov) ilk iddianın rədd edilərək, İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinin onun özünə aid edilməsi, qarşılıqlı iddianın təmin edilərək, mübahisəli evdən İddiaçın məxsus 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd jurnal stolu, 1 ədəd uşaq üçün yemək stolu, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd mətbəx stolu və 4 ədəd mətbəx stulu, 1 ədəd mətbəx üçün künc divan, 4 ədəd lüstur, 1 ədəd televizor altı, 1 ədəd paltar şka fı, 1 ədəd elektrik peçi, 1 ədəd paltaryuyan maşın, 1 ədəd iki nəfərlik yataq çarpayısı (taxt) və 2 ədəd tumbuçka, 1 ədəd divar güzgüsü, 1 ədəd ütü stolu, 1 ədəd ət çəkən maşın, 1 ədəd uşaq üçün çarpayı, 1 ədəd üşaq üçün kolyaska, 2 ədəd karniz, 1 ədəd mətbəx üçün kiçik manqal, 1 ədəd yataq otağında güzgülü kamot, 1 ədəd paltar qurudan, 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd qaz peçi, 1 dəst mətbəx mebeli və 1 ədəd mətbəx üçün moykadan ibarət əşyaların İddiaçı tərəfindən çıxarılması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdən göründüyü kimi iddiaçının öz azyaşlı uşağı ilə köçmək istədiyi fərdi yaşayış evi iddiaçı evə gəlin köçərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və özbaşına tikili olmuş, iddiaçı oradan çıxıb getdikdən sonra, yə ni xx.xx.2024-cü il tarixdə rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçının keçmiş əri X2 ilə ailə münasibətlərinə xitam verildiyindən, cavabdehlərə münasibətdə nə əri (arvadı), nə qohumu, nə himayəsində olan əmək qabiliyyəti olmayan şəxs, nə də ki, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin siyahısına aiddir.

10. Bu baxımdan, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli evə münasibətdə istifadə hüququ mövcud olmadığından iddia tələbi əsassızdır və onun həmin evə köçürülməsi tələbi təmin edilə bilməz.

11. İş materialları ilə müəyyən olunur ki, iddiaçının himayəsində olan uşaq 14 yaşına çatmamış fiziki şəxsdir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunmuşnormasına əsasən həmin şəxsin yaşayış yeri hazırda sağ olan valideynlərinin yanıdır. Lakin qeyd olunmalıdır ki, iddiaçının 1 nəfər azyaşlı uşağı nikah pozularkən onun yanında saxlanılmışdır. Odur ki, iddiaçı (uşağın anası) mübahisəli evə köçürülmədiyindən, onun yanında yaşayan bir nəfər azyaşlı uşağının da, həmin evə köçürülməsi təmin edilə bilməz.

12. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq hazırda qarşılıqlı iddia üzrə cavabdehə məxsus əmlakların mübahisəli fərdi yaşayış evində qalmaqda davam etməsi, mülkiyyətçinin əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirməsinin əsassız məhdudlaşırılması kimi qiymətləndirilməlidir. Odur ki, qarşılıqlı iddia təmin olunmalı və iddia ərizəsində adları sadalanan əşyalar İddiaçı tərəfindən Cavabdeh2 məxsus evdən çıxarılmalıdır.

13. Məhkəmə öz hüqu qi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, 43-cü maddələrinə, Mülki Məcəllənin 27.2, 152, 157.4-cü maddələrinə, habelə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki,iddiaçı yaşadığı və yeganə yaşayış yeri olan mənzildən qanunsuz məhrum edilmişdir. Övladı ilə birlikdə yaşadığı mənzildə yaşamağına maneələr törədilməklə onların konstitusion hüququ olan mənzil hüququ pozulmuşdur. Onlar birlikdə müb ahisəli evdə yaşayaraq Konstitusiyada təsbit edilmiş öz mənzil hüquqlarını gerçəkləşdirmişlər. Onların mübahisəli evə köçürülməyinə məhdudiyyət qoyula bilməz və onların hazırkı vəziyyətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüquqlarının reallaşdırılmasının yeganə mənbəyi, hazırda həmin hüququn həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməkləridir. Cavabdeh formal mülkiyyət hüququndan ona ziyan vurmaq məqsədi ilə istifadə edərək evə köçürülməyinə mane olmaq və cehizlərinin həmin evdən çıxarılmasına nail olmaq istəmişdir ki, cavabdehin hərəkətləri yolverilməzdir və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Cavabdehlər həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadıqlarına görə onların onu tikilidə yaşamaqd an məhrum etmək səlahiyyətləri yoxdur və onun hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Onun uşağı ilə köçmək istədiyi yaşayış sahəsi yaşadığı müddət ərzində özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların ona qarşı törətdiyi məhrumetmə qanunsuz olduğundan onun yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə cavabdehlərin sahibliyində olan evə köçürülməyi ədalətli olmaqla yanaşı, yaşayış yerindən məhrum edilmiş onun və yetkinlik yaşına çatmayan uşağının mənafeyinə uyğundur. Evin hazırda cavabdehin adına qeydə alınması onların evlə bağlı hüquqlarının xitamına səbəb olmamalıdır. Çünki o, evə gəlin köçərkən və orada yaşadığı müddət ərzində ev daşınmaz əmlakın dövlət reyestrində qeyd ə alınmamışdır. Evə mülkiyyət sənədiverilərkən cehiz əşyaları həmin evdə olmuşdur. Göründüyü kimi onunla bərabər azyaşlı övladının da, mənzil hüququ pozulmuşdur. Onların evdə yaşadıqları müddətdə mübahisəli ev heç kimin mülkiyyətində olmamışdır. Həmçinin cavabdeh mülkiyyət hüququnun qeydə alınması üçün hazırkı iddia məhkəməyə verildikdən sonra inzibati orqana müraciət etmişdir. Qeyd olunan mənzildə cavabdehlər hansı statusdadırsa, o da həmin statusda olmuşdur. Ona görə də, onun həmin evdə yaşamaq hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qarşılıqlı iddia üzrə Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad edərək cehiz əşyalarının evdən çıxarılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İşin mübahisəsiz halıdır ki, ev cavabdehin mülkiyyətinə keçməzdən əvvəl o, həmin evə gəlin köçmüş və cehiz əşyaları evdə olduğu müddət ərzində evə onun adına çıxarış verilmişdir. Onun tərəfindən cavabdehin mülkiyyətinə qəsd halı mövcud deyildir. Norma hazırkı mübahisəyə tətbiq edilməklə qarşılıqlı iddia təmin edilə bilməzdi. Digər tərəfdən qarşılıqlı iddia əsassızdır və təmin edildiyi halda belə rüsum onun özünə aid edilməli idi. Qanunvericilikdə bu tipli iddialar təmin edilərkən ödənilmiş rüsum məbləğinin digər tərəfdən tutulması ilə bağlı göstəriş mövcud deyil. Bundan başqa məhkəmə praktikasında bu hal mövcud deyil və o rüsumu ödəmək imkanında deyil.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1364/2024 nömrəli iş üzrə 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Mustafayev (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və R.Ş.Muradov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığı və mübahisə olunan ev Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığına görə, həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.

18. Belə ki, yaşayış binasının tərkib hissəsinin mülki yyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İddiaçı Cavabdeh2 Mənzil Məcəlləsində nəzərdə tutulmuş, mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları), nə də ki, həmin maddədə nəzərdə tutulmuş digər qohumlar, yəni mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülən şəxslərin siyahısına daxil deyildir. Məhkəmə kollegiyası iddiaçının mübahisəli fərdi yaşayış evinə köçərkən evin mülkiyyət kimi qeydə alınmaması və bu baxımdan onun da, digər istifadəçilərə münasibətdə eyni hüquqlara malik olması ilə bağlı dəlili ilə əlaqədar qe yd edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə köçərkən həmin yaşayış evi tikilmiş vəziyyətdə olmuş, evin yerləşdiyi torpaq sahəsi əvvəlcə Cavabdeh1 istifadəsində və mülkiyyətində olmuş, sonra iddiaçının keçmiş əri X1, sonda isə Cavabdeh2 bağışlanmışdır. İddiaçı həmin vaxt qanunsuz tikili olan evə köçsə də, həmin tikili ilə bağlı heç bir hüquq əldə etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsassız hesab etmişdir.

19. Məhkəmə həmçinin iddiaçının azyaşlı uşağının mübahisəli fərdi yaşayış evinə köçürülməsinə dair apellyasiya şikayətinin dəlili ilə əlaqədar qeyd etmişdir ki, kollegiya birinci instansiya məhkəməsinin iddiaçının himayəsində olan uşaq 14 yaşına çatmamış fiziki şəxs olduğundan, uşağın yaşayış yerinin valideynlərinin yaşayış yeri olduğundan, nikah po zularkən uşaq iddiaçının yanında saxlanıldığından və iddiaçı (uşağın anası) mübahisəli evə köçürülmədiyindən, onun yanında yaşayan bir nəfər azyaşlı uşağının da, həmin evə köçürülməsinin təmin edilə bilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və bu baxımdan apellyasiya şikayətinin həmin dəlilini dəəsassız hesab etmişdir.

20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İİİ hissəsi, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, habelə Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiy a instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Qarşılıqlı iddia üzrə mediasiya prosesi keçirilmədiyindən iddia baxılmamış saxlanılmalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı məhkəməyə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə

29. Hər kəs in mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədə n və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

29. Maddə 30.1 Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 30.2 Əgər yaşayış sah əsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

31. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətç isinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 3

5. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

38. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi n əticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Belə ki, İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

41. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasındakı münasibətlər 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığı və mübahisə olunan ev Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığı üçün həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüquqlarının əmələ gəlməsi Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.

42. Belə ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Hazırkı halda İddiaçı, Cavabdeh2 Mənzil Məcəlləsində nəzərdə tutulmuş mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində onunla birlikdə yaşayan nə ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları), nə də ki, həmin maddədə nəzərdə tutulmuş digər qohumların, yəni mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülən şəxslərin siyahısına daxil deyildir.

43. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən evin mülkiyyət kimi qeydə alınmaması və onun da, digər istifadəçilərə münasibətdə eyni hüquqlara malik olması ilə bağlı dəlili ilə əlaqədar qeyd etmişdir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinə köçərkən həmin yaşayış evi tikilmiş vəziyyətdə olmuş, evin yerləşdiyi torpaq sahəsi isə əvvəlcə Cavabdeh1 istifadəsində olmuş, sonradan İddiaçı keçmiş əri X1, o da qardaşı Cavabdeh2 bağışl mışdır. İddiaçı həmin vaxt qanunsuz tikili olan evə köçsə də, həmin tikili ilə bağlı heç bir hüquq əldə etməmişdir. Ona görə də iddiaçının qeyd olunan dəlili də tam əsassızdır.

44. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, uşağın yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından və nikah pozulduqdan sonra uşaq İddiaçı yanında saxlanıldığından və o, (uşağın anası) mübahisəli evə köçürülmədiyindən, onun yanında yaşayan uşağı da, mübahisəli evə köçürməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

45. Göstərilənlərə əsas ən, kassasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tar ixli, 2(104)-1364/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar