Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3837/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki kollegiyası, 10.02.2026 hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 oktyabr 2025-ci il tarixli 2(104)-1491/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağ ıdakıları müəyyən etmişlər:
2. İddiaçı (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə borca 20.000 manat pul götürmüşdür.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli yazılı ərizəsinə əsasən, o, iddiaçıdan xx.xx.2024-cü ildə natarial qayda müqavilə bağlayaraq 20.000 manat məbləğində kredit götürdüyünü, eləcə də həmin kredit müqaviləsi bağlamamışdan iki ay əvvəl iddiaçının bankdan 30.000 manat kredit götürüb ondan 15.000 manatını borc olaraq ona verdiyini və həmin məbləğləri ödəməyə razı olduğunu, ona başqa hər hansı bir borcunun olmadığını qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Bi rinci instansiya məhkəməsində icraat: 4.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 81000 manat, ödənilmiş dövlət rüsumuna görə 333.50 manat pulun alınıb ona verilməsi barədə alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh ailəvi dost olmuşlar. Cavabdeh iddiaçıda bir-neçə dəfə borca pul istəmiş və aralarında inam etibar olduğu üçün iddiaçı kömək məqsədi ilə xx.xx.2024-cü ildə bankdan 30.000 manat kredit götürüb cavabdehə vermişdir. Razılaşmaya əsasən kreditin və faizlərin ödənişini, yəni banka əsas kredit və hesablanmış faizlərə görə ümulikdə qaytarılmalı olan 44.000 manat pulun ödənişini cavabdeh həyata keçirtməli idi. Lakin cavabdeh vədinə əməl etməmişdir. Bundan başqa iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə əlavə 20.000 manat borc vermiş və barədə onların arasında həmin tarixdə notarial qaydada müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh həmin məbləği xx.xx.2024-cü tarixinədək qaytarmalı idi. Lakin cavabdeh həmin borcunu qaytarmamışdır. Bundan başqa cavabdeh iddiaçıdan 3-cü dəfə borca pul istəyərək 7000 manat dəyərində qızıllarını götürb görov qoyaraq pul götürəcəyini, sonra həmin qızıllarını qaytaracağını bildirərək qızılları almış, lakin sonra nə qızılları, nə də ki, onun dəyəri olan 7.000 manat pulu qaytarmamışdır. Bundan əlavə cavabdeh iddiaçıdan 5000 + 5000 = 10.000 mana borca pul götürmüş lakin həmin borcunu da qaytarmamışdır. Beləliklə, cavabdehin iddiaçıya 81.000 manat manat məbləğində borcu vardır. İddiaçı həmin borcunu qaytarmas ını tələb etsə də, cavabdeh borclarını qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 6.Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, pul lazım olduğundan iddiaçıdan xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında 20.000 manat borc pul almişdır. Bundan əlavə həmin müqavilə bağlanmazdan əvvəl təxminən iki ay əvvəl iddiaçı bankdan 30.000 manat kredit götürüb 15.000 manatını borc olaraq ona vermişdir. Həmin 20.000 + 15.000 = 35.000 manat borcu iddiaçıya ödəməyə razıdır. Onun iddiaçıya başqa hər hansı bir borcu, nə də ki, iddiaçının dediyi kreditinin ona heç bir aidiyyəti yoxdur. Ona görə də iddianı qalan hissədə qəbul etmir və rədd edilməsini məhkəməd ən xahiş edir. 7.Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-479/2025 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddia qismən təmin edilərək, cavabdehdən borca görə 35000 manat pul tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmə xərcinə görə ödənilmiş 333,50 (dövlət rüsumuna görə 333 manat, bank xidmət haqqına görə 0,50 manat) pulun 144 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə xərcinin qalan hissədə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticə ilə qeyd edib ki, hazırkı iddiada sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Lakin, iddiaçı cavabdehə qarşı 81.000 manat məbləğində pul tələbinə dair iddia irəli sürsə də, borc məbləğinin məhz hə min məbləğdə olmasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. İddiaçı yalnız 20.000 manata dair hissədə məhkəməyə mötəbər sübut, yəni notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsini təqdim etmişdir. İddia olunan qalan məbləğə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən irəli gələn, həm də üç min manatdan çox olan borc münasibəti olsa da, tərəflər arasında 20.000 manat borca dair xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən başqa yerdə qalan iddia olunan borc məbləğləri ilə bağlı yazılı müqavilə mövcud deyildir. İddiaçı borcun qalan hissəsinə dair məhkəməyə hər hansı bir müqavilə təqdim etməmişdir. Tərəflər arasında iddia olunan borcun qalan məblə ğinə dair yazılı müqavilə mövcud olmadığından tərəflərin qalan borc məbləği ilə bağlı hüquq və vəzifələrinin nədən ibarət olmasını və hansı öhdəliyin hansı şərtlərlə şərtləndirildiyini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır.
10. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı borc münasibətinə girərkən cavabdehlə yazılı müqavilə bağlamadan, hüquq və vəzifələrini dəqiq müəyyənləşdirmədən şifahi razılaşmaya əsasən hərəkət edərkən öz riski ilə hərəkət etmişdir. Ona görə də, o, iddia olunan qalan borc məbləği ilə bağlı öz riski ilə də məsuliyyət daşımalıdır.
11. İddiaçının nümayəndəsinin iddianın qalan məbləğinin müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehin məhkəmə iclasında verdiyi izahatla birmənalı şəkildə təkzib edilmiş və hər hansı bir digər sübutla möhkəmlənd irilməmişdir.
12. Bununla belə cavabdeh məhkəmə iclasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü 20.000 manat borcdan əlavə iddia olunan 81.000 manat borc məbləğindən 15.000 manat hissəsini də yazılı ərizə verməklə etiraf etmişdir. 13.Məhkəmə öz mövqeyinivə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2, 191.3, 76.1 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-479/2025 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv olunmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh götürdüyü pulun xüsusən də 20000 və 30000 manatın ona aid olduğunu, ona görə götürüldüyünü bildirmişdir. 50000 manat məbləğində pulu rəsmən etiraf edir, ancaq həmin məbləğin guya 5000 manatını ona verdiyini bildirərək geri qalan məbləği götürdüyünü qeyd edir. Digər məsələ zinət əşyalarına olan münasibətdə isə həmin zinət əşyasının götürüldüyünü qeyd etsə də, guya bu əşyaları pul götürmək üçün aldığını bildirərək, nəticədə zinət əşyasının guya ona qaytardığını bildirir. Məhkəmə qismən etiraf olsa belə, tələbin o hissəsini təmin etməmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 2(104)-1491/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.İsgəndərova - sədrlik edən və məruz əçi, R.Z.Mamedov, R.A.Məcidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş,birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-479/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Məhkəmə kollegiyası iş üzrə gəlinən nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən irəli gələn, həm də üç min manatdan çox olan borc münasibəti olsa da, tərəflər arasında 20.000 manat borca dair xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən başqa yerdə qalan iddia olunan borc məbləğləri ilə bağlı yazılı müqavilə mövcud deyildir. İddiaçı borcun qalan hissəsinə dair məhkəməyə hər hansı bir müqavilə təqdim etməmişdir.
18. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh iddianı qismən qəbul ed ərək, izahatında göstərmişdir ki, iddiaçıdan xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında 20.000 manat borc pul almışdır. Bundan əlavə həmin müqavilə bağlanmazdan əvvəl təxminən iki ay əvvəl iddiaçı bankdan 30.000 manat kredit götürüb 15.000 manatını borc olaraq ona vermişdir. Qalan 15000 manatdan isə iddiaçı banka olan kredit borcunu ödəmiş, iddiaçıya bankdan pul götürdüyü üçün 5000 manat hədiyyə vermişdir. Həmin 20.000+15.000=35.000 manat borcu iddiaçıya ödəməyə razıdır. İddia tələbində göstərilən qızıl-zinət əşyalarını isə iddiaçı lombarda qoymuş, onun müqabilində xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında 20.000 manat borc pul götürmüşlər. Onun iddiaçıya başqa hər hansı bir borcu, nə də ki, iddiaçının dediyi kreditinin ona heç bir aidiyyəti yoxdur.
19. Bu kontekstdə kol legiya hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbinin digər hissələri ilə bağlı cavabdehə borc pul vermiş olduğuna dair ümumiyyətlə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf də öz növbəsində iddiaçının qeyd olunan məbləğdə borc pul vermədiyini, yalnız 35000 manat borc pul aldığını bildirmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin təqdim etdiyi səs yazıları dinlənilmişdir. Təqdim edilən səs yazılarında aralarında sələm münasibətlərinin olması təsdiq edilsə də, cavabdehin qalıq borcunun 81000 manat olmasını etiraf etməsi təsdiq olunmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1., 14.2., 14.2.7., 385.1., 386.1., 739.1., 739.2., 1091.1., 1091.2., 1092.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1.,77.1., 88., 217.4 və 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:
22. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apelyasiya ins tansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1491/2025 nömrəli qətnaməsi ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsinə dair yeni məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırlmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. İddiaçı, cavabdehə üst-üstə 81000 manat borc pul vermişdir. Bütün bu prosesləri ilkin olaraq həm borc müqaviləsi formatında, həmdə nəğd olaraq ödəmişdir. Qeyd etdiyi halları məhkəmə müstəvisində tamlığı ilə sübut etmişdir. Bu onun haqqıdır. Çünki bu məbləğ cavabdeh tərəfindən sanki qəsdən aldadılaraq tamlığı ilə ələ keçirilmişdir. Bununla bağlı Tərtər rayon Polis Şöbəsinədə rəsmi ərizə ilə müraciət edib, habelə Azərbaycan Respublikası Daxili İş lər Nazirinin qəbulunda olduqdan sonra Nazirlikdə bu barədə araşdırılma aparılmışdır. Onun izahat və ifadələri orada əks olunmuşdur. İddiaçı məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, pul lazım olduğundan xx.xx.2024-cü il tarixində 20000 manat, bundan əvvəl isə 30000 manat borc olaraq götürmüşdür. Həmin ifadə məhkəmənin çəkilişlə aparılan video görüntülü məhkəmə prosesində öz əksini tapmışdır. Belə ki, cavabdeh bildirir ki, guya həmin puldan 5000 manat qaytarır, bu qaytarılma nədə öz əksini tapır bəlli deyil. Bütün bunları cavabdeh əsaslandırmadan qeyd edir. Cavabdeh zinət əşyasına münasibəti isə bu olmuşdur ki, qeyd olunan zinət əşyaları götürülmüşdür. Ancaq guya banka qoyulduğu bildirilir. Bundan başqa şəxsin həm Daxili İşlər Nazirliyində, həmdə Nəsimi rayon Polis Şöbəsində izahat v ə ifadələri vardır ki, burada etiraf öz əksini tapıb. Tərtər rayon Məhkəməsi tərəfindən həmin izahat və ifadələr məhkəməyə gətirilmədi. Bu səbəbdəndə cavabdehin məhkəmədə yalanlarını tam müəyyən etmək üçün real imkanlar yaranmadı. Halbuki, cavabdeh bütün halları rəsmən qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsində şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsi dinlənilmişdir. Cavabdeh bankdan pulun buna görə götürüldüyünü yəni, 30000 manatın buna görə götürüldüyünü qəbul etmişdir. Guya həmin puldan 5000 manat iddiaçıya qaytardığını bildirir. Bu qaytarılmanın heçnə ilə sübut edə bilmir. Yeganə dəlili və sübutu özünün mövqeyidir. Ancaq hər bir halda 25000 manatı götürmüşdür. 5000 manat məbləğ isə iddiaçıya verdiyini bildirərək məhkəməni aldatmışdır. Hər bir halda bankdan 30000 manatın onun üçün götürüldüyünü etiraf etmiş, həmin pulu aldığını, guya onun üzərindən 5000 manatı ona qaytarmışdır. Halbuki o həmin 30000 manata görə banka 44000 manat ödəməlidir. Apellyasiya instansiya məhkəməsi yeni sübutları tədqiq edərkən işin nəticəsinə təsir edən digər faktiki halları müəyyən etməmiş, işdə əhəmiyyət kəsb edən heç bir sübutun olmadığını görsədə əleyhimizə qətnamə qəbul etmişdir. Bütün bunlar aparılmamış məhkəmə araşdırmasının bariz nümunəsidir.İddiçı bütün bunları qəbul etməyərək tam ədalətli araşdırmanı gözləyərək pozulmuş maddi və prosessual hüquq normalarına hüquqi qiymət verilməsini istəyirik.
24. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1,3,4,5-ci bəndlərinə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu madd əsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77 və 88-ci maddələrinə istinad etmişdir. ç) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında m üqavilə olmalıdır.
28. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, b u cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasın da tədqiq olunmuş sübutlara əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İddiaçının şikayəti iddianın təmin olunmamış hissəsi ilə bağlıdır. Həmin hissə isə sübutetmə ilə bağlı bir məsələdir. Məlum olduğu kimi, iddiaçı cavabdehə verdiyini iddia etdiyi borc məbləğini sübuta yetirməyə borcludur.
42. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 33).
43. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı 35000 manatdan artıq məbləğdə cavabdehə borc verdiyini sübuta yetirə bilməmişdir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 oktyabr 2025-ci il tarixli 2(104)-1491/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.