Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3838/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, iddiaçı «xxxx» MTK-nın cavabdeh X6, X2, X8, X16, X17, X12 qarşı istismara yararsız mənzilə görə kompensasiya ödənilməklə mənzildən çıxarılma və mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və cavabdehlərin mənzildən çıxarıldıqları günədək yubanma nəticəsində iddiaçı tərəfin dən köçürülmüş mənzilə görə ödənilmiş pulun iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2321/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı «xxxx» MTK tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4439/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim L.O.Talıbova) iddianın qismən təmin edilməsi, X5 mülkiyyətində olan istismara yararsız ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m. olan, 1 saylı mənzilinin sökülməsinin əvəzinə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən X6 mənzilin hər kv.metrnə 1.100(min yüz) manat olmaqla, cəmi 55.770 (əlli beş min yeddi yüz yetmiş) manat kompensasiya öd ənilməsi, X6 “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən kompensasiyanın ödənilməsi və onun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m. olan, 1 saylı mənzilindən çıxarılmasının eyni vaxtda icra edilməsi, X5, X1, X7, X13 və onların azyaşlı uşaqları X14, X10 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m. olan, 1 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin “xxxx” Mənzil Tikinti Kooperativinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2321/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) cavabdeh X5 apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkə məsinin 2(010)-4439/2019 saylı 12 noyabr 2019-cu il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddiaçı «xxxx» Mənzil Tikinti Kooperativinin cavabdeh X6, X2, X8, X16, X17, X12 qarşı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» MTK cavabdeh X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m. olan, 1 saylı mənzilin sökülməsi əvəzinə cavabdehə eyni ünvanda tikiləcək yeni binadan mülkiyyətində olan mənzilin sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan 3 otaqlı, tam təmirli mənzilin verilməsi şərtilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xey rinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m. olan, 1 saylı mənzilin sökülməsi əvəzinə cavabdeh X6 mənzilin hər m² -ı üçün 1.100 (bir min yüz) manat olmaqla cəmi 55.770 (əlli beş min yeddi yüz yetmiş) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər X5, X1, X7, X13 X14 və X10 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və bildirişin verildiyi 17.07.2019-cu il tarixindən qətnamə qanuni qüvvəsini alaraq cavabdehlərin mənzildən çıxarıldıqları günədək yubanma nəticəsində iddiaçı tərəfindən köçürülmüş 13 m ənzilə görə ödənilən aylıq 3500 manat məbləğində pulun hesablanaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cu il tarixli, 86 nömrəli qərarına əsasən “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin, istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli y aşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması, tikintiyə başlamazdan əv vəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 07.05.2018-ci il tarixli 63 saylı sərəncamı ilə ünvan 2, Yaşar Əliyev küçəsi 1,3,5,7, Qəzənfər Vəliyev küçəsi, 5,7,9,13 ünvanlarında yerləşən istismara yararsız 2 və 3 mərtəbəli yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxx” MTK-nın daimi istifadəsinə ayrılmışdır. Qəbul edilmiş qərar və sərəncamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutulmaqla yaşadıqları istismara yararsız binaların sökülərək yerində inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh X9 ilə və digər sakinlərlə mülkiyyətçisi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayı ş binasından onlara müvafiq aktla tam təmirli, yeni, mülkiyyətçilərin əvvəlki mənzillərinin sahələrindən artıq ölçülərdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaları məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü surətdə evlərinin sökülməsinə razılıq vermələri təklif edilmişdir. Lakin cavabdehə edilmiş təklif onun tərəfindən birmənalı şəkildə rədd edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamlarının icrasına əngəllər yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarından da göründüyü kimi həmin ərazidə tikinti işlərinin aparılmasının əsas məqsə di mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində yeni yaşayış binalarının tikilməsi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Sakinlərlə aparılan danışıqlar zamanı bu söküntü və tikinti işlərinin aparılmasının ilkin məqsədinin məhz onların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olması, daha sonra isə onların yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi onların nəzərinə çatdırılmışdır. Belə ki, yaşadıqları istismara yararsız binada hər an gözlənilməyən qəza hadisələrinin baş verməsi riskinin böyük olması barədə sakinlərə bir çox məlumatlar təqdim edilmişdir. Həmçinin yaşadıqları kiçik sahəli mənzillərin daha genişləri ilə əvəz edilməsinin və həmin mənzillərin tam təmir ediləcəyinin onların yaşadıqları şəraiti xeyli yaxşılaşdıracaqları nəzərlərinə çatdırılmışdır. Sakinlərin əksəriyyəti bu təkliflərin ağlabatan olması ilə razılaşıb təkliflərinə müsbət münasibət bildirsə də, təklifləri ilə azsayda razılaşmayan sakinlərin olması səbəbilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Mübahisəli mənzilin, yerləşdiyi ərazinin boşaldılmam asına görə hal-hazırda tikinti işlərinə əngəllər yaranmaqdadır. Bu da öz növbəsində tikinti işlərinin həyata keçirilməsini kifayət qədər yubatmaqla «xxxx» MTK-ya həm maddi (yubanma nəticəsində əlavə kirayə haqlarının verilməsi) zərər vurur, həm də şirkətin işgüzar nüfuzuna (tikintinin yubanması insanlarda şirkətə qarşı inamsızlıq yaradır) xələl gətirir. Cavabdehlərin işi uzatmaları səbəbindən tikinti aparılması da yubanmaqdadır və bu hal da iddiaçının köçürülmüş sakinlərə əlavə kirayə haqqı ödənilməsinə və tikiləcək binanın gec tikilib təhvil verilməsinə gətirib çıxarır. Bu səbəblə də cavabdehlərdən işi bilərəkdən yubandırdıqlarına görə iddiaçı tərəfindən ödənilən həmin kirayə haqqları da tutulmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyas ı məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı «xxxx» MTK həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı «xxxx» MTK və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız mə hkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı «xxxx» MTK-nın nümayəndəsi, cavabdeh X9, X4, X15, X19, X20, X18, üçüncü şəxslər Bakı şəhəri İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin və Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı «xxxx» MTK-nın kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellya siya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tə rəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 32 saylı evin 50.7 kv.m. sahəsi olan 1 saylı mənzili X5 mülkiyyətindədir. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 07.05.2018-ci il tarixli, 63 saylı sərəncamı ilə ünvan 2, Yaşar Əliyev küçəsi 1,3,5,7, Qəzənfər Vəliyev küçəsi, 5,7,9,13 ünvanlarında yerləşən istismara yararsız 2 və 3 mərtəbəli yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxx” MTK-nın daimi istifadəsinə ayrılmışdır. Qəbul edilmiş qərar və sərəncamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutulmaqla yaşadıqları istismara yararsız binaların sökülərək yerində inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh X9 ilə və digər sakinlərlə mülkiyyətçisi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayış binasından onlara müvafiq aktla tam təmirli, yeni, mülkiyyətçilərin əvvəlki mənzillərinin sahələrindən artıq ölçülərdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaları məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü surətdə evlərinin sökülməsinə razılıq vermələri təklif edilmişdir. Lakin cavabdehə edilmiş təklif onun tərəfindən birmənalı şəkildə rədd edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamlarının icrasına əngəllər yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarından da göründüyü kimi həmin ərazidə tikinti işlərinin aparılmasının əsas məqsədi mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsa lma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində yeni yaşayış binalarının tikilməsi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Lakin cavabdeh israrlı şəkildə mülkiyyətində olan qəzalı binadan köçmək istəmir və həmin binada yaşayan digər sakinlər binadan köçmüşdür. Həmin binada hal-hazırda yalnız cavabdeh və onun ailə üzvləri yaşayır. ünvan 2 ünvanında yerləşən bina istismara yararsız və qəzalı vəziyyətdə olduğundan və həmin binadan digər sakinlər köçür üldüyündən iddiaçının tələbi mülkiyyətə müdaxilə kimi qiymətləndirilməməlidir. Belə ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin də əsas məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından ibarətdir. Binanın istismara yararsız və qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaradır, buna görə də binanın sakinlər tərəfindən o cümlədən cavabdeh və onun ailə üzvləri tərəfindən boşaldılması zərurəti yaranmışdır. İş materiallarından görünür ki, cavabdeh Failə Zeynalovanın apelyasiya şikayətinin obyektini birinci inst ansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apelyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə, iddia tələbinin təmin edilən hissəsi üzrə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Nazirl ər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülməsi və yenidən qurulması və sair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, lakin mübahisə predmeti olan binanın qəzalı vəziyyətdə olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə elə iddiaçı tərəfindən təqdim edilmiş müxtəlif qurumların əməkdaşları tərəfindən tərtib edilmiş 29 yanvar 2016-cı il tarixli aktda qeyd olunan yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiq olunmamışdır. Binanın sonradan həmin ərazidə tiki nti aparan şirkət tərəfindən bilərəkdən yaşayış üçün yararsız və qəzalı vəziyyətə gətirilməsi isə iddianın əsaslı olmasına qətiyyən dəlalət edə bilməz. Çünki, həmin binanın sonradan bu vəziyyətə gətirilməsi açıq-aşkar cavabdehlərə təsir etmək məqsədi daşıya bilər. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mülkiyyətində olan mənzilin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzilin orada yaşayan sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaratdığına görə tələbin əsaslı olduğu qənaətinə gəlsə də, əslində binanın hansı səbəbdən bu vəziyyətə gəlməsini araşdırmadan əsassız və qanunsuz nəticəyə gəlmişdir. Nazirlər Kabinetinin adı çəkilən qərarında bu cür iddia irəli sürülərkən Suraxanı Rayon İcra Hakimiyyətinə h əm də mülki və mənzil qanunvericiliyinin tələblərinə əməl etmək tapşırılmışdır. Belə ki, cavabdehin həmin binada yerləşən xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış mənzili vardır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə görə bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Göründüyü kimi, iddia çı hazırkı iddianı irəli sürərkən Nazirlər Kabinetinin adı çəkilən Qərarının və qeyd olunan qanunvericiliyin tələblərinə riayət etməmişdir. Çünki, bu cür iddianın irəli sürülməsi dövlət ehtiyacı ilə bağlı olmamışdır. Dövlət ehtiyacının mövcudluğunun istisna olunması işin mübahisəsiz halıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Nazirlər Kabinetinin qeyd olunan qərarının 1.3-cü bəndində qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tik iləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Lakin hazırki iş üzrə iddiaçı cavabdeh Failə Zeynalovanın mülkiyyətində olan 50.7 kv.m. olan, 1 saylı mənzilin sökülməsi əvəzinə mənzilin hər kv. metri üçün 1.100 (min yüz) manat olmaqla cəmi 55.770 (əlli beş min yeddi yüz yetmiş) manat kompensasiya ödənilməklə cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalarını və digər təmin olunmayan tələblər irəli sürmüşdür. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarında yerli icra hakimiyyəti orqanına yaxud tikinti şirkətlərinə bu cür tələb irəli sürmək səlahiyyəti verilməmişdir. İddiaçı mənzil mülkiyyətçisinə qarşı bu cür tələb irəli sürə bilmədiyindən bu cür tələb açıq-aşkar mülkiyyətə qəsd xarakteri daşıyır. Bu cür məsələlər tikinti şirkəti ilə mülk iyyətçinin qarşılıqlı razılığı əsasında həll edilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 07.05.2018-ci il tarixli, 63 saylı sərəncamı ilə mübahisəli ünvanda yerləşən istismara yararsız yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsinin iddiaçının daimi istifadəsinə ayrılması da, iddiaçıya cavabdehlərə qarşı məhz hazırki məzmunlu tələblə məhkəməyə müraciət etməyə əsas vermirdi. Belə ki, iddiaçı cavabdehin mülkiyyətində olan mənzilin hər kv.metrinə 1.100 manat verməklə həmin mənzili ondan almaq istəyir, birinci instansiya məhkəməsi də onun bu istəyini təmin edir. Başqasının mülkiyyətinə bu cür yanaşma və münasibət göstərmə də hüquqa uyğun davranış he sab edilə bilməz. Qeyd olunduğu kimi bu cür məsələlərin həlli qarşılıqlı razılaşma və qanuna uyğun həyata keçirilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən bu halları nəzərə almamış və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əs aslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «xxxx» MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2321/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3838/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3838/2020
29.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver