Məhkəmə qərarları › İş №2(102)-3838/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3838/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3838/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “icarə haqqının və digər xərclərin ödənilməsi, dövlət rüsumunun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-808/2025 nömrəli 18 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı MMC-nin direktoru Nümayəndə1 ilə (icarədar) Oğuz rayon sakini Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 08 saylı icarə müqaviləsinə əsasən icarədar İddiaçı MMC tərəfindən Oğuz şəhərindən 1 km aralı, Oğuz çayının sahilində yerləşən və “Oğuz” İstirahət mərkəzinin 2 ha sahəsi olan İctimai iaşə kompleksi (İcarə obyekti) xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək icarəçinin istifadəsinə verilmiş, icarəçi 1000 manat depozit ödəmiş, icarə obyektinin illik icarə haqqı 15000 manat müəyyən edilməklə 3500 manat hissəsinin 15 iyuladək, 5500 manat hissəsinin 15 avqustadək, 3500 manat hissəsinin isə 15 sentyabradək, qalan 1500 manat məbləğin xx.xx.2024 -cü il tarixədək ödənilməsi müəyyən edilmişdir. 2. 26 аprel 2023-cü ildə icarədar ilə icarəçi arasında “Oğuz” İstirahət Mərkəzinin bütün əmlakının təhvil-təslimi haqqında akt tərtib edilmiş və icarə obyekti icarəçiyə təhvil verilmişdir.

3. İddiaçı MMC Cavabdeh tərəfindən icarə haqqı, o cümlədən 1424 manat kassaya vurulan çeklərdən (mədaxildən) vergi və kassa aparatının cəriməsi, 176 manat kommunal xərcləri) ödənilmədiyini əsas gətirən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh aprel-may aylarında obyektdə təmir və quruculuq işləri gördüyünü, işə iyun ayında başladığını, ilin yağıntılı keçdiyini, buna görə də qonaq sayının az olduğunu, iddiaçı ilə aralarında narazılıq olduğundan və buna görə səhhətində problem yarandığından xx.xx.2023-cü ildə mədəsindən əməliyyat olunduğun u, 6600 manat icarə haqqı ödədiyini, qalan məbləğlə bağlı razılaşmaya uyğun olaraq obyektdə təmir-tikinti işləri apardığından və digər xərcləri olduğundan icarə haqqını müqavilədə şərtləşdirilmiş qaydada verməli olmadığını, onun iddiaçıya heç bir borcunun olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 11800 manat icarə haqqının, icarə obyektini vaxtından əvvəl qoyub getdiyi üçün qış aylarında mühafizəyə verilən 1500 manatın, 2105 manat əmlaka vurulan zərərin, 1200 manat torpaq vergisinin, 1424 manat kassaya vurulan çeklərdən (mədaxildən) vergi və kassa aparatının cəriməsinin, 176 manat kommunal xərclər in, cəmi 18205 manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia həcminin azaldılması barədə ərizəsi ilə cavabdehdən 5900 manat icarə haqqı, kassa aparatının cəriməsinə və işçilərin əmək haqqından tutulan vergilərə görə 1424 manat vergi borcu, kommunal xərclərə görə 176 manat olmaqla, cəmi 7500 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia həcminin artırılması barədə ərizəsi ilə xx.xx.2025-ci il tarixli ərizəsində göstərdiyi 7500 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145 manat dövlət rüsumunun cavabdehdən tutularaq i ddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Oğuz rayon sakini Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 008 saylı icarə müqaviləsinə görə icarədar İddiaçı MMC Oğuz şəhərindən 1 km aralı, “Oğuz” istirahət Mərkəzinin Oğuz çayının sahilində yerləşən, 2 hektar sahəsi olan ictimai iaşə kompleksini (bundan sonra “icarə obyekti”) aylıq haqqı ödənilməklə icarəçinin istifadəsinə vermişdir. Həmin müqavilənin 3.1-ci bəndinə görə icarə obyektinin illik icarə haqqı 15000 manat təşkil edir. Müqavilə 3 il müddətinə, yəni xx.xx.2023-cü ildən xx.xx.2026-ci ilədək bağlanmışdır. Həmçinin, 26 аprel 2023-cü ildə icarədar ilə icarəçi arasında “Oğuz” istirahət Mərkəzinin bütün əmlakının təhvil-təslimi haqqında akt t ərtib edilmişdir. 2023-cü ilin iyul ayından başlayaraq Cavabdeh “Oğuz” istirahət Mərkəzini icarə ödənişlərini tələb etsə də hər dəfə bəhanə edib ödənişlər etməmişdir. Həmin ilin avqust ayının dövriyyəsi barədə ondan məlumat alanda bildirdi ki, 19 000 manata yaxın yeməkxanadan 4500 manata yaxın kotteclərdən pul mədaxil olmuşdur. Hətta kassa aparatından istifadə etmədiyinə görə vergi işçiləri tərəfindən İddiaçı MMC-yə cərimə yazılmış və bu pulu da o ödəməmişdir. İcarəçi Cavabdeh obyektdən istifadə dövründə öz niyyətini gizlətmək məqsədilə müxtəlif bəhanələrlə icarə haqqını müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməkdən boyun qaçırmışdır. 2023-cü ilin aprel ayından 2023-cü ilin oktyabr ayınadək icarəçi Cavabdeh 1 illik icarə haqqı kimi 15000 manat ödəmək əvəzinə yalnız 4200 manat icarə pulu ödəmişdir. İcarəçi Cavabdeh davranışlarında dələduzluq əməlinin olduğuna şübhə edib 2023-cü ilin sentyabr ayının sonundan ondan icarə pulunu tələb etməyə başlamışdır. O, cavabdehdən qalan 11800 manat illik icarə haqqı borcundan əlavə, obyekti vaxtından əvvəl qoyub getdiyi üçün, icarə müqaviləsində (3.2-ci bəndi) nəzərdə tutulan 1500 (min beş yüz) manatı, vergi və sosial ödənişləri, təhvil götürdüyü əşya və ləvazimatların sıradan çıxan hissəsinin pulunu tələb etmişdir. Həmçinin, icarə müqaviləsində (3.3-cü bəndi) göstərilən 2 ha torpaq sahəsinin (illik 1200 manat ) icarə haqqını icarəçi - Cavabdeh tələb etmişdir. Lakin, onun icarə müqaviləsinin şərtlərinə zidd olaraq ( müqavilənin 6.1-ci bəndi) 2023-cü ilin avqust ayından etibarən Oğuz rayon sakini X3 (tel: +**********02, FİN: 7K424PC) ica rə obyektini sənədsiz subicarəyə verdiyini, gələn müştərilərin pulunu onun vasitəsi ilə əldə etməyə başladığını aşkar etmişdir. xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh bütün telefon nömrələri söndürmüş və bir daha ondan məlumat almaq mümkün olmamışdır, həmçinin icarə obyektini mühafizəsiz qoyub getmişdir. Cavabdehin dələduzluq hərəkətləri barədə Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə Oğuz rayon Polis şöbəsində baxılmış və bildirilmişdir ki, məsələyə mülki qaydada məhkəmədə baxılmalıdır. Beləliklə, Cavabdeh etibardan sui-istifadə edib (11800 manat icarə haqqını, icarə obyektini vaxtından əvvəl qoyub getdiyi üçün qış aylarında mühafizəyə veriləcək 1500 manatı, 2105 manat əmlaka vurulan zərəri, 1200 manat torpaq vergisini, 1424 manat kassaya vurulan çeklərdən (mədaxildən) vergi və ka ssa aparatının cəriməsi, 176 manat kommunal xərcləri) İddiaçı MMC-yə böyük miqdarda, yəni - 18205 (on altı min dörd yüz on) manat məbləğində vurduğu maddi ziyan indiyədək ödənilməmiş qalır. Odur ki, cavabdeh, Cavabdeh 11800 manat icarə haqqını, icarə obyektini vaxtından əvvəl qoyub getdiyi üçün qış aylarında mühafizəyə verilən 1500 manatı, 2105 manat əmlaka vurulan zərəri, 1200 manat torpaq vergisini, 1424 manat kassaya vurulan çeklərdən (mədaxildən) vergi və kassa aparatının cəriməsini, 176 manat kommunal xərcləri - 18205 (on səkkiz min iki yüz beş) manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin icraçı direktoru Nümayəndə1 iddia ərizəsində göstərilənləri təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, MMCnin təsisçisi X2 onun əmisidir. Obyekt mövsümi fəaliyyət göstərir. Dəymiş ziyana aydınlıq gətirmək olar, digər məsələlər sənədlərlə təsdiq olunur. Cavabdehlə müqavilə və təhviltəslim aktı imzalanıb. Elvinin dəvəti ilə edəndə obyektə getsə də, Elvinin özü orda olmamışdır. Elvinə demişdir ki, əmisi razılığa gələn adamdır, obyekti sahibsiz qoyma. Obyekt hazırda fəaliyyət göstərmir. İddianın təmin olunmasını xahiş edir.

9. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini rədd edərək göstərmişdir ki, Oğuz şəhərində qeydiyyatda olmaqla yaşayır. Əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin aprel ayında Oğuz şəhərinin yuxarı hissəsində yerləşən, İddiaçı MMC-yə məxsus istirahət mərkəzini icarəyə götürmüşdür. Mərkəzin sahibi Məmmədrəsul Bilalovla şərt lər barədə razılaşaraq müqavilə bağlamış, akt tərtib edərək orada olan əşyaları da təhvil götürmüşdür. Razılıq belə olmuşdur ki, obyekti təmir işləri aparmaqla abadlaşdıracaq və işə salacaq, qoyduğu xərclər isə icarə haqqından çıxılacaq. Buna görə də fəaliyyətə iyun ayında başlamışdır. 2023-cü ilin yay ayları isə yağıntılı olduğundan, Mərkəzə iki dəfə sel düşdüyündən və Bakıdan gələn yol bağlandığından obyektdə müştəri az olmuşdur. Bu səbəbdən müqavilədə nəzərdə tutulan icarə haqqını ödəyə bilməmişdir. Buna baxmayaraq işlədiyi dövrdə icarədara 6600 manat pul vermişdir. Avqusta qədər obyekt işlək olmuşdur. X1 müqavilədə nəzərdə tutulan pulu tələb etdiyindən və digər səbəblərdən aralarında narazılıq yaranmışdır. Buna görə səhhətində problem yaranmış və xx.xx.2023-cü ildə mədəsindən əməliyy at olunmuşdur. Bu səbəbdən istirahət mərkəzini işlədə bilməmiş və qanuni təmsilçi Nümayəndə1 müraciət edərək obyekti təhvil götürməyi xahiş etmişdir. Obyekt təhvil götürülmədiyindən Səfayel adlı şəxsə tapşırıb müalicəyə getmişdir. İddiaçı əvvəl ona çox vədlər versə də, sonra buna əməl etməmişdir. Ona telefonla hədə-qorxu gəliblər. Sübutları da yoxdur. Üzərinə düşən vəzifələri yerinə yetirib, təmir işləri aparıb. Əvvəl onun fəaliyyətindən çox razı qalmışdılar. Müqavilə üzrə məbləğ razılaşdırılıb, amma iki ay təmir və quruculuq işləri görüb, onun pulunu hesablamırlar. İddiaçıya heç bir borcu qalmamışdır. İddianın rədd olunmasını xahiş edir.

10. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında onun izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, bu obyekt üzrə başqa adama q arşı 2015-ci ildə eyni iddia qaldırılmışdır. 11800 manat icarə haqqı tələb edilir, halbuki illik 15000 manat icarə haqqından 4200 manat çıxanda 10800 manat qalır, amma 4500 manat pul ödənilib. Polis şöbəsində də araşdırma aparılıb, obyektin bütün hissələrində Elvin tərəfindən çəkilən xərc mövcuddur. Müqavilənin müddəti mübahisəsizdir, bütün əmlaklar da təhvil götürülüb. Elvin bütün xərcləri çəkdiyindən iddia əsassızdır. Təhvil-təslim vaxtı Elvin xəstəxanada olub, işçi təhvil verib. Bununla bağlı sənəd təqdim ediləcək. İddiaçı tərəf sübut təqdim edə bilmir. Hesablama düzgün aparılmayıb. 2023-cü ilin avqust ayında forsmajor halı ilə bağlı Elvin obyekti işlədə bilməyib, yanında işləyən işçi oranı mühafizə edib və təhvil verib. Həmin vaxt iddiaçı tərəfə məlumat verilsə də, onlar vaxtı məqsədli şəkildə uzadıblar. Elvin hesab edir ki, borcu yoxdur. Bundan başqa iddiaçı məhkəməyə müraciət müddətini ötürüb, bir il müddət keçib. Məhkəməyə ərizə təqdim edilib, iddia müddəti tətbiq olunmalıdır. İddiaçının nümayəndəsi ümumi sözlərdən istifadə edir, ortada isə fakt yoxdur. Elvin obyekti işlədib, fəaliyyət göstərərkən bütün xərcləri ödəyib. İddiaçı obyekti təhvil götürmədiyindən Elvin məcburən 3 ay cibindən pul verərək gözətçi saxlayıb. 1000 manat depozit Elvinin öz puludur, 1500 manat isə 2024-cü il üçün hesablanmış puldur. Tələbdə ancaq icarə pulundan söhbət gedə bilərdi, Elvin isə işlədiyi dövr üçün icarə haqqını ödəyib, özü də müəyyən xərclər çəkib, bununla bağlı əlyazma məhkəməyə təqdim edilib, həmçinin iddiaçının obyekt təhvil-təslim edilərkən çəkdiyi görüntülərlə bağlı verdiyi vid eoyazıdan da bu hal görünür. İki ay təmir işləri aparılanda iddiaçı müdaxilə etməyib. Kassa cəriməsinin kimə yazıldığı məlum deyil. Həmin dövrdə Elvin xəstəxanada olub. Qanunun tələbinə görə sübutetmə yükü iddiaçının üzərinə düşür. İstər iddia müddətinin tətbiq edilməsi, istərsə də iddiaçı tərəfindən sübutların təqdim edilmədiyi əsası ilə iddia tələbi rədd olunmalıdır, bu barədə qətnamə çıxarılmasını xahiş edir.

11. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-77/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh 5900 manat icarə haqqı, 1424 manat vergi borcu, istifadə edilmiş elektrik enerjisi üçün ödənilmiş 105 manat, cəmi 7429 (yeddi min dörd yüz iyirmi doqquz) manat pul və ödənilmiş 94,29 (doxsan dörd manat iyirmi doqquz qəpik) dövlət rüsumu alınaraq İddiaç ınə verilməsi, iddianın tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, sözügedən icarə müqaviləsinin əvvəlində müqavilənin tarixi xx.xx.2022-ci il yazılsa da, tərəflər bunu mübahisələndirməmiş, müqavilənin mətnindən də göründüyü kimi tarixin xx.xx.2023 olması heç bir şübhə doğurmamışdır. Cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulması, müqavilə üzrə üzərinə düşən öhdəliklərə layiqincə əməl etməsi iddiaçı tərəfin təqdim olunan məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapmışdır. Cavabdehin iddiaya etirazla bağlı irəli sürdüyü dəlillər sübuta yetirilməmişdir.

13. Məhkəmə cavabdehin vəkilinin iddia müddətinin tətbiqi barədə verdiyi xx.xx.2025- ci il tarixli ərizəyə və məhkəmə iclasında izahatına qiymət verərək bildirmişdir ki, mülki qanunveri cilikdə müəyyən edildiyi kimi icarə müqaviləsi münasibətləri ilə bağlı 3 illik iddia müddəti tətbiq edilir. Hazırki iş üzrə müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış, tərəflər arasında mübahisəli vəziyyət ilin sonlarında yaranmış, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

14. İddia tələbinin 12500 manat icarə haqqından cavabdeh tərəfindən ödənilmiş 6600 manat çıxıldıqdan sonra qalan 5900 manat hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən icarə müqaviləsində nəzərdə tutulan fors-major halı ilə bağlı sübutlar, həmçinin cavabdehin xəstə olmaqla əməliyyat olunması ilə bağlı sənədlər təqdim edilmədiyindən, bundan əlavə iş materiallarında olan sifarişlərlə obyektə xx.xx.2 023-cü il tarixdə hesablanmış 1000 manat vergi borcundan cavabdehin xx.xx.2023cü il tarixdə 200 manat ödəniş məbləğini Ramin adlı şəxsə göndərdiyi və beləliklə onun obyektlə bağlı fəaliyyətinin həmin vaxt davam etdiyi müəyyən edildiyindən iddia tələbi 5900 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməlidir.

15. Məhz bu mövqedən yanaşmaqla məhkəmə hesab etmişdir ki, iddia tələbi icarə müqaviləsinin 3.3-cü bəndinə uyğun olaraq obyektlə bağlı hesablanmış cəmi 1424 manat vergi borcunun tutulması hissəsində də təmin edilməlidir.

16. İddia tələbinin elektrik enerjisindən istifadəyə görə iddiaçı tərəfindən ödənilmiş 176 manat pulun cavabdehdən tutulmasına dair hissədə məhkəmə bildirmişdir ki, təqdim edilmiş mədaxil qəbzləri araşdırılarkən həmin məbləğdən 105 manatının xx.xx.2023-cü il t arixdə, 70 manatının xx.xx.2023-cü il tarixdə ödənildiyi müəyyən edildiyindən və cavabdehin noyabr ayında obyekti işlətmədiyi mübahisə mövzusu olmadığı nəzərə alınmaqla iddia tələbi 105 manat hissədə təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2, 375.2, 377.1, 385.1. 386.1, 442. 443.1, 448.1, 700.1, 700.2 və 700.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən narazı qalan Cavabdeh nümayən dəsi və vəkili Nümayəndə2 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(054)-77/2025 nömrəli qətnaməsi ümumiyyətlə heç bir araşdırma aparılmadan mülahizələrlə əsaslandırılmışdır. Məhkəmə qətnamədə tərəflərin dedikləri sözləri xaotik şəkildə yazmaqla kifayətlənmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, heç bir əsaslandırma aparmadan səhv nəticəyə gəlmiş, cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. İddianın əsassız olmasına dair kifayət qədər dəlil və sübut təqdim etmişdir, layın məhkəmə bu sübutları qəbul etməməsini əsaslandırmamış, sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı his sələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın qismən təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır.

20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-808/2025 nömrəli 18 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (X4 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə).

21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı MMC ilə C avabdeh arasında bağlanmış 26 aprel 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarədar Oğuz şəhərindən 1 km aralı, Oğuz çayının sahilində yerləşən “Oğuz” İstirahət Mərkəzinin 2(iki) hektar sahəsi olan ictimai iaşə kompleksini aylıq haqqı ödənilməklə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür.

22. Təhvil-təslim aktından görünür ki, icarədar İddiaçı MMC tərəfindən “Oğuz” İstirahət Mərkəzinin icarəçisi Cavabdeh cəmi 1945 manat dəyərində 30 ədəd yastıq, 30 ədəd yorğan, 30 ədəd yataq dəsti, 30 ədəd dəsmal, 5 ədəd telefon aparatı, 5 ədəd fen, (o cümlədən cəmi dəyəri 220 manat olan 10 ədəd 2 nəfərlik yorğan, cəmi dəyəri 380 manat olan 20 ədəd 1 nəfərlik yorğan, cəmi dəyəri 330 manat olan 10 ədəd 2 nəfərlik yataq dəsti, cəmi dəyəri 500 manat olan 20 ədəd 1 nəfərlik yataq dəst i, cəmi dəyəri 160 manat olan 20 ədəd böyük dəsmal, cəmi dəyəri 150 manat olan 30 ədəd yastıq, cəmi dəyəri 80 manat olan 5 ədəd fen, cəmi dəyəri 80 manat olan 5 ədəd telefon) təhvil verilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi nəzərdən keçirilərkən müqavilənin şərtlərində cavabdehin obyekti abadlaşdıraraq təmir edəcəyi və işə salacağı, qoyduğu xərclərin isə icarə haqqından çıxılması barədə razılaşmaların olması barədə şərtə rast gəlinməmişdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 26 aprel 2023-cü il tarixli, icarə müqaviləsinin 2.2.5-ci bəndində göstərilmişdir ki, icarə obyektində rekonstruksiya və yeni tikinti işləri yalnız icarədarın yazılı razılığı ilə həyata keçirilə bilər. Bu halda icarə obyektinin yaxşılaşmasına səb əb olan işlərin görülməsinə dair xərclərin ödənilməsi qabaqcadan tərəflər arasında razılaşdırılmalıdır.

25. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinə əsasən icarə obyektində Cavabdeh tərəfindən təmir işlərinin həyata keçirilməsinə əvvəlcədən icarəyəverənin yazılı razılığı alınmalı idi.

26. Eyni zamanda “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsində nəzərdə tutulur ki, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.

27. İddiaçı MMC-yə məxsus obyektdə əsaslı təmir işlərinin həyata keçirilməsinə Cavabdeh razılıq verilməsi cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda içarəçinin razılıq alınmadan həyata keçirdiyi təmir işlərinin dəyərini qarşı tərəfdən tələb etmək hüququ istisna olunur.

28. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, təmir işlərinə razılığın verildiyi təsdiq edilmiş olsaydı belə icarəyə götürülmüş obyektdə Cavabdeh tərəfindən təmir işləri görülməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.

29. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş üzərində möhür və zəruri rekvizitlər olmayan, kim tərəfindən tərtib edildiyi məlum olmayan, üzərində əlyazma ilə qeydlər edilmiş vərəq mötəbər sübut kimi qəbul edilə bilməz.

30. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığ ı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm möv cudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

32. Məhkəmə qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykənd iyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Yəni ilk öncə iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirməli, bundan sonra cavabdehin etirazının iddia tələbinin əsaslılığını istisna edəcək dərəcədə olan dəlilləri dəyərləndirilməlidir. İddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirə bilmirsə bu halda cavabdehin etirazının əsaslılığı məsələsinin əlavə olaraq dəyərləndirilməsinə zərurət müəyyən edilmir.

33. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 700.1-ci, 700.2-ci və 700.3-cü maddələrinin düzgün tətbiq edilməməsi, məhkəmənin işin faktiki hallarını tam və hərtərəfli araşdırmamasın a dair dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, rayon məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 373.1, 373.2, 375.2, 377.1, 385.1. 386.1, 442. 443.1, 448.1, 700.1, 700.2 və 700.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmı şdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)-808/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsi və işin tam və hərtərəfli araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.2.1 və 448.1-ci maddələri düzgün tətbiq edilməmişdir. Məhkəmə həmin hüquq normalarını iddiaçının mənafeyinə uygunlaşdırmağa çalışmışdır. Həmin maddələrin tələbinə görə üzərinə düşən vəzifəni vicdanla yerinə yetirmişdir. Lakin iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü və zifələri yerinə yetirməmişdir. Məhkəmə isə faktiki vəziyyəti müəyyən etmək üçün mütəxəssis rəyi almamış, iş üzrə ekspertiza təyin etməmişdir.

37. Məhkəmə Mülki Məcəllənin 675, 700.1, 700.2, 700.3-cü maddələrini də iddiaçının mənafeyinə uyğunlaşdırmağa çalışmışdır. Mülki Məcəllənin 675, 700.1, 700.2, 700.3-cü maddələrinin tələblərinə görə əmlak kirayə müqaviləsi üzrə tərəflər üzərlərinə düşən öhdəlikləri tam icra etməlidirlər. İş materiallarından da göründüyü kimi iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, əksinə mən obyekti təhvil verdikdən sonra olan xərcləri də məndən tələb etmişdir. Obyektin elektrik enerjisinə görə noyabr ayı üçün ödənişləri də iddiaçı məndən tələb etmişdir. Mənim təqdim etdiyim sübutlar (təmirə çəkilmiş xərclər, sel düşməsi nəticəsində obyektə dəymiş ziya n, video disk və s.) məhkəmə tərəfindən nəzərə alınmamışdır.

38. Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Çünki tərəflər arasında bağlanmış müqavilələrdə uyğunsuzluq olmuş, müqavilələrdən biri icarədar, digəri isə təsisçi tərəfindən imzalanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, cavabdehin obyektin təmirinə xərclədiyi vəsaitləri icarə haqqından çıxacağını bildirsə də bu öhdəliyini icra etməmişdir. Bu da cavabdehin çətin vəziyyətə düşməsinə səbəb olmuş, obyekti vaxtından əvvəl təhvil verməyə məcbur olmuşdur. Məhkəmə isə bu halı düzdün qiymətləndirməmiş, cavabdehin iddiaçıya ziyan vurduğu qənaətinə gəlmiş, əsassız varlandığını qeyd etmişdir.

39. Cavabdeh həm birinc i, həm də apellyasiya instansiyası məhkəməsində öz dəlillərini və etirazlarını tam sübuta yetirmişdir. İddiaçı isə öz tələbini sübut edə bilməmişdir. Qanunun tələbinə görə sübut etmək yükü iddia edənin üzərinə düşür.

40. Qanunun tələbinə görə sübut hesab olunan məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şəki Apellyasiya Məhkəməsi isə qeyd edilən sübutların olmadığına baxmayaraq Oğuz Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla səhv nəticəyə gəlmişdir. Məhkəməyə təqdim olunmuş videodisk tədqiq olunmamışdır.

41. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı cavabdehə qar şı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. İddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının əmlakına zərər vurulması müəyyən edilməmişdir. Odur ki, hazırkı vəziyyətdə cavabdehin mülki hüquq məsuliyyəti daşıması istisna edilir.

42. Şəki Apellyasiya Məhkəmə si Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Çünki tərəflər arasında bağlanmış müqavilələrdə uyğunsuzluq olmuş, müqavilələrdən biri icarədar, digəri isə təsisçi tərəfindən imzalanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, cavabdehin obyektin təmirinə xərclədiyi vəsaitləri icarə haqqından çıxacağını bildirsə də bu öhdəliyini icra etməmişdir. Bu da cavabdehin çətin vəziyyətə düşməsinə səbəb olmuş, obyekti vaxtından əvvəl təhvil verməyə məcbur olmuşdur. Məhkəmə isə bu halı düzdün qiymətləndirməmiş, cavabdehin iddiaçıya ziyan vurduğu qənaətinə gəlmiş, əsassız varlandığını qeyd etmişdir.

43. Məhkəmə tərəfindən Mülki Məcəllənin 385.1, 386.1,442, 443.1, 445.2.1, 448.1-ci maddələri düzgün tətbiq edilməm işdir. Məhkəmə həmin hüquq normalarını iddiaçının mənafeyinə uygunlaşdırmağa çalışmışdır. Həmin maddələrin tələbinə görə mən üzərimə düşən vəzifəni vicdanla yerinə yetirmişəm. Lakin iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü vəzifələri yerinə yetirməmişdir. Məhkəmə isə faktiki vəziyyəti müəyyən etmək üçün mütəxəssis rəyi almamış, iş üzrə ekspertiza təyin etməmişdir.

44. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675,700.1, 700.2, 700.3-cü maddələrini də iddiaçının mənafeyinə uyğunlaşdırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 700.1, 700.2, 700.3-cü maddələrinin tələbinə görə əmlak kirayə müqaviləsi üzrə tərəflər üzərlərinə düşən öhdəlikləri tam icra etməlidirlər. İş materiallarından da göründüyü kimi iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, əksinə mən obyekti təhvil verdikdən sonra olan xərcləri də məndən tələb etmişdir. Obyektin elektrik enerjisinə görə noyabr ayı üçün ödənişləri də iddiaçı məndən tələb etmişdir. Mənim təqdim etdiyim sübutlar (təmirə çəkilmiş xərclər, sel düşməsi nəticəsində obyektə dəymiş ziyan, video disk və s.) məhkəmə tərəfindən nəzərə alınmamışdır.

45. Qanunun tələbinə görə sübut hesab olunan məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şəki Apellyasiya Məhkəməsi isə qeyd edilən sübutların olmadığına baxmayaraq Oğuz Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla səhv nəticəyə gəlmişdir. Məhkəməyə təqdim olunmuş video disk tədqiq olunmamışdır.

46. Cavabdeh həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində öz dəlillərini və etirazlarını tam sübuta yetirmişdir. İddiaçı isə öz tələbini sübut edə bilməmişdir. Qanunun tələbinə görə sübut etmək yükü iddia edənin üzərinə düşür.

47. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı cavabdehə qarşı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. İddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olm ası, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının əmlakına zərər vurulması müəyyən edilməmişdir. Odur ki, hazırkı vəziyyətdə cavabdehin mülki hüquq məsuliyyəti daşıması istisna edilir. b)

48. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

49. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

50. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri ş əxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

51. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

52. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

53. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

54. Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mü bahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

67. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni m əzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

68. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

69. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstə rilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-808/2025 nömrəli iş üzrə 18 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar