Məhkəmə qərarları › İş №2(102)-3839/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3839/2023

09.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3839/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3839/2023 (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5143/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması, xx.xx.2021-ci il tarixdən maaşının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-614/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia rədd edilmişdir.

3. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5409 /2022 nömrəli iş üzrə 08 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

5. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

6. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5065/2022 nömrəli iş üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər – İlqar Xələfov (məruzəçi), Ələsgər Əliyev və İsmayıl Xəlilov) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

8. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1561/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

9. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti vermişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1561/2023 nömrəli iş üzrə 02 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya instansiyası məhkəməsinin 17 yanvar 2023-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

11. Məhkəmə kollegi yasının mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayəti verən şəxs kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda və formada tərtib edilməmişdir. Kassator şikayətində ümumi şəkildə prosessual hüquq normaları sadalamış, həmin prosessual hüquq normalarının apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə də əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nə dən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

12. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti vermişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1766/2023 nömrəli iş üzrə 17 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zəki Babayev) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

14. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5143/2023 nömrəli iş üzrə 2 7 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə bağlı əvvəlki qərardadlarındakı əsaslandırma ilə yanaşı, həmçinin qeyd etmişdir ki, əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair də lillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür.

16. Həmçinin, iddiaçı tərəfindən qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. İddiaçı tərəf qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüş və müddətin bərpası barədə vəsatət də verməmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən imza edilməklə qəbul edilmişdir (İ cild, iş v. 104). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Apellyasiya instansiyası məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərardadından iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin sonrakı prosussual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 266.3-cü maddəsinin tələblərinə riayət etməməklə kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, apellyasiya məhkəməsi hazırki iş üzrə qərardadı xx.xx.2023-cü il tarixdə qəbul etsə də qeyd edilən maddənin tələblərini pozaraq qərardadı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bundan əlavə, həmçinin apellyasiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli qərardadı isə xx.xx.2023cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə prosessual müddətlərə riayət edilməmişdir.

19. Apellyasiya şikayəti tam qanunvericiliyin tələblərinə riayət edilməklə verilmiş, məhkəmənin yanaşması düzgün deyil və əsassızdır. Belə ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilir. Həmin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə apellyasiya şikayəti tərtib edilməli olan yer elektron qaydadadır və orada apellyasiya şikayəti üzrə qeyd olunan qrafalar apellyasiya şikayəti verən tərəfindən doldurulur, apellyasiya şikayəti təsdiq edildikdən sonra “Elektron məhkəmə” i nformasiya sisteminin verdiyi formada və qrafikdə “Elektron məhkəmə” informasiya sisteminə düşür. Apellyasiya məhkəməsinin dediyi əlavə 2-də göstərilən forma isə Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsi kitabında göstərilən formadadır. Kitabda göstərilən forma ilə “Elektron məhkəmə” informasiya sistemində olan formanın görünüşcə üst-üstə düşməməsin də iş üzrə tərəflər məsuliyyət daşıya bilməz. Bundan əlavə apellyasiya məhkəməsinin dediyi əlavə 2-də göstərilən forma ilə apellyasiya şikayəti imzalanaraq pdf formatında “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.

20. Bundan əlavə, məhkəmə qərardadda qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 1 ildən çox müddətə ötürülmüş və müddətin bərpası barədə vəsatət verilməm işdir. Məhkəmənin bu yanaşması da əsasızdır və hüquqa ziddir. Belə ki, məhkəmənin öz qərardadında qeyd etmişdir ki, 2(007)-614/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Həmin qərardaddan şikayət verilməmiş və qərardad da qüvvəsindədir. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə baxdıqda da görünür ki, tərəfimizdən bütün hərəkətlər prosessual müddətlər çərçivəsində yerinə yetirilmiş, apellyasiya şikayəti verilmə müddəti ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəm ə tərəfindən təyin edilmiş müddət

23. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

24. Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

25. Maddə 363.1.1-1 və 363.1.3. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

26. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

27. Maddə 366.2. Əgər apel lyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kolle giyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, apellyasiya məhkəməsi şikayətin əlavə 2-də göstərilən formaya uyğun olmaması ilə yanaşı qeyd etmişdir ki, hazırkı apellyasiya şikayəti verilərkən prosessual müddət ötürülmüşdür və bu müddətin bərpası məsələsi həll edilməməişdir.

32. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. Hazırkı apellyasiya şikayəti isə həmin məhkəməyə xx.xx. 2023-cü il tarixdə daxil olmuşdur.

33. Kassator Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa olunmasına istinad etsə də, apellyasiya məhkəməsinin mövqeyi ondan ibarətdir ki, hazırkı şikayət təqdim edildiyi məqamda ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətin verilməməsi və bu məsələnin həll edilməməsi apellyasiyanın qeyri-mümkün sayılması üçün əsasdır.

34. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi qanunvericiliyə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5143/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar