Məhkəmə qərarları › İş №2(102)-3839/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3839/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3839/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ 2(102)-3839/2025 (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlundan və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli 2(103)-1516/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh etibarnamə əsasında idarə etdiyi «Ford Transit» markalı, 99- KT-353 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 7-ci km-də yol nəqliyyat hadisəsi törədərək "xxxx" MMC-yə məxsus «Haval H8» markalı, 90-PL170 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və «Haval H8» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 40000 manat maddi zərər dəymişdir.

2. «Haval H8» markalı, 90-PL170 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. 3. 30.09.2019-cu il tarixli ödəniş tapşırığına əsasən sığorta hadisənə görə 28500 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir.

4. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərarından görünür ki, Cavabdeh 14 iyun 2019-cu il tarixdə saat 11 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 7-ci km idarə etdiyi “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Laçın rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni “yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başq a əmlaka zərər vurmamalıdırlar” kimi tələbi pozaraq avtomobilini qarşı hərəkət yoluna çıxardaraq hərəkət üçün təhlükəli şərait yaratması nəticəsində qarşı hərəkət yolu ilə Yevlax rayonu istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişinlər X10 və X1 az ağır zərər vuran xəsarətlər yetirilməsinə, habelə “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi zərərə uğramasına səbəb olmuşdur. Bununla da aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı " xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, 28500 manat sığorta ödənişi məbləğinin və 175,50 manat dövlət rüsumunun, cəmi 28675,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YevlaxAğdam-Laçın yolunda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanan «Haval H8» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçir ilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin arada qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır.

7. Ağdam Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli e-2(013)-1433/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim M.Niftəliyev)

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" ASC iddia ərizəsinə sənədlərin lazımi qaydada təsdiq olunmuş surətini deyil, kserosurətini əlavə etmiş, öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. "xxxx" ASC Sığorta Şirkətinin mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranması üçün «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsində göstərilən əsaslar mövcud olmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385, 386, 936, 1096, 1097, 1108-ci, “İcbari Sığortalar haqqında” Qanunun 25-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BİTİ-nə bilavasitə t abe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən verilmiş 09 iyul 2019-cu il tarixli arayışa əsasən, 14 iyun 2019-cu il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 7-ci km-də yol-nəqliyyat hadisəsi baş vermiş və “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə etmişdir (iş materiallarına əlavə edilmişdir). Həmçinin, Azərbaycan Respublikası DİNnin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən qəbul edilmiş 15 iyul 2019-cu il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar da iş materiallarına əlavə edilmişdir. X12 Emin Alı oğlu 14 iyun 2019-cu il tarixdə saat 11 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazis indən keçən 7-ci km idarə etdiyi “Ford Transit” markalı, **KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Laçın rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni “yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” kimi tələbi pozaraq avtomobilini qarşı hərəkət yoluna çıxardaraq hərəkət üçün təhlükəli şərait yaratması nəticəsində qarşı hərəkət yolu ilə Yevlax rayonu istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişinlər X10 və X1 az ağır zərər vuran xəsarətlər yetirilməsinə, habelə “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi zərərə uğramasına səbəb olduğu qeyd edilmişdir. Həmin material üzrə araşdırma zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və 15 iyul 2019-cu il tarixli, 16633 saylı rəyə əsasən “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və sonuncunun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avt omobilin sürücüsü olan X5 isə hadisənin qarşısının almağa texniki imkanı olmamışdır. Həmin araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Tərəflər arasında barışıq olduğundan və şikayət olmadığından Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və cinayət məsuliyyətindən azad edilmişdir, lakin, qərara əsasən 14 iyun 2019-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri öz əksini tapmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2025-ci il tarixli 2(103)-1516/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-1433/2025 nömrəli qətnaməsi ləğv edilmiş, i ş üzrə yeni iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Cavabdeh 23500 manat sığorta ödənişi məbləğinin və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 175,50 manatın, ümumilikdə 23675,50 manatın tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. (X2 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə)

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Baxılan işdən müəyyən edilir ki, Cavabdeh idarə etdiyi «Ford Transit» markalı, 99-KT353 dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi zamanı icbari qaydada sığortalı olmuşdur. Bu halda, sığorta şirkətinin subroqasiya tələbini yüksək təhlükə mənbəyi olan avtomobili idarə edən Cavabdeh qarşı irəli sürməsi qanuni əsaslara söykənir.

14. Daha sonra qeyd olunmuşdur ki, iddiaçı cəmiyyətin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlar tərəfindən 5000 manat məbləğ artıq hesablanaraq cavabdehdən tələb olunmuşdur. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən nəzərə alınm amışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyi olan «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh üzərinə düşür. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 23500 manat sığorta ödənişi məbləği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883, 916, 922, 926, 936, 1108, 1114-ci, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qərarın a, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1516/2025 nömrəli 27 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 916.1, 936.1, 936.2-ci maddələrini düzgün tətbiq etməmişdir. İddiaçının zərərin əvəzini ödədiyi barədə təsdiq edilmiş sənədlər təqdim edilməmişdir. Həmin məbləğin ödəniləcəyi barədə müqavilə təqdim edilməmiş və iddia müddəti keçmişdir. Məhkəmə MPM-nin 77-ci mad dəsinin tələbini pozmuş, tərəflərin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun.

22. Maddə 936.1. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

23. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsi n şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkən in qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətində cavabdeh tərəfindən 2 dəlil qeyd edilmişdir: iddiaçı tərəfindən zərərçəkənə hazırda tələb edilən məbləğin ödənilməsi barədə sübutlar təqdim edilməməsi, iddia müddətinin ötürülməsi.

35. Kollegiya bu dəlillərlə bağlı qeyd edir ki, MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində i ddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməlidir. Cavabdehin birinci instansiya və apellyasiya instansiyası mərhələsində iddiaçı tərəfindən təqdim edilmiş sübutlara hər hansı etirazı olmadığından kassasiya şikayətində bu dəlilin irəli sürülməsi əsassızdır. Belə ki, MPMnin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə dəlillərl ə bağlı kollegiya qeyd edir ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməli olduğundan və hazırkı iş üzrə cavabdeh tərəfindən məhkəmə bu barədə ərizə verilmədiyindən məhkəmə tərəfindən iddia müddətinin ötürülüb-ötürülmədiyinin araşdırılmasının qanuni əsası olmamışdır.

37. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təm in edilməsin Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli 2(103)1516/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar