Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3840/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏ YYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı şirniyyat və qənnadı məmulatlarının dəyərindən xx.xx.2015-ci il tarixə ödənilməmiş qalan 8.234,23 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 8.264,63 (səkkiz min iki yüz altmış dörd manat altmış üç qəpik) manat pulun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, i ddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” MMC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 17.465,93 manat (8.234,23 manat qalıq borc + 1.231,70 manat faiz borcu + 8.000 manat əldən çıxmış fayda) pul və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 17.496,33 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda göstərilən halları ilə əsaslandırmışdır. İlk olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi “xxxx” MMC tərəfindən Cavabdeh adına verilmiş mallara görə hesablaşma vərəqələrinin təsdiq olunmuş kserosurətlərindən də Cavabdeh iddiaçı “xxxx” MMC-dən aldığı şirniyyat və qənnadı məmulatlarının ümumi dəyərindən xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək cəmi 8.234,23 manat borcu yarandığının müəyyən edildiyini göstərsə də, bu hesablaşma vərəqəsində məbləğin cavabdehin iddiaçıya olan borcu kimi göstərilməsinə dair hər hansı bir şərt mövcud deyildir və hesablaşma vərəqinin məzmunundan da qeyd olunan məbləğin cavabdehin iddiaçıya olan borcu kimi əks olunması təsdiq olunmur. Həmçinin əgər qeyd olunan tarixdə cavabdehin iddiaçıya həmin məbləğdə borcu mövcud idisə onda iddiaçı cava bdehdən həmin məbləğin hansısa formada(nağd pul, mal və.s), hansısa müddətdə və vaxtlarda qaytarmalı olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilərdi. Bununla yanaşı, iddiaçı cavabdehdən hesabında olan 8234,23 manatın ödənilməsəini dəfələrlə tələb etdiyini göstərsə də məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. İş materialından da iddiaçının cavabdehə hansısa formada xəbərdarlığı təsdiq olunmur. Bundan başqa iş materiallarından görünür ki, hazırki mülki işə birinci instansiya məhkəməsində baxılmasından cavabdehin məlumatı olmamış və onun iştirakı təmin edilməmişdir. Belə ki, cavabdehə göndərilmiş iddia ərizəsi və məhkəmə bildirişləri “bina sökülmüşdür” qeydi yazılmaqla geri qaytarılmış və iş materialına əlavə edilmişdir(i.v.14,37,44). Göründüyü kimi, iddiaçını n irəli sürdüyü iddiadan və bununla əlaqədar keçirilən məhkəmə iclaslarından cavabdehin məlumatsız olması da işin mübahisəsiz halıdır. Ona görə də cavabdeh apelyasiya şikayəti ilə yanaşı iddia müddətinin tətbiqi barədə ərizə ilə də apelyasiya instansiyası məhkəməsinə müraciət etməyə hüququ yaranmışdır. İddiaçı da bəyan edir ki, cavabdehlə arasında 11.08 2015-ci il tarixdə bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh Xətai rayon ərazisində yerləşən satış nöqtəsində “xxxx” MMC-dən aldığı şirniyyat və qənnadı məmulatlarını satışını həyata keçirməklə pulunu 30 gün müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləni şərtlərinin pozulması ilə bağlı iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxxx 2019-cu ildə mü raciət etmişdir. Göründüyü kimi, iddiaçı müqavilənin icra müddətinin bitdiyi tarixdən 3 il 6 ay sonra məhkəməyə müraciət etmiş, bununla da üç illik iddia müddətini ötürmüşdür. Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edil məsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intiza-mının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyən-liyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Yu xarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3840/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3840/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver