Məhkəmə qərarları › İş №2(102)-3842/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3842/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3842/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikili olan fərdi yaşayış sahəsinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-875/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən veril miş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 ilə 08 may 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 07 noyabr 2008-ci il il təvəllüdlü Nəcibə Yunisova və 25 yanvar 2011-ci il təvəllüdlü X7 doğulmuşdur. Nikah müddətində iddiaçı ilə Cavabdeh1 əvvəlcə ünvan 1 ünvanında yerləşən mənzildə, daha sonra isə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 125-ci məhəllədə yerləşən 3 otaqlı fərdi yaşayış evində (bundan sonra – mübahisəli fərdi yaşayış evi) yaşamışlar. Tərəflər arasında olan nikah Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iki azyaşlı uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikaha daxil olduqdan sonra o, cehiz əşyaları ilə birlikdə cavabdehlərin qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Orada bir müddət yaşadıqdan sonra 2011-ci ildə Cavabdeh1 mübahisəli evi almış və onlar əri və uşaqları, əşyaları ilə birlikdə həmin evə köçmüşlər. Ev qanunsuz tikili olsa da, yaşayış üçün bütün şəraiti vardır. 2018-ci ilin iyun ayında məhkəmə qətnaməsi ilə Cavabdeh1la aralarındakı nikah pozulmuş, həmin dövrdə cavabdehlər onu zorla həmin evdən çıxarmışlar. Hazırda həmin evdə cavabdehlərin hər ikisi yaşayır. O isə valideynlərinin yanında müvəqqəti yaşadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Etibar Mustafayev) 17 avqust 2020-ci il tarixli 2(001)-2697/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətləri 2008-ci ildə yaranmışdır və buna görə də mövcud mübahisə üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı nəzərə alınmalıdır. Həmin qərarda qeyd olunmuşdur ki, yaşayış sahəs inin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki halda müəyyən olunur ki, iddia predmeti olan mübahisəli fərdi yaşayış evi qanunsuz tikili olmaqla dövlət reyestrində qeydiyyata alınmamış, bunun məntiqi ardıcıllığı olaraq da, həmin evdən istifadə hüququnun əmələ gəlməsi və ya həyata keçirilməsi ilə bağlı iddiaçı ilə cavabdehlər arasında notarial razılaşma mövcud deyildir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apell yasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi 200 kvadrat metr olmaqla Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli sərəncamı ilə X1 razılığı ilə X2 adına keçirilmişdir. Mehman Rüstəmov tərəfindən həmin torpaq sahəsi ilə bağlı səlahiy yətlər etibarnamə ilə Cavabdeh1, sonuncu tərəfindən isə 03 noyabr 2016-cı il tarixli etibarnamə ilə X5 ötürülmüşdür. Həmin fərdi yaşayış evində elektrik enerjisindən və qazdan istifadəyə görə abonent kimi Cavabdeh1 qeydə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqları analarının yanında saxlanılmışdır. Tərəflər arasında münasibətlər pozulduğundan, iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə d aimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarını öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə qeyd etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). İş materiallarından görünür ki, iddiaçının uş aqları ilə birlikdə köçmək istədiyi mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikililərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə vəsaiti hesabına alınmamış, iddiaçı həmin evdə yaşamamış, iddiaçı ilə cavabdeh F.Yunusov kirayədə yaşamışlar. Tərəflər arasında olan nikah 2018-ci ildə pozulsa da faktiki olaraq 2016-cı ildən ayrı yaşayırlar. Ev onun vəsaiti hesabına alınmış, etibarnamə ilə X4 adına keçirilmişdir. Məhkəmə bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsas ən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh2 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi: Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsi: Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər həmin evin etibarnamə ilə X4 adına keçirildiyini bildirsələr də, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həmin etibarnamədə Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli sərəncamı ilə Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində yerləşən 200 kvadrat metr torpaq sahəsi ilə bağlı səlahiyyətlərin ötürülməsi qeyd olunmuş, torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi ilə bağlı hər hansı qeyd edilməmişdir. Beləliklə, X4 həmin evə hər hansı aidiyyəti sübut edilməmişdir. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-875/2021 nömrəli iş üzr ə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar