Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3842/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 xxxqızı və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlük əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X5 və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 xxxqızı və Cavabdeh2 MMCyə qarşı “müqavilənin ləğv edilməsi, pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5234/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərardadından Cavab deh1 xxxqızının kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh2 firması arasında 11.3.1 nömrəli obyektə görə imzalanmış 31 may 2012-ci il tarixli 551 saylı və 15.2.102 nömrəli obyektə görə (xx.xx.2008) imzalanmış nömrəsiz və tarixsiz Müqavilələrin ləğv edilməsi, müqavilə üzrə və müqavilədən kənar xərclər üzrə ödənilmiş 68.720 manat pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, əldən çıxmış faydaya görə 120.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, müqavilə üzrə və digər xərclər adı altında ödənilmiş 68.720 manat məbləğində pulun illik 5%-olan (10 il x 3.436) 34360,00 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, işin aparılması ilə bağlı İddiaçı1 tərəfindən çəkilmiş xərclərə görə 50.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması, mənəvi ziyana görə 100000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, xahiş etmişlər.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında bağlanmış 31 may 2012-ci il tarixli, 551 saylı və 07 fevral 2008-ci il tarixli müqavilələrin ləğv edilməsi, Cavabdeh2 MMC və Cavabdeh1 və müştərək qaydada 3000 manat pulun tutulub iddiaçılara ödənilməsi qət edilmişdir. (hakim F.Mirzəyev) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianını təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyas ı məhkəməsindəki birinci icraat
5. İddiaçılar kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-370/2020 nömrəli, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Ray on Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat, əldən çıxmış faydaya görə 103.787,50 manat pulun tutulub İddiaçı2 verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
8. Qətnamədən iddiaçılar kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
9. Qətnamədən həmçinin, Cavabdeh2 MMC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4823/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, iddiaçıların kassasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2770/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndiril ən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
12. İddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5063/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)2770/2021 saylı qətnaməsi qismən – cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.7 20 manat pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış və qalan mübahisələndirilən hissədə qətnamə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi qismən – cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilən hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təm in edilmiş, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 13250 (on üç min iki yüz əlli) manat pulun tutularaq İddiaçı2 verilməsi, iddianın mübahisələndirilən qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki dördüncü icraat
15. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Həmin qətnamədən həmçinin Cavabdeh1 da kassasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 müştərək qaydada 13250 manat pulun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
17. Azərbay can Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4829/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi mənəvi zərərə aid hissədə ləğv olunmuş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, İddiaçı2 xeyrinə mənəvi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 15.000 manat məbləğində pulun tutulması, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
18. Bundan sonra mülki iş üzrə qətnamə xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir.
19. İş üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixdə birinci instan siya məhkəməsinə ərizə ilə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)- 2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsindən xəbərsiz olduğunu, qətnamə icraya yönəldikdən sonra ona məlumat verildiyini bildirmiş, qətnamə əsasında verilən icra vərəqində qeyd edilənlərdən məlumat aldıqdan sonra həmin qətnamənin rəsmi olaraq ona təqdim edilməsini xahiş və apellyasiya şikayəti verilməsi üçün müddətin müəyyən edilməsinə dair hazırkı ərizə ilə müraciət etmək qərarına gəldiyini qeyd etmişdir.
20. Cavabdeh1 eyni zamanda Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayət birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-5234/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilərək, mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov)
22. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, hazırkı iş apellyasiya və kassasiya instansiyasında dörd dəfə baxılmışdır. Eyni zamanda məlum olur ki, məhkəmə iclasları barədə məhkəmə bildirişləri və məhkəmə aktları iş üzrə tərəflərə, o cümlədən Cavabdeh1 mülki iş materiallarında olan rəsmi qeydiyyatda olduğu ünvanına MPM-in tələblərinə uyğun qaydada çatdırılmışdır. Mülki işin apellyasiya instansiyası məhkəməsində ikinci icraatı zamanı məhkəmə bildirişi Cavabdeh1 çatdırılması üçün Xəzər Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Biriliyinə göndərilmişdir. Həmçinin ikinci apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)370/2020 nömrəli, 03 mart 2020-ci il tarixli qətnaməsi də Cavabdeh1 çatdırılması üçün Xəzər Rayon İcra Hakimiyyyəti Mənzil Kommunal Təsərrüfat Biriliyinə göndərilmiş, xəbərnaməyə əsasən də xx.xx.2020-ci il tarixdə onlar tərəfindən qəbul edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi onu da vurğulayıb ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4829/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi mənəvi zərərə aid hissədə ləğv olunmuş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, İddiaçı2 xeyrinə mənəvi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən müştərək qaydada 15.000 manat məbləğində pulun tutulması, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
24. Apellyasiya instansiya məhkəməsi qeyd edilənlərə əsaən belə nəticəyə gəlib ki, Cavabdeh1 hazırkı qətnamədən ən azı xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur. Cavabdeh1 qətnamədən xx.xx.2022-ci il tarixdə məlumatlı olsa da, qanunla müəyyən olunmuş 1 aylıq şikayət vermə mü ddətini ötürülməklə, xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir.
25. Apellyasiya instansiya məhkəməsi bir məsələni də qeyd edib ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsindən xəbərsiz olduğunu, qətnamə icraya yönəldikdən sonra ona məlumat verildiyini, qətnamə əsasında verilən icra vərəqində qeyd edilənlərdən məlumat aldıqdan sonra həmin qətnamənin rəsmi olaraq ona təqdim edilməsi və apellyasiya şikayəti verilməsi üçün müddətin müəyyən edilməsinə dair hazırkı ərizə ilə müraciət etmək qərarına gəldiyini qeyd etmişdir. Buna baxmayaraq, müddətin bərpa olunmasına dair ərizəyə birinci instansiya məhkəməsi tərəfindən prosessual qa nunvericiliyin tələblərinə müvafiq münasibət bildirilmədən mülki iş Cavabdeh1 apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi həmçinin göstərib ki, qüvvədə olan prosessual qanunvericilikdə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinin apellyasiya instansiya məhkəməsinin özü tərəfindən yenidən yoxlanılması nəzərdə tutulmamış, bu səlahiyyət kassasiya instansiyası məhkəməsinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4829/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir.
27. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikay ətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadına istinadən vurğulayıb ki, həmin qərardada əsasən məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
28. Apellyasiya instansiya məhkəməsinin son qənaəti belə olub ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi həm də Cavabdeh1 kassasiya şikayətinə əsasən kassasiya qaydasında yoxlanıldığından hazırkı mülki iş üzrə birinc i instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə müzakirə edilərkən, həm də onun həmin qətnaməni ümumiyyətlə apellyasiya qaydasında mübahisləndirmək imkanının olub-olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadı kontekstində də yoxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh1 (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işin baxılması üçün aidiyyəti üzrə apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sənədlərd ə qətnamənin çatdırılmadığını aydın gördüyü halda, verilən şikayətə istinad edib qətnamənin çatdırıldığını sübut etməyə çalışmış, hətta, işdə olmayan ərizəyə baxılmadığını bildirməklə yenə sübutları təhrif edərək şəxsin şikayət vermək hüquqlarını məhdudlaşdırmışdır. Bundan əlavə, qətnamənin çatdırılması üçün Xəzər RİH MKTB-nə göndərildiyini qeyd etsə də, bu hissəni də qərardadında əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərardadında "müddətin bərpa olunmasına dair ərizəyə birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə müvafiq münasibət bildirilmədən mülki iş Cavabdeh1 apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir" qeyd etmiş və bu hissəni əsaslandırmamışdır. Məhz bu səbəbdən də Bakı şəhəri Nizami rayon Məhk əməsinin qətnaməsi Cavabdeh1 xx.xx.2023-cü il tarixdə təqdim edildiyindən apellyasiya şikayəti verilməsi üçün müddət ötürülməmiş, bunu nəzərə alaraq cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin bərpasına dair ərizə də təqdim edilməmişdir. Məhkəmənin öz qərardadında bu hissəni iş materiallarında olan hansı sənədə əsaslanıb qeyd etməsi aydın deyildir. Apellyasiya instansiyası məhkəməsi olmayan ərizəyə baxılmadığına istinad etməklə şikayəti mümkün saymamışdır. Həmçinin, iş materiallarında birinci cildində məhkəmə qətnamənin göndərilməsi barədə reyestrdə Cavabdeh1 adı qeyd edilsə də, həmin şəxsə qətnamənin çatdırılıb-çatdırılmaması barədə rəsmi məlumat yoxdur. Lakin, maraqlıdır ki, həmin reyestrdə qətnamənin digər cavabdeh "xxxx" MMC-yə göndərilməsi ilə bağlı həm qətnamənin olduğu zərf, həm də ki, çatdırılma barədə xəbərnamə mövcuddur. Sadə məntiqlə Cavabdeh1 qətnamə göndərilmiş olsaydı, ya buna dair xəbərnamə, ya da ki, qətnamənin çatdırılmaması barədə qeydin olduğu zərf məhkəməyə geri qayıtmalı idi. Bu iki sənəddən heç birinin olmaması onu deməyə əsas verir ki, qətnamə, ümumiyyətlə, Cavabdeh1 göndərilməmişdir. Məhz bu səbəbdən də hazırki cavabdehin şikayət vermək hüquqlarını məhdudlaşdırılmış olur. Məhkəmənin “Cavabdeh1 hazırkı qətnamədən ən azı xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur” mövqeyi ilə razılaşmaq olmaz, belə ki, prosessual məcəllənin tələbləri qətnamə barədə məlumatlı olmağı deyil, qətnamənin tərəfə rəsmi təqdim edilməsini imperativ norma kimi müəyyən etmişdir. Həmin qətnamədən şikayət verilərkən də Bakı şəhəri Nizami rayon Məhkəməsinin öz qətnaməsində hansı hüquqi mövqeyə əsaslanması Cavabdeh1 bəlli deyildi. Məhz bu səbəblərdən də məhkəmənin qeyd edilən hissələrə istinad etməklə, apellyasiya şikayətini qeyri-mümkün hesab etməsi düzgün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 360.1. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay mü ddətində verilə bilər. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması q ətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli Qərardadı 62-ci bənd. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqey i
35. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi instansiyası iddiaçının apellyasiya şikayətini geri qaytararkən üç əsasa – cavabdehin müddəti ötürməsi; müddətin bərpası barədə ərizəyə birinci instansiya məhkəməsinin qiymət verməməsi; məhkəmə aktının təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılmasının yolverilməz olmasına istinad etmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh prosessual müddətin bərpası barədə ərizə verməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2023-cü il tarixli ərizədən isə cavabdehin prosessual müddətin bərpasını xahiş etməsi görünmür.
38. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin olmayan ərizəyə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməməsi kimi gə ldiyi nəticənin düz olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşır.
39. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətini qaytararkən digər iki əsasa – cavabdehin müddəti ötürməsi və məhkəmə aktının təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılmasının yolverilməz olmasına istinad etməsi düzgün olmuşdur.
40. Məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 22-24, 26 və 27-ci bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
41. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair ” 14 oktyabr 2020-ci il tarixli Qərardadının 62-ci bəndinə görə məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir, belə olan halda, şikayətin həmin əsasla ilə geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm də vahid məhkəmə təcrübəsinə uyğun olmuşdur.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 xxxqızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5234/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.