Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3842/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X12 İdarəsi Gədəbəy Rayon X3rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi və vəzifəyə bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X12 İdarəsi Gədəbəy Rayon X3rşı “əmrin ləğv edilməsi və vəzifəyə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1357/2*24 n ömrəli iş üzrə *9 iyul 2*24-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X12 İdarəsi Gədəbəy Rayon X1* tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X14 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli Əmrinin surətinə əsasən, İddiaçı X14 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun 25 avqust 2*22ci il tarixli Əmrinin surətinə əsasən, X14 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli İddiaçı X14 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmə si haqqında Əmri qanunsuz olduğuna görə ləğv edilmişdir.
3. X14 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyevin 3* sentyabr 2*22-cü il tarixli Əmrinin surətinə əsasən, İddiaçı *3 oktyabr 2*22-ci il tarixdən 6 ay müddətinə Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. 4. 3* sentyabr 2*22-cü il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə işəgötürən arasında *3 oktyabr 2*22-ci il tarixdən *2 aprel 2*23-cü il tarixədək 6 ay müddətinə bağlanılmışdır.
5. Gədəbəy Rayon X4 direktoru Azər Abdullayevin *3 aprel 2*23-cü il tarixli Əmrinin surətinə əsasən, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti *3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixədək 6 ay müddətinə uzadılmışdır. 6. *3 aprel 2 *23-cü il tarixli Əmək Müqaviləsinin surətinə əsasən, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti *3 oktyabr 2*22-ci il tarixdən *3 oktyabr 2*23-cü il tarixədək 1 il 1 gün müddətinə uzadılmışdır.
7. Gədəbəy Rayon X4 direktoru Azər Abdullayevin *3 oktyabr 2*23-cü il tarixli Əmrinin surətinə əsasən, İddiaçı onunla bağlanılmış əmək müqaviləsinin müddəti bitdiyi nəzərə alınmaqla *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir.
8. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirşinin surətindən görünür ki, İddiaçı ilə 3* sentyabr 2*22-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, işə başlama vaxtı kimi *3 oktyabr 2*22-ci il tarix, müqavilənin bitmə tarixi kimi *3 oktyabr 2*23-cü il tarix göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X12 İdarəsi Gədəbəy Rayon X3rşı cavabdehin “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli 59 saylı əmrinin ləğv edilməsi, iddiaçının Gədəbəy Rayon Mərkəzi Kitabxanasının Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı vəzifəsinə bərpa olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, *4 aprel 2*22-ci il tarixli, 23 nömrəli təqdimatla X14 İdarəsi Gədəbəy Rayon X4 direktor müavini tərəfindən iddiaçının Gədəbəy Rayon X5 Komplektləşdirmə və Kitabişləmə Şöbəsində baş kitabxanaçı vəzifəsinə təyin olunması barədə X14 İdarəsinə müraciət olunmuşd ur. X14 İdarəsinin *4 aprel 2*22-ci il tarixli əmri ilə iddiaçı *4 aprel 2*22-ci il tarixdən X14 İdarəsi Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə müddətsiz təyin edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 25 avqust 2*22ci il tarixli əmrinə əsasən X14 İdarəsinin iddiaçının kitabxanaçı təyin edilməsi haqqında *4 aprel 2*22-ci il tarixli əmri ləğv edilmişdir. Bundan sonra X14 İdarəsinin rəisi tərəfindən iddiaçının işə bərpa olunması ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2* sentyabr 2*22ci il tarixli məktubu ilə iddiaçının müvafiq vəzifəyə təyin edilməsinə etiraz edilməmişdir. X14 İdarəsinin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə İddiaçı *3 oktyab r 2*22-cü il tarixdən 6 ay müddətinə Gədəbəy Rayon X4 baş kitabxanaçısı vəzifəsinə təyin edilmişdir. Daha sonra X14 İdarəsinin Gədəbəy Rayon X4 direktorunun əmək müqaviləsinin müddətinin uzadılması haqqında *3 aprel 2*23-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddəti yenidən 3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixədək 6 ay müddətinə uzadılmış, X13 əmək müqaviləsi bildirişinə düzəliş edilmişdir. X12 İdarəsinin Gədəbəy Rayon X4 direktoru tərəfindən *2 oktyabr 2*23-cü il tarixli məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X12 İdarəsinə müraciət olunaraq, Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmasına və ya müddətsiz edilməsinə münasibət bildirilməsi xahiş olunmuş, məktubun üzərinə əmək müqaviləsinə xitam verilməsi haqqında qeyd edilmişdir. Bundan sonra X12 İdarəsinin Gədəbəy Rayon X4 direktorunun iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında *3 oktyabr 2*23-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitdiyi nəzərə alınmış, iddiaçı *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesabın hesablanıb ödənilməsi əmr edilmişdir. Həmin əmr əsassızdır və ləğv edilməlidir. İddiaçı X14 İdarəsinin *4 aprel 2*22-ci il tarixli əmri ilə *4 aprel 2*22-ci il tarixdən X14 İdarəsi Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə müddətsiz təyin edilmişdir. İddiaçı *4 aprel 2*22-ci il tarixdən baş kitabxanaçı vəzifəsində çalışmasına baxmayaraq, bu barədə işəgötürən X13 hər hansı bir qeyd aparmamış, onunla bağlanılmış *4 aprel 2*22-cı ıl tarixli əmək müqaviləsini Sistemə əlavə etməmişdir. Bunun əvəzində işəgötürən tərəfindən iddiaçının əmək fəaliyyətilə bağlı X13 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsinin olması barədə məlumat yerləşdirilmişdir. Məlumata əsasən müqavilənin qüvvədən düşmə tarixi kimi 2*23-cü ilin oktyabr ayı göstərilmişdir. Lakin belə bir müqavilə olduğu halda, iddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X12 İdarəsi Gədəbəy Rayon X4 direktoru Azər Abdullayev arasında bağlanmış *3.1*.2*22-ci il tarixli əmək müqaviləsinə əsasən Gədəbəy Rayon X5 Komplektləşdirmə və kitabişləmə şöbəsində kitabxanaçı-biblioqraf vəzifəsinə əsas iş yeri kimi işə qəbul olunmuşdur. Əmək müqaviləsi 1 İl 1 gün müddətinə, yəni *3.1*.2*22-ci il tarixdən *3.1*.2*23-cü il tarixədək bağlanmışdır. Göründüyü kimi işəgötürənlə iddiaçının 3*.*9.2*22-ci il tarixdə bağladığı müqavilə sonradan dəyişdirilərək iki formada tərtib olunmuşdur: həm 1 il 1 gün müddətinə, həm də 6 ay müddətinə, buna baxmayaraq sözügedən müqavilənin müddəti X13 1* ay 15 gün qeyd olunmuşdur. İddiaçı ilə bağlanılmış 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsi 15.*8.2*23cü il tarixədək qüvvədə olmasına baxmayaraq, barəsində əmək müqaviləsinin müddətinin uzadılması haqqında *3 aprel 2*23-cü il tarixli əmr verilmiş və əmək müqaviləsinin müddəti 6 ay uzadılmışdır. X11 müəyyən olunur ki, iddiaçı ilə işəğötürən arasında 1 ay 17 gün müddətinə 16.*8.2*23-cü il tarixli əmək müqaviləsi mövcud olmuşdur. Belə bir müqavilənin mövcudluğundan iddiaçının xəbəri olmamışdır. İşəgötürən öz səlahiyyətlə rini əmək qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirməmiş, qanunvericilikdə hər hansı müddəa olmadan onunla bağlanmış əmək müqaviləsinin müddətinin artırılmasına istəyi olduğu halda, digər qurumun mövqeyini əsas götürərək, iddiaçının bu istəyini həyata keçirməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X12 İdarəsi Gədəbəy Rayon X4 əmək müqaviləsinə xitam verilməsi haqqında *3 oktyabr 2*23-cü il tarixli əmri poçt vasitəsilə iddiaçıya 13.11.2*23-cü il tarixdə təqdim edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edilmişdir.
11. Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia təmin edilməmişdir.
12. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, X14 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli əmri ilə iddiaçı X14 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Lakin bu əmr əsasında iddiaçı ilə müddətsiz və ya müddətli əmək müqaviləsi bağlanılmamışdır. Həmin əmr Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozulması, əmək müqavilələrinin gücləndirilmiş elektron imza ilə əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil edilmədən, əmrlərin verilməsi üçün hüquqi əsas olmadan, təyinatı nazirliklə razılaşdırılması nəzərdə tutulmuş vəzifələrlə əlaqədar belə razılıq olmadan verildiyi üçün Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimovun 25 avqust 2*22-ci il tarixli əmrilə ləğv edilmiş, Azər Rəcəbov vəzifə səlahiyyətlərindən sui istifadə və digər qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra X14 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyevin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə iddiaçı ilə 6 ay müddətinə, yəni, *3 oktyabr 2*22-ci il tarixdən *2 aprel 2*23-cü il tarixə qədər əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin müddəti bitdikdən sonra Gədəbəy Rayon Mərkəzləşdirilmiş Kitabxana Siteminin direktorunun *3 aprel 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti 1 il 1 gün, yəni, *3 oktyabr 2*22-ci il tarixdən *3 oktyabr 2*23-cü il tarixdədək uzadılmışdır. Bu müqavilələrin hər ikisi həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış, yəni, tərəflər müqavilə şərtləri və öhdəlikləri barədə məlumatlı olmuşlar. Bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq, Gədəbəy Rayon Mərkəzləşdirilmiş K itabxana Sitemininin direktorunun *3 oktyabr 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, o, işdən azad edilmiş, onunla son haqq-hesab aparılmışdır. İddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, müqavilə şərtləri pozulmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir.
13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43cü maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinə, 49-cu maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinə, 287-ci maddəsinə istinadən əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
14. İd diaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, *4 aprel 2*22-ci il tarixli, 23 nömrəli təqdimatla X14 İdarəsi Gədəbəy rayon X4 direktor müavini tərəfindən onun, İddiaçı Gədəbəy rayon X5 Komplektləşdirmə və kitabişləmə şöbəsində baş kitabxanaçı vəzifəsinə təyin olunmağı barədə X14 İdarəsinə müraciət olunmuşdur. X14 İdarəsinin *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə, İddiaçı - *4 aprel 2*22-ci il tarixindən X14 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. (bununla bağlı nə sözügedən Əmrin, nə də ki, əmrin verilməsinə əsas olmuş Əmək Müqaviləsinin surəti mənə təqdim edilməmişdir, lakin işəgötürən tərəfindən mənim sözügedən vəzifəyə müddətsiz təyin edilməyim barədə mənə məlumat verilmişdir). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25 avqust 2*22-ci il tarixli, 251-f nömrəli əmrinə əsasən, X14 İdarəsinin “İddiaçı kitabxanaçı təyin edilməsi haqqında” *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəliəmri ləğv edilmişdir (bununla bağlı mənə hər hansı formada rəsmi məlumat verilməmiş, mübahisəli əmrin mövcud olmasından hər hansı formada xəbəri olmamışdır. Bundan sonra X14 İdarəsinin rəisi tərəfindən onun işə bərpa olunmağı ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2* sentyabr 2*22 -ci il tarixli, *8/*4-2717/2*22 nömrəli məktubu ilə onun müvafiq vəzifəyə təyin edilməyinə etiraz edilməmişdir. X14 İdarəsinin “İddiaçı baş kitabxanaçı vəzifəsinə təyin edilməsi haqqında” 3* sentyabr 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə, İddiaçı - *3 oktyabr 2*22-cü il tarixdən 6 ay müddətinə Gədəbəy rayon X4 baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Qeyd edilmişdir ki, işəgötürən tərəfindən 3* sentyabr 2*22-ci il tarixdə bir-birinə zidd olan 3 əmək müqaviləsi təqdim edilmişdir ki, bunların yalnız birindən onun xəbəri olmuşdur. Daha sonra X14 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəliəmri ilə, Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddəti bitdiyinə görə yenidən 3 aprel 2*23-cü il tarixdən – *3 oktyabr 2*23- cü il tarixinədək 6 ay müddətinə əmək müqaviləsinin müddətinin uzadılması və X13 əmək müqaviləsi bildirişinə düzəliş edilməsi əmr edilmişdir. X12 İdarəsinin Gədəbəy rayon X4 direktoru tərəfindən *2 oktyabr 2*23-cü il tarixli, 43 nömrəli məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X12 İdarəsinə müraciət olunaraq Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmasına və ya müddətsiz edilməsinə münasibət bildirilməyi xahiş olunmuşdur. Sözügedən məktubun üzərinə aşağıdakı məzmunda qeyd aparılmışdır: “c.b A.Abdullayev x.e. əmək müqaviləsinə xitam verilsin. ƏMAS-da qeydə alın. *2.1*.2*23” Bundan sonra X12 İdarəsinin Gədəbəy rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli, 59 nömrəli əmri ilə, Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddəti bitdiyi nəzərə alaraq *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabı hesablanıb ödənilməsi əmr edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, X12 İdarəsinin Gədəbəy rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli, 59 nömrəli əmri tamamilə əsassızdır və həmin əmr ləğv edilməlidir. O, X14 İdarəsinin *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə, *4 aprel 2*22-ci il tarixindən X14 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsi nə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Bu barədə onunla X14 İdarəsi arasında bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur. Məhz bu səbəbdən sözügedən müqavilə bu günədək ona təqdim edilməmişdir. Hətta bununla bağlı“e-sosial” şəxsi hesabında hər hansı bir qeydiyyat aşkar olunmur. “E-sosial” şəxsi hesabında olan məlumatlardan müəyyən olunur ki, o, *4 aprel 2*22-ci il tarixdən X14 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinə baş kitabxanaçı vəzifəsində çalışmağına baxmayaraq bu barədə işəgötürən X13 hər hansı bir qeyd aparmamış, onunla işəgötürən arasında bağlanmış *4 aprel 2*22-ci il tarixli əmək müqaviləsini Sistemə əlavə etməmişdir. Bunun əvəzində işəgötürən tərəfindən onun əmək fəaliyyəti ilə bağlı X13 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsinin olması barədə məlumat yerləşdirilmişdir. Məlumata əsasən müqavilənin qüvvədən düşmə tarixi kimi 15.*8.2*23-cü il qeyd edilmişdir. Bu onu deməyə əsas verir ki, işəgötürən X14 İdarəsi tərəfindən o, 1* ay 15 gün müddətində işə götürülmüşdür. Lakin belə bir müqavilə olduğu halda o, İddiaçı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 İdarəsi Gədəbəy rayon X4 direktoru Azər Abdullayev arasında bağlanmış *3.1*.2*22-ci il tarixli əmək müqaviləsi ilə Gədəbəy rayon X5 Komplektləşdirmə və kitabişləmə şöbəsində kitabxanaçıbiblioqraf vəzifəsinə əsas iş yeri kimi işə qəbul olunmuşdur. Əmək müqaviləsinə əsasən əmək müqaviləsi 1 il 1 gün müddətinə, yəni *3.1*.2*22-ci il tarixdən *3.1*.2*23-cü il tarixədək bağlanmışdır. Göründüyü kimi işəgötürənlə 3*.*9.2*22-ci il tarixdə bağladığı müqavilə sonradan dəyişdi rilərək 2 formada tərtib olunub – həm 1 il 1 gün müddətinə, həm də 6 ay müddətinə, buna baxmayaraq sözügedən müqavilənin müddəti X13 - 1* ay 15 gün qeyd olunmuşdur. Beləliklə, müəyyən olunur ki, onunla işəgötürən arasında bağlanmış *4.*4.2*22-ci il tarixli əmək müqaviləsi müddətsiz olsa da sonradan işəgötürən tərəfindən dəyişdirilmiş və 1 il 1 gün müddətinə müddətli 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsi bağlanılmış, daha sonra həmin əmək müqaviləsindən fərqli olaraq eyni tarixdə 6 ay müddətinə əmək müqaviləsi bağlanılmış, həmçinin X13 mənimlə bağlanılmış 1* ay 15 gün müddətli 3*.*9.2*22-ci il tarixliəmək müqaviləsi qeyd olunmuşdur. Onunla bağlanılmış 3*.*9.2*22-ci il tarixliəmək müqaviləsi 15.*8.2*23-cü il tarixədək qüvvədə olmasına baxmayaraq barəsində X14 İdarəsinin Gədəbəy rayon X4 “ İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında”*3 aprel 2*23-cü il tarixli, 14 nömrəliəmr verilmiş və əmək müqaviləsinin müddəti 6 ay uzadılmışdır. X11 müəyyən olunur ki, onunla işəğötürən X12 İdarəsi arasında 1 ay 17 gün müddətinə 16.*8.2*23-cü il tarixli əmək müqaviləsi mövcud olub. Belə bir müqavilənin mövcudluğundan tam xəbərsizdir. Buradan aydın olur ki, sözügedən əmək müqaviləsi X14 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəli əmrinin qüvvədə olduğu müddətdə bağlanmışdır ki, həmin əmək müqaviləsi X14 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəliəmrini vaxtından əvvəl qüvvədən salır. Bundan başqa onunla əmək m üqaviləsi Gədəbəy rayon X1* arasında bağlansa da, X13 X13 işəgötürən X12 İdarəsi qeyd edilmişdir ki, bu da onu deməyə əsas verir ki, onun əmək fəaliyyəti barəsində məlumatlar Gədəbəy rayon X1* tərəfindən deyil, tamam başqa şəxs X12 İdarəsi tərəfindən işlənmişdir. Onu işəgötürən Gədəbəy rayon X6sa da, onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmaq üçün QazaxX15 İdarəsinə məktubla müraciət edərək razılığın olması istənilmiş və X12 İdarəsi buna razılıq verməmiş, nəticə də Gədəbəy rayon X2 bağlanmış əmək müqaviləsinin müddətini uzatmamışdır. Görünən odur ki, işəgötürən Gədəbəy rayon X1* öz səlahiyyətlərini əmək qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirməmiş, qanunvericilikdə hər hansı müddəa olmadan onunla bağlanmış əmək müqaviləsinin müddətinin artırılmasına istəyi oldu ğu halda digər qurumun mövqeyini əsas götürərək bu istəyini həyata keçirməmişdir. İşin faktiki hallarından göründüyü kimi, barəsində çıxarılmış *3.1*.2*23-cü il tarixli, 59 nömrəli əmr onunla bağlanmış müddətli əmək müqaviləsinin qurtarması ilə əlaqədardır. Belə ki, adıçəkilən əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun əsaslandırılmışdır. Lakin iddia ərizəsinə əlavə olunan sənədlərdən müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmışdır. Daha sonra onun xəbəri olmadan əmək müqaviləsinin müddəti qısaldılmışdır. Bununla da əmək hüquqları kobud şəkildə pozulmuş və işdən qanunsuz şəkildə azad olunmuşdur.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1357/2*24 nömrəli iş üzrə *9 iyul 2*24-cü il tarix li qətnaməsi ilə (M.Mustafayev (sədrliyi və məruzəsi ilə), hakimlər F.Mehtiyev və R.Muradov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X12 İdarəsi Gədəbəy Rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli 59 saylı əmri ləğv edilmiş, İddiaçı Gədəbəy Rayon Mərkəzi Kitabxanasının Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı vəzifəsinə bərpa olunmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşma yaraq qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin bir neçə aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), qısa müddətli əmək müqaviləsi əsasında eyni işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. 18.
48. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmas ına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2*24-cü il tarixli Qərarına əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci mad dəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bə rabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2*23-cü il 2* oktyabr tarixli Qərarı). 19.
49. Göründüyü kimi, Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də, işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara ma lik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. 20. 5*. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hazırkı tələb üzrə birinci diqqət yetirilməli olan hal iddiaçının işlədiyi işin daimi, yaxud mövsümi xarakter daşımasının müəyyən olunmasıdır. İddiaçı işlədiyi Regional Mədəniyyət İdarəsinin Gədəbəy rayon X1 və Kitabişləmə şöbəsinin baş kitabxanaçı vəzifəsi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malikdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq isə hazırki halda razılıq kimi qiymətləndirilə bilməz. Çünki “ qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İş materiallarından görünür ki, iddiaçının *4 aprel 2*22-ci ildə ilkin olaraq işə qəbul edilərkən əmək müqaviləsi müddətsiz xarakter daşımışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçının iradəsi müddətli əmək müqaviləsinin bağlanmasına yönəlmişdir. Sonradan yeni yaradılmış qurumda cəmi 6 ay müddətinə yeni əmək müqaviləsi və daha sonra bir neçə dəfə təkrarən yenidən müəyyən müddətə əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Zəif tərəf olan işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respub likası Konstitusiyasının 35, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1ci hissəsinə, 42-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinin 1, 2, 3, 4 və 5-ci hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 56-cı maddəsinin 1 və 2-ci hissələrinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 3**-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının MPM-in 4.1, 77.1, 81, 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh Gədəbəy Rayon X1* (Vəkil1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin *9.*7.2*24-cü il tarixli2(1*4)-1357/2*24 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıx arılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz bağlanmalı olduğu barədə qənaətə gəlmişdir. Halbuki, mübahisənin predmeti tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsində dəyişiklik edilməklə həmin müqavilənin müddətsiz hesab edilməsi ilə bağlı deyil, müqavilə müddətinin başa çatmasıilə əlaqədar işçinin tutduğu vəzifədən azad edilməsinə dair əmrin ləğv edilməsi ilə bağlıdır. Apellyasiya məhkəməsi, buna heç bir əsas olmadan tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməməsinə dair qənaətə gəlmişdir. Halbuki, iş materiallarında, əmək müqaviləsi bağlanarkən, tərəflər in hüquq bərabərliyi prinsipinə riayət edilməməsini, təsdiq sübutlar yoxdur. Belə sübutlar məhkəmə iclasında tədqiq edilməmişdir. Məhkəmə,əmək müqaviləsinin müddətli bağlanmasına dair razılaşmaların işəgötürənin təzyiqi altında bağlandığını hesab etmişdir. Apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin məhz hansı bəndinə uyğun gəlmədiyini göstərməmiş və əsaslandırmamışdır.
24. Tərəflər arasında *3.1*.2*22-ci il tarixdən *2.*4.2*24-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti, işəgötürənin *3.*4.2*23-cü il tarixli əmri ilə müqavilənin müddəti *3.1*.2*23-cü il tarixədək uzadılmışdır. Cavabdehin *3.1*.2*23-cü il tarixli 59 saylı əmri ilə müqavilənin müddəti bitdiyi üçün, Az ərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işçi (iddiaçı) işdən azad edilmişdir. Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir.
25. İş materiallarından görünür ki, iddiaçı *3.1*.2*23-cü il tarixdə işdən azad edilmiş, işdən azad edilmə barədə əmrin hüquqi nəticəsi ona məlum olmuşdur. İddiaçı, bu barədə 12.1*.2*23-cü iltarixli ərizə ilə AR Mədəniyyət nazirinə ərizə ilə müraciət etmişdir. Yəni, 12.1*.2*23-cü il tarixdə işdən azad olduğu bütün təfsilatı ilə məlum olmuşdur. Həmin ərizənin göndərilməsindən 1 ay 16 gün sonra – 28.11.2*23-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərilmiş, beləliklə AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində müəyyən olunmuş 1 aylıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Ape llyasiya instansiya məhkəməsi qətnamənin “tətbiq edilən hüquq” hissəsində həmin normaya istinad etsə də, həmin normanın tələbini pozmuşdur.
26. İş materiallarında olan sübutlar tərəflərin qarşılıqlımünasibətinə uyğun qiymətləndirilməmişdir.
27. Mülki işin materiallarında, əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinə riayət edilməməsini, əmək müqaviləsinin müddətli bağlanmasına dair razılaşmaların işəgötürənin təzyiqialtında bağlandığını təsdiq sübutlar yoxdur. Belə sübutlar məhkəməiclasındatədqiq edilməmişdir
28. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə, 47-ci maddəsinin “f” bəndinə, 56-cı maddəsinə, 73-cü maddəsinin 1- ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 ya nvar 2*24-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının MPM-in 77.1, 88, 217.1, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı (Vəkil2) kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazda kassasiya şikayətinin əsassız olduğunu, heç bir mötəbər sübuta əsaslanmadığını, bunun isə öz növbəsində kassasiya şikayətinin rədd olunması üçün başlıca əsas olduğunu da göstərərək kassasiya şikayətinin rədd edilməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
32. Maddə 12. 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsin in şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq və s.
33. Maddə 42.1.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
34. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
35. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
36. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərə fli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
37. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
38. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
39. Maddə 47.(f) əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
40. Maddə 56.1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şə raitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
41. Maddə 56.2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
42. Maddə 68.(2 “b”) Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.
43. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
44. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
45. Maddə 3**.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud ol duğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
54. Belə ki, iş materialları ilə təsdiq edilir ki, X14 İdarəsinin rəisi Azər Rəcəbovun 4 aprel 2*22-ci il tarixli əmr i ilə iddiaçı X14 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. X14 İdarəsinin rəisi Azər Rəcəbovun 4 aprel 2*22-ci il tarixli əmri Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozulması, əmək müqavilələrinin gücləndirilmiş elektron imza ilə əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil edilmədən, əmrlərin verilməsi üçün hüquqi əsas olmadan, təyinatı nazirliklə razılaşdırılması nəzərdə tutulmuş vəzifələrlə əlaqədar belə razılıq olmadan verildiyi üçün Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimovun 25 avqust 2*22-ci il tarixli əmrilə ləğv edilmişdir. 55. 4 aprel 2*22-ci il tarixdə iddiaçı ilə müddətsiz və ya müddətli əmək müqaviləsi bağlanılması iş materialları ilə təsdiqlənmir.
56. Apel lyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin bir neçə aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), qısa müddətli əmək müqaviləsi əsasında eyni işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.Hazırki tələb üzrə birinci diqqət yetirilməli olan hal iddiaçının işlədiyi işin daimi, yaxud mövsümi xarakter daşımasının müəyyən olunmasıdır. İddiaçı işlədiyi Regional Mədəniyyət İdarəsinin G ədəbəy rayon X1 və Kitabişləmə şöbəsinin baş kitabxanaçı vəzifəsi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malikdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq isə hazırki halda razılıq kimi qiymətləndirilə bilməz. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İş materiallarından görünür ki, iddiaçının *4 aprel 2*22-ci ildə ilkin olaraq işə qəbul edilərkən əmək müqaviləsi müddətsiz xarakter daşımışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçının iradəsi müddətli əmək müqaviləsinin bağlanmasına yönəlmişdir. Sonradan yeni yaradılmış qurumda cəmi 6 ay müddətinə yeni əmək müqaviləsi və daha sonra bir neçə dəfə təkrarən yenidən müəyyən müddətə əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Zəif tərəf olan işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi vəzifənin əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olduğu, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılığın isə hazırki halda razılıq kimi qiymətləndirilə bilməyəcəyi, “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığının nəzərdə tutulduğu, iddiaçının 4 aprel 2*22-ci ildə ilkin olaraq işə qəbul edilərkən əmək müqaviləsi müddətsiz xarakter daşıdığı, sonradan yeni yaradılmış qurumda cəmi 6 ay müddətinə yeni əmək müqaviləsi və daha sonra bir neçə dəfə təkrarən yenidən müəyyən müddətə əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməyəcəyi barədə qənaəti ilə razılaşmır.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə 4 aprel 2*22-ci ildə iddiaçı ilə əmək müqaviləsi bağlanıb-bağlanmadığına, Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimovun 25 avqust 2*22-ci il tarixli əmrilə X14 İdarəsinin rəisi Azər Rəcəbovun 4 aprel 2*22-ci il tarixli iddiaçının X14 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilməsi barədə əmrini, əmr Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozulması, əmək müqavilələrinin gücləndirilmiş elektron imza ilə əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil edilmədə n, əmrlərin verilməsi üçün hüquqi əsas olmadan, təyinatı nazirliklə razılaşdırılması nəzərdə tutulmuş vəzifələrlə əlaqədar belə razılıq olmadan verildiyi üçün ləğv edilməsi halına mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmişdir.
59. Digər tərəfdən iddiaçı ilə cavabdeh arasında 3*.*9.2*22-ci il tarixində müddətli əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə əməl olunmadığını da kifayət qədər əsaslandıra bilməmişdir.
60. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2*24-cü il tarixli Qərarına əsasən “qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.
61. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.
62. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.
63. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflə rin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqların ın pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.”
64. Göstərilənlərə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi 3* sentyabr 2*22-ci il tarixində iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanana qədər işçi-işəgötürən münasibətlərinin, iddiaçının cavabdehdən belə münasibətdən irəli gələn asılılığının olub-olmaması və bunun nəticəsində müddətli əmək müqaviləsi bağlayan tərəflər arasında bərabərsizlik olub-olmadığı istiqamətində hüquqi qiymətləndirmə aparmamışdır.Halbuki yuxarıda qeyd edilən istiqamətlərdə hüquqi qiymətləndirmə aparmadan iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək mümkün deyil.
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının 12.1*.2*23-cü iltarixli ərizə ilə Azərbaycan Respublikası mədəniyyət nazirinə ərizə i lə müraciət etdiyi, 12.1*.2*23-cü il tarixdə işdən azad olduğu bütün təfsilatı ilə məlum olduğu, həmin ərizənin göndərilməsindən 1 ay 16 gün sonra – 28.11.2*23-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərildiyi, beləliklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində müəyyən olunmuş 1 aylıq iddia müddətin iddiaçı tərəfindən ötürüldüyü, apellyasiya instansiya məhkəməsi qətnamənin “tətbiq edilən hüquq” hissəsində həmin normaya istinad etsə də, həmin normanın tələbini pozduğu barədə dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə ver diyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Lakin iş materialları ilə birinci instansiya məhkəməsində məhkəmə qətnaməsi çıxarılanadək cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizə verməsi təsdiqlənmir. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnaməsinin tətbiq edilən hüquq bölməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad etməsi düzgün olmamışdır.
66. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
67. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2 **5-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
68. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2**8-ci il tarixli qərarı).
69. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2**6-cı il tarixli qərarı)
70. Yuxarıda şərh edilənlərə görə də kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 iyul 2*24-cü il tarixli 2(1*4)1357/2*24 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmalı, sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə müvafiq hüquqi qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Gədəbəy Rayon X1* tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 9 iyul 2*24-cü il tarixli 2(1*4)1357/2*24 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.