Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3843/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhimoğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1296/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 19 avqust 1994-cü il tarixli sərəncamı ilə Suraxanı Rayon, Yeni Günəşli “V” yaşayış sahəsi, 28 saylı evin 52 saylı mənzili Ermənistan Respublikasından qaçqın olan X2 ayrılmışdır. Lakin həmin mənzilə Laçın rayonundan məcburi köçkün olan X3 ailə üzvləri ilə məskunlaşdığından S.A.Primovanın həmin mənzilə köçməsi mümkün olmamışdır. 2003-cü ildə X1 Gültəkin İsa qızı ilə nikaha girmiş və sonuncu həmin vaxtdan yuxarıda göstərilən mənzildə yaşamışdır. X4 isə müvəqqəti olaraq başqa ünvanda yerləşən mənzildə məskunlaşmışdır. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən mübahisəli mənzilə dair kirayə müqaviləsinin 8 nəfərdən ibarət ailə üzvü olan İddiaçı adına bağlanması və onu n adına şəxsi maliyyə hesabının açılması qərara alınmışdır. 20 mart 2018-ci il tarixdə X3 vəfat etmişdir. Cavabdeh isə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin sonradan ləğv edilmiş 18 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən mübahisəli mənzilə qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı 52 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh həmin mənzilə istifadə hüququ olmayan şəxs hesab edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Hə min işlərə bir icraatda baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddiası rədd edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Suraxanı Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi də ləğv edilərək Cavabdeh İddiaçı və qeyrilərinə qarşı mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, özünün və ailə üzvlərinin həmin mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə həmçinin göstərilmişdir ki, bu qətnamə Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Göstərilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərarı il ə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin aprel ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 28 saylı evin 52 saylı mənzilinin qanuni əsaslarla onun və ailəsinin istifadəsinə verilməsini, cavabdehin isə həmin mənzildə yaşamasının qanunsuz olmaqla onun mənzildən istifadə hüququnu pozmasını əsas göstərməklə Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək mübahisəli mənzildə yaşadığı dövrdə orada əsaslı təmir işləri aparmaqla mənzilin təmirinə 30.000 manat məbləğində vəsait sərf etməsini əsas göstərməklə mübahisəli mənzilin əvəzi kimi İddiaçı ayr ılmış 1 otaqlı mənzilin ona verilməsi və İddiaçı onun xeyrinə 30.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.N.Məmmədov) ilkin iddianın təmin edilərək Cavabdeh mübahisəli mənzildən çıxarılıb mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh qarşılıqlı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etm işdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.V.Tanrıverdiyev, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri İş üzrə qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti verərək mübahisəli mənzildə qanuni əsaslarla yaşayıb orada əsaslı təmir işləri aparmasını, lakin məhkəmənin sübutları düzgün qiymətləndirmədən iş üzrə səhv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassa siya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Kassasiya baxışının hədləri Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 59.1 Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) ya şayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 60.1 Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88 Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilib işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsinə, ilkin iddia tələbinin təmin olunmasına dair his sədə isə qətnamənin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, mübahisəli mənzillə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh qanunla müəyyən olunmuş qaydada mənzildən istifadə hüququnun yaranmadığı müəyyən olunmuşdur. Göstərilən mənzil, işdən göründüyü kimi, qanuni əsaslarla İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmiş, lakin Cavabdeh orada yaşamaqda davam etməklə mənzilin boşaldılmaması nəticəsində İddiaçı mənzildən istifadə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət gö stərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Göstərilənlərlə əlaqədar İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə düzgün olaraq Cavabdeh mənzildən çıxarılması barədə İddiaçı iddiasını təmin etmişdir. Kollegiya hesab edir ki, qətnamə həmin hissədə qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddia tələbinin rədd olunmasına dair h issədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, kollegiya hesab edir ki, həmin hissədə qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd edilməsinin əsaslı olması barədə nəticəyə gələrkən mübahisəli mənzilin əvəzi kimi İddiaçı ayrılmış 1 otaqlı mənzilin ona verilməsi tələbinin formal xarakter daşımaqla məhkəməyə bu barədə hər hansı bir sübutun təqdim olunmamasını əsas göstərmiş, qarşılıqlı iddia tələbinin digər hissəsinə evin tikintisinə sərf edilmiş vəsaitin tələb olunmasına dair hissəsinə isə heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası işə apellyasiya qaydasında baxarkən qanunun yuxarıda göstərilən normasının tələblərini pozaraq qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini yoxlamadan, onlara qanunun tələbinə uyğun olaraq qiymət vermədən şikayətin əsassız olması barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi mübahisə tərəflərin verdiyi apellyasiya şikayəti əsasında işə baxdığından, məhz şikayətin dəlilləri baxımından işi araşdırmaqla, gəldiyi nəticəni müəyyən olunmuş sübutlar a və qanunun tələbinə uyğun əsaslandırmağa borclu idi. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərlə əlaqədar kassasiya kollegiyası qətnaməni qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə qanunsuz və əsassız sayır, hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 fevral 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3843/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3843/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver