Məhkəmə qərarları › İş №2(102)-3843/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3843/2024

27.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3843/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (3-cü şəxs Şəmkir rayon 1 saylı notariat ofisi) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Şəmkir rayon 1 saylı notariat ofisi üçüncü şəxs olmaqla) qarşı “qanun üzrə vərəs əlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması” tələbinə dаir Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1197/2024 nömrəli iş üzrə 15 avqust 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs X20 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X10 ilə X9 23 mart 1963-cü il tarixdə nikaha daxil olmuşlar.

2. X10 ilə X2 birgə nikahından xx xxxxxxxx 1955-ci il tarixdə Zilxumar, xx xxxxxx 1958ci il tarixdə Ziyarət və 01 yanvar 1963-cü il tarixdə İradə adlı uşaqları doğulmuşdur.

3. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X9 01 yanvar 1976-cı il tarixdə, X10 10 dekabr 2003-cü il tarixdə vəfat etmişlər. 4. 06 noyabr 2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh Şəmkir rayon 1 saylı notariat kontoruna müraciət edərək 10 dekabr 2003-cü il tarixdə vəfat etmiş X4 miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

5. Şəmkir RİHB-nın Qapanlı kənd İƏD üzrə nümayəndəsinin 08 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, X5 vəfatından sonra ailə üzvlərindən Cavabdeh təsərrüfatında qalmışdır.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,2680 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına qeyd edilmişdir. 7. 06 noyabr 2009-cu il tarixli 2V-1211 reyestr nömrəli qanu n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10 dekabr 2003-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdehdır və o, miras payından irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən 0,2680 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evidir.

8. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür X18 01 aprel 1953-cü ildə anadan olmuşdur. X1, anası X3r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (üçüncü şəxs Şəmkir rayon 1 saylı saylı notariat ofisi) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması tələbi ilə Şəmkir Rayon Məhkəməsin ə mürаciət edərək, mərhum anaları X2 mərhum ataları X5 qanun üzrə vərəsə tanınması, mərhum atalarının adına olan və Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,2680 ha torpaq sahəsində inşa edilmiş 104,0 kv.m fərdi yaşayış evinin ataları ilə analarının ümumi birgə əmlakı olması; Həmin əmlaka dair Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda 16 noyabr 2019-cu il tarixdə Cavabdeh adına verilmiş 2V-1211 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, valideynlərinə məxsus miras əmlak üzərində iddiaçıların və cavabdehin bərabər paylarla qanun üzrə vərəsə kimi hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xаhiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum valideynləri X10 və X9 birgə yaşadıqları müddətdə Şəmkir rayonu, Qapanlı kəndində fərdi yaş ayış evi inşa etdirmişlər. Anaları 01 yanvar 1976-cı il tarixdə vəfat etmiş və onlar analarına məxsus ½ hissədə mirası qəbul edərək idarə etmişlər. Ataları 2003-cü il tarixdə vəfat etdikdən sonra da ½ hissədə mirası faktiki qəbul edərək idarə etmişlər. Lakin 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin ev Cavabdeh adına keçmişdir. Həmin şəhadətnamə verilərkən Qapanlı icra nümayəndəsinin arayışına istinad edilmişdir. Belə ki, həmin arayışda valideynlərinin vərəsəsi kimi yalnız cavabdeh qeyd olunmuşdur. Miras əmlak faktiki olaraq qəbul edilməsinə baxmayaraq, hüquqları kobud şəkildə pozulmuş və cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən onların adları vərəsə kimi gizlədilmişdir. Ona görədə məhkəmədə iddia qaldırmaq məcb uriyyətində olmuşlar.

11. Birinci instansiya məhkəməsində icraat zamanı X13, X14 və X20 üçüncü şəxs qismində işə cəlb olunmuşdurlar.

12. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(076)-1004/2024 nömrəli (hakim T.Musayev) qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpa olunması, qanun üzrə vərəsə tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.

13. Məhkəmə hesab etmişdir ki, hazırda X9 və X4 miras qalmış əmlak mövcud olmadığından, həmçinin mirasın qəbulu zamanı, yəni vərəsəlik şəhadətnaməsi verilərkən qanunvericilin tələblərinin pozulması hallarının baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığından iddia tələbi rədd edilməlidir.

14. Həmçinin məhkəmə qeyd etmişdir ki, Cavabdeh X15 və Şəmkir Rayon 1 saylı Notariat Kontoruna qarşı daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2(076)–1133/2020 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. İşə baxan məhkəmə həmin mübahisə ilə əlaqədar bütün halları, etibarsızlığın əsaslarını araşdırmış və bağışlama müqaviləsinin əsaslı olması qənaətinə gəlmişdir.

15. Bu da məhkəməyə belə inamlı nəticəyə gəlməyə əsas verir ki, bağışlama müqaviləsi əsaslı olduğundan, dolayısı ilə həmin müqavilənin bağlanmasına kimi həyata keçirilmiş bütün hərəkətlər əsaslıdır və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün də əsaslar müəyyən edilmir.

16. Bundan başqa məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məsələsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Cavabdeh tərəfindən iddianı etiraf edilməsi üçüncü şəxsin, yəni X11 hüquqlarına və qanunla qorunan mənafeyini pozduğundan qəbul edilməməlidir.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 1133.1, 1133.2, 1151.1, 1159.1.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

19. Apellyasiya şika yəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, atalarına məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,2680 ha torpaq sahəsində inşa edilmiş 104,0 kv.m fərdi yaşayış evini faktiki qəbul etmişlər, lakin onlardan xəbərsiz Şəmkir rayon 1 saylı Dövlət notariat kontorunda iş üzrə cavabdeh olan bacılarının adına 16 noyabr 2019-cu il tarixdə 2V-1211 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilmiş və bu şəhadətnamə əsasında çıxarış əldə olunmuş, həttda sonradan ev başqasına bağışlanmışdır. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında Mülki Məcəllənin 1246 və 1273-1-ci maddəsinin konstutusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təlimatına və bu qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmamışdır.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1197/2024 saylı, 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və M.Mustafayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(076)1004/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmişdir. Şəmkir rayon 1 saylı notaria t kontoru tərəfindən Cavabdeh adına verilmiş 06 noyabr 2009-cu il tarixli 2V-1211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmuş, X5 10 dekabr 2003-cü il tarixdə vəfatından sonra Şəmkir rayonu Qapanlı kəndi, Zaur Səmədov küçəsində miras qalmış 35 nömrəli fərdi yaşayış evi və 0,2680 ha torpaq sahəsi üzərində onun birinci növbə vərəsələri, yəni qızları İddiaçı1, İddiaçı2, Cavabdeh, X13 və X6 hər birinin 1/5 hissədə payları müəyyən olunmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

22. Hazırkı iş üzrə iddia ərizəsi 12 yanvar 2023-cü il tarixdə yəni, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur.

23. Yuxarıda da qeyd ol unduğu kimi miras qoyanın ölümündən sonra beş vərəsəsi, yəni qızları İddiaçı1, İddiaçı2, Cavabdeh, X13 və X12 qalmışdır.

24. Cavabdeh 06 noyabr 2019-cu il tarixdə 2V-1211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsi gizlədilmişdir. Halbuki, vərəsələrin heç biri mirasdan imtina etməmişlər.

25. Ona görədə kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, 06 noyabr 2009-cu il tarixli 2V-1211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı, X5 10 dekabr 2003-cü il tarixdə vəfatından sonra Şəmkir rayonu Qapanlı kəndi, Zaur Səmədov küçəsində miras qalmış 35 nömrəli fərdi yaşayış evi və 0,2680 ha torpaq sahəsi üzərində onun birinci növbə vərəsəlirin hər birinin 1/5 hissədə payları müəyyən olunmalıdır.

26. Apellyasiya kollegiyası öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1162, 1243.1, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Üçüncü şəxs X20 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunvericilik mirasın qəbul edilməsi və qəbulundan imtina edilməsi barəsində şəxsin bildiyi gündən 2 ay müddət qoyub və bu müddət iddia müddəti deyil, kəsici müddətdir. X23 Məhkəməsi çıx armış olduğu qətnamə ilə iddiaçıların mirasın qəbulundan 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Mülki Məcəllənin bu normasını pozmuş, qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlər i edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələr in (miras passivi) toplusu daxildir.

38. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

39. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

40. Maddə 1162 Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 416.1 Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. İddiaçıların tələbi mərhum anaları X2, mərhum ataları X5 qanun üzrə vərəsələri tanınması, mərhum atalarının adına olan və Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,2680 ha torpaq sahəsində inşa edilmiş 104,0 kv.m fərdi yaşayış evinin ataları ilə analarının ümumi birgə əmlakı olmas ı; Həmin əmlaka dair Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda 16 noyabr 2019-cu il tarixdə Cavabdeh adına verilmiş 2V-1211 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, valideynlərinə məxsus miras əmlak üzərində iddiaçıların və cavabdehin bərabər paylarla qanun üzrə vərəsə kimi hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xаhiş etmişlər.

49. Birinci instansiya məhkəməsi mirasın iddiaçılar tərəfindən qəbul edilməsinə dair sübutların mövcud olmaması əsası ilə iddianın rədd edilməsi nəticəsinə gəlsədə, apellyasiya məhkəməsi iddiaçıların açılmış mirasdan imtina etmədikləri üçün vərəsə olmalarına görə cavabdeh tərəfindən mirasın qəbulu ilə bağlı alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab etmiş və miras əmlak vərəsələr arasında bərabər p aylarla bölmüşdür.

50. Məhkəmə kollegiyası cavabdehə mirasın qəbulu ilə bağlı verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.

51. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarında göstərilmişdir ki, “vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüq uq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir.”

52. Konstitusiya məhkəməsinin həmin mövqeyinə istinad edən apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mirasın qəbul edilməsi zamanı və ondan əvvəl iddiaçıların, sonradan işə cəlb edilmiş digər vərəsələrin mirasdan imtna etmələrinə dair hər hansı sübut mövcud deyil.

53. Belə olan halda bütün vərəsələrin vərəsəlik hüququ mirasın açılması ilə yaranmış və həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuşdur.

54. Lakin işin digər halları ilə müəyyən olunur ki, cavabdeh mirası rəsmi olaraq qəbul etdiyi gün, yəni xx.xx.201 9-cu il tarixdə həmin əmlakı tam olaraq iş üzrə üçüncü şəxs X15 bağışlamış və müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq fərdi yaşayış evi və onun yerəşdiyi torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə keçmişdir.

55. Belə olan halda məhkəmə X7 10 dekabr 2003-cü il tarixdə vəfatından sonra Şəmkir rayon Qapanlı kəndi, Zaur Səmədov küçəsində miras qalmış 35 nömrəli fərdi yaşayış evi və 0,2680 ha torpaq sahəsi üzərində onun birinci növbə vərəsələri, yəni qızları İddiaçı1, İddiaçı2, Cavabdeh, X13 və X6 hər birinin 1/5 hissədə paylarının müəyyən edərkən həmin əmlakın artıq üçüncü şəxsin mülkiyyətində olmasını, miras aktivinə daxil olmamasını nəzərə almamışdır.

56. Eyni zamanda bu faktın məhkəməyə məlum olması aşkar olmuşdur. Belə ki, işə əlavə edilmiş cavabdehlə üçüncü şəxs A.Rəhimo va arasında olan məhkəmə mübahisəsinin nəticəsi olaraq qəbul olunmuş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, cavabdeh bundan əvvəl üçüncü şəxsə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürmüş və həmin iddia təmin olunmamışdır. Məhkəmə müvafiq tərəflərə münasibətdə bağlanmış əqdin etibarlı olması nəticəsinə gəlmişdir.

57. Belə olan halda artıq miras aktivindən çıxmış və mübahisənin həll olunduğu müddətdə miras aktivini təşkil etməyən, artıq başqasının mülkiyyətində olan əmlaka (həmin şəxsin adına aparılmış qeyd ləğv olunmadan və qeydin aparılmasına əsas olan müqavilə mübahisələndirilmədən) münasibətdə payların müəyyən edilməsi üçüncü şəxsin mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.

58. Mülkiyyət hüququnun məzmunu Konstit usiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

59. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protoko lunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tu tur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

61. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə bu hissədə (bu qərarın 55-ci bəndində göstərilən, yəni əmlak üzərində vərəsələrin payları müəyyən edilən hissədə) təmin edilərkən maddi hüqu q normaları düzgün tətbiq edilmədiyindən, MPM-in 417.1.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi həmin hissədə ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1197/2024 saylı 15 avqust 2024-cü il tarixli qətnaməsi “X7 10 dekabr 2003-cü il tarixdə vəfatından sonra Şəmkir rayon Qapanlı kəndi, Zaur Səmədov küçəsində miras qalmış 35 nömrəli fərdi yaşayış evi və 0,2680 ha torpaq sahəsi üzərində onun birinci növbə vərəsələri, yəni qızları İddiaçı1, İddiaçı2 Gümşüd qızı, Cavabdeh, X13 və X8 hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsi” hissəsində ləğv olunsun və həmin hissədə yeni qərar çıxarılmaqla iddia təmin olunmasın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar