Məhkəmə qərarları › İş №2(102)-3844/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3844/2024

20.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3844/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(104)2753/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 17 iyul 2014-cü il tarixdən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsinə buldozerçi peşəsi üzrə işə qəbul edilmiş, 30 yanvar 2020-cı il tarixli əmrlə SD-22 markalı buldozer təmirdə olduğu üçün həmin tarixdən müvəqqəti olaraq çilingər peşəsinə keçirilmiş, 28 fevral 2020-cı il tarixli əmrlə 01 mart 2020-ci il tarixdən çilingər peşəsindən ştatdan kənar traktorçu buldozerçi peşəsinə keçirilmişdir.

2. Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinin 31 mart 2020cı il tarixli 26 saylı əmri ilə X2 İdarəsinin buldozerçisi İddiaçı cəmiyyətin ona verdiyi tapşırıqları yerinə yeti rmədiyi və məsuliyyətsiz yanaşdığına, işdə davamiyyət qaydalarına riayət etməməsinə görə (heç bir əsas olmadan 01 mart 2020-ci il tarixdən 30 mart 2020-ci il tarixədək işdə iştirak etmədiyinə görə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək haqqı tutulması şərti ilə İddiaçı intizam tənbehi töhmət elan edilmişdir.

3. Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinin 04 may 2020-cı il tarixli 39 saylı əmri ilə X2 İdarəsinin buldozerçisi İddiaçı cəmiyyətin ona verdiyi tapşırıqları yerinə yetirmədiyi və məsuliyyətsiz yanaşdığına, işdə davamiyyət qaydalarına riayət etməməsinə görə (heç bir əsas olmadan 01 aprel 2020-ci il tarixdən 30 may 2020-ci il tarixədək işdə iştirak etmədiyinə görə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək haqqı tutulması şərti ilə intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

4. Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinin 14 iyul 2020-cı il tarixli 65 saylı əmri ilə X2 İdarəsinin buldozerçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi ilə işdən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarənin rəisi İlqar Məhərrəmovun 14 iyul 2020-ci il tarixli, 65 saylı əmrinin etibarsız hesab edilməsi, iddiaçının əvvəlki işinə, yəni X2 İdarəsində buldozerçi işinə bərpa olunması və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür, Göygöl rayonunun Üçtəpə kəndində yaşayır, ailəlidir, himayəsində 3 uşağı var, ailənin yeganə qazanc gətirən şəxsidir və başqa yerdən gəliri yoxdur. X3 rəis təyin olunarkən iddiaçının əmək haqqısını kəsərək 200 manat etmiş, iddiaçı buna etiraz etsə də, hər dəfə ona maaşının düzələcəyinə söz vermiş, lakin bir nəticəsi olmamışdır. İddiaçı günəmuzd işləmiş, İlqar Məhərrəmov onun adına hər ay təxminən 1500 manat pul silərək mənimsəmişdir. O, gördüyü işin zəhmət haqqını tələb etsə də, cavabdeh imtina etmiş və 2 020-ci ilin iyul ayının əvvəlində iddiaçının işdən azad etdiyini bildirmiş, əmrini tələb etdikdə 14 iyul 2020-ci il tarixli saxta bir əmri yazaraq onu işdən azad etmişdir.

7. Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)-1068/2020 nömrəli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinin rəisi X1 tərəfindən verilmiş 14 iyul 2020-ci il tarixli 65 nömrəli əmrlə İddiaçı vəzifəsinin öhdəsindən gəlmədiyi üçün və uzun müddət işə çıxmadığına görə tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı uzun müddət işə çıxmadığı şahid ifadələri ilə də təsdiq olunur.

9. Məhkəmə tərəfindən iddiaçıya tələbinin təmin edilməsinə əsas verə bilə n mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə əsaslı heç bir dəlil təqdim edə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (ç), 71, 72, 83, 296-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)-1317/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.Süleymanov və A.Hüseynzadə) apellyasiya ş ikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)-1068/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı uzun müddət üzrsüz səbəbdən işə çıxmamış, barəsində görülmüş intizam tənbehləri də müsbət nəticə verməmişdir. İddiaçı verdiyi apellyasiya şikayətində traktoru təmirdə olduğuna görə mütəmadi olaraq Bakı şəhərinə gedərək traktorunun təmiri ilə məşğul olduğunu göstərmiş olsa da, məhkəməyə təqdim etdiyi ezamiyyət vərəqəsindən ona 19 may 2019-cu il tarixdə 01 (bir) gün müddətində Bakı şəhəri “Grand motors” təmir müəssisəsinə ezam olunduğu görünür. Göründüyü kimi iddiaçının traktorun təmiri ilə məşğul olmaq məqsədi ilə mütəmadi olaraq Bak ı şəhərinə getməsi ilə bağlı göstərdiyi dəlil həqiqətə uyğun deyildir.

14. Apellyasiya kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçının cavabdeh təşkilatın hazırkı rəisi təyin olunan vaxtdan, yəni 2013-cü ildən onun əmək haqqısını tam ödəməməsi ilə bağlı göstərdiyi dəlil də işin hallarına uyğun deyildir. Çünki işdən göründüyü kimi iddiaçı 2014-cü ildə cavabdeh idarədən işdən çıxsa da, sonra yenidən həmin idarəyə işə qəbul olunmuşdur. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında təqdim olunmuş iddiaçının əmək haqqı cədvəlindən çıxarışdan görünür ki, ona hesablanmış orta aylıq əmək haqqı 230 manat cuvarında olmuşdur.

15. Göründüyü kimi İddiaçı işdən ona görə çıxarılmışdır ki, o, müdiriyyət tərəfindən intizam tədbirləri görülməsinə baxmayaraq üzrsüz səbəbdən uzun müddət işə çıxmamış, bel əliklə də əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

16. Apellyasiya kollegiyası tərəfindən X2 İdarəsinin 2020-ci il üçün işçilərin işə davamiyyət jurnalına və 2020-ci il üçün əmrlər kitabına baxış keçirilərkən də iddiaçının davamlı olaraq uzun müddət işə çıxmaması və ona münasibətdə intizam tənbehi görülməsinə, eləcə də işdən azad edilməsinə dair verilmiş əmrlərin əmrlər kitabında əksini tapması müəyyən olunmuşdur.

17. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin cavabdehin 14 iyul 2020-ci il tarixli saxta bir əmr yazaraq onu işdən azad etməsi kimi dəlilini, həmçinin ona ayda 1500 manatadək əmək haqqı yazsa da, zəhmət haqqının ona ödənilmə məsinə dair dəlilini əsassız saymışdır.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “a” bəndi, 71-ci maddəsi, 80-ci maddəsinin 1-ci hissəsi, 83-cü maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiаçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2(102)-4576/2021 nömrəli qərarı ilə (hakim Ə.Əliyevin məruzəsi ilə, hakimlər M.Əhmədova və İ.Xəlilov) kassasiya şik ayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)-1317/2021 nömrəli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

21. Kassasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının dəlili ondan ibarətdir ki, işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Cavabdeh idarənin rəhbəri qərəzli olaraq onu işdən çıxarmaq üçün sonradan saxta əmrlər və davamiyyət kitabı yazaraq məhkəməyə təqdim etmişdir.

22. Kassasiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən halın araşdırılması və həmin hala hüquqi qiymət verilməsi mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin halı araşdırmamış və həmin hala hü quqi qiymət verməmişdir.

23. Belə ki, 31 may 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 15 may 2020-ci ildən 31 may 2020-ci ilə kimi işə çıxmaması və işə çıxamadığı təqdirdə barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Halbuki, 19 may 2020-ci il tarixli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı 19 may 2020-ci ildə Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsi tərəfindən bir günlük Bakı şəhərinə ezam olunmuşdur. Göründüyü kimi, işdə olmaması barədə xəbərdar edildiyi tarixdə iddiaçı işdə olmuş və cavabdeh tərəfindən Bakı şəhərinə ezam olunmuşdur. Eyni zamanda iddiaçı ezamiyyə ilə əlaqədar cavabdehin tapşırığını yerinə yetirərək Bakı şəhərinə getmişdir.

24. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi idd iaçının müdiriyyət tərəfindən ona qərəzli münasibət göstərildiyi, işə çıxmaması barədə bütün aktların sonradan tərtib edildiyi və əsl həqiqəti əks etdirmədiyi barədə dəlillərini yuxarıda qeyd edilən hal nəzərə alınmaqla araşdırmalı və müvafiq araşdırmanın nəticəsinə uyğun hazırkı mübahisəyə hüquqi qiymət verməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(104)-498/2022 nömrəli qətnaməsi ilə (hakim R.Mamedovun sədrliyi və məruzəsi ilə, hakimlər A.İsgəndərova və Ə.Abdullayev) apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(006)-1068/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilmişdir.

26. Ape llyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olmaması barədə xəbərdar edildiyi tarixdə iddiaçı işdə olmuş və cavabdeh tərəfindən Bakı şəhərinə ezam olunmuşdur. Eyni zamanda iddiaçı ezamiyyə ilə əlaqədar cavabdehin tapşırığını yerinə yetirərək Bakı şəhərinə getmişdir.

27. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçıya müdiriyyət tərəfindən qərəzli münasibət göstərilmiş, işə çıxmaması barədə bütün aktlar sonradan tərtib edilmişdir.

28. İddia tələbinin məcburi iş buraxma üçün əmək haqqı hesablanılıb ödənilməsi hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən həmin hissədə də iddia əsaslı olmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 12, 68, 70 “ç”, 71, 80, 186, 300.1-ci maddələrinə istin ad edərək əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

30. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(102)-2667/2023 nömrəli qərarı ilə (hakim Z.Əliyevin məruzəsi ilə, hakimlər V.Məmmədov və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(104)-498/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

32. Kassasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarınd a olan, Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərardadından görünür ki, Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsinin məhkəmə iclasının protokoluna dair verdiyi qeydlər üzrə ərizəsi aşağıdakı məzmunda təmin edilmişdir: “Göygöl Rayon Məhkəməsinin 2(066)-1068/2020 nömrəli mülki işin xx.xx.2020-ci il tarixli protokolunda sədrlik edən hakimin, İlqar Məhərrəmovun İddiaçı ünvanladığı suallar və İddiaçı suallara verdiyi cavablar; Sədrlik edənin sualına cavab; - mülki iş üzrə İddiaçı idarə etdiyi buldozerin xarab olmasına görə həmin traktorun düzəldilməsi ilə məşğul olduğunu, ona görə də işə çıxdığını, Meliorasiya və Su Təsərrüfatı ASC X2 idarəsi həmin dövrlərdə rəisi işləmiş İlqar Məhərrəmovun sualına cavab; (mülki iş üzrə İddiaçı məhkəmə iclasında uzun müddət ərzində hansı səbə bdən işə 2 ay müddətinə çıxmamağını soruşduqda?) - traktorun düzəldilməsi ilə məşğul olmuşam və günəmuzd işçi olmuşam, ona görə də iş yerinə gəlməmişəm, başqa traktorçu və yaxud traktor-buldozerçi vəzifəsində işləyənlərdə iş olmayanda işə çıxmamışdır, çünki günəmuzd işləyənlər iş olmayanda işə çıxmırdılar – ifadələri protokolda öz əksini tapsın.”

33. Belə olan halda kassasiya kollegiyası hesab etmişdir ki, məhkəmə iclasının protokoluna daxil edilmiş qeydlər işin faktiki hallarına aid olduğu üçün mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla onlara və bütövlükdə mübahisənin həllinə hüquqi qiymət verilməlidir.

34. Ona görə ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə ba xır. Kassasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

35. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(104)-2753/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimər R.Muradov və R.Cəfərov) apellyasiya şikayəti təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)-1068/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsi üzrə, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə verilən 14 iyul 2020- ci il tarixli, 65 saylı əmrin etibarsız hesab edilməsi, İddiaçı Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsində buldozerçi işinə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün həmin peşə üzrə ştat cədvəlinə uyğun əmək haqqı hesablanıb ona ödənilməsi qət edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar vardır. Belə ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlar ının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilərkən işəgötürənin qanunla nəzərdə tutulan bir sıra şərtlərə əməl edilməsidir.

37. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının etibarsız sayılmasını xahiş etdiyi Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsi üzrə 14 iyul 2020-cı il tarixli 65 saylı əmrin mətni aşağıdakı kimidir: “İddiaçı-buldozerçi 14 iyul 2020-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən ilə işdən azad edilsin əmək müqaviləsinə xitam verilsin.” Göründüyü kimi, həmin əmrin mətnində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə hansı səbəbdən, yəni, İddiaçı üzrsüz səbəbdən hansı tarixdə işə çıxmadığı səbəbindən xitam verilməsi barədə məlumatlar göstərilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının etibarsız sayılmasını xahiş etdiyi Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsi üzrə 14 iyul 2020-cı il tarixli 65 saylı əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə cavab vermir. Bu hallar Əmə k Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinin hazırkı mübahisəyə tətbiqi və həmin əmrin etibarsız hesab edilməsi üçün qanuni əsaslardır.

39. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 30 sentyabr 2021-ci il tarixli qərarındakı qənaətinə əlavə olaraq göstərmişdir ki, işə apellyasiya qaydasında baxılarkən X2 İdarəsinin nümayəndəsi Vəkil2 Rəfael oğlu izahatında göstərmişdir ki, 14 iyul 2020-ci il tarixdə İddiaçı çilingər işləyirdi və çilingər kimi işdən azad edilmişdir. Lakin, əmrdə texniki səhvə yol verilmiş və onun buldozerçi kimi işdən azad edildiyi qeyd edilmişdir. Ancaq, yenə də, həmin əmrin mətninə diqqət yetirdikdə İddiaçı buldozerçi kimi işdən azad edildiyi müəyyən edilir. Bu hal onun əmək kitabçası ilə də təsdiq olunur. Bundan başqa, nümayəndə izahatında göstərmişdir ki,19 may 2020-ci il tarixli ezamiyyə vərəqəsi qanuni sənəd olmamışdır. Apellyasiya kollegiyası nümayəndənin bu dəlilini də əsassız saymış və bildirmişdir ki, həmin ezamiyyə vərəqəsi idarənin sənədlər üçün nəzərdə tutulan künc ştampı ilə ştamplanmış, idarənin rəhbəri tərəfindən imzalanmış və idarənin möhürü ilə möhürlənmişdir ki, bu halda həmin ezamiyyə vərəqəsinin qanuni sənəd olmadığından söhbət gedə bilməz.

40. Kassasiya kollegiyası iş materiallarını tədqiq edib, 14 iyul 2020-cı il tarixli 65 saylı əmrin mətnində yol verilən qanun pozuntusunu diqqətdə saxlayıb, belə qənaətə gəlmişdir ki, cavabdeh idarənin rəhbərinin qərəzli olaraq iddiaçını işdən çıxarmaq üçün sonradan sənədlər tərtib edərək məhkəməyə təqdim etməsi barədə iddiaçının dəlilləri təsdiq ol unandır.

41. Bundan əlavə, Ali Məhkəmənin Mülki kollegiyası iş üzrə 12 sentyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasov barəsində xüsusi qərardad çıxarmışdır. Xüsusi qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının icraatında olduğu dövrdə Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasov, Ali Məhkəməyə sorğu göndərərək X2 İdarəsinin birinci instansiya məhkəməsinin iclas protokoluna verdiyi qeydlərə baxılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Mülki iş Göygöl Rayon Məhkəməsinə göndərildikdən sonra cavabdehin həmin məhkəmənin 21 sentyabr 2020-ci il tarixli iclasının protokoluna dair qeydlərinə (iddiaçının işə gəlməməsini etira f etməsi barədə) mahiyyəti üzrə baxmışdır. İddiaçı, qeydlərə etiraz edərək iş vaxtı işdə olduğunu bildirmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1068/2020 nömrəli, 11 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının işə çıxmaması barədə etirafedici ifadəsi 21 sentyabr 2020-ci tarixli məhkəmə iclasının protokoluna daxil edilmişdir. Beləliklə, işə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasov prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Sözügedən qeydlər qanunla müəyyən edilmiş müddətdə verilmədiyi halda, birinci instansiya məhkəməsi onları geri qaytarmamış, işə bir dəfə kassasiya, iki dəfə apellyasiya məhkəməsində baxıldıqdan və iddiaçının xeyrinə qərar qəbul edildikdən sonra cavabdehin verd iyi qeydlərə mahiyyəti üzrə baxmış və onları təmin etmişdir. Bununla da (apellyasiya məhkəməsi tərəfindən qəbul ediləcəyi halda) işin həllinə əhəmiyyətli təsiri ola biləcək yeni məlumat - faktiki hal prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə işə daxil edilmişdir. Kassasiya məhkəməsi yaranmış vəziyyəti nəzərə alaraq, işi yeni apellyasiya baxışına göndərməyə məcbur olmuşdur.

42. Apellyasiya kollegiyası hesab etmişdir ki, Göygöl Rayon Məhkəməsinin iş üzrə iddiaçının işə çıxmaması barədə etirafedici ifadəsinin 21 sentyabr 2020-ci tarixli məhkəmə iclasının protokoluna daxil edilməsi barədə olan 11 aprel 2023-cü il tarixli qərardadı qanunsuz olmaqla yanaşı, həm də özündə obyektiv reallığı əks etdirmir. Ona görə də, həmin qərardadda göstərilənlər işin hallarının müəyyən edilməsind ə iddiaçının həqiqi izahatı kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 271-ci maddəsinə əsasən, protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Məhkəmə iclasının protokolunda bir sıra məsələlər o cümlədən işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatları göstərilir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən isə işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. İş materiallarından müəyyən olunur ki, X2 İdarəsinin rəisi 20 yanvar 2023-cü il tarixdə protokola qeyd verilməsi haqqında ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərildiyi kimi, Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasov prosessual hüquq normalarının kobud pozuntusuna yol vermiş, sözügedən qeydlər qanunla müəyyən edilmiş müddətdə verilmədiyi halda birinci instansiya məhkəməsi onları geri qaytarmamış, işə bir dəfə kassasiya, iki dəfə apellyasiya məhkəməsində baxıldıqdan və iddiaçının xeyrinə qərar qəbul edildikdən sonra cavabdehin verdiyi qeydlərə mahiyyəti üzrə baxmış və onları təmin etmişdir.

43. Protokola verilmiş qeydlərə baxılarkən iddiaçı məhkəmədə iştirak etmiş, X2 İdarəsinin rəisinin protokola qeyd verilməsi haqqında ərizəsində göstərilənlərə etiraz etmiş və izahatında göstərmişdir ki, “mən işə çıxmamışam ifa dəsi işlətməmişəm, mən hər gün işdə olmuşam heç bir yerdə deməmişəm ki, işə çıxmamışam”.

44. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X2 İdarəsinin rəisinin protokola qeyd verilməsi haqqında ərizəsində İddiaçı, yəni məhkəmədə özünün izahatı dinlənilmiş bir şəxsin adından qarşı tərəfin başqa məzmunlu izahatın verildiyi barədə qeydləri işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

45. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfində n işin qeyd olunan hallarına qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

46. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 12, 68.1, 70, 71, 84, 300-cü, Mülki Prosessual Məcəllənin 14.1, 76, 77.1, 78.1, 80, 81, 88, 106.1, 217.4, 271.1, 271.2, 273, 372.6, 372.7, 384.0.2, 385.1.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

47. Cavabdeh Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsi kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(104)-2753/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən ba xılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 62, 125-ci, Əmək Məcəlləsinin 10-cu maddəsi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsi, 72-ci maddəsinin “a” bəndi, 80 və 186-cı maddələri, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 14.2, 31.1, 35.1, 35.2, 44.2.2, 45.1, 47.2, 80, 372.7, 420-ci maddələrinin tələbləri pozulmuşdur.

49. Belə ki, iddiaçının uzun müddət işə gəlməməsi və tapşırılmış işi vaxtında yerinə yetirməməsi səbəbindən işlərin dayanması, müəssisədaxili intizam qaydaları pozması iş materiallarındakı sübutlarla, şahid ifadələri, aktlarla təsdiq olunmuşdur. İddiaçı haqqında tərtib olunmuş intizam tənbehləri barədə qüvvədə olan əmrlərin əsassız olmasını təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Apellyasiya məhkəməsi iddiaçının yalnız xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işdə olmamasına hüquqi qiymət verərək, iddiaçının işdə olması qənaətinə gəlmiş və hətta əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə bir günlük Bakı şəhərinə ezam olunub və bu ezamiyyətdə olmaq da iddiaçının işdə olduğunu göstərir. İşə baxan apellyasiya məhkəməsi işi hərtərəfli araşdırmadığı tam açıq aydın şəkildə ortadadır. Belə ki, xx.xx.2020-ci il tarixli ezamiyyə vərəqəsi olan günə münasibətdə, yəni 15 may 2020-ci il tarixdən 30 may 2020-ci il tarixə qədər olan dövr ərzində işə çıxmaması ilə bağlı İddiaçı töhmət verilmiş, İddiaçı töhməti rəsmi qaydada əldə etmiş, onu mübahisələndirməmişdir. Məhkəmənin icraatında Göygöl Suvarma sistemlər İdarəsinin 62 saylı şiddətli töhmət verilməsi barədə əmri yox, 65 saylı işdən çıxarılma barədə əmri mübahisələndirir. Məhkəmə araşdırarkən 15 may 2020-ci il tarixdən 30 may 2020-ci il tarixə qədər olan dövrü yox, 29 iyun 2020-ci il, 30 iyun 2020-ci il, 01 iyul 2020-ci il, 02 iyul 2020-ci il, 03 iyul 2020-ci il tarixdə işə gəlməməsini araşdırmalı idi. Əmrdə göstərilən dövr ərzində iddiaçı hansı səbəbdən işə çıxmaması barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Cavabdeh iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaran zaman qanunvericiliyin bütün tələblərinə riayət etmiş və iddiaçı tərəfindən kobud şəkildə pozuntular aşkar edildikdən sonra onun işdən çıxarılmasını İdarənin Həmk arlar təşkilatının idarə heyətinin razılığı ilə həyata keçirmişdir.

50. Mülki iş üzrə cavabdehin qeydə alındığı yer Gəncə Şəhəri, Totanlı küçəsi 111dir. İşə baxan apellyasiya məhkəməsi aidiyyət məsələsini yoxlamamış və bununla da, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Göygöl Rayon Məhkəməsi aidiyyət qaydalarını pozmaqla işə baxmış, Gəncə Apellyasiya Məhkəməsi aidiyyətlə bağlı prosessual tələbləri yoxlamamışdır.

51. Cavabdeh mötəbər sübutlarla iddianın əsassız olduğunu sübut etmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında İddiaçı işə gəlməməsini etiraf etdiyi məhkəmə iclas protokolu mövcuddur. İddiaçının işə gəlməməsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli iclasında etirafı mötə bər sübutdur və işə baxan məhkəmə tərəfindən görməməzlikdən gəlinmişdir. Həmçinin, iddiaçının işə gəlməməsini etiraf etdiyi birinci instansiya məhkəməsinin protokoluna düzəliş edilməsi barədə qərardad isə ləğv edilməmiş və qüvvədədir.

52. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

53. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

54. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

55. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

56. Azərbaycan Respublikasının Əmək M əcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yeti rmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; https://eqanun.az/framework/46943əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, on ların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəl illər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmiş dir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

60. Kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməklə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi əmrin məzmununun Əmək Məcəlləsinin 84-cü maddəsinə uyğun olmaması nəticəsinə gəlmiş və qətnamə bu hissədə kassasiya şikayətinin dəlillərində mübahisələndirilməmişdir.

61. Bundan başqa, apellyasiya məhkəməsi işdə olan sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar sübut olunmamış, cavabdeh işəgötürənin rəhbəri qərəzli olaraq iddiaçını işdən çıxarmaq üçün sonradan sənədlər tərtib edərək, məhkəməyə təqdim etmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların p ozulması kassasiya məhkəməsi tərəfindən müəyyən olunmamışdır.

62. Kassasiya şikayətinin dəlilləri bu hissədə iddiaçının işə gəlməməsi, verilmiş əmrin əsaslı olması və bununla bağlı işin faktiki hallarının araşdırılmaması, sübutlara hüquqi qiymət verilməməsi ilə bağlıdır.

63. Halbuki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. İşin birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarının pozulması ilə baxılmasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. İlk olaraq bu səbəbdən ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, nə həmin məhkəmədə, nə də ki, sonrakı apellyasiya və kassasiya baxışlarından aidiyyət qaydalarının pozulmasını göstərməmişdir.

65. Halbuki, Mülki Prosessual Məcəllənin 45.1-ci ma ddəsinə (iş birinci instansiya məhkəməsinin icraatında olan dövrdə qüvvədə olan redaksiyada) əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər.

66. Digər tərəfdən, müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd olunmuş, həmin qətnamə apellyasiya məhkəməsi tərəfindən ləğv olunaraq, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yeni qətnamə qəbul edilməklə, iddia təmin olunmuşdur. Yəni, iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi hər bir halda ərazi aidiyyəti üzrə işə baxmaqda səlahiyyətli olmuşdur.

67. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2023-cü il i tarix li, 2(104)-2753/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar