Məhkəmə qərarları › İş №2(102)-3845/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3845/2022

03.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3845/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3845/2022 (Açar sözlər: mülkiyyətin müdafiəsi) Bakı şəhəri, 3 oktyabr 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-333/2021 nömrəli iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın A lqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X8 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsini alıcı İddiaçı 5000 manat qiymətinə satmışdır. 2. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən gorunu ki, satıcı X8 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,01 ha olan torpaq sahəsini alıcı İddiaçı 500 manat qiymətinə satmışdır. 3. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X8 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,0662 ha olan torpaq sahəsindən 0,05 ha torpaq sahəsini alıcı İddiaçı 2500 manat qiymətinə satmışdır. 4. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləs indən görünür ki, satıcı X8 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsini alıcı İddiaçı 5000 manat qiymətinə satmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli kitabının 15 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********18 olan ünvan 1i ünvanında yerləşən 0,3001 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Döv lət reyestrində qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli kitabının 6 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********81 olan ünvan 1i ünvanında yerləşən 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm əti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli kitabının 44 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********84 olan ünvan 1i ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(033)-257/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş tərəflər arasında 18 iyul 2017-ci il tarixli 2 V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, 01 oktyabr 2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış, 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və 08 aprel 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə651 saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinın etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli İddiaçı və X2 adına aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)1563/2020 nömrəli qətnaməsinə əsasən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(033)-257/2020 nömrəli qətnаməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər İddiaçı və X5 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həm in alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2078/2021 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1563/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan, ünvan 1ində yerləşən, mülkiyyətində olan 0.05 ha, 0.3001 ha və 0.11 ha torpaq sahələrindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Zaqatala rayonu, Göyəm kənd sakini X1 25 iyul 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,10 ha torpaq sahəsini, 09 avqust 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha torpaq sahəsini, 14 sentyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,01 ha torpaq sahəsini və 11 aprel 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsini almışdır. Qeyd olunan əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş mərhum X3 oğlu iş üzrə Cavabdeh atasının ölümündən sonra alqı-satqı yolu ilə aldığı torpaq sahələrini zəbt etmiş, girişlərinə maneçilik törətmiş və dolayısı ilə də həmin

13. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi onun mərhum atası X4 mülkiyyətində olmuşdur. Həmin torpaq sahələrini atası hissə-hissə saxta sənədlər əsasında iddiaçıya satmışdır. Hazırda o həmin torpaq sahələrindən istifadə edir və oradan çıxmaq istəmədiyini bildirir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

14. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlm iş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin Zaqatala rayonu, Göyəm kəndində yerləşən İddiaçı Qurban qızının mülkiyyətində olan 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1i ərazisində yerləşən 0,3001 ha, 0,11 ha və 0, 05 ha torpaq sahələri X3 mülkiyyətində olmuş və 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşı nmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə, 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi və xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı satılmışdır. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər İddiaçı və X5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, 152.1, 152.5, 157.2, 157.4, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırıəlmışdır ki, məhkəmənin qətnaməsi ilə razı deyil, qətnamə məhkəmə tərəfindən tam araşdırma aparılmadan qəbul edilmişdir və ləğv edilməlidir. Bildirir ki, məhkəmənin gəldiyi nəticə səhvdir. Məhkəmə tərəfindən iddia tə ləbi üzrə tam araşdırma aparılmamış və məhkəmənin gəldiyi nəticə əsaslı və düzgün deyil. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-cil tarixli, 2(107)1563/2020 nömrəli qətnaməsi olmasına baxmayaraq, atası anası ilə faktiki nikah münasibətlərində olmasına dair xx.xx.2017-ci il tarixdə qətnamə çıxarılmış, lakin, Şəki Apellyasiya Məhkəməsinin 11.07 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir. Deməli, onun Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsindəki payı ona məxsus olaraq qalmışdır. Bundan başqa qardaşı X7 ölmüş elan edilməsi barədə Zaqatala rayon Məhkəməsinin qətnaməsi də Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsində onun da payı qalmışdır. İddiaçı vicdanlı alıcı hesab ol unmasına baxmayaraq ancaq X6 məxsus olan hissədən onun çıxarılmaq məsələsi həll oluna bilər. Lakin, burada torpaq sahəsinin naturada bölgüsü baş verməmişdir. Bundan başqa atası 0,06 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsində onun yaşadığı ev yerləşir. Qalan bir sot torpaqla bağlı yenə də naturada bölgü olmamışdır. Bütün göstərdiklərindən məhkəmənin məlumatı var və lazımi sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçıya bildirməli idi ki, o, birinci növbədə yerin naturada bölgü məsələsini həll etməli, yalnız ondan sonra məhkəməyə müraciət etməlidir. Lakin, məhkəmə tərəfindən göstərilənlərlə bağlı heç bir araşdırma aparılmadan düzgün olmayan qətnamə qəbul edilmişdir. Bildirir ki, məhkəmə tərəfindən Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsi qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bildirir ki, maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və pozulduğundan tətbiq edilən prosessul hüquq normaları da pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Bütün sübutlar məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən araşdırılmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar yoxdur.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) 9 mart 2022-ci il tarixli, 2(107)333/22 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin atası tərəfindən iddiaçıya saxta sənədlər əsasında satıldlğını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, əksinə iş materiallarında olan sübutlarala müəyyən edilir ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahələri üzərində cavabdehin hər hansı hüquqa malik olmadığı halda, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlər iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüquqularının məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 16.1, 139.1, 152.1, 152.5, 152.6, 157.4, 1 57.8, 164.1, 169.1, Torpaq Məcəlləsinin 111-ci və MPM-nin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən maddi hüquq normalarına iş üzrə düzgün istinad edilməmiş və həmin hüquq normalarının tələbləri mənə münassibətdə pozulmuş, iş üzrə araşdırma aparılmamışdır. torpaq sahəsinə dair tələb olunan bütün sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə kollegiyası yalnız iddiaçıya aid sənədlərə istinad etmiş və yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədləri mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına uyğun olmayan və əsassız nəticəyə gəlmiş, tətbiq edilən maddi hüquq normalarını cavabdehə münasibətdə düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası bir faktı nəzərə almamışdır ki, Zaqatala rayon Məhkəməsi atamın anamla faktiki nikah münasibətlərində olmasına dair xx.xx.2017-ci il tarixdə qətnamə çıxarılmış, lakin, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir. Deməli, Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsində anamın adına olan pay ona məxsus olaraq qalmışdır. Bundan başqa qardaşım X7 ölmüş elan edilməsi barədə Zaqatala rayon Məhkəməsinin qətnaməsi də Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsində onun adına olan payı qalmışdır. İddiaçı vicdanlı alıcı hesab olunmasına baxmayaraq, burada ancaq X6 məxsus olan hissədən mənim çıxarılmaq məsələm həll oluna bilər. Lakin, burada torpaq sahəsinin naturada bölgüsü baş verməmişdir. Bundan başqa atam 0,06 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsində mənim yaşadığım ev yerləşir. Qalan bir sot torpaqla bağlı yenə də naturada bölgü olmamışdır. Bütün göstərdiklərimlə bağlı iş materiallarında sənədlər və məlumat olmasına baxmayaraq, birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi də heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası iddiaçıya bildirməli idi ki, ( birinci instansiya məhkəməsi bunu etməmişdir ) o, birinci növbədə torpaq sahəsinin naturada bölgüsü məs ələsini həll etməlidir, yalnız ondan sonra məhkəməyə müraciət edə bilər. Lakin, birinci instansiya məhkəməsi kimi məhkəmə kollegiyası tərəfindən göstərilənlən hallarla bağlı heç bir araşdırma aparılmamış və məhkəmə kollegiyası da iş üzrə düzgün olmayan nəticəyə gələrək əsassız olaraq apellyasiya şikayətini təmin etməmiş və qanunsuz qətnamə qəbul etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

26. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim i sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. apellyasiya

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərə əsasən, mübahisə predmeti olan daşınmaz əşyaların mülkiyyətçisidir, cavabdehin isə həmin əşyalara faktiki sahibliyinin qanuni olduğu məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

36. Belə olan halda iddianın təmin edilməsi MM-in 157.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğundur (§ 28).

37. İddiaçının reyestrdə qeydə alınmış sərhədlər daxilindəki mülkiyyət hüquqları qanunla qorunur və müvafiq əsas olmadan onların məhdudlaşdırılmas ı yolverilməzdir. Eyni zamanda həmin torpaq sahələri ilə bağlı cavabdehin iddia etdiyi (reyestrdə qeydə alınmamış) hüquqlar, məhkəmə aktları ilə vicdanlı əldə edən şəxs qismində tanınmış iddiaçıya qarşı irəli sürülə bilməz (§ 29).

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, o cümlədən cavabdehin dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araş dırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-333/2021 nömrəli iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar