Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3846/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycandakı filialına qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Azərbaycan Respublikası Əmək və Əhalinin SosiaL Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iş tirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-647/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh Şirkətinin Azərbaycandakı filialı ilə İddiaçı arasında bağlanmış 03.11.2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı kiçik ölçülü boruların quraşdırıcı vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsi həmin tarixdən qüvvəyə minmiş və üç ay müddətinə bağlanmışdır. “xxxx” Limited Şirkətinin 07.09.2018-ci il tarixli N-KS/425/18 saylı əmri ilə əmək vəzifəsinin kobud şəkildə pozduğuna görə “xxxx LTD” Şirkətinin Azərbaycandakı Filialında “kiçik ölçülü boruların uqraşdırıcıs ı” vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 07.09.2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Filialın “kiçik ölçülü boruların quraşdırıcı” vəzifəsində işləyən İddiaçı adına tərtib edilmiş Təhqiqat Aktının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2019-cu il tarixli, 2-1(81)-850/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın 01.10.2019-cu il tarixli, 2-1(103)-1946/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh Şirkətinin Azərbaycandakı filialının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 01.10.2019-cu il tarixli, 2-1(103)-1946/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycandakı filialına qarşı (budan sonra – cavabdeh) iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 07.09.201 8-ci il tarixli, KS/425/18 nömrəli əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.08.2017-ci il tarixdə iş saatı “Sənqəçal terminalı” adlanan ərazidə əmək vəzifələrini yerinə yetirərkən borunun üstündə yıxılması nəticəsində diz nahiyəsindən xəsarət alması və bədbəxt hadisə faktı barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(009)-1412/2018 saylı, 04.04.2018-ci il tarixli qərardadı ilə ərizəsi baxılmamış saxlanılmışdır. O, iş zamanı xəsarət alması faktı ilə bağlı 16.05.2018-ci il tarixdə Qaradağ rayon prokurorluğuna ərizə ilə müraciət etmiş, lakin Prokurorluğun 29.08.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Prokurorluğun qərarından Bakı şəhər Prokurorluğuna şikayət edəndən sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə Qaradağ rayon Prokurorluğunun qərarı ləğv edilərək, iş üzrə araşdırma aparılması Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə həvalə olunmuşdur. Araşdırma zamanı bir sıra hallar araşdırılmış, cavabdeh təşkilatın işçilərinin izahatları alınmış, məhkəmə tibbi və məhkəmə təhlükəsizlik texniki ekspertizaları keçirilmişdir. Keçirilmiş ekspertizalardan sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 istehsalatda baş vermiş qəza ilə bağlı Təhqiqat Aktı tərtib etmişdir. Cavabdeh qurum iş yerində yıxılmasını və bunun nəticəsində aldığı xəsarəti istehsalatda ba ş vermiş bədbəxt hadisə kimi qəbul etməyərək Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verərək Təhqiqat aktını mübahisələndirdilər. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, qərar qanuni qüvvəsini almışdır. Cavabdeh onunla əmək müqaviləsinə xitam verərkən onun heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsini əsas tutmuşdur. Halbuki onun iş yerində olmaması üzrlü səbəbdən, yəni xəsarət alması ilə əlaqədar olmuşdur. Cavabdeh onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdən başqa, onun istehsalatda aldığı xəsarəti bədbəxt hadisəsi kimi rəsmiləşdirməkdən də imtina etmişdir. Bu hüquqlarının bərpası ilə bağlı o, məcbur olub məhkəməyə müraciət etmiş və öz hüquqlarının bərpasına nail olmuşdur. Yəni cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün iddiaçı tərəfindən böyük səy göstərilmiş və bu məsələnin həlli uzun müddət tələb etmişdir. Nəhayət işlə bağlı qəbul edilmiş yekun qərarını 05.03.2020-ci il tarixdə əldə etdikdən sonra cavabdeh qurum ona “İZ” formalı aktını təqdim etmişdir. Göründüyü kimi o, hüquqlarını mübahisələndirdiyi zaman cavabdeh 07.09.2018-ci il tarixli KS/425/18 No-li əmrlə əmək müqaviləsinə xitam vermiş və əmrdə əsas kimi onun 13.02.2018-ci il tarixdən 07.09.2018-ci il tarixə qədər heç bir üzrlü səbəb olmadan işə gəlməməyi göstərilmişdir. Hazırda onun aldığı xesarətin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində alması tam təsdiq olunduğundan, onun hazırki tələblə məhkəməyə müraciət etmək üçün buraxılmış müddət üzrlü səbəblərdən buraxılmış kimi hesa b edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) 2(009)1406/2020 saylı 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillər onun tərəfindən işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün buraxılmış müddət üzrlü səbəblərdən buraxılması kimi hesab edilə bilməz. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 07.08.2018-ci il tarixdə xitam verilsə də, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı yalnız 17.06.2020ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə qanunda nəzərdə tutulmuş 1 aylıq müddət keçdikdən sonra müraciət etməsini n üzrlü səbəbdən, yəni istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində səhhətinin pozulması, bu halın təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi və onun hüquqlarını müdafiə edən vəkillərin səhlənkarlığı ilə bağlı olduğunu göstərmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər oby ektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə iddiaçının uzun müddət işdə olmaması əsası ilə xitam verilmişdir. İddiaçı iddia ərizəsində onun işdə olmamasının səbəbini istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı olmasını bildirsə də, işəgötürən tərəfindən bu hallar nəzərə alınmamışıdr. Bu səbəbdən iddiaçı həmin faktın təsdiqi ilə bağlı Qaradağ rayon Prokurorluğuna müraciət etmiş və aparılmış araşdırma və təyin edilmiş ekspertizalardan sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 istehsalatda baş vermiş qəza ilə bağlı təhqiqat aktı tərtib edilmişdir. Sonradan həmin akt mübahisələndirilsə də, məhkəmə qərarları ilə hadisənin istehsalatda baş verməsi təsdiq olunmuşdur. Yəni həmin hal məhkəmə qaydasında mübahisələndirmiş və məhkəmə qərarlarına əsasən iddiaçının aldığı əmək xəsarətinin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində olması təsdiq edilmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının aldığı xəsarətin istehsalatda baş verən bədbəxt hadisə ilə bağlı olmasını müəyyən edilməsi ilə əlaqədar məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etməsi, eyni zamanda 2018-ci ilin noyabr ayında qanunsuz işdən azad olunma ilə əlaqədar Əmək Müfəttişliyi Xidmətinə müraciət etməsi onun işə bərpa olunması ilə bağlı məhkəmədə iddia qaldırmasına mane olan hal kimi qəbul edilə bilməz. Yəni iddiaçı işdən azad olunmasını aşkar etdiyi vaxtdan pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar 1 ay müddətində məhkəməyə müraciət etməli idi. Hətta əmək xəsarəti i lə bağlı mübahisəyə dair baxılan mülki işdə məhkəmə qərarı ilə iddiaçının aldığı xəsarətin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yaranması təsdiq edilsə də (Ali Məhkəmənin İnzibati Kolelgiyasının 05.02.2020-ci il tarixli qərarı) və məhkəmə qərarının icrası ilə bağlı iddiaçıya “İZ” formalı akt verilsə də, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı yalnız 17.06.2020-ci il tarixdə, yəni həmin vaxtdan da qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi həm mübahisəli əmr qəbul edildikdən, həm də məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Məhkəmə Əmək Məc əlləsinin 296-cı maddəsinin 2-ci bəndinim tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər üzrlü hal kimi qəbul edilə bilmədiyindən, onun 07.09.2018-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində onun işdə olmamasının səbəbini istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı olmasını bildirsə də, bununla bağlı müvafiq dövlət idarələrində araşdırma aparılaraq müvafiq məhkəmə qərarları qəbul edilsə də, bu hallar iddiaçını qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində, yəni, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi andan-07.09.2018-ci il tarixli N-KS/425/18 saylı əmri qəbul edildiyi andan 1 təqdim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. Hətta əmək xəsarəti ilə bağlı mübahisəyə dair baxılan mü lki işdə məhkəmə qərarı ilə iddiaçının aldığı xəsarətin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yaranması təsdiq edilsə də (Ali Məhkəmənin İnzibati Kolelgiyasının 05.02.2020-ci il tarixli qərarı) və məhkəmə qərarının icrası ilə bağlı iddiaçıya “İZ” formalı akt verilsə də, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı yalnız 17.06.2020-ci il tarixdə, yəni həmin vaxtdan da qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşki edir, belə olan halda isə həmin dəlilləri formal xarakter daşıyır və iddiaçının mülahizələrinə əsaslanır. Apellyasiya şikayətinin dəlilləri birinci inst ansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin SosiaL Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının həd ləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: Maddə 70 bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Maddə 296. 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296. 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə ma hiyyəti üzrə baxa bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə a laraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-647/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3846/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3846/2021
30.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver