Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3846/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdən az ödənildikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), X2 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, "xxxx" MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 8 sentyabr tarixli 2(103)-391/2025 nömr əli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDiLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə ona qaytarmalı olduğu 25.000 (iyirmi beş min) manatın, tərəfindən ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun, eyni zamanda, ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 (beş min) manat pulun, ümumilikdə 30180 (otuz min yüz səksən) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh "xxxx" MMC İddiaçı qarşı qarşılıqlı iddia verərək, İddiaçı görülmü ş təmir-tikinti işlərinə görə 37000 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 202 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-136/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi (hakim Ş.Qədirova) ilə ilk iddia rədd rədd edilmiş, qarşılıqlı iddia isə qismən təmin olunaraq, iddiaçıdan 29262 manat məbləğində pul vəsaiti və 177,79 manat məbləğində dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pulun tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır.
4. İddiaçı biri nci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-cü il 8 sentyabr tarixli 2(103)-391/2025 nömrəli qətnaməsi ilə (hakimlər İsgəndərov Akif (sədrlik edən və məruzəçi), Rüstəmli Məhəmməd və Səlimova Səadət) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İlk iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
6. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
7. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
8. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
10. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfind ən qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
13. Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. İşdən görünür ki, ilk iddia 30.000 manat, qarşılıqlı iddia üçün isə 37 000 manat maddi ziyanın ödənilməsi barədə tələbdir və bu tələblərə baxılması üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8-ci maddəsinin tələbinə əsasən iddia qaldırılarkən ilk iddia üçün 180 manat, qarşılıqlı iddia üçün 201 manat məbləğində dövlət rüsumu, kassasiya şikayətində isə hər iki tələblə bağlı hissə mübahisələndirildiyindən cəmi 190,5 (90+100,5) manat dövlət rüsumu ödənilməli idi.
16. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti verilərkən "xxxx" MMC tərəfindən cəmi 103 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
17. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Ali Məhkəməyə göndərmişdir.
18. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytar ılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 8 sentyabr tarixli 2(103)-391/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətinin geri qaytarılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.