Məhkəmə qərarları › İş №2(102)-3847/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3847/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3847/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestrində 749 nömrəli rey estr kitabının, 70034 nömrəli vərəqində qeydiyyata alınmış, 20 iyun 2008-ci il tarixdə qeydiyyat nömrəsi **********9 olan MH seriyalı N0169459 saylı çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində istifadədə olan 0.10825 ha torpaq sahəsində yerləşən 11 A nömrəli, 5 mərtəbəli binada 33.1 kv.m. ümumi, 20.6 kv.m yaşayış sahəsindən ibarət 54 nömrəli mənzil iddiaçının mülkiyyətinə verilmişdir.

2. İddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, vəkilə hüquqi yardım üçün ödənil miş 110 manat və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 33.1 kv.m. mənzil iddiaçının mülkiyyətindədir və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 749 nömrəli reyestr kitabının 70034 nömrəli vərəqində qeydiyyata alınmış, 20 iyun 2008-ci il tarixdə qeydiyyat nömrəsi **********9 olan MH seriyalı X saylı çıxarış verilmişdir. Cavabdeh - qardaşı Cavabdeh1 onunla qonşuluqda yaşayır. İddiaçı səhhətilə bağlı həmin mənzildə yaşamır. Cavabdehlərin həmin dövrdə yaşamağa yerləri olmadığından və iddiaçının həmin mənzilə ehtiyacı olmadığından onların mübahisəli evdə məskunlaşmalarına şərait yaratmışdır. Halhazırda isə iddiaç ı həmin evə köçmək istəyir, lakin həmin mənzil onun şəxsi mülki olsa belə orada yaşamaq üçün yer yoxdur. Bu isə iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur.

5. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçının uzun müddət ona məxsus mübahisəli mənzildə yaşamaması səbəbindən, eyni zamanda iddiaçıya onun valideynləri tərəfindən başqa mənzil alındığından, o, anasının təklifi ilə iddiaçıya məxsus mübahisəli mənzili və özünün mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili birləşdirmiş və həyat yoldaşı digər Cavabdeh2 ilə orada yaşayır. O, iddiaçıya məxsus mənzilin bununla əlaqədar başqa şəxsə satılmasına etiraz edir və hesab edir ki, həmin mənzili almaqda üstünlük hüququ vardır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 29 oktyabr 20 20-ci il tarixli, 2(004)-4754/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (yüz on) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olduğu, cavabdehlərin isə bu mənzildə heç bir hüquqi əsas olmadan yaşadıqları, mübahisələndirilən yaşayış sahəsinin onların qanunsuz istifadəsində və sahibliyində olduğu, bununla da iddiaçının qanunla müəyyən olunmuş hüquqları pozulduğu üçün iddia tələbi əsaslı hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) 10 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 oktyabr 2020-cu il tarixli, X saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmi şdir.

11. Kassasiya şikayətinin dəlilləri cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahat ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı kassatorun doğma bacısıdır, mübahisəli mənzil bacısının həyat yoldaşının adına alınmışdır, lakin bacısı heç bir zaman mənzildə yaşamamışdır, anaları sağ olarkən belə bacısı övladlıq borcunu dərk etməmiş, analarının səhhəti, yaşadığı şəraitlə maraqlanmamış, maddi və mənəvi tələbatlarının ödənməsində yaxından iştirak etməmişdir. 25.03.2020-ci ilə qədər anası orada yaşamış, anası ilə həmişə özü qalıb, mənzilə dair bütün xərc və ödənişləri özü ödəmişdir. Anası sağ olarkən iddiaçı ev iddiası etməmişdir, anası öldükdən sonra mənzili özgəninkiləşdirmək fikrinə düşmüşdür. O və ailəsi uzun müddət bu evdə yaşamış, birgə təsərrüfat aparmışl ar. Onların bu evdə həm yaşamaq, həm də istifadə hüquqları var. İddiaçının qanun üzrə yaşayış yeri olsa da onun və həyat yoldaşının yaşayış yeri yoxdur, bu evi həmişə öz evləri kimi tanıyıb bilmişlər. Mübahisəli mənzili ona 30.000 manata satmasını bacısına təklif etmiş, lakin bacısı mənzili yalnız 75.000 manata satacağını demişdir. O və həyat yoldaşı heç ir yerdə işləmirlər, əlavə qazanc yerləri yoxdur. Buradan da aydın olur ki, iddiaçının fikri onunla anasının ədavətini aparmaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməməl ərinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r.

17. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

22. Daşınmaz Əmlakın Dövlət Reyestrində 749 nömrəli reyestr kitabının, 70034 nömrəli vərəqində qeydiyyata alınmış, 20 iyun 2008-ci il tarixdə qeydiyyat nömrəsi **********9 olan MH seriyalı N0169459 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində istifadədə olan 0.10825 ha torpaq sahəsində yerləşən 11 A nömrəli, 5 mərtəbəli binada 33.1 kv.m. ümumi, 20.6 kv.m yaşayış sahəsindən ibarət 54 nömrəli mənzil iddiaçının mülkiyyətinə verilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 11A saylı evin, 54 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə heç bir hüquqi əsas olmadan yaşayır, həmin mənzil cavabdehin qanunsuz istifadəsində və sahibliyindədir. Bu hal iddiaçının qanunla müəyyən olunmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.

24. Kol legiya hesab edir ki, hazırkı işin müəyyən edilmiş faktiki halları nəzərə alındıqda iddia təmin edilməklə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

25. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

26. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

27. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar