Məhkəmə qərarları › İş №2(102)-3848/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3848/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3848/2021 02.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, maddi və mənəvi zərərin ödənilməsi tələbi; sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1832/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 2 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri X notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 25.05.2017-ci il tarixli 3M-229 reyestr nömrəli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı 04.08.2013-cü il tarixdən yaranmış 2.300 manat borcu olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği müqavilədə göstərilən 2 ay müddətinə, 25.07.2017-ci il tarixə kimi borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Cavabdeh 19.02.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən İddiaçı 600 manat borc almış və 19.05.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşd ür. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 05.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 25.05.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 2.300 manat borcun, həmin məbləğdən üç illik faizlər və dəbbə pulunun məhkəmənin rəyi əsasında təyin edilməklə onun xeyrinə tutulması, borclu Cavabdeh özünün imzası ilə təsdiq etdiyi 19.02.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən aldığı 600 manat borcun və dəymiş mənəvi zərərə görə 1.000 manat pulun, telefon danışıqları üçün ödənilmiş 161 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh məhkəmə mübahisələrinin həll edilməsi üçün ona nümayəndə kimi hüquqi yardım göstərmişdir. O, cavabdehə buna görə vəsait ödəmişdir. Cavabdeh 2015-ci ildə ondan 1.500 manat, sonrakı iki il ərzində 500 manat və 300 manat olmaqla, cəmi 2.300 manat borc almışdır. Vəkilin ödənişlərini etmək üçün o, “X” bankdan kredit götürərək ödənişləri vaxtında etsə də, üç il keçməsinə baxmayaraq qeyd olunan məsələ ilə bağlı bir nəticə əldə olunmamışdır. O, Cavabdeh pulların qaytarılmasını tələb etmiş, cavabdeh isə borcu qaytarmamışdır. Bu səbəbdən notariat kontoruna gedərək, aralarında 25.05.2017-ci il tarixli 3M-229 nömrəli borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışlar və cavabdeh 2.300 manat borcu 25.07.2017-ci ilə kimi ona qaytarmağı öhdəsinə götürsə də, bu məbləği ha zırkı vaxta kimi ona qaytarmamışdır. Sonradan isə 19.02.2019-cu il tarixdə sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən ondan 600 manat borc almışdır. Həmçinin cavabdehə onun işin aparılması məqsədilə “Azercell” və “Bakcell” mobil operatorlarından olan nömrələrinə pul yükləmişdir. Köçürülən vəsaitlərin məbləği 161 manat təşkil edir. Eyni zamanda cavadehin yükləmə kartlarından da ayrı-ayrı vaxtlarda nömrəsinə yüklədiyi cəmi 100 manat pul məbləğini ona ödəmişdir. Bütün bunlar ona dərin mənəvi zərbə vurmuşdur. Dəyən mənəvi zərəri 1000 manat qiymətləndirir.

5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək izahatında qeyd etmişdir ki, onun İddiaçı hər hansı bir borcu yoxdur. İddiaçı ona 04.08.2013-cü il tarixdə 2.300 manat pul vermişdir. Bunun müqabilində o, iddiaçıya və onun ta nışlarına və iş yoldaşlarına uzun müddətdir ki, hüquqi yardım göstərir. İddiaçı həmin məbləği ona xidmət haqqı kimi ödəmişdir. Sonradan iddia tələblərinin və şikayətlərinin uğurlu olmadığını görərək, onu şantaj etməyə başlamış və ödədiyi pulları geri qaytarmağı tələb etmişdir. O, məcbur olaraq notariat kontoruna gedərək iddiaçı ilə 25.05.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqavilə bağlamış və 2.300 manat borcu 25.07.2017-ci ilə kimi iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Hesab edir ki, həmin müqavilədə göstərilən vəsait ona xidmət haqqı kimi ödənilmişdir. Həmçinin iddiaçı üç illik iddia müddətini ötürdükdən sonra, 05.08.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunan iddiaçı tərəfindən əlavə olaraq 600 manat ödənilməsi tələb edilmişdir. Bu barədə iddiaçının hazırkı tələblərinə dair Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə bir müddət əvvəl müraciət etmiş, inzibati orqanların araşdırmasından sonra tərəfindən dəfələrlə iddiaçıya müxtəlif məsələlərdə hüquqi, tərcümə və digər yardımlar etmişdir. İddia ərizəsinin əsassız olmasına və iddia müddəti keçməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(004)-3959/2020 saylı qətnaməsi (hakim Vahid Hacıyev) ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 19.02.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən aldığı 600 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 630 (altı yüz otuz) manat pulun tutularaq İddiaçı qaytarılması qət olunmuşdur.

7. Məhkəmənin mövqeyi ondan i barət olmuşdur ki, Cavabdeh 19.02.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən aldığı 600 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 630 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - “2.300 manat miqdarında borc məbləği və həmin məbləğdən üç illik faizlər və dəbbə pulu hesablanması” hissəsində rədd edilməlidir. Çünki, borcun etirafı haqqında müqavilə 25.05.2017-ci tarixdə tərtib olunmuş və həmin müqavilədə Cavabdeh 04.08.2013-cü il tarixdən yaranmış 2.300 manat borcunu 2 ay müddətinə, yəni 25.07.2017-ci il tarixə kimi İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı üç illik iddia müddətini ötürdükdən sonra 31.07.2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim et mişdir. İddia müddəti keçdiyinə görə, iddia tələbi bu hissədə rədd edilməlidir.

8. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş və mənəvi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. O cümlədən telefon danışıqları üçün ödənilmiş 161 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsasızdır. Çünki, bu məbləğin geri qaytarılması ilə bağlı cavabdeh heç bir öhdəlik götürməmişdir.

9. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 448.1, 739.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarına istinad edilərək əsaslandırılmışdır.

10. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(004)-3959/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini və qətnamə qəbul etmiş hakim barəsində intizam icraatı başlanması üçün Məhkəmə-Hüquq Şurasına göndərilməsinə dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə verər ək, Cavabdeh hərəkətlərinə cinayət məsuliyyətinə cəlb olunmalı hərəkətlər kimi qiymət verilməsini, 19.02.2019-cu il tarixli təsnifat kağızına daxil edilməyən 250 manat məbləğinin ödənilməsini Cavabdeh tələb edilməsini, 25.07.2017-ci il tarixli müqavilə üzrə 2300 manat məbləğinin ödənilməsini, telefon danışıqları üçün 161 manat məbləğinin ödənilməsini sonuncudan tələb edilməsini və 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(103)-1832/2021 saylı qətnaməsi (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasama l rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(004)- 3959/2020 saylı qətnaməsinin mübahisələndirilən - iddia tələbinin borclu Cavabdeh 25.05.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 2.300 manat borcun, həmin məbləğdən üç illik faizlər və dəbbə pulunun məhkəmənin rəyi əsasında təyin edilməklə onun xeyrinə tutulması, borclu Cavabdeh telefon danışıqları üçün ödənilmiş 161 manat pulun tutularaq, ona ödənilməsinin təmin edilməyən hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 2300 (iki min üç yüz) manat borc, 342 (üç yüz qırx iki) manat faiz borcu, telefona görə 58 (əlli səkkiz) manat, cəmi 2700 (iki min yeddi yüz) manat tutulması, qətnamə mübahi sələndirilən qalan hissədə-iddia tələbinin mənəvi zərərə görə 1.000 manat pulun tutulmasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra iddiaçı 31 iyul 2020-ci ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı 3 illik iddia müddətini keçirməmişdir. Cavabdeh Şəmsədədin oğlunun borc götürdüyü və mövcud borcun etirafı haqqında müqaviləyə əsasən iddiaçının tələb etdiyi borcu iddiaçı X1ytarmadığı üçün iddia tələbi əsaslıdır. Buna görə də, 2300 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Apellyasiya kollegiyası iddia tələbinin ödənilməmiş borca görə 3 illik faizlərin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, borcun etiraf haqqında müqavilə müddəti 25 iyul 2017-ci il tarixdə bitmiş, həmin tarixdən 25 iyul 2020-ci il tarixədək 3 illik müddət- 1095 gün üçün illik 5% hesablanmaqla əldən çıxmış fayda 342 manat təşkil edir.

14. Dəbbə pulu ilə bağlı hissədə kollegiya hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, dəbbə pulunun miqdarı ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud deyildir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ona mənəvi ziyan vurulmasını sübuta yetirə bilmədiyindən, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Bundan başqa, kollegiya hesab etmişdir ki, birinci isntansiya məhkəməsi telefon danışıqları üçün ödənilmiş 161 manat pulun tutulmasının təmin edilməyən hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. İddia tələbi 161 manat pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə telefon danışıqları üçün ödənilmiş 58 manat məbləğində pul tutulmalıdır. Belə ki, işdə olan qəbzlərlə yalnız telefona görə 58 manat pul ödənişinin olması müəyyən olunmuşdur.

16. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21.1, 21.2, 386.1, 739.1, 739.2, 882.1, 882.2, 882.5, 385, 442, 445.7, 462.3, 463.1, 463.2, 1096.1, 1097.1-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcr übəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına istinad edərək əsaslandırmışdır.

17. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1832/2021 saylı 10 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasına sədrlik edən hakim prosesdə bir tərəf kimi danışmağa imkan verməyərək, əks tərəfə ətraflı çıxış üçün tam şərait yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri olan işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxılması kimi prinsiplərə ziddir və Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu prinsiplərə riayət edilməmişdir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçı tərəfin ifadələrini əsas gətirmiş, dəlil-sübutsuz onlara əsaslanmışdır. Qeyd edirlər ki, proses zamanı dəfələrlə bəzi sənədlərin, söylənilənlərin əsaslığını təsdiqləyən materialların surətinin ona təqdim edilməsi, habelə onlarla tanış olmaq istəməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən vəsatətlə çıxış etsələr də, iclasa sədrlik edən hakim sözünü kəsmiş, daşınmağa imkan verməmişdir.

19. Kassator kassasiya şikayətinin də lillərini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 8.1, 14.1, 47.2, 77.1, 88, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

20. İddiaçı kassasiya şikayətinə etiraz göndərərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1832/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayəti verməklə sadəcə olaraq vaxt udmaq naminə vermişdir və həmin şikayəti oxuduqdan sonra məlum olmuşdur ki, şikay ət heç bir qanunvericiliyə söykənməyərək tərtib edilmişdir, maddi və prosessual pozuntuları konkret olaraq şikayətdə göstərə bilməmişdir və kassator əsas sübut növü kimi iddia müddətinin keçməsini və digər cəfəngiyat fikirləri şikayətdə göstərməklə nəzərə almamışdır ki, məhkəmələr iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, nəticədə tətbiq edilməli olan qanun düzgün tətbiq edilərək maddi və prosessual hüquq normaları tətbiq edilməklə qətnamə qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üz rə cavabdeh tərəf məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 14.2.1 Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

24. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tu tulmasın.

25. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 385 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyi n əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandı rılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

31. Maddə 882.1 Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

32. Maddə 882.2 Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

33. Maddə 882.5 Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

34. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyul a bilər. 36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. 38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətl ərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

39. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüza r nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

40. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

45. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§44).

49. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§45).

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§44). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Apellyasiya baxışının həddlərini qətnamənin iddianın təmin edilməyən – borclu Cavabdeh 25.05.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 2.300 manat borcun, həmin məbləğdən üç illik faizlər və dəbbə pulunun məhkəmənin rəyi əsasında təyin edilməklə onun xeyrinə tutulması, borclu Cavabdeh dəymiş mənəvi zərərə görə 1.000 manat pulun, telefon danışıqları üçün ödənilmiş 161 manat pulun tutularaq, ona ödənilməsi hissələrində yoxlanılması təşkil etmişdir. İş üzrə Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiklərindən və qətnamənin ləğv edilməsini xahiş etdiklərindən qətnamə tam yoxlanılır. Kassasiya instansi yası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh borc götürdüyü və mövcud borcun etirafı haqqında müqaviləyə əsasən iddiaçının tələb etdiyi borcu İddiaçı qaytarmadığı üçün iddia tələbi əsaslıdır. Belə ki, tərəflər arasında notarial qaydad a bağlanmış mövcud borcun etirafı haqqında müqaviləyə əsasən borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı 04.08.2013-cü il tarixdən yaranmış 2.300 manat borcu olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği müqavilədə göstərilən 2 ay müddətinə, 25.07.2017-ci il tarixə kimi borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür.

54. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyas iya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir.

55. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yan aşı iş materialları ilə təsdiq edilmədiyindən və əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§46).

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1832/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar