Məhkəmə qərarları › İş №2(102)-3848/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3848/2025

22.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3848/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X8rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X8rşı ərizənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4515/2025 nömrəli 8 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X14də xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əsasında işə götürülmüş, əvvəlcə baş mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2022-ci ildən Hüquq, kadr, daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə, xx.xx.2023-cü il tarixdən isə Hüquq, kadr, sənədlərlə iş departamentinin müdiri vəzifəsinə təyin olunmuşdur.

2. Əmək müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli Razılaşmanın 1-ci bəndinə əsasən Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı aylıq əmək haqqı 5000 manat müəyyən olunmuşdur.

3. Fərdi əmək mübahisəsinin həlli məqsədilə təkbaşına tətil edilməsi barədə ərizədən görünür ki, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təkbaşına tətil etməyə başlanılacağı barədə elektron qaydada ərizə göndərilmişdir. 4. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə Heyətinin sədrinə ərizə ilə müraciət e dərək bir aylıq xəbərdarlıq müddətini gözləmədən 30 oktyabr 2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir.

5. Əmək müqaviləsinə xitam verilməsi haqqında 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli Əmrə əsasən Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışan İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilərək onunla bağlanmış 01 mart 2021- ci il tarixli əmək müqaviləsinə 30 oktyabr 2024cü il tarixdən xitam verilmiş və onunla təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 3-17-6/1-Ə333/2024 saylı işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli Əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdi r.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus ***-***-**-** telefon nömrəsi ilə həmin qurumun İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Sevinc Axundluya məxsus ***-***-**-** telefon nömrəsi arasında “Whatsapp” proqram təminatı vasitəsilə yazışmadan görünmüşdür ki, iddiaçı ilə Sevinc Axundlu arasındakı işgüzar yazışmada Sevinc Axundlu iddiaçının İH sədri E.Səfərlinin sifarişi ilə özü tərəfindən onun adından işdən çıxarılmaq üçün aldatma, hədə-qorxu və digər üsullardan istifadə edildiyini, sonuncudan işdən çıxmaq üçün ərizə yazılmasının tələb olunduğunu təkzib etməmiş, bütün bunların sədrin tapşırığı ilə onun tərəfindən edildiyini dolayısı ilə etiraf etmişdir. Milli Observatoriyanın İH sədr müavini və əmək məzuniyyətində olan İdarə Hey ətinin sədri E.Səfərlinin vəzifələrini müvəqqəti icra edən H.Abbasov tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron məktubda və sonuncu tərəfindən H.Abbasova ünvanlanmış cavab məktubundan görünmüşdür ki, iddiaçını qanunsuz olaraq işdən çıxartmaq, ona təzyiq göstərmək məqsədilə perspektivdə intizam tənbehi vermək üçün ona icrası əmək funksiyalarından və müvafiq tədbirlər planından kənar tapşırıqlar ünvanlanmış, iddiaçı tərəfindən isə H.Abbasova sözügedən tapşırıqların hər hansı tədbirlər planının təfsilatlı icra planı qaydasında onun rəhbərlik etdiyi struktur bölmələrə həvalə olunmadığı bildirilmiş, lakin bununla belə məsələyə konstruktiv yanaşaraq öz təşəbbüsü ilə hazırladığı sənəd layihələrini təqdim etmişdir. İddiaçının qurumun Satınalma komissiyasının üzvlərinə və İd arə Heyətinin üzvü H.Abbasova korporativ elektron poçt vasitəsilə ünvanladığı xx.xx.2024-cü il tarixli elektron məktubundan göründüyü kimi qanunvericiliyin müvafiq tələblərinə riayət olunmadan aparılmış satınalma müqavilələrinin viza verilməsindən ötrü Hüquq və daxili nəzarət şöbəsinə təqdim edilməməsi xahiş edilmiş və belə pozuntularla bağlanmış satınalma müqavilələrinə sonuncu tərəfindən viza verilməsindən imtina olunmuşdur. Nazirliyin rəhbərliyinə İdarə Heyəti sədrinin müavini H.Abbasov tərəfindən ünvanlanmış 3-17-6/3-1312/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məruzə Milli Observatoriyanın rəhbərliyi tərəfindən iddiaçıya qarşı aparılan ardıcıl təzyiqlərin, şəxsi ədavətin və ayrı-seçkiliyin məntiqi davamıdır. Milli Observatoriyanın İH sədri E.Səfərlinin tapşırığı ilə iddiaçıya iş dən çıxmaq üçün təzyiq göstərmək, onu təqib etmək və işdən çıxmaq barədə ərizə yazmaqla razılaşmayacağı təqdirdə barəsində növbəti dəfə qanunsuz intizam tənbeh tədbiri tətbiq etmək məqsədilə sonuncuya onun əmək funksiyalarından, rəhbərlik etdiyi struktur bölmənin mandatından açıq-aşkar kənar olan qanunsuz tapşırıqlar verilmiş, sonuncu da öz növbəsində buna elektron poçt vasitəsilə öz etirazını bildirmişdir. Tərəfindən SDAS proqram təminatında sonradan aparılmış araşdırma və monitorinq nəticəsində məlum olmuşdur ki, E.Səfərlinin tapşırığı ilə sözügedən məqsədin və iddiaçının işdən çıxarılması planının tərkib hissəsi kimi qurumun İH-nin 2024-cü ilin avqust ayı üçün nəzərdə tutulmuş iclas protokolunun layihəsi içərisində yalnız “iclas” sözü yazılmaqla, boş vərəq formasında müvafiq elektron si stemə gücləndirilmiş elektron imza ilə imzalanaraq yerləşdirilmişdir. Başqa sözlə, E.Səfərli iddiaçını perspektivdə cəzalandırmaq, ona növbəti intizam tənbehi verməklə işdən çıxarmaq üçün ƏƏSMN MİS X12 Sisteminə özünün tapşırığı ilə qurumun İH-nin 2024-cü il avqust protokolu adı ilə sonradan dəyişdirmək və yeni versiyada həmin qeydiyyat nömrəsi və tarixi üzrə yerləşdirmək üçün boş vərəqin yerləşdirilməsinə nail olmuş, faktiki olaraq bunun üçün gücləndirilmiş elektron imza ilə boş vərəqi imzalamışdır. “Əmək məzuniyyət hüququnun təmin olunması ilə bağlı” xx.xx.2024-cü il tarixli ərizədən görünmüşdür ki, iddiaçı tərəfindən surəti məlumat üçün X7 Xidmətinə olmaqla Observatoriyanın İH sədri E.Səfərliyə 2023-2024-cü iş ili üçün qalıq 13 gün ödənişli əmək məzuniyyətinin təmin olunması ilə bağlı m üraciət edilmiş, əks təqdirdə bununla bağlı yaranmış fərdi əmək mübahisəsinin həlli məqsədilə təkbaşına tətil hüququnu həyata keçirəcəyi bildirilmişdir. “Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında” xx.xx.2024-cü il tarixli bildiriş xarakterli ərizədən görünmüşdür ki, iddiaçı tərəfindən həmin qurumun sədri E.Səfərliyə “Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında” ünvanlanmış, bildirişdə göstərilmişdir ki, dəfələrlə etdiyi yazılı və elektron müraciətlərə baxmayaraq 3-17-6/3-4-134/2024 nömrəli xx.xx.2024-cü il tarixli töhmət növündə əsassız, qanunsuz, maddi və prosessual hüquq normalarına zidd əmr ləğv edilməmişdir. Bununla yanaşı dəfələrlə edilmiş müraciətlərə baxmayaraq əmək məzuniyyəti hüququnun tətbiqindən əsassız olaraq imtina edilmişdir. Həmçinin izahatında və digər müraciətlərində də fərdi qaydada tətil etmək hüququndan istifadə etməli olacağını bildirmişdir. Eyni zamanda etdiyi şikayətlərə, etirazlara baxılmır, izahatı, ərizələri, müraciətləri nəzərə alınmır. Əksinə, ona qarşı ayrı-seçkilik, təqib, inzibati təzyiqlər, hüquqlarının əsassız olaraq məhdudlaşdırılması davam etdirilir. Qeyd olunanlara əsasən Əmək Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq sözügedən fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək - 1 ay müddətində əmək müqaviləsinə xitam vermədən əmək funksiyalarının icrasını tam dayandıraraq təkbaşına tətil etməyə başlayacağını bildirmişdir. “E-sosial” Əmək və X4 şəxsi elektron kabinetindən çıxarışdan görünmüşdür ki, tərəfindən işəgötürənə ünvanl anmış həmin müraciət (bildiriş) müvafiq elektron informasiya sistemi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18:02 radələrində “İşəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsində **********1398 nömrə ilə qeydə alınmış və real vaxt rejimində baxılmaq üçün işəgötürənə göndərilmiş, işəgötürən tərəfindən məlumatlı olduğu və ya məlumatlı olmalı olduğu halda bu günə kimi cavablandırılmamışdır. Həmçinin bildirişin kağız daşıyıcıda təqdim edilmiş nüsxəsindəki qeydlərdən də göründüyü kimi bildiriş qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ərizəçidən təhvil alınmışdır. Bununla yanaşı iddia ərizəsinə əlavə edilmiş korporativ elektron poçtundan çıxarışdan göründüyü kimi həmin bildiriş qurumun İH sədri E.Səfərlinin, İnsan resurslarının idarə edilməsi şöbəsinin baş mütəxəssisi və şöbə müdiri vəzifələrini müvəqqəti icra edən E.Novruzovun korporativ elektron poçt ünvanlarına da paralel olaraq göndərilmişdir. “Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında” xx.xx.2024-cü il tarixli bildirişdən görünmüşdür ki, iddiaçı tərəfindən həmin qurumun sədri E.Səfərliyə “Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında” bildiriş ünvanlanmış, bildirişdə göstərilmişdir ki, dəfələrlə ona, Nazirliyin rəhbərliyinə ünvanladığı yazılı və elektron müraciətlərə və mediasiya prosesinə və həmin proses çərçivəsində apardığı danışıqlara baxmayaraq, barəsində 3-17-6/3-4134/2024 nömrəli xx.xx.2024-cü il tarixli töhmət növündə əsassız, qanunsuz əmr bu günə kimi ləğv edilməmişdir. Bununla yanaşı dəfəl ərlə etdiyi müraciətlərə baxmayaraq əmək məzuniyyəti hüququnun tətbiqindən əsassız olaraq imtina edilmişdir. Həmçinin, izahatında və digər müraciətlərində də fərdi qaydada tətil etmək hüququndan istifadə etməli olacağını bildirmişdir. Eyni zamanda etdiyi şikayətlərə, etirazlara aidiyyəti üzrə baxılmır, izahatı, ərizələri, müraciətləri nəzərə alınmır, növbətçi şablon cavablar verilir. Əksinə, ona qarşı ayrı-seçkilik, inzibati təzyiqlər, hüquqlarının əsassız olaraq məhdudlaşdırılması davam etdirilir, ərizə yazaraq işdən çıxmağı üçün ona müxtəlif xarakterli təzyiqlər göstərilir. Həmçinin, 2022-ci ilin may ayında 14 nəfər digər köhnə işçilərlə yanaşı onun da əmək müqaviləsi yenidən tərtib edilməsi üsulu ilə qanunsuz olaraq müddətsiz əsasdan müddətli əsaslara keçirilmiş, bununla bağlı Nazirliyi n rəhbərliyi tərəfindən irad tutulmuş, lakin əmək müqaviləsi yenidən müddətsiz şərtlərə qaytarılmamışdır. Qeyd olunanlara əsasən Əmək Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq sözügedən fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2024-cü il saat 10.30 tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsinə xitam vermədən əmək funksiyalarının icrasını qismən (Tərəflər arasındakı onlayn əmək müqaviləsinin 3.1.2, 3.1.4-cü yarımbəndindəki funksiyaları) dayandıraraq təkbaşına tətil etməyə başlayacağını bildirmişdir. “E-sosial” Əmək və X4 şəxsi elektron kabinetindən çıxarışdan görünmüşdür ki, tərəfindən işəgötürənə ünvanlanmış həmin müraciət (bildiriş) müvafiq elektron informasiya sistemi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10.30 radələrində **********8260 nömrə ilə qeydə alınmış və rea l vaxt rejimində baxılmaq üçün işəgötürənə göndərilmiş, işəgötürən tərəfindən məlumatlı olduğu və ya məlumatlı olmalı olduğu halda bu günə kimi cavablandırılmamışdır. İddia ərizəsinə əlavə edilmiş “Elektron ünvan ” şəxsi elektron poçtundan çıxarışdan göründüyü kimi sözügedən tətil bildirişi tərəfindən həm də qurumun İdarə Heyətinin sədri E.Səfərlinin və İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Sevinc Axundlunun rəsmi korporativ elektron poçt ünvanlarına da paralel olaraq hər ehtimala qarşı göndərilmişdir. Həmin müraciətlərə AR ƏƏSMN Aparatının rəhbəri F.Musayevin ünvanladığı xx.xx.2024-cü il tarixli 317/2-Ə9061/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətlərinə baxılmışdır, müraciətində qeyd olunmuş məsələlər qiymətləndirilərək qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir. Diqqətinə çatdırılmışdır ki, “142 Çağrı Mərkəzinə” Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin əməkdaşı ilə bağlı müraciətində qeyd etdiyi məsələ araşdırılmış və qanunvericiliyin tələbinin pozulması faktı öz təsdiqini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı 18 saylı X2 Mediasiya Sessiyasında (İMS) İştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01021 nömrəli arayışının (intizam tənbehinin verilməsi haqqında əmrin ləğvi və s. tələblər üzrə) “Tərəflərə göndərilən bildirişin tarixi və tərəflərə çatma tarixi” qrafasındakı qeydlərdən görünmüşdür ki, “xx.xx.2024, ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılmışdır, qarşı tərəfin təşəbbüsü ilə tərəflər arasında razılıq əldə olunması məqsədilə danışıqlar aparıldığı üçün proses dəfələrlə təxirə salınsa da iştirak etmədilər”. Qarşı tərəfin sözügedən danışıqlar prosesində təkidli tələbi və mövqeyi ondan ibarət olmuşdur ki, yalnız iddiaçı işdənçıxma barədə ərizə təqdim etdiyi halda sözügedən intizam tənbehinin (töhmətin) verilməsi barədə əmr ləğv oluna bilər, əks təqdirdə növbəti intizam tənbehləri verilə və iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacaqdır. Onun tərəfindən belə bir təklif qəbul edilmədiyindən danışıqlar prosesi baş tutmamış və həmin intizam tənbehinin tətbiq edilməsi barədə əmrin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırlmışdır. İddia ərizəsinə əlavə edilmiş iddiaçının AR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına ünvanlanmış xx.xx.2024-cü il tarixli “Əmək hüquqlarının pozulması barədə” şikayət ərizəsindən və həmin ərizənin rəsmi qaydada göndərilməsinə dair "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 206835 nömrəli qaiməsindən görünmüşdür ki, şikayətdə qeyd olunmuşdur ki, 2024-cü ilin iyunun 28-də bir neçə struktur bölmə rəhbərinə, o cümlədən iddiaçıya İdarə Heyətinin sədri Elnur Səfərlinin tapşırığı və onun müavini Hasil Abbasovun müşayiəti ilə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri tərəfindən işdənçıxma barədə ərizə yazmağına dair təzyiq göstərilmiş, əvvəlcə tərəfindən belə ərizə yazılmış, daha sonra həmin ərizənin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə zidd qaydada alındığı göstərilərək tərəfindən etibarsız hesab edilməklə ləğv edilmişdir. İşəgötürən tərəfindən həmin ərizəyə cavab məktub unda da qeyd olunan hal təkzib olunmamış, ümumi şəkildə ərizənin nəzərə alındığı qeyd olunmuşdur. Bununla bağlı şikayətinin bir nüsxəsi AR İnsan Hüquqları Müvəkkilinin (Ombudsmanın) Aparatına da göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə əmək məzuniyyətindən qayıtdıqdan sonra bu təzyiqlər davam etdirilmiş, qanunsuz və əsassız olaraq təzyiq məqsədilə İdarə Heyətinin sədri E.X6 Əliyevə intizam tənbehi verilməsi haqqında 317-6/3-4-134/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə töhmət verilmişdir. Daha sonra mütəmadi olaraq təzyiq göstərmək məqsədilə əmək funksiyalarından və rəhbərlik etdiyi struktur bölmənin mandatından kənar tapşırıqlar verilmişdir. Növbəti mərhələdə isə ona işdən çıxmaq üçün təzyiq göstərmək məqsədilə E.Səfərlinin və H.Abbasovun, habelə onların himayədarı S.Əli yevin sifarişi ilə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin bəzi əməkdaşları vasitəsilə təzyiqlər göstərilmiş, bilavasitə adıçəkilən şəxslərin sifarişini yerinə yetirən, onların əlaltısı R.Cavadov onun barəsində guya əllərində kifayət qədər kompromat olması ilə şantaj etmiş, ondan müxtəlif zəmində etirafedici izahatlar almaq üçün təzyiq göstərmişlər. Buna görə də əmək funksiyalarının icrasından tam imtina etməklə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi qaydada təkbaşına tətil elan etmiş, daha sonra məhkəməyə müraciət etmişdir. Tətildən qayıtdıqdan sonra təzyiqlər davam etdirilmiş, bu minvalla tərəfindən yenidən xx.xx.2024-cü il tarixdə, bu dəfə əmək funksiyalarının icrasından qismən imtina etməklə təkbaşına tətil elan edilmişdir. Daha sonra, İdarə Heyətini n sədri Elnur Səfərlinin tapşırığı ilə subordinasiya qaydaları pozularaq departament müdiri olduğu halda digər şöbənin baş mütəxəssisi Vüsal İsayev tərəfindən korporativ elektron poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 15.34 radələrində ondan rəhbərlik etdiyi departamentin əsasnaməsindəki vəzifələrdən və əmək funksiyalarından kənar verilmiş aidiyyəti olmayan tapşırıqların icra olunmaması əsası ilə izahat tələb olunmuş, icrası mümkünsüz olan həmin tapşırıqların icra olunmaması ilə bağlı barəsində intizam icraatı başlatmış, həmin intizam icraatının aparılmasını isə əmək funksiyalarına, səlahiyyətlərinə və subordinasiya qaydalarına zidd olaraq başqa şöbənin baş mütəxəssisinə həvalə etmişdir. Bütün bu baş verənlərlə bağlı onun tərəfindən xx.xx.2024cü il tarixdə saat 17.20 radələrində AR İnsan Hüquqları üzrə Müvəkkilinin 916 qaynar xəttinə müraciət edilmiş, Müvəkkilin Aparatının əməkdaşı tərəfindən şifahi müraciətində qeyd olunan xüsusatların yazılı qaydada Ombudsman Aparatına müraciət ünvanlanması tövsiyə olunmuşdur. Həmin tövsiyəyə müvafiq olaraq tərəfindən yazılı müraciət ünvanlanmışdır. E.Səfərli 2024-cü ilin iyunun sonundan etibarən müxtəlif təzyiq vasitələrindən istifadə etməklə onu da işdən çıxmaq üçün ərizə yazmağa məcbur etməyə çalışır. O, qətiyyən hazırkı işindən çıxmaq fikrində deyil. Qeyd olunanlara əsasən məsələnin nəzarətə götürülməsini xahiş etmişdir. Daha sonra qeyd etmişdir ki, həmin müraciətə AR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparat rəhbərinin xx.xx.2024-cü il tarixli 2-5/2-31441/2024 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərba ycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 11.1.4-cü maddəsinə əsasən, şikayətlə bağlı məhkəmə icraatı getdikdə həmin şikayətə Müvəkkil tərəfindən baxılmır. Həmin müraciətinə cavab məktubu ünvanlanmazdan əvvəl Ombdusman Aparatının əməkdaşı tərəfindən onunla telefon əlaqəsi saxlanılmış, şikayətində göstərilən xüsusatların mövcud vəziyyəti barədə xəbər alınmış, qurumda işləyib-işləməməyi sorğu edilmiş, o da öz növbəsində artıq işdən çıxarıldığını, bununla bağlı məhkəmə qaydasında fərdi əmək mübahisəsinin başladılması üçün prosessual tələblərə riayət edərək mediasiya prosedurunun başladılması üçün müvafiq tədbirlər həyata keçirdiyini bildirmişdir. Belə olan halda ona şifahi şəkildə bildirilmişdi ki, mediasiya və ya məhkəmə mübahisəsi predmeti olan fərdi əmək mübahisəsi artıq Ombudsmanın səlahiyyətləri xaricindədir. Daha sonra iddiaçı qeyd etmişdir ki, işdən çıxarılması barədə əmrdə onun verilməsinə əsas kimi onun ərizəsi göstərilsə də ərizə ilə tanış deyildir. Belə bir ərizənin mövcudluğu barədə əmrlə tanış olduqdan sonra ehtimal əsasında xəbər tutmuşdur. Ehtimal olunur ki, ərizə işəgötürənin özü və ya tapşırığı əsasında onun adından tərtib edilmişdir. Göstərilənlərə əsasən mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan və formal mülahizələrə əsaslandığından rədd olunmalıdır. İddiaçı ilə xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Sosial Müdafiə Məsələləri Depart amentinin Həyat səviyyəsi və sığorta-pensiya sisteminin təhlili şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixində Hüquq, kadrlar və daxili nəzarət şöbəsində şöbə müdiri vəzifəsinə, xx.xx.2023-cü il tarixində Hüquq kadr və sənədlərlə iş departamentinə Departament müdiri vəzifəsinə təyin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Qurumun rəhbərliyinə ərizə ünvanlanaraq tutduğu vəzifədən azad edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı quruma yeni ərizə ünvanlayaraq, əvvəlki ərizəni geri götürdüyünü və onun etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin ərizəyə Milli Observatoriyanın İH sədri E.Səfərlinin “Müraciətə aidiyyəti üzrə baxılması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-6/2-Ə-107/2024 nömrəli məhkəməyə təqdim edilmiş cavab məktubunda n görünmüşdür ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aidiyyəti üzrə nəzərə alınmışdır və ərizəsi etibarsız hesab edilmişdir. İddiaçı yenidən xx.xx.2024-cü il tarixində Qurumun rəhbərliyinə ərizə ünvanlayaraq xəbərdarlıq müddəti gözləmədən xx.xx.2024-cü il tarixdə işdən azad edilməsini xahiş etmişdir. Onun ərizəsi nəzərə alınaraq xx.xx.2024-cü il tarixli 3-17-6/3-4-173/2024 nömrəli əmrlə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının tutduğu vəzifədən azad edilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarına riayət edilmiş, son-haqq hesab ödənilmiş, təhvil-təslim işləri aparılmış və xitam ərizəsinin bir nüsxəsi iddiaçıya təhvil verilmişdir. Onlar tərəfindən heç bir pozunt uya yol verilməmişdir. İddiaçının işdən çıxma barədə ərizəsindən görünmüşdür ki, ərizə onun öz xətti ilə, şəxsən tərtib edilərək imzalanmış və Sənədlərlə və vətəndaşlarla iş şöbəsinə təqdim edilmişdir. Daxili qaydalara uyğun olaraq sənəd həmin şöbəyə ya rabitə orqanı (poçt) vasitəsi ilə, yaxud şəxsən və ya ona etibar edilmiş şəxs vasitəsi ilə təqdim edilə bildiyindən, ərizənin verilməsindən iddiaçının xəbəri olmaması barədə dəlili absurd ehtimaldır və hər hansı sübutla təsdiq edilməmişdir. İddiaçı tərəfindən şöbəyə təqdim edilən ərizə daha sonra qeydiyyatdan keçmiş, möhürlənərək X12 Sisteminə daxil edilmiş və rəhbərlik tərəfindən edilmiş dərkənara əsasən icra edilməsi üçün İnsan resurslarının idarə edilməsi şöbəsinə müvafiq əmrin hazırlanması üçün təqdim edilmişdir. Nəticə olaraq tərtib ed ilmiş əmr İdarə Heyətinin sədri tərəfindən imzalanmışdır, bununla da iddiaçı öz istəyinə uyğun olaraq ərizədə özü göstərdiyi tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı ona qarşı tutduğu vəzifədən azad edilmə ilə bağlı ərizənin yazılması məqsədi ilə təzyiqlərin göstərilməsini bildirmiş, daha sonra isə həmin ərizənin onun tərəfindən verilməməsini bildirmişdir. Göründüyü kimi iddiaçının hər iki dəlili məntiqə uyğun deyil və heç bir sübutla təsdiq edilmir. İddiaçıya qarşı vəzifə tutduğu qurumda qərəzli münasibətlə müşahidə olunan təzyiq olsaydı onun birinci işdən çıxma barədə ərizəsi verildikdən sonra növbəti, ərizənin geri götürülmə barədə müraciəti nəzərə alınmazdı və onunla bağlanılmış əmək müqaviləsinə həmin vaxt xitam verilərdi. Həmçinin iddiaçıya onun səlahiyyətlərinin xaricin də olan tapşırıqların verilməsi vəzifə təlimatı ilə ziddiyyət təşkil etməməklə yanaşı ona qarşı edilən təzyiqlərin yox, iş yükünün öhdəsindən gələ bilməməsinin sübutudur. İddiaçının ona əmək məzuniyyətinin verilməməsi dəlili ilə bağlı bildirilmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixində 19 gün müddətində müvafiq əmrlə əmək məzuniyyəti verilmişdir, istifadə edilməmiş əmək məzuniyyətinə görə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq son haqq-hesab zamanı kompensasiya ödənilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və müəllifşünaslıq ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 4/ 445-4/452 nömrəli ekspert rəyinə əsasən təqdim olunmuş mülki işin 2-ci cildinin 94-cü vərəqində olan İddiaçı adından Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin mətni və “İddiaçı” yazısı qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur.

10. Məhkəmənin iclasında iştirak edən iş üzrə rəy vermiş ekspert X3 izahatında bildirmişdir ki, iş materialları rəy verilməsi üçün ona təqdim edilmiş və iş üzrə ekspertiza aparılaraq dəqiq rəy verilmişdir. İş materiallarında olan əlyazma və imza nümunələri ilə iddiaçının yazdığı işdən çıxma barədə ərizədəki imza və əlyazma eyni şəxs tərəfindən icra edilmişdir və iddiaçıya məxsusdur.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-15 92/2025 saylı, 30 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim L.Məmmədova) iddia qismən təmin olunmuş, iddiaçının xx.xx.2024-cü il tarixli işdən çıxma barədə ərizəsi etibarsız hesab edilmiş, cavabdehin 30 oktyabr 2024-cü il tarixli 3-17-6/3-4-173/2024 nömrəli əmri ləğv edilərək, iddiaçının Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik X11, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, Mediasiya Şurası üçün ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən 40 (qırx) manat dövlət rüsumunu n tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

12. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qətnamənin nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilərək “cavabdeh tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi” ifadəsinin “iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər cavabdehdən tutularaq ödənilsin” kimi oxunması qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən işçi ilə əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə işçinin öz ərizəsinə, yəni Əmək Məcəlləsinin 68-ci m addəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam versə də, həmin dövrdə işçinin – İddiaçı Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən rəsmi tətildə olduğunu nəzərə almamışdır. Belə ki, işəgötürən ilk öncə işçinin tətil etməsinə razı olmadığı halda onu məhkəmə qaydasında mübahisələndirməli və ya işçinin tətil müddətinin bitməsini gözlədikdən sonra müvafiq əmrlə işçini işdən azad etməli idi. Lakin işəgötürən qeyd edilənlərə əməl etmədən təkbaşına tətil etdiyi dövrdə işçini işdən azad etmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işçinin işdən azad edilməsi nə dair elektron hərəkət cədvəlindən də görünmüşdür ki, işəgötürən hərəkət ardıcılığına əməl etməmiş, işəgötürən idarənin rəhbəri işdən çıxma barədə əmri ən son olaraq imzalamalı olduğu halda, ilk öncə işdən çıxma barədə əmr imzalanmış, daha sonra işçinin işdən çıxması barədə ərizəyə razılıq verilmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, bu hissədə iddiaçının iddiası əsaslı olduğundan təmin edilməlidir.

14. Məhkəmə həmçinin iddianın işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə bildirmişdir ki, iddiaçı işdən çıxma barədə ərizənin verildiyi gün, yəni xx.xx.2024-cü il tarixdə ərizənin qanunsuz və təzyiq altında yazılması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət etmiş, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Bu isə o deməkdir ki, işçi tərəfindən ərizə (əqd) mübahisələndirilmişdir. İddiaçı ifadə etdiyi həmin birtərəfli iradə bəyanını qanunla müəyyən edilmiş müddətdə mübahisələndirdiyi üçün ərizə etibarsız hala gəlmiş, onun hüquqi nəticələri aradan qalxmışdır. Belə olan halda həmin ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Bu səbəbdən də iddiaçı işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Belə ki, əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləs ini ləğv etmək hüququna malikdir və bu işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunverciliklə qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından suiistifadəsinə şərait yaratmış olur. Buna görə məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar ol madığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya işə bərpa olunduqdan sonra məcburi işburaxmaya görə ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir.

15. Məhkəmə həmçinin iddianın digər hissəsinə, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 12-ci bəndində müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində müavinətinin, 9-cu bəndinə müvafiq olaraq ö dənilən kollektiv mükafatların, Milli Observatoriyanın İdarə Heyətinin xx.xx.2022-ci il tarixli iclasının **********0 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair Təlimat”ın 5.3-cü bəndinə müvafiq olaraq ödənilən rüblük fərdi mükafatların verilməsi hissəsinə münasibətdə bildirmişdir ki, iddiaçının iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, AR Əmək Məcəlləsində əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması nəzərdə tutulsa da bu işəgötürənin vəzifəsi kimi müəyyən edilməmişdir. Təlimatla müəyyən edilmiş qaydaların 6.6-cı bəndinə əsasən Təlimat işəgötürənin işçilər qarşısında hər hansı öhdəliyi ni yaratmır. Bu isə o deməkdir ki, işəgötürən tərəfindən fərdi mükafatların verilməsi müəyyən olunmuş meyarlar əsasında həyata keçirilir və bu səlahiyyətin icrası onun hüququdur. Bu səbəbdən də həmin hissələrdə iddia tələbi təmin edilə bilməz.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 42, 45, 68, 83, 172, 295, 296, 300-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 354-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair 11 aprel 2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən ərizənin iddiaçı və ya digər şəxs tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın nəticəsi olan rəylə işdən çıxma barədə ərizənin iddiaçı tərəfindən icra olunduğu təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 295-ci maddəsinin 5-ci hissəsini düzgün tətbiq etməməklə mülki iş üzrə səhv nəticəyə gəlmişdir, çünki həmin norma təkbaşına tətil edən işçinin hərəkətlərini məhkəmədə mübahisələndirən işəgötürənə, əgər məhkəmə işçinin hərəkətlərini əsassız və ya qanunsuz hesab etməyibsə, birtərəfli qaydada işçi ilə əmək müqaviləsinin ləğv edilməsini qadağan edir. Yuxarıda qeyd ed ilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 295-ci maddəsinin 5-ci hissəsini hazırkı işə tətbiq edərkən məhkəmə nəzərə almamışdır ki, işəgötürən işçi ilə əmək münasibətlərinə işçinin öz ərizəsinə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam vermişdir. Məhkəmə “elektron sənədlərin hərəkət ardıcıllığının pozulmasına” istinad edərək, növbəti dəfə səhv etmişdir, çünki mülki dövriyyədə əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir (Mülki Məcəllənin 367.2-ci maddəsi). İddiaçı tərəfindən tutduğu vəzifədən azad edilməsi barədə ərizə xx.xx.2024-cü il tarixdə cavabdeh quruma təqdim edilərək, bir aylıq xəbərdarlıq müddə ti gözlənilmədən, xx.xx.2024-cü il tarixdən işdən azad edilməsi xahiş edilmişdir, onun xahişinə uyğun olaraq, xx.xx.2024-cü ildə işəgötürən tərəfindən bu barədə əmr verilmişdir. İddiaçı tərəfindən məhkəməyə baxış iclasında təqdim edilmiş “işçinin işdən azad edilməsinə dair elektron hərəkət cədvəli”ni məhkəmə əldə edilmə mənbəyini və mötəbərliyini araşdırmadan qəbul etmiş, sübutlar sırasına daxil etmiş, onlara qiymət vermiş və nəticədə səhv qətnamə çıxarmışdır. Məhkəmə iddiaçının işdən çıxma ərizəsini etibarsız hesab edərək nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 69.4-cü maddəsində işçi tərəfindən işdənçıxma barədə ərizənin etibarsız hesab edilməsini nəzərdə tutan xüsusi qayda nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünmüşdür ki, iddiaçı 2024-cü ilin iyun ayında işdən çıxma barədə eyni məzmunlu ərizəni cavabdeh quruma təqdim etmiş, daha sonra isə əmr verilənə qədər həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş və nəticədə onun işdənçıxma barədə ərizəsi işəgötürən tərəfindən etibarsız hesab edilmiş və hüquqi nəticə yaratmamışdır. Məhkəmə iddiaçı tərəfindən AR İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) ərizə ünvanlamasını birtərəfli iradə bəyanı kimi qəbul edərək, belə bir növbəti səhv nəticəyə gəlmişdir ki, qanunla müəyyən edilmiş müddətdə mübahisələndirdiyi üçün ərizə etibarsız hala gəlmiş, onun hüquqi nəticələri aradan qalxmışdır və belə olan halda həmin ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddiaçının tutduğu vəzifəyə bərpa olunması barədə səhv və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə, iddiaçının iddia ərizəsinin 6-ci bəndində satınalma ilə bağlı qanunvericiliyin pozulmasını qeyd etsə də, konkret hansı halın pozulmasını qeyd etməmişdir. 2024-cü ilin yanvar ayının 1-dən etibarən AYBDNX portalda yenilik edilib, bütün yazışmalar, sorğular, keçirilən satınalma (tender, kotirovka) prosedurlar nəzarət altında keçirilir, tam şəffaf keçirilir və hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. İddia ərizəsinin 12-ci bəndində Milli Observatoriyanın baş mütəxəssisi V.İsayev tərəfindən ona ünvanlanan e-mail barədə qeydi tamamilə əsassızdır. Belə ki, əlavə edilmiş sübutlardan da aydın görünmüşdür ki, xx.xx.2025-ci il tarixində göndərilmiş e-mail-də siyahıda iddiaçının e-mail də var, sadəcə olaraq texniki səhv olub “G” hərfi yerinə e-mail “q” hərfi qeyd edildiyindən e-mail yenidən iddiaçıya ayrıca göndərilmişdir. İddiaçı həm iddia ərizəsində, həm də xx.xx.2025-ci il tarixli iclasda (protokolda qeyd edilib) işdən çıxma ərizəni özü yazmadığını və həmin ərizə ilə ilk dəfə işdən çıxma ilə bağlı əmr verilən zaman məlumatı olduğunu bildirirək, həqiqətə uyğun olmayan ifadə vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixində məhkəmə baxış iclası zamanı təqdim edilən SDAS çıxarışı barədə sübutla bağlı cavabdehin vəkili tərəfindən onu necə əldə etməsi ilə bağlı sual ünvanlanmış, iddiaçı da cavabında dostları vasitəsi ilə əldə etdiyini bildirmiş və bundan sonra Milli Observatoriyada bu halla bağlı araşdırma aparılan zaman məlum olmuşdur ki, iddiaçı 28, 29 və 30 oktyabr tarixlərində SDAS-da baxış keçirilmiş və həmin ərizə haqqında məlumatı olmuşdur. Məhkəmə baxış iclası zamanı təqdim edilən sübutla bağlı cavabdehin mövqeyini öyrənməmiş, yalnız qarşı tərəfin təqdim etdiyi sübutlara əsasən qərar qəbul etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iclasda bildirmişdir ki, (protokolda qeyd edilib) Nazirliyin bir necə əməkdaşı xidməti otağına daxil olub işdən çıxma barədə ərizə verilməsini istəmişlər. Lakin bu halın baş verməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli) 2(103)-4515/2025 nömrəli mülki iş üzrə 8 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 30 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız saymış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmə məlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır.

21. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası və fərdi əmək mübahisəsinin həlli məqsədilə Əmək Məcəlləsinin 295ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təkbaşına tətil elan edilmiş və bu hal işəgötürənə məlum olmuşdur. Cavabdeh bu halı mübahisələndirmir və iddiaçı ilə əmək müqaviləsinə onun tətil etdiyi dövrdə xitam verildiyini qəbul edir. Cavabdehin mübahisələndirdiyi və apellyasiya şikayətinin də əsas dəlili olan hal əmək müqaviləsinə tətil dövründə xitam verilmiş olsa da, bu barədə ərizənin iddiaçının özü tərəfindən könüllü verilməsi və ərizədə əmək müqaviləsinə konkret tarix göstərilməklə xəbərdarlıq müddəti gözlənilmədə n xitam verilməsi barədə qeydin olmasıdır.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız sayır və qeyd edir ki, əvvəla, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin onun iradə ifadəsi olmasını qəbul etmir və bu, onun təkcə ərizənin yazıldığı xx.xx.2024-cü il tarixdə deyil, ondan bir gün əvvəl - xx.xx.2024-cü ildə saat 17:04 və saat 17:23 radələrində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına etdiyi müraciətlərlə də təsdiq olunur. Belə müraciətlərin həqiqətən edilməsi adı çəkilən orqanların müvafiq olaraq xx.xx.2025-ci il tarixli, 3-45/2-Ə938-41-782/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2-5/2-12317 /2025 saylı məktubları ilə də təsdiq olunur.

23. Qeyd olunan məktubların məzmunundan aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə həmin orqanların çağrı mərkəzinə müraciət edərək əmək hüquqlarının pozulduğunu, ona öz xahişi ilə işdən çıxması üçün işəgötürən tərəfindən təzyiqlər olduğunu, dəfələrlə ərizə yazmaq üçün çağırıldığını, hazırda da təzyiqlərin davam etdiyini və s. bildirmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, hələ ərizə yazılmamışdan ona təzyiqlər olunduğunu bildirən bir şəxsin öz xoşu ilə, könüllü şəkildə ərizə yazması və ərizədə xəbərdarlıq müddəti gözlənilmədən ertəsi gündən işdən azad olunmasını xahiş etməsi inandırıcı deyil və işin həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuş halları ilə təkzib olunur.

25. Digər tərəfdən, hazırkı mülki iş üzrə hadisələrin xronoloji ardıcıllığı da iddiaçının istinad etdiyi halların (təzyiq, hədə-qorxu, məcburiyyət təsirinin mövcudluğu) həqiqətən də baş verdiyini bir daha təsdiq edir. İşdən göründüyü kimi, xx.xx.2024-cü il tarixdə də iddiaçı tərəfindən oxşar məzmunlu ərizə yazılaraq təxirəsalınmadan işdən çıxarılması xahiş edilmiş, lakin o, həm işəgötürənə, həm də Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə və X5 müraciət edərək ondan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbi pozulmaqla işdən çıxma barədə ərizə alındığını bildirmiş və həmin ərizənin qeyri-qanuni üsullarla, sərbəst iradə ifadəsinə zidd olaraq alındığından etibarsız hesab olunmasını xahiş etmişdir. İşəgötürən həmin vaxt onun bu ərizəsini nəzərə almışdır. Göstərilən hallar iddiaçı ilə əmək müq aviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulduğunu, onun işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi ilə deyil, məcburiyyət təsiri altında yazdığını bir daha təsdiq edir. Halbuki, əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxmaq haqqında ərizənin verilməsi onun öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmuş olsun. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunla qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadə etməsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəldilməlidir.

26. Əmək müqaviləsinə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilməsi məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi məhz hansı hallarda ərizədə göstərilən gün işçi ilə əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Hazırkı işdə iddiaçı ilə bağlı belə halların mövcudluğu müəyyən edilmədi. Apellyasiya şikayətinin başqa bir dəlili hazırkı mübahisəyə Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı normalarının tətbiqinin yanlış olması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, işdən çıxmaq barədə ərizə də birtərəfli iradə ifadəsini özündə əks etdirən əqddir və bu baxımdan hazırkı münahisəyə bu hissədə Mülki Məcəllənin normalarının tətbiqində hər hansı yanlışlıq yoxdur.

27. Mülki Məcəllənin yuxarıda sadalanan normalarının mənasına görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edil məsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. Məhkəmənin qənaətinə görə iddiaçı vəzifəsindən azad edilməsi barədə ərizəni məcburiyyət təsiri nəticəsində vermişdir. İddiaçı həmin ərizənin onun iradə ifadəsini əks etdirmədiyini bildirməklə onu mübahisələndirdiyinə görə ərizə etibarsız hala gəlmiş, başqa sözlə onun hüquqi nəticəsi aradan qalxmışdır. Belə olan halda həmin ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsi id dianı qismən təmin etməkdə haqlı olmuşdur.

29. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianın əsasında duran faktiki hallarla bağlı sübutlara və cavabdehin dəlillərinə qanunvericilyə uyğun şəkildə düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticəni düzgün əsaslandırmışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, formal mülahizə xarakteri daşıyan həmin dəlillər MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

31. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikas ı Əmək Məcəlləsinin 2, 42, 68, 83, 295, 296, 300-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 354cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

34. Əlavə olaraq qeyd edilmişdir ki, tətil dövründə əmək müqaviləsinə xitam verilmə qadağası işəgötürənin təşəbbüsü ilə müqaviləyə xitam verilmə hallarına aiddir. Nəzərə alınmalıdır ki, necə ki, tətilin keçirilməsi işçinin iradə ifadəsidir, eləcə də, əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı işəgötürənə ərizə verməsi də onun müstəqil iradə ifadəsidir. Sonuncunun bəyan edilməsi, yəni işçinin öz xahişi ilə işdən çıxmaq istəməsi birinci halı avtomatik olaraq qüvvədən salmış olur. Odur ki, tətil dövründə işçinin xahişi ilə müqaviləyə xitam verilməsi zamanı işəgötürən tərəfindən hər-hansı qanun pozuntusuna yol verilməmişdir.

35. Məhkəmənin, iddiaçının işdən çıxma ərizəsində onun iradə ifadəsinin olması ilə bağlı mövqeyinə münasibətdə bildirilmişdir ki, məhkəmənin bu nəticəsi (mülki iş üzrə hadisələrin xronoloji ardıcıllığı da iddiaçının istinad etdiyi halların (təzyiq, hədə-qorxu, məcburiyyət təsirinin mövcudluğu)) işdə olan sübutlara və faktiki hallara əsaslanmır. Göründüyü kimi iddiaçı daha əvvəl oxşar halda başqa cür davra nış nümayiş etdirsə də, mübahisə predmetini təşkil edən hazırkı halda bunu etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının işdən çıxma barədə ərizəsini xx.xx.2024-cü il tarixdə verərək xx.xx.2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmiş, işəgötürən isə müvafiq əmri xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Necə ki, iddiaçı xx.xx.2024-cü ildə bəzi orqanlara “əmək hüquqlarının pozulması” adı altında şikayətlər ünvanlamışdır ki, eyni şəkildə işdən çıxma barədə ərizəsini yazdığı gün (hansı ki əmək müqaviləsinə hələ xitam verilməmişdi) də həmin ərizənin etibarsız hesab edilməsi və ya geri götürülməsi barədə işəgötürənə yeni ərizə təqdim edə bilərdi. İddiaçı iradə ifadəsinə zidd, təsir altında işdən çıxma barədə ərizə yazmasını bildirmək istəsəydi, həmin ərizənin geri götürülməsi barədə işə götürənə ərizə ünvanlamaqla buna asanlıqla nail ola bilərdi, nəzərə alsaq ki, iddiaçı Milli Observatoriyada Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışaraq, əmək münasibətlərini tənzimləyən qanun normaları ilə kifayət yaxından tanışdır. İşəgötürən tərəfindən işçiyə göstərilən təzyiq real olmalı, təxəyyülə əsaslanmamalı və işçi bu halı əsaslandırmalıdır. İddiaçının Ombudsmana yazdığı və “təzyiq” adlı altında ifadə etdiyi halların heç biri isə real deyildir və təzyiq məqsədi daşımır. Belə ki, Milli Observartoriyada – iddiaçının işlədiyi departamentdə Nazirlik tərəfindən yoxlama keçirilməsi qərəzli xarakter daşımamışdır. Belə ki, müvafiq yoxlamalar Nazirliyin bütün qurumları üzrə vaxtaşırı şəkildə həyata keçirilir. Sözügedən yoxlama Azərbaycan Respublikası Prezidenti nin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.5.4-cü yarımbəndinin tələblərindən irəli gəlir. İddiaçı özü də müvafiq şikayət ərizəsində etiraf etmişdir ki, “əmək fəaliyyətim dövründə əmək funksiyalarımı daim yüksək səviyyədə və keyfiyyətli icra etdiyimə görə mütəmadi olaraq vəzifədə yüksəlmiş və ardıcıl olaraq fərdi mükafatlar almışam.”. İddiaçının Milli Observatoriyada əmək fəaliyyəti dövrü yüksəlişli olduğu, fəaliyyətinə görə barəsində mükafatlandırılma tədbirləri tətbiq edildiyi halda işəgötürənin birdən-birə ona qarşı mövqeyini dəyişməsi, ona hər hansı qərəz, kin güdməsi məntiqli və ağlabatan deyildir. Qeyd edilməlidir ki, müvafiq yoxlamanın nəticəsində iddiaçının departamentində hər üç istiqamət – kadr, daxili nəzarət və sənədlərlə iş – üzrə nöqsanlar aşkarlanmış, kadr yoxlamasının nəticələrinə görə isə iddiaçıya töhmət verilmişdir (müvafiq əmr iddiaçı tərəfindən mübahisələndirilmişdir, məhkəmə mübahisəsi davam edir). İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən təkbaşına tətil elan etmişdi, əmək müqaviləsinə xitam verilməsi xahişi ilə bağlı ərizəsi məhz tətilin davam etdiyi dövrdə yazılmışdır. Tətil dövrü isə işçinin əmək hüquqlarının xüsusi olaraq qoruma altına alındığı, işəgötürən tərəfindən ona münasibətdə hər hansı tədbir görülməsinin qadağan edildiyi müddətdir. Belə ki, həmin dövrdə iddiaçı birmənalı olaraq qoruma və təminat altında olduğu halda, bu təminatdan imtina etməsi (üstəlik peşəkar hüquqşünas olan iddiaçının) məntiqli deyildir. Apelly asiya instansiyası məhkəməsi mülki iş üzrə hadisələrin xronoloji ardıcıllığının iddiaçının istinad etdiyi halların (təzyiq, hədə-qorxu, məcburiyyət təsirinin mövcudluğu) həqiqətən də baş verdiyini bir daha təsdiq etməsi barədə nəticəyə gələrkən, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsini əsaslandırılmamış, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli yuxarıda qeyd edilən əmrin ləğv edilməsini xahiş etmiş o əsas la ki, əmrin verilməsinə əsas olmuş onun adından yazılmış işdən çıxma barədə ərizənin müəllifi o, deyil, ərizənin kimin tərəfindən icra edilməsi və cavabdeh idarəyə təqdim edilməsi barədə məlumatı olmadığından həmin ərizə onun iradə ifadəsini əks etdirmir. Sözügedən ərizənin iddiaçı və ya digər şəxs tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın nəticəsi olan rəylə, eyni zamanda məhkəmə iclasında dindirilmiş ekspertin izahatı ilə işdən çıxma barədə ərizənin iddiaçı tərəfindən icra edilməsi təsdiq edilmişdir. 36. 15.04.2025-ci il tarixli birinci instansiya məhkəməsinin hazırlıq iclasında məhkəmə mülki işi kifayət qədər hazırlanmış hesab edərək, xx.xx.2025-ci il tarixə saat 14.40-a məhkəmə baxışı təyin edilmişdir. Məhkəmənin həmin tarixli baxış iclasında iddiaçı MPM-in 53-cü maddəsi qaydasında iddia ərizəsinə əlavə və dəqiqləşmə ərizələri ilə müraciət edərək, iddianın həm əsasını, həm də predmetini dəyişdirərək, həm iddia tələblərinin həcmini artıraraq, işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsini, tutduğu vəzifədən azad edilməsi barədə əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi işburaxmaya görə orta əmək haqqı və digər ödənclərin onun xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi sözügedən ərizələri məhkəmənin baxış iclasında icraata qəbul edərək, iddia tələblərinə əlavə etmiş, onlara qiymət vermiş, iddiaçının işdən çıxma barədə ərizəsini etibarsız hesab etmiş, əmri isə ləğv edərək, iddiaçını işə bərpa etmişdir, M PM-in 53-cü maddəsinin iddiaçıya işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa icazə verməsini, iddianın həm əsasını, həm də predmetini dəyişən ərizənin veriməsinin isə iddia tələblərinin rədd edilməsi üçün əsas olmasını nəzərə almamışdır, apellyasiya instansiyası məhkəməsi isə bu səhvi düzəltmək əvəzinə, qətnaməni əsaslı hesab edərək, dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın əsasında duran faktiki hallarla bağlı sübutlara və cavabdehin dəlillərinə, iddiaçının işdənçıxma barədə ərizəsinin onun tərəfindən yazılmaması barədə qeyri-səmimi ifadəsini, bu qeyri-səmimilik məhkəmədə təsdiq olunandan sonra onun tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanan ə rizə və müraciətlərə daha tənqidi şəkildə qiymət verilməsi zərurətinə qanunvericiliyə uyğun şəkildə düzgün hüquqi qiymət verməmiş və gəldiyi nəticəni düzgün əsaslandırmamışdır, bu səbəbdən məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz.

37. Cavabdeh şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69, 295, 300cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 354-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 53, 77, 88, 97, 372, 384, 386, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan ə mək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

40. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 25. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

41. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

42. Maddə 68.2 (bənd “a”). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

43. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməs inin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

44. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

45. Maddə 295.1. Pozulmuş hüquqların bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasında tam və ya qismən bir ay müddətindək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər.

46. Maddə 295.4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.

47. Maddə 295.5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.

48. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddə sinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

49. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

50. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

51. Maddə 300.1. Əg ər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

53. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

54. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

55. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar b arəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

56. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

57. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddə sində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyinə görə Azərbaycan Respublikasının MPM-in 417.1.4-ci maddəsinin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnamə tamamilə ləğv edilibb apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

68. Belə ki, İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 317-6/1-Ə-333/2024 saylı işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli Əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

69. Məhkəmələr yuxarıda göstər ilmiş qaydada yekun məhkəmə aktları qəbul etmişlər.

70. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası və fərdi əmək mübahisəsinin həlli məqsədilə Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təkbaşına tətil elan edilmiş və bu hal işəgötürənə məlum olmuşdur. Cavabdeh bu halı mübahisələndirmir və iddiaçı ilə əmək müqaviləsinə onun tətil etdiyi dövrdə xitam verildiyini qəbul edir.

71. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin müvafiq dəlilini əsassız sayaraq qeyd etmişdir ki, əvvəla, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin onun iradə ifadəsi olmasını q əbul etmir və bu, onun təkcə ərizənin yazıldığı xx.xx.2024-cü il tarixdə deyil, ondan bir gün əvvəl - xx.xx.2024-cü ildə saat 17:04 və saat 17:23 radələrində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına etdiyi müraciətlərlə də təsdiq olunur. Belə müraciətlərin həqiqətən edilməsi adı çəkilən orqanların müvafiq olaraq xx.xx.2025-ci il tarixli, 3-45/2-Ə-938-41-782/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2-5/2-12317/2025 saylı məktubları ilə də təsdiq olunur. Qeyd olunan məktubların məzmunundan aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə həmin orqanların çağrı mərkəzinə müraciət edərək əmək hüquqlarının pozulduğunu, ona öz xahişi ilə i şdən çıxması üçün işəgötürən tərəfindən təzyiqlər olduğunu, dəfələrlə ərizə yazmaq üçün çağırıldığını, hazırda da təzyiqlərin davam etdiyini və s. bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hələ ərizə yazılmamışdan ona təzyiqlər olunduğunu bildirən bir şəxsin öz xoşu ilə, könüllü şəkildə ərizə yazması və ərizədə xəbərdarlıq müddəti gözlənilmədən ertəsi gündən işdən azad olunmasını xahiş etməsi inandırıcı deyil və işin həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuş halları ilə təkzib olunur.

72. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmır. Belə ki, iş üzrə iddiaçının xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və Azərb aycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına müraciət edərək əmək hüquqlarının pozulduğunu, ona öz xahişi ilə işdən çıxması üçün işəgötürən tərəfindən təzyiqlər olduğunu, dəfələrlə ərizə yazmaq üçün çağırıldığını, hazırda da təzyiqlərin davam etdiyini və s. bildirməsi ona müvafiq təzyiqlərin edildiyini, 29 oktyabr 2024-cü il tarixində bir aylıq xəbərdarlıq müddətini gözləmədən 30 oktyabr 2024-cü il tarixdən işdən azad olunması barədə ərizə verərkən ona təzyiqlər edildiyini təsdiq edən hallar kimi qiymətləndirilməsi prosessual hüquq normalarının tələbinə uyğun deyil.

73. Kassasiya kollegiyası onu da qeyd edir ki, işçinin təkbaşına tətil etməsi onun hüququ olduğu kimi, elan etdiyi tətil dövründə işəgötürənə müvafiq ərizə ilə müraciət edərək tətil müddəti bi tmədən əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi də onun hüququdur və bu halda işəgötürənin müvafiq ərizəni nəzərə alaraq işçinin əmək müqaviləsinə xitam verməsi, işçinin elan etdiyi tətil bitmədiyi əsası ilə qanunsuz hesab edilə bilməz.

74. İş materialları ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixdə də iddiaçı tərəfindən oxşar məzmunlu ərizə yazılaraq təxirəsalınmadan işdən çıxarılması xahiş edilmiş, lakin o, həm işəgötürənə, həm də Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə və X5 müraciət edərək ondan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbi pozulmaqla işdən çıxma barədə ərizə alındığını bildirmiş və həmin ərizənin qeyri-qanuni üsullarla, sərbəst iradə ifadəsinə zidd olaraq alındığından etibarsız hesab olunmasını xahiş etmişdir. İşəgötürən həmi n vaxt onun bu ərizəsini nəzərə almışdır.

75. Lakin iş üzrə iddiaçı sonuncu dəfə 29 oktyabr 2024-cü il tarixdə bir aylıq xəbərdarlıq müddətini gözləmədən 30 oktyabr 2024-cü il tarixdən işdən azad olunması barədə ərizə verdikdən sonra, ərizəsini geri götürməmiş və ya onu etibarsız hesab etmək barədə müraciət etməmişdir.Bu hal isə iddiaçının müvafiq ərizəni sərbəst iradə ifadəsi ilə verdiyini təsdiq edir.

76. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilməsi məsələsinə gəldikdə isə, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi məhz hansı hallarda ərizədə göstərilən gün işçi ilə əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Hazırkı işdə iddiaçı ilə bağlı belə halların mövcudluğu müəyyən edilməmişd ir.

77. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin göstərilən əsaslandırması ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3- cü hissəsinin iddiaçının əmək müqaviləsinə xitam verildiyi vaxtda qüvvədə olmuş redaksiyasına əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

78. Əmək Məcəlləsinin göstərilən müddəası işəgötürənin mənafelərini qo ruyan müddəadır. İmperativ norma deyil. İşəgötürənə hüquq verir. Normada göstərilən hallar olmadıqda belə işəgötürən işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verə bilər və bu hər hansı bir hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Həmin maddə maddədə göstərilən hallar olmadıqda işçinin ərizəsində göstərdiyi gün işəgötürənin işçinin əmək müqaviləsinə xitam verməsinə mane olan norma kimi qəbul edilə bilməz.

79. Qeyd edilənlərlə təsdiq edilir ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya X14 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışan İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilərək onunla bağlanmış 01 mart 2021- ci il tarixli əmək müqaviləsinə 30 oktyabr 2024-cü il tarixdən xitam verilməsi və onunla təhviltəslim işlərinin və son haqq-hesabın aparılması barədə əmri qanuni və əsaslı olmuşdur.

80. Ona görə də iddiaçının xx.xx.2024-cü il tarixli 3-17-6/1-Ə-333/2024 saylı işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi tələbləri və həmin tələblərdən asılı olan onun əvvəlki işinə cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbləri əsassızdır.

81. Beləliklə də cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4515/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X10rşı “ərizənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddiası rədd edilməlidir.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4515/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X10rşı “ərizənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar