Məhkəmə qərarları › İş №2(102)-385/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-385/2023

07.02.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-385/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5580/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İ ddiaçı xx.xx.1998-xx.xx.1998 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. O, İİ qrup əlilidir (Diaqnoz: “Şizofreniya, şizofreniya paranoid forma, şiddətli tip psixi qüsur halı ilə.” Əlillik səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar əlillik).

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 yanvar 2017-ci il tarixli, 306 №-li Qərarına əsasən, İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Vegetativ damar distoniyası. Piodermiya ilə ağırlaşmış qoturluq” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 814 nömrəli göndərişi, xx.xx.2 016-cı il tarixli, 427 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.1998-ci il tarixli çıxarış epikrizi, Bakı Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli, 11 HP/2276 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-ci ildə hərbi xidmət zamanı aldığı İİ dərəcə əlilliyə görə ona qanunvericilikdə nəzərdə tutulmuş sığorta haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildə hərbi xidmətdə olarkən vegetativ damar distonsiyası, piodermiya ilə ağırlaşmış qoturluq diaqnozu ilə xəstələnmiş, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Həmin xəstəlik nəticəsində 2-ci qrup əlil olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 306 saylı qərarı ilə təsdiq edilmişdir ki, onun xəstəliyi hərbi xidmət dövründə alınmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası müəyyən edilmişdir. Cavabdeh şirkətə müraciət etmiş, cavab məktubunda bildirilmişdir ki, o, tərxis olunduqdan 13 il sonra 2-ci qrup əlillik dərəcəsi aldığına görə qanunda nəzərdə tutulan sığorta ödənişinin verilməsi qeyri-mümkündür. O, bununla razı deyil, çünki əlillik gec müəyyən olunsa da, onun hərbi xidmət zamanı xəstəlik-travma almağı rəsmi sənədlərlə təsdiq olunur və buna görə sığorta haqqı verilməlidir. Hərbi xidmətdə aldığı xəstəliyə, travmaya görə hər il müalicə olunmalıdır. Lakin müalicə olunmağa maddi imkanı yoxdur.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya əlillik dərəcəsi xx.xx.2015-ci il tarixində yəni, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunmuş 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir.

6. İddiaçı ərizə ilə müraciət edərək bildirm işdir ki, əlillik dərəcəsinin alınma müddətini üzrlü səbəbdən ötürmüşdür. Bu səbəbdən müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(006)429/2022 nömrəli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin edilmişdir.

8. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş əlillik dərəcəsinin alınma müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı ərizəni nəzərə alaraq hesab etmişdir ki, iddiaçının xəstəliyi, köməksiz vəziyyətdə olması, həmin vaxt psixi sarsıntı keçirməsi nəzərə alınaraq ərizə təmin edilməlidir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5 və 7-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 217.4-cü maddələrin ə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbi baxımından sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənəd dedikdə sığorta olunana hərbi xidmət dövründə xəsarət alması, yaxud xəstələnməsinə görə əlilliyin təyin edilməsini təsdiq edən sənəd (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti) başa düşülür. Bu sənəd isə Azərbaycan Respublikas ı ƏƏSMN yanında TSERA tərəfindən verilmiş arayışdır ki, həmin arayışda şəxsin əlilliyini hansı əsasla almış olması, habelə ona qoyulmuş diaqnoz bilavasitə qeyd olunur. Əgər arayışda qeyd olunan diaqnoz Azərbaycan Respublikası MN-nin Mərkəzi hərbi həkim komissiyasının Qərarı ilə müəyyən olunmuş diaqnozla eynilik təşkil etməzsə, əlilliyin hərbi xidmət dövründə alınmış xəsarət, yaxud xəstəliklə bağlı olması səbəb əlaqəsi təsdiq olunmur ki, bu da sığorta hadisəsi hesab edilmədiyinə görə sığorta təminatına daxil edilmir. Sığorta olunanın əlilliyinin müəyyən edilməsi birmənalı şəkildə 3 il müddətində realizə edilməli, yəni təyinat qeyd olunan müddətdə həyata keçirilməlidir. Əlilliyə əsas olan vəziyyətin yarandığı tarix şəxsin xəsarət aldığı tarixdir, əlilliyin müəyyən olunması isə qeyd olunan mü ddətdə həyata keçirilməlidir. Bu müddətin hansı səbəblərdən buraxılması, buraxılmışsa üzrlü hesab edilməsi və istisna edilməsi ilə əlaqədar sözügedən Qanunda, yaxud başqa qanunvericilik aktında hər hansı norma nəzərdə tutulmamışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5580/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova – sədrlik edən və məruzəçi, E.Həsənov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi qət edilmişdir.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddə sinin “ç” bəndinin məzmununa tam diqqət yetirməmişdir. Həmin normada hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildiyi orqanizmin funksiyalarının pozulma faizləri təsbit edilmişdir.

14. Birinci instansiya məhkəməsi iddiaçının hərbi əməliyyatlar zamanı kantuziya alması, hər hansı döyüş əməliyyatlarını həyata keçirərkən bədən xəsarətlərinin almasını müəyyən etməmiş, iddiaçının hansı şəraitdə xəsarət almasını müəyyən etməmişdir.

15. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, yuxarıda qeyd olunan Qanunun 5-ci maddəsinin müvafiq bəndindən də aydın olduğuna görə Qanunla müəyyən olunmuş müddətin ötürülməsi birmənalı olaraq sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas verir. Qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi xidmət dövründə alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən müddətin bərpasına dair verdiyi ərizəni həmin vaxt iddiaçının psixi sarsıntı keçirməsi nəzərə alınaraq təmi n edilsə də, iddiaçının uzun müddət psixi sarsıntı səbəbindən müddəti keçirməsi hər hansı sübutla əsaslandırılmamışdır.

16. İddiaçı xəsarət almasının səbəbi kimi hərbi hissədə döyülməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1998-ci ildə N saylı hərbi hissədə döyülmə faktı ilə bağlı araşdırma aparılmış və xx.xx.2018-ci il tarixdə 83s-18 saylə araşdırma materialında sözügedən xüsusatlar üzrə cinayət hadisəsi olmadığından «cinayət işinin başlanmasının rədd edilməsi» qərarı qəbul edilmişdir.

17. Həmçinin, təqdim edilmiş iddiaçının əlillik səbəbinin dəyişdirilməsi üçün Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin verdiyi cavab məktubundan görünür ki, ona xx.xx.2 015-ci il tarixlə İİ dərəcə ümumi səbəbdən əlillik təyin edilmiş, xx.xx.2016-cı ildəjə əlilliyi TSERAS tərəfindən 5 il müddətinə uzadılmışdır. Ona izah edilmişdir ki, o Mərkəzi Həkim Komissiyasının keçmiş hərbi qulluqçulara onların yaranlanmasının (travma, kontuziya, xəstələnmə) səbəb əlaqəsi barədə qərarını aldıqdan sonra (qərarda göstərilən diaqnoz ən azından İİİ dərəcə əlillik təyininə əsas verdikdə) səhiyyə müəssisəsi tərəfindən müayinə olunmalı və göndəriş (forma 88) verildiyi hallda əlillik vəziyyəti və səbəbi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 446 saylı qərarına əsasən iştirakı olmadan TSEK tərəfindən TSERAS üzərindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndiriləcək. Göndəriş (forma 88) baədə məlumatlar elektron formasında əldə edildiyi üçü n hər hansı bir dəyişiklik aparılması texniki və hüquqi cəhətdən mümkün deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsinin dəlillərini təkrarlamaqla əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 922.1. Sığorta hadisəsi icbari sığ orta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

21. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə

5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) o lduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hər bi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, t ravma, kontuziya) aldıqda — 5 faiz.

23. Maddə 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

24. Maddə 8.1.3. Baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, o nlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5580/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. nömrəli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar