Məhkəmə qərarları › İş №2(102)-3850/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3850/2024

27.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3850/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi və "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin və işdən azad olunma əmrinin verilməsi) Kateqoriya: Əmək münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyy ətinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi və "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmək müqaviləsinin və işdən azad olunma barədə əmrinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2862/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “X3” MMC-də, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “X1” ASC-də işləmişdir.

2. İddiaçı cavabdeh “X1” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 dekabr 2020-ci il tarixli, 194 saylı əmrin ləğv edilməsi, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanması, məcburi iş buraxma müddəti üçün 17 dekabr 2020ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(004)4442/2021 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir. 2.2. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5835/2022 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəmə sinin qətnaməsi qismən ləğv edilmiş, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının cavabdeh “X1” ASCdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.

3. İddiaçı cavabdeh "X2" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2020-ci ilin iyun və noyabr aylarına olan əmək haqlarının ödənilməsi, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə hər gecikdirilmiş gün üçün əmək haqqının on faiz məbləğində ödəncin verilməsi, cavabdehdən 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi, 2020-ci il üçün məzuniyyət pulunun alınması, mediasiya üçün ödənilmiş 50 manat rüsumun alınması, qeyd etdikləri bütün əmək haqlarının əmək müq aviləsində göstərilən, yəni 599 manat məbləğində deyil, bank çıxarışlarında göstərilən kimi 1000 manat məbləğində hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1619/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. 3.2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-488/2024 nömrəli mülki iş üzrə 31 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, "xxxx" ASC-dən 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin təmin edil məməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, AvroX4 "xxxx" ASC-nin üzərinə İddiaçı münasibətdə 2016-cı il və 2020-ci ilin aprel, may, sentyabr ayları üçün sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi vəzifəsinin qoyulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 3.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli 2(102)-3554/2024 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “X1 Evrascon” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Evrascon” ASC ilə bağl anmış xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsinin, xx.xx.2020-ci il tarixli, 33 K/20 nömrəli işdən azad olma əmrinin, xx.xx.2020-ci il tarixli, 194 nömrəli işdən azad olma əmrinin ona təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı cəmiyyətə müraciət edərək işdən çıxma əmrini və bağlanan əmək müqavilələrinin bir nüsxəsinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin halhazıradək işdən çıxma əmri və əmək müqavilələri ona təqdim olunmamışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı tə rəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixli, cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, "Sizin "X3" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətlərə X10 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Sizə aid olan sənədlərin təqdim olunması məqsədi ilə "X3" MMC-nin rəhbərliyinə tərəflərindən xx.xx.2021-ci il tarixli, **********5 saylı məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, təl əb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə tərəflərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır”. Daha sonra iddiaçı tərəfindən şikayət ərizəsi ilə Baş Prokurorluğuna müraciət olunaraq "X3" MMC barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məhsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur. Baş Prokurorluq xx.xx.2022-ci il tarixli məktubla onun şikayət ərizəsini baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatına göndərmişdir. "X3" MMC-nin rəsmi internet səhifəsindən də göründüyü kimi “X6” MMC 2018-ci ildə, "X1 "xxxx" ASC-nin törəmə müəssisələrindən biri olaraq təsis edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal rayon icra şöbəsinə həvalə edilmişdir. Göründüyü kimi, cavabdehlə arasında yaranan mübahisəni danışıq yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda isə şikayət etdiyi dövlət qurumları ona köməklik etməkdə çətinlik çəkirlər və bu günədək işdən çıxma əmri və əmək müqavilələri ona təqdim olunmamışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-979/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, **********3 nömrəli müraciətə əsasən, müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədi ilə “X3” MMC-nin rəhbərliyinə xx.xx.2021-ci il tarixli **********5 saylı məktub göndərilmiş, bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirilmişdir ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətinə tərəflərindən yenidən baxılacaqdır. Razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5835/2022 saylı qətnaməsinə görə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon məhkəmisinin 2(004)4442/2021 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbinin “2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmasının” təmin edilməməsi hissəsində ləğv edilərək, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla İddiaçı ödənilməsi öhdəliyi cavabdeh “X1 Evrascon” ASC-nin üzərinə qoyulması müəyyən olunmuşdur.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5835/2022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsinə izah verilməsi barədə cavabdeh “X1 Evrascon” ASC tərəfindən verilmiş ərizə rədd olunmuşdur. Həmin qərardadın təsviri-əsaslandırıcı hissəsində məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində anlaşılmaz hər hansı xüsusat mövcud deyil və buna görə də qətnaməyə izah verilməsi zərurəti yoxdur. Belə ki, “X3” MMC-nin rəsmi internet səhifəsindən də görünür ki, “X3” MMC 2018-ci ildə X1 "xxxx" ASC-nin törəmə müəssisələrindən biri olaraq təsis edilmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2021ci il tarixli, **********7 nömrəli məktubu ilə araşdırma zaman ı "xxxx" ASC-nin rəhbərliyi tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən məlum olmuşdur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Onun son haqq-hesabının hesablanıb ödənilməsində qanun pozuntusuna yol verildiyindən müəssisənin vəzifəli şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi üçün tərəflərindən müəssisənin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3, 83.2-ci maddələrinə və Mülki Prosess ual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh “X1 Evrascon” ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi qərardadın qəbul edilməsi üçün tərəflərindən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilən zaman “X7” MMC-nin sənədləri də təqdim edilmişdir. Lakin məhkəmə izahdan əvvəl sənədlərə deyil, internet resurslarına istinad edərək izah verilməməsi barədə qərardad qəbul etmişdir. Bu halda isə məhkəmənin həmin qərardada istinad etməsi tamamilə qanunsuz və gələcəkdə icra edilməsi mümkün olmayan qətnamənin qəbulu ilə nəticələnmişdir. “X3” MMC-n in təsisçisi "xxxx" ASC deyil, həmin şirkətin "xxxx" ASC-yə aidiyyəti yoxdur. Məhkəmə işi araşdıran zaman həmin MMC-ni üçüncü şəxs kimi cəlb etməmiş, cəlb etmədən izah verilməsi barədə qərardada istinad edərək qanunsuz qətnamə qəbul etmişdir.

14. Apellyasiya baxışında (o cümlədən əvvəlki məhkəmə iclasında) iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, məhkəməyə iddiaçı ilə bağlanmış müvafiq müqavilənin surətini də göndərmiş və bildirmişlər ki, X10 Xidməti tərəfindən cərimə olunduqları zaman iddiaçı tərəfə əmək müqaviləsi və digər sənədlər təqdim edilmişdir. Bunu təsdiq edəcək hər hansı sübut olmasa da, iddiaçıya işdən azad olunma əmri təqdim edilmişdir. Hazırda isə əsas olaraq “X3” MMC-yə aid olan sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdeh olaraq onların üzərinə qoyulmasını mübahisələndirirlər.

15. Apellyasiya icraatının gedişində məhkəmə kollegiyası tərəfindən “X3” MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2862/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “X3” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsinin və xx.xx.2020-ci il tarixli, 33K/20 nömrəli işdən azad olunma əmrinin İddiaçı təqdim olunması vəzif əsinin cavabdeh “X1 Evrascon” ASC üzərinə qoyulması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.

17. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində qismən yanlışlığa yol vermiş və işin bütün hallarını lazımı qədər aydınlaşdırmamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh “X1 Evrascon” ASC-nin nümayəndəsi öz apellyasiya şikayətində qətnamənin bütövlükdə ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etsə də, apellyasiya baxışında “X3” MMC-yə aid olan sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdeh olaraq onların üzərinə qoyulmasını mübahisələndirdiklərini bildirdiyindən, qətnamənin qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılmalı və xx.x x.2020-ci il tarixli, 194 nömrəli işdən azad olunma əmrinin İddiaçı təqdim olunması vəzifəsinin cavabdeh “X1 Evrascon” ASC-nin üzərinə qoyulması ilə bağlı əlavə araşdırılma aparılmamalıdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm iddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edilərkən, həm də birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, “X3” MMC cavabdeh “X1 Evrascon” ASC-nin törəmə müəssisəsidir və buna görə də “X3” MMC-nin öhdəlikləri üçün həm də cavabdeh məsuliyyət daşıyır. Lakin birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən maddi hüquq normalarını düzgün təfsir etməmişdir.

20. Belə ki, ilk növbədə iş materiallarındakı “X3” MMC-nin Nizamnaməsindən göründüyü kimi “X3” MMC öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan d igər qanunvericilik aktları və bu nizamnamə ilə həyata keçirir. Bu Nizamnamə xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış “X3” MMC-nin təsisçisinin dəyişdirilməsi ilə əlaqədar Cəmiyyətin Nizamnaməsinin 4-cü redaksiyasıdır. Cəmiyyətin təsisçisi hər biri 1 (bir) manat olan 1000 paya sahib olmaqla, ümumilikdə payların 100%nə malik olmaqla “X8” MMC-dir.

21. Göründüyü kimi “X3” MMC müstəqil hüquqi şəxs olmaqla özünə aid olan nizamnaməsi mövcuddur və təsisçisi cavabdehə aidiyyatı olmayan başqa bir hüquqi şəxsdir. Nizamnaməyə əsasən öz hüquq və vəzifələri ilə bağlı məsələlərdə şəxsən və müstəqil olaraq çıxış edir. İddiaçı da öz ifadəsində onunla 2019-cu ildə bağlanılan əmək müqaviləsinin cavabdeh “Avro X4 Evrascon” ASC və ya başqa bir hüquqi şəxslə deyil, məhz “X3” MMC ilə bağladığını və həmin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin də məhz sonuncu tərəfindən verildiyini qeyd etmişdir.

22. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hazırda ona verilməsini tələb etdiyi xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsi və xx.xx.2020-ci il tarixli, 33K/20 nömrəli işdən azad olunma əmrinin hazırki cavabdehdən istənilməsinin hər hansı hüquqi və qanuni əsası yoxdur.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı işin halları ilə sübut olunmasa da, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman “X3” MMC, həqiqətən də, cavabdeh “X1 Evrascon” ASC-nin törəmə müəssisəsi olmuş olsa idi belə, bu hal da cavabdehin həmin şirkətin öhdəliklərinə görə məsuliyyət daşıdığı və qeyd olunan sənədlərin verilməsinin məhz cavabdeh tərəfindən təmin edilmə li olduğunu deməyə əsas vermir.

24. Göründüyü kimi istər üçüncü şəxs olan və tələb olunan müqavilənin tərəfi, o cümlədən əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edən “X3” MMC-nin başqa bir hüquqi şəxsin, istərsə də, cavabdeh “X1 Evrascon” ASC-nin törəmə müəssisəsi olması halında həmin sənədlərin iddiaçıya təqdim edilməsi birbaşa olaraq “X3” MMC-nin şəxsən həyata keçirməli olduğu öhdəlikdir və həmin sənədlərin verilməsi ilə bağlı cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmasının qanuni və ya hüquqi əsası mövcud deyildir.

25. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 44.3, 83.2-ci, Mülki Məcəllənin 47.1,47.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkil X9) kassasiya şi kayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya şikayətini əsaslandırarkən cavabdeh israrla qeyd etmişdir ki, "X3" MMC-nin təsisçisi "xxxx" ASC deyil, həmin şirkətin "xxxx" ASC-yə aidiyyəti yoxdur. Halbuki, bütün məhkəmə proseslərində həmin şirkəti məhz "xxxx" ASC tərəfindən təsis olunduğu və onun törəmə müəssisəsi olduğu təsdiq edilmişdir.

28. Kassator şikayətini Əmək Məcəlləsinin 83.2, 44.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Res publikasının Əmək Məcəlləsi

30. Maddə 44.3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

31. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fon dları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir

33. Maddə 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyrikommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib h üquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

44. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

46. İddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5835/2022 saylı qərardadı ilə “X3” MMC-nin 2018-ci ildə “X1 Evrascon” ASC-nin törəmə müəssisələrindən biri olaraq təsis edilməsinin müəyyən edildiyi barədə dəlili qətnamənin ləğvinə əsas vermir.

47. Belə ki, hüquqi şəxslərin təş kilati-hüquqi strukturu nizamnamə ilə təsdiq edilir. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər (Mülki Məcəllənin 45.1, 47.1, 49.1 və 53.3-cü maddələri).

48. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “X3” MMC nizamnamə əsasında fəaliyyət göstərən hüquqi şəxs olmaqla, təsisçisi “X8” MMC-dir. Başqa sözlə “X3” MMC, “X1 Evrascon” ASC-nin tərəmə müəssisəsi deyildir. 4

9. Bundan başqa, MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2862/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar