Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3851/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X5 cavabdehlər Cavabdeh1, və X7, X2, X3, X11, X9, X22, X6, Cavabdeh2 və X18 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X8 cavabdehlər Cavabdeh1, X7, X2, X3, X11, X9, X22, X6, Cavabdeh2 və X18 qarşı cavabdehin hərəkətlərinə son qoyulması və torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-928/2021 nömrəli, 31 mart 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
1. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2132/2020 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddiaçı X5 cavabdehlər Cavabdeh1, X7, X2, X3, X11, X9, X22, X6, Cavabdeh2 və X18 qarşı cavabdehin hərəkətlərinə son qoyulması və torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 207,30 manat məbləğində p ulun iddiaçı X4 alınaraq Kadastr və Yerquruluşu Layihə-tədqiqat Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
2. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2132/2020 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, X7, X2, X3, X11, X9, X22, X6, Cavabdeh2 və X16 iddiaçı X8 mülkiyyətində olan Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 3,42 ha torpaq sahəsindən çıxarılmaları, ekspertiza tədqiqatının dəyəri olan 207,30 manat məbləğində pulun cavabdehlərlərdən müştərək qaydada alınaraq Kadastr və Yerquruluşu Layihə-tədqiqat Mərkəzinin hesabına, 5 00 manat pulun isə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı X10 ödənilməsi qət edilmişdir.
3. Cavabdeh2 Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, həmçinin kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa olunmasını xahiş etmişdir.
4. Cavabdeh2 prosessual müddətin bərpa olunması barədə ərizəsini onu savadsızlığı səbəbi ilə əsaslandırmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-928/2021 nömrəli, 31 mart 2022-ci nömrəli qərardadı ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadədən və İ.T.Həsənov) cavabdehin kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti ona əlavə olunmuş sənələrlə birgə geri qaytarılmışdır.
6. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamənin surəti cavabdehlərə poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə çatdırılıb. Şikayət müddəti iki ay olmaqla xx.xx.2022-ci il tarixdə bitib. Lakin kassasiya şikayəti və şikayətin verilməsi üçün müddətin bərpa olunması barədə ərizə xx.xx.2022-ci il tarixdə poçta verilib. Müddətin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-928/2021 nömrəli, 31 mart 2022-ci nömrəli qərardadının ləğv edilməsini və mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ona təqdim olunmamış, xəbərnamədə imza etməmiş, qətnamənin mövcudluğundan icra məmuru tərəfindən çağırıldıqda xəbər tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edil miş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
12. Maddə 135.1 Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
13. Maddə 135.2 Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılmas ı tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
14. Maddə 135.3 Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
15. Maddə 135.5 Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
16. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
17. Maddə 403.1. Bu Məcəllənin 402-ci ma ddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər
18. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
19. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ka ssasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
18. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məh kəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir
19. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
20. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, qətnamənin surəti cavabdehlərə poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə çatdırılıb. Lakin kassasiya şikayəti və şikayətin verilməsi üçün müddətin bərpa olunması barədə ərizə ikin aydan sonra vermişdir.
22. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006 -cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunm alıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
24. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Q əti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
25. Kassatorun qətnamənin surətinin ona çatdırılmaması barədə dəlili əsassızdır və qərardadın ləğvi üçün əsas təşkil etmir. Çünki cavabdeh kassasiya şikayətində özü qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini xx.xx.2021-ci ildə almışdır.
26. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi dü zgün olaraq MPM-nin 133cü maddəsinə istinad edərək iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməyərək, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-928/2021 nömrəli, 31 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.