Məhkəmə qərarları › İş №2(102)-3853/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3853/2019

23.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3853/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun nümayəndəsi X14, vəkili X10, üçüncü şəxslər X5, X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı XXX qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(016)1130/2018 hakim T.A.İsm ayılov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 12 mart 2018-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə mərhum X6 miras qalmış, Ağsu rayonu, Suraxanı kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə iddiaçının ¼, cavabdehin ¼, X2 ¼, X1 ¼ hissədə pay hüququnun tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-292/2019 hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İdd iaçı Cavabdeh qarşı “İddiaçı, Cavabdeh, X4 və X3 Ağsu rayonu Suraxanı kəndində yerləşən evdən düşən payın bölünməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 20 iyul 2018-ci il tarixdə İddiaçı XXX qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı, Cavabdeh, X4 və X3 Ağsu rayonu Suraxanı kəndində yerləşən evdən düşən payın bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlnin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılmamışdır. Belə ki, mübahisəli evin mərhum atasından sonra iddiaçının sərəncamında olması, kommunal xərclərə verdiyi pulun qəbzləri ilə təsdiq edilir. Bundan başqa qonşular tərəfindən imzalanmaqla tərtib edilmiş akt da qeyd edilən halı təsdiq edir. İddiaçı evi miras əmlak kimi qəbul edərək cavabdehə 4.000 manat kompensasiya vermişdir. Bu halda onun vərəsəlikdən məhrum edilməsi ədalətsizlikdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, üçüncü şəxslər isə vəkilsiz iştirak etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəm ə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, tərəflərin valideynləri olmuş X13 01 aprel 1980-ci ildə, X11 isə 08 dekabr 1987ci ildə vəfat et mişlər. Onların birgə nikahlarından Talibə, Nəbi, Gülüstan və Sürəyya adlı uşaqları olmuşdur. Tərəflərin valideynləri ölərkən onlardan qalan Ağsu rayonu, Suraxanı kəndi ərazisində yerləşən iki otaqlı yaşayış evi qeydiyyata alınmamışdır. Lakin Kalva sovetliyinin Suraxanı kəndinə aid 1-ci kənd təsərrüfatıbaşına kitabda yaşayış evi və altındakı torpaq sahəsi İsgəndər Qədirovun adına qeydə alınmışdır. İş materiallarından görünür ki, İsgəndər Qədirov 1987-ci ildə öldükdən sonra mübahisəli evdə Cavabdeh öz ailə üzvüləri ilə birlikdə yaşamaqda davam etmiş, həmin evə və həyətyanı sahəyə faktiki sahiblik etməklə onu qəbul etmişlər. İddiaçı və onun bacıları isə atalarının ölümünə kimi ailə qurub evdən köçmüşlər. Onlar öz valideynlərindən qalmış miras əmlakı qəbul etməsi barədə məhkəməyə heç bir sübu t təqdim etməmişlər. Bundan əlavə miras əmlakın qəbulu ilə bağlı həmin dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş 6 ay müddətində notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Cavabdeh da notariat kontoruna ərizə ilə müraciət etməsə də, lakin mübahisəli evdə yaşamaqla onu faktiki qəbul etmişdir. Cavabdeh atası öldükdən sonra 1990-cı ilə kimi ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşamaqda davam etməsini tərəflərdən heç biri mübahisələndirmir. O, ailəsi ilə birikdə 1990cı ildə Ağsu şəhərində aldığı evi köçsə də, atasından qalmış ev həmişə onun nəzarətində olmuşdur. 1998-ci ildə bacısı, iş üzrə İddiaçı qızı Kifayət və onun əri Qahirə mübahisəli evdə yaşamağa icazə vermişdir. Cavabdeh onların evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmış və Ağsu Rayon Məhkəməsinin 05 iyun 2018- ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Kifayət və X9 Umudova qarşı evin alınması ilə bağlı 4.000 manat ödədikləri pulun geri qaytarılması ilə barədə tələbləri də Ağsu Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Beləliklə, İsgəndər Gədirovdan qalmış yaşayış evinə vərəsələrindən yalnız Cavabdeh tərəfindən faktiki qəbul edilməsi iş materialları ilə təsdıq olunur. Digər vərəsələrin isə mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə verməmiş, həm də faktiki qəbul etməmişlər. Yuxarıda qeyd edildiyi kimi tərəflərin atası İsgəndər Qədirov 1987-ci ildə ölərkən yaşadığı ev onun istifadəsində və sahibliyində olsa da, lakin tam mülkiyyət hüququ qeydə alınmamışdır. Bununla bağlı mübahisəli evin vəsərələrin atası İsgəndər Qədirova məxsus olmasını he ç kim mübahisələndirmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İsgəndər Qədirovun yaşayış evi üzərində mülkiyyət hüququ o ölərkən qeydə alınmasa da, ancaq onun həmin əmlak üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması ilə bağlı gözlənilən hüququ vardır və onun bu hüququ sonralar reallaşaraq adına 12.03.2018-ci il tarixdə reyestrdən çıxarış verilmişdir. Ona görə də tərəflər arasında yaranmış hüquq münasibətinə miras açılarkən qüvvədə olmuş mülki qanunvericiliyin vərəsəlik və miras əmlakla bağlı normaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinin birinci hissəsində göstərilmişdir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. İkinci hissədə isə qeyd edilmişdir ki, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələnməkdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açıldığı vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. İşin faktiki halalrından və yuxarıda qeyd ediiən maddi hüquq normalarının mənasından da görünür ki, İsgəndər Qədirovdan miras qalmış yaşayış evi vərəsələrdən yalnız Cavabdeh tərəfindən faktiki qəbul edilmişdir. Digər vərəsələr isə mirası qəbul etm əmişlər. Digər tərəfdən İddiaçı iddia ərizəsində özü ilə bərabər Cavabdeh və bacıları Gülüstan Musayeva və Sürəyya Tağıyevanın da miras əmlakdakı paylarının bölünməsini xahiş etmişdir. Halbuki həmin şəxslər atalarından qalmış miras əmlakda paylarının müəyyən edilməsi barədə tələb irəli sürməmişlər. İddiaçının digər vərəsələrin də paylarının bölünməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə m üəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar