Məhkəmə qərarları › İş №2(102)-3855/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3855/2020

23.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3855/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Xüsusi şərtlərlə təyinat idarəsi Ərizə: əmək stajı faktının müəyyən edilməsi (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, əmək stajı faktı, xüsusi icraatda sübut etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1614/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Ərizəçi (bundan sonra - ərizəçi) yaşa görə pensiya təyin olunması üçün Dövlət X7 Xüsusi şərtlərlə təyinat idarəsinə (bundan sonra - maraqlı şəxs) müraciət etmişdir. Maraqlı şəxsin xx.xx.2019-cu il tarixli, **********5 saylı məktubu ilə ərizəçiyə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində q eydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmi ş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi ərizəçinin x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. 9 saylı Mincivan yol distansiyasının 1993-cü ilə qədər olan idarəçilik sənədləri torpaqların işğal altında qaldığına görə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin arxiv bölməsinə təhvil verilməmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-cu ildən xx.x x.1981-ci ilə qədər Zəngilan rayonunda Azərbaycan Dəmir Yolu 9 saylı Dəmir yolu Distansiyasında yol mantyoru vəzifəsində işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, xx.xx.1962-ci ildə Ucar rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə erkən olaraq 1979-cu ildən Zəngilan rayonu Azərbaycan Dəmir Yolu 9 saylı Dəmir yolu Distansiyasında başlamışdır. Daha sonra məlum hadisələrlə bağlı 1993-cü ildə daimi yaşamaq üçün yerlərini tərk edərək ailəsi ilə birlikdə Bakı şəhərində daimi yaşamağa başlamışdır. Bu səbəbdən də həmin Distansiyada işləməsi faktının məhkəmə qaydasında müəyyən olunması zərurəti meydana çıxır. Hazırda Zəngilan rayonu işğal altında olduğundan arxiv sənədlərini əldə etmək və həmin sənədləri bərpa etmək mümkün olm adığından bu faktı müəyyən etmək mümkün olmur. Qeyd olunan fakt onunla birlikdə işləyən şəxslər tərəfindən təsdiq edilir, faktın müəyyən olunması onun üçün əhəmiyyətlidir. Ərizəçinin məhkəməyə təqdim etdiyi şahid X2 ifadəsində göstərmişdir ki, o 1973-cü ildən Azərbaycan dəmiryolu 9 saylı Mincivan yol distansiyasında işləmişdir. Onunla birlikdə həmçinin 1979-cu ildən 1982-ci ilədək Ərizəçi da 9 saylı Mincivan yol distansiyasında mantyor vəzifəsində çalışmışdır. Ərizəçi sübut qismində məhkəməyə, həmçinin Azərbaycan Dəmir Yolu 9 saylı Dəmir yolu Distansiyası tərəfindən verilmiş 168 saylı, xx.xx.1993-cü il tarixli arayışın kserosurətini təqdim etmişdir. Arayışda göstərilir ki, ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1981ci ilə qədər 9 saylı yol distansiyasında yol mantyoru vəzifəsində işləmişdir. To rpaqların işğalı ilə əlaqədar 1993-cü ilə qədər sənədlər işğal ərazisində qalmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-6433/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hаkim İ.Burcayev) ərizə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1614/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) maraqlı şəxsin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Res publikası Qanununun 1.0.1, 23-cü maddələrini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx xxxxxxx 2007-ci il tarixdə 3364 nömrə ilə qeydiyyatdan keçmiş Dövlət X8 Kollegiyasının xx xxxxxxxx 2007-ci il tarixli qərarının 2.5-ci bəndini tətbiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan ərizəçiyə məxsus əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən o, xx xxxx 1982-ci il tarixdə mantyor vəzifəsinə qəbul edilməmişdən öncə 1979-cu ildən 1982-ci ilin mart ayınadək “Baktexnikumda” təhsil almışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçinin istinad etdiyi halları və şahidin ifadəsi mötəbər dəlil kimi qəbul edilə bilməz. Belə ki, ərizəçinin “Baktexnikumda” təhsil almaqla eyni zamanda Azərbaycan dəmiryolu 9 saylı Mincivan yol distansiyasında mantyor vəzifəsində işləməsi mümkün deyildir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Ərizəçi (vəkil X1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və ədalətsiz olmaqla işin faktiki halına uyğun gəlmir və bu qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi əsaslandıra bilməyib ki, ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə kimi Zəngilan rayonunda Azərbaycan Dəmir Yolu 9 saylı Dəmir yolu Distansiyasında işləməmişdir. Məhkəmə Distansiya tərəfindən verilmiş 168 saylı, xx.xx.1993-cü il tarixli arayışı, şahidin ifadəsini heç bir mötəbər əsas olmadan rədd etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə ərizəçi olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1.0.1. Əmək pensiyası bu Qanunla nəzərdə t utulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisindəki qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qayda da sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx xxxxxxx 2007-ci il tarixdə 3364 nömrə ilə qeydiyyatdan keçmiş Dövlət X8 Kollegiyasının xx xxxxxxxx 2007-ci il tarixli qərarı 2.5-ci bənd Əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. MPM. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə

310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfin dən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-in sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1614/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar