Məhkəmə qərarları › İş №2(102)-3855/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3855/2022

04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3855/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs X qarşı iş üzrə QƏRARİ (Açar sözlər:hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(104)-625/2022 saylı qətnaməsindən Ərizəçi kassasiya şikayəti üzrə işə 04 oktyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Ərizəçi mara qlı şəxs X qarşı iddia qaldıraraq, 02 fevral 1980-cı ildən 28 mart 1983-cü il tarixədək X, habelə 26 aprel 1984-cü ildən 15 noyabr 1987-ci il tarixədək Tərtər rayonu, “X” kolxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Ərizəçi tələbini onunla əsaslandırıb ki, o, xx xxxxxx 1956-cı ildə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olub və sonradan Bərdə rayonu, Qaradəmirçi kəndinə köçüb orada yaşayıb. 1974-cü ildə həqiqi həqiqi hərbi xidmətə gedib və 1976-cı ildə hərbi xidməti bitirib. Hərbi xidmətdən qayıtdıqdan sonra 02 fevral 1980-ci ildən 28 mart 1983-cü il tarixədək “X” sovxozunda, daha sonra isə 26 aprel 1984-cü ildən 15 noyabr 1987-ci il tarixədək Tərtər rayonu, “X kolxozunda çalışıb. 28 avqust 1989-cu ildən 2005-ci il tarixədək Bərdə rayon Elektr ik Şəbəkəsində işləyib və işlədiyi illərin iş stajına hesablanması üçün maraqlı şəxsə müraciət edib, lakin həmin illərə dair əmək kitabçası olmadığına görə ona əmək pensiyası təyin etməkdən imtina edib. Ona görə də ərizənin təmin edilməsinə xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Q.M.Əbilov) ərizə rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, ərizəçi, 02 fevral 1980-cı ildən 28 mart 1983-cü il tarixədək X, habelə 26 aprel 1984-cü ildən 15 noyabr 1987-ci il tarixədək Tərtər rayonu, “X” kolxozunda işlədiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etm əyib. Ona görə də ərizə rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 307.1, 307.2.5, 311-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Ərizəçi apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev sədrlik edən, məruzəçi, Ə.G.Abdullayev və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi g əldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki müdki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 305.1, 305.1.1, 307.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Ərizəçi kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 305.2-ci maddəsində göstərilir ki, Azərbayc an Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər; 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır; 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Ərizəçinin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə bax arkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ərizəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə ərizəçi, xx xxxxxx 1956-cı ildə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olub və Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatdadır. Tərtər rayonu, X3 Tə hsili Məktəbin 12 fevral 2021-ci il tarixli arayışına əsasən, ərizəçi 01 sentyabr 1970-ci ildə Tərtər rayonu, 31 saylı Texniki Peşə Məktəbinə “suvaqçı rəngsaz “ qrupuna işə qəbul edilib və 18 iyul 1972-ci ildə həmin ixtisas üzrə tam kursu bitirib. Habelə, Tərtər rayonu, Dövlət Arxivinin 12 fevral 2021-ci il tarixli arayışına əsasən, onun “X” adına kolxozda işlədiyi və əmək haqqının 322 manat oluduğu müəyyən edilir. Eyni zamanda, Tərtər rayonu, Dövlət Arxivinin 12 fevral 2021-ci il tarixli arayışına əsasən, Ağdərə rayonu, “3 saylı sovxozun”un əmrlər kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilməyib. Bundan başqa, X1 rayon filialının 15 fevral 2021-ci il tarixli arayışına görə, Ağdərə rayonu, “X” sovxozu və Tərtər rayonu “X” kolxozunun sənəd materialla rı mühafizə olunmaq üçün Yevlax rayon Dövlət Arxivinə təhvil verilmədiyindən ərizəçinin həmin təsərrüfatlardakı iş stajını müəyyən etmək mümkün olmadı. Bərdə rayonu, Dövlət Arxivinin 21 iyun 2016-cı il tarixli arxiv arayışı ilə müəyyən olunur ki, Bərdə rayonu, 2 saylı X2 üzrə verilmiş 10 fevral 1988-ci il tarixli, 23 saylı əmrinə əsasən, ərizəçi həmin Sahəyə 5 dərəcəli elektrik montyoru vəzifəsinə işə qəbul edilib və işəgötürənin 03 may 1989-cu il tarixli, 62 saylı Əmri ilə o, həmin tarixdən öz ərizəsinə əsasən işdən azad edilb. Maraqlı tərəfin ərizəçiyə ünvanladığı 01 aprel 2021-ci il tarixli məktubla müəyyən olunur ki, azı 25 il sığorta stağı olmadığı üçün ərizəçiyə əmək pensiyası təyin edilməsindən imtina edilib. Əvvəla, mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti ol an faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qayadasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlar- hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Lakin bir sıra hüquqi faktlara münasibətdə, belə qeydə alınma qaydası qanunda nəzərdə tutulmayıb. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə- həmin faktın qeydiyyatının mövcud olmaması; faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü; hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi; həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə- həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını ver ə bilməsi imkanının olmamasını nəzərdə tutur. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da qeyri məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir. Göründüyü kimi, qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmuş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüq uq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə ərizəçinin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ərizəçi, 02 fevral 1980-cı ildən 28 mart 1983-cü il tarixədək Ağdərə rayonu, “MXz” sovxozu”da, 26 aprel 1984-cü ildən 15 noyabr 1987-ci il tarixədək Tərtər rayonu, “X” kolxozun”da işləməsini təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etmədiyindən, ərizəni rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahis əyə düzgün tətbiq edib. Ərizəçi, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ərizənin təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq m ünasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, ərizəni rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəldiyin dən və apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verildiyindən, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(104)-625/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar