Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3855/2025 19.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi” qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: binanın ümumi əmlakının saxlanılması ilə bağlı xərclər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia sı ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2025-ci il tarixli 2(103)-4814/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan Cavabdeh və satıcı İddiaçı Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-175 nömrə ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüququ ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********82-0530 1-093062 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. 2. 19.02.2019-cu il tarixli mənzilin təhvil-təslim edilməsi və binaların idarə edilməsi barədə aktdan görünür ki, İddiaçı MMC (satıcı) tərəfindən xx.xx.2019-cu il tarixli m/76 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında inşa olunan bina 6, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 69,92 kv metr, köməkçi sahəsi 25,81 kv metr olan 3 otaqlı 16 nömrəli mənzil Cavabdeh (alıcı) təhvil verilmişdir.
3. Azərbaycan Respublikasının Mənzil X3 xx.xx.2019-cu il tarixli 05 nömrəli Çoxmənzilli binaların idarə edilməsi haqqında qərarı ilə “Çoxmənzilli binaların idarə edi lməsi haqqında Müqavilə”nin nümunəvi forması təsdiq edilməsi; “Mənzilin təhvil-təslim Aktı”nın nümunəvi forması təsdiq edilməsi; “X4 Təlimat" təsdiq edilməsi; Mənzilin hər kvadrat metri üçün kommunal xidmət haqqının 0,3 manat müəyyən edilməsi və ödəniş bank köçürməsi ilə həyata keçirilməsi; Bu qərarın 4-cü bəndi ilə müəyyən olunmuş xidmət haqqının ödənilməsi barədə hər təqvim ayının əvvəlində istehlakçıya göndəriləcək yazılı bildirişin nümunəvi formasının təsdiq edilməsi qərara alınmış və İddiaçı MMC-yə bu qərardan irəli gələn məsələləri qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətləri daxilində həll etməsi tapşırılmışdır.
4. Mənzil X3 xx.xx.2019-cu il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş İddiaçı MMCnin idarəetməsində olan çoxmənzilli binalarda X4 Təlimatın 2.1-ci bəndinə əs asən, Təlimat yaşayış binasında yaşayan bütün şəxslərə şamil edilir (mülkiyyətçi, icarəçi, işçi, qonaq və sair). 2.2-ci bəndinə əsasən, İnşa edilmiş binanın ümumi əmlakının saxlanılması və təmiri xərcləri çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən ödənilməlidir. Ödəniş məbləği “Çoxmənzilli binaların idarəedilməsi haqqında” müqavilə ilə tənzimlənir.
5. Mənzil X3 tabeliyində İddiaçı MMC (İdarəedici təşkilat) ilə Cavabdeh (mülkiyyətçi) arasında bağlanmış “Çoxmənzilli binaların idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 6/16 nömrəli müqaviləyə əsasən, İdarəedici təşkilat razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmir üzrə xidmətlər göst ərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəldilmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Mülkiyyətçi çoxmənzilli yaşayış binasının ümumi əmlakının saxlanılması və təmiri üzrə xidmət göstərmək və ya işlər yerinə yetirmək üçün İdarəedici təşkilatın özü və ya üçüncü şəxsləri cəlb edərək müqavilə bağlanması üçün razılıq verir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə xidmət haqqı hər kvadrat metr üçün 0,30 manat təşkil edir. 6.4-cü maddəsinə əsasən, Bu müqavilə üzrə haqları vaxtında və ya tam ödəməyən sahə mülkiyyətçisi İdarəedici təşkilata dəbbə pulu (penya) ödəyir. Penyanın miqdarı hər gecik dirilmiş gün üçün ödəniləcək xidmət haqqının 0,1 faiz təşkil edir. 6. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müqavilə üzrə öhdəliklərinin icra edilməsi barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçı MMC-nin X2 ümumi kommunal idarəetmə üzrə xərclər haqqında məlumat cədvəlindən görünür ki, Məişət Tullantılarının daşınması, Liftlərə göstərilmiş texniki xidmət, Nasosxalanara göstərilmiş texniki xidmət, ərazidəki kameralara göstərilən texniki xidmət, Təsərrüfat mallarının alışı (kommunal şöbə üçün, ağacların gübrələnməsi, torf alışı), elektrik və su sərfiyyatı üzrə xərclər, əmək haqqı ödənişi üzrə kommunal xərclər 2019-cu ildə cəmi 109501,72 manat, 2020-ci ildə 357196,88, 2021-ci ildə 437389,09 manat, 2022ci ildə 1169177,55 manat, 2023-cü ildə 1 499840,56 manat, 2024-cü ildə ******* manat, cəmi 5124782,39 manat olmuşdur. Yığımlar haqqında məlumatlardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 63 manat, xx.xx.2019-cu il tarixdə 39,5 manat, xx.xx.2019-cu il tarixdə 19,5 manat, xx.xx.2020-ci il tarixdə 94,5 manat olmaqla, cəmi 216,5 manat ödəniş edilmiş, 1333,52 manat borc qalmışdır. 6-cı binadan 2019-cu ildə ümumi yığım 7491 manat, 2020-ci ildə 11690 manat, 2021-ci ildə 11790 manat, 2022ci ildə 11824 manat, 2023- cü ildə 8258 manat, 2024-cü ildə 11426 manat, 2025-ci ilin ilk 5 ayında ümumi yığım 4435 manat olmuşdur.
8. Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, o, “Çoxmənzilli binaların idarə edilməsi haqqında” müqaviləyə xitam verilməsi, həm in müqavilə üzrə öhdəliklərinin müvafiq hissədə əsassız hesab olunması və qanunvericiliyin tələblərinə uyğun olaraq yeni müqavilə bağlanmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında rəsmi qeydə alınan və yaşayan Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1249,6 manat əsas borc, 18,25 manat penya borcu, 1267,85 məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizələr verərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1333,52 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etm işdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında “19” fevral 2019-cu il tarixdə Mənzilin təhvil-təslim edilməsi və binaların idarəedilməsi barədə Akt imzalanmışdır. Həmin Aktın 4-cü hissəsinin qeydində onun Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilənin və X4 Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. İmzalanmış “01” mart 2019-cu il tarixli “Çoxmənzilli binaların idarə edilməsi haqqında müqavilə”nin müqavilənin 2.1-ci bəndinə əsasən İdarəedici təşkilat (iddiaçı) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə e dən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi (cavabdeh) isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğdə İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Çoxmənzilli binaların idarəedilməsi haqqında müqaviləyə əsasən, yaşayış binasının ümumi əmlakının saxlanılması və idarə olunması xərcləri hər kvadratmetr sahə üçün 0,3 manat müəyyən olunmuşdur. Cavabdehin mülkiyyətində ünvan 4 ünvanında yerləşən mənzilin ümumi sahəsi 69,92 kvadratmetr təşkil edir. Bu halda onun tərəfindən hər ay 20,98 manat ödəniş olunmalıdır. Belə ki, müqavilə bağlanıldığı andan hal-hazıradək müqavilə üzrə üz ərinə götürdüyü öhdəliklə əlaqədar cavabdeh tərəfindən layiqincə ödəniş həyata keçirilməmiş (qismən (cəmi 219 manat) ödəniş həyata keçirilmiş) və nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə 1249,60 manat borcu yaranmışdır. Ona tərəflərindən xəbərdarlıq ünvanlanmış və borcunun 10 gün ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə müqavilənin 3.1.19-cu yarımbəndi və 6.4-cü bəndinə əsasən yaranmış borcun (o cümlədən penya məbləği-aylıq hər kvadratmetr üçün 0,30 manat olduğunu əsas götürərək həmin məbləğin ayda olan günlərin sayına (30) bölünməsi nəticəsində güdəlik məbləğ 0,01 manat təşkil edir. Həmin məbləğ 5 ildə mövcud 1825 günə vurulsa, alınan penya məbləği 18,25 manat edir) tutulmasının məhkəmə qaydasında tələb olunacağı bild irilmişdir.
12. Cavabdeh İddiaçı MMC-yə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı MMC ilə aralarında bağlanılmış 01 mart 2019-cu il tarixli, 6/16 nömrəli “Çoxmənzilli binanın idarə edilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin ona qarşı iddia tələbi xx.xx.2019-cu il tarixli, 6/16 nömrəli çoxmənzilli binanın idarə edilməsi müqaviləsindən irəli gəlir. Lakin, həmin müqavilə bağlanarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Mülki Məcəllənin bir sıra maddələrinin tələbləri pozulmuş, həmçinin müqavilə bağlandıqdan sonra İddiaçı MMC müqavilə üzrə bir sıra öhdəliklərini yerinə yetirməmişdir. Hesab edir ki, aşağı da qeyd edilənlər baxımından İddiaçı MMC-nin ona qarşı olan iddia tələbi əsassızdır, iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsi üzrə irəli sürülən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmalıdır:
1. Müqavilənin müddəti. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı MMC-nin ona qarşı olan iddia tələbi 01 mart 2019-cu il tarixli, 6/16 nömrəli “Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi”nə əsaslanır. Lakin, həmin müqavilə Mənzil Məcəlləsinin tələblərinə riayət edilmədən bağlandığından etibarsız əqd hesab edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin “Çoxmənzilli binanın idarə edilməsi” ilə bağlı normaları özündə ehtiva edən 15-ci fəslinin 142.5-ci maddəsinə əsasən, “çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə bağla nılır”. Həmçinin, həmin Məcəllənin 142.6-cı maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi başa çatdıqda, onun xitamı haqqında tərəflərdən biri ərizə vermədikdə, bu müqavilənin qüvvədə olma müddəti onda nəzərdə tutulmuş müddətə və şərtlərlə uzadılmış hesab edilir. Eləcə də Mənzil Məcəlləsinin 142.12-ci maddəsinə əsasən, idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin başa çatmasına otuz gün qalmış çoxmənzilli binanın texniki sənədlərini və binanın idarə edilməsi ilə bağlı digər sənədləri yeni seçilmiş idarəedici təşkilata və ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə və ya mənzil-tikinti kooperativinə və ya ixtisaslaşmış istehlak kooperativinə və ya binanın bilavasitə sahə mülkiyyətçiləri tərəfindən idarə edildiyi hallarda idarəetmə üsulunun seçilm əsi barədə həmin mülkiyyətçilərin ümumi yığıncağının qərarında göstərilən mülkiyyətçilərdən birinə, belə mülkiyyətçi göstərilmədikdə isə həmin binanın istənilən sahə mülkiyyətçisinə verməyə cavabdehdir. Yəni, yuxarıda göstərilənlərə əsasən, Mənzil Məcəlləsinin 142.5-ci maddəsində nəzərdə tutulmuş “Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi” müddətli müqavilələr (əqdlər) kateqoriyasına aid edilir. Yəni, “müddət” çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin zəruri (mühüm) şərtlərindən biri kimi qiymətləndirilir. Beləliklə də müddətlə bağlı müddəa çoxmənzilli binanın idarə edilməsi müqaviləsində mütləq qaydada nəzərdə tutulmalıdır. Eyni zamanda göründüyü kimi Mənzil Məcəlləsi çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin 1 ildən az və 5 ildən çox olmayan müddətə bağlanılması ilə bağ lı imperativ qayda müəyyən etmişdir. Lakin, hazırkı mübahisə üzrə 01 mart 2019-cu il tarixli, 6/16 nömrəli müqavilədə müqavilənin qüvvədə olma müddəti, neçə illik müddətə bağlanılması ilə bağlı heç bir müddəa təsbit edilməmişdir.
2. Müqavilənin mühüm şərti. 01 mart 2019-cu il tarixli, 6/16 nömrəli çoxmənzilli binanın idarə edilməsi müqaviləsində müddətin olmaması müqavilənin mühüm şərtlərinin müqavilədə əks olunmaması deməkdir. Belə ki, Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Çünki, Mənzil Məcəlləsinin 142.5-ci maddəsinə əsasən, “çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə bağlanılır”. Burada “bağlanıla bilər” ifadəsindən deyil, “bağlanılır” ifadəsindən istifadə edilməsi həmin normanın imperativ məzmunundan xəbər verir. Göründüyü kimi, Mənzil Məcəlləsinin 142-ci maddəsi çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üçün müddət şərtini mühüm (zəruri) şərt hesab etmiş və həmin şərtin müqaviləyə daxil edilməsi ilə bağlı tələb müəyyən etmişdir. Lakin, 01 mart 2019-cu il tarixli, 6/16 nömrəli müqavilədə müqavilənin hansı müddətə bağlanılması ilə bağlı heç bir müddəa təsbit edilməmişdir. Bu səbəbdən də Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq İddiaçı MMC ilə aralarında “çoxmənzilli binanın idarə edilməsi müqaviləsi” müddətsiz bağlanılmışdır. Beləliklə, AR Mənzil Məcəlləsinin 142.3-cü və 142.5-ci maddəsində nəzərdə tutulmuş qaydalara əsasən, “Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi” müddətli müqavilə hesab edilir və bu növ müqavilələr bağlanarkən müqavilənin şərtləri sırasında müddət mütləq nəzərdə tutulmalıdır. Yəni, müddət “çoxmənzilli binanın idarə edilməsi müqaviləsi”nin mühüm şərtlərindən biridir. Lakin, hazırkı mübahisə üzrə müqavilədə mühüm şərtlərdən biri – müqavilənin müddəti ilə bağlı heç bir müddəa müəyyən edilməmiş və qanunun tələbinə əsasən müddətli formada bağlanılmalı olan müqavilə müddətsiz bağlanılmışdır.
3. Natamam oferta. Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.1-ci maddəsində göstərilir ki, ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, Mənzil Məcəlləsi çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üzrə müqavilənin müddətinə dair şərti mühüm şərt kimi nəzərdə tutmuş, həmin şərtin müqavilədə əks olunması ilə bağlı imperativ norma müəyyən etmişdir. Hazırkı halda 01 mart 2019-cu il tarixli, 6/16 saylı çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilədə bütün mühüm şərtlər – müqavilənin hansı müddətə bağlanması ilə bağlı müddəa öz əksini tapmadığından deməli oferta natamam olmuşdur. Bu səbəbdən də müqavilə bağlanılmış hesab edilə bilməz.
4. İdarəedici təşkilat. 01 mart 2019-cu il tarixli, 6/16 müqavilədə müqavilənin bir tərəfi olaraq o, digər tərəf kimi isə İddiaçı idarəedici təşkilat qi smində çıxış edir. Hesab edir ki, burada İddiaçı idarəedici təşkilat olaraq müqavilənin tərəfi qismində çıxış etməsinin qanuni olubolmamasını da hazırkı iş üzrə mübahisəlidir. Azərbaycan Respublikası Prezidentinin 2016cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Nizamnaməsinin 2.2.4-cü bəndinə əsasən, cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də mənzilləri güzəştli qaydada vətəndaşlara satılması üçün inşa edilmiş çoxmənzilli binaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq idarə edilməsini təmin etməkdir. Lakin İddiaçı hansı qaydada idarəedici təşkilat qismində seçilməsi, onun idarəedici təşkilat qismində seçilməsi zamanı Mənzil Məcəlləsinin 141-ci və Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 128 nömrəli qərarının tələblərinə riayət edil ib-edilməməsi, müsabiqənin hansı qaydada keçirilməsi ona məlum deyildir. Bu səbəbdən də əvvələ yaşadığı çoxmənzilli bina üzrə İddiaçı hansı qaydada idarəedici təşkilat qismində seçilməsi barədə bütün sənədlərin məhkəmə araşdırmasına təqdim edilməsi zəruridir. Əks halda İddiaçı idarəedici təşkilat qismində statusu onun üçün qeyri-müəyyəndir. Hesab edir ki, İddiaçı idarəedici təşkilat qismində seçilərəkən AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 128 nömrəli qərarının tələblərinə riayət edilməsiyindən həmin təşkilat onunla və digər mülkiyyətçilərlə bağlanılmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üzrə tərəf ola bilməzdi. Bu səbəbdən də 01 mart 2019-cu il tarixli, 6/16 müqavilə etibarsız hesab edilməlidir.
5. Hesabatların təqdim edilməməsi. Mənzil Məcəlləsinin 142.13-cü madd əsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim edir. Eləcə də qarşı tərəflə aralarında bağlanmış 01 mart 2019cu il tarixli, 6/16 nömrəli çoxmənzilli binanın idarə edilməsi müqavilənin 3.1.10-cu bəndində də idarəedici təşkilat İddiaçı MMC-nin hesabat vermək öhdəliyi nəzərdə tutulmuşdur. Həmçinin, V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki: məhkəmələr, ərizəçinin cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər; Çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir. Bu hesabatların qanunvericilikdə nəzərdə tutulması çoxmənzilli binanın sahə mülkiyyətçilərinin idarəçilikdə tam səlahiyyətli olmasını bir daha təsdiq edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, təkcə onun yaşadığı Yasamal rayonu, Xarici dai rəvi yolu 8 ünvanında yerləşən 6-cı binada: - 16 ədəd 3 otaqlı (hər biri təqribən 70 kv metr olmaqla), - 32 ədəd 2 otaqlı (hər biri təqribən 55 kv metr olmaqla) - 16 ədəd 1 otaqlı (hər biri təqribən 33 kv metr olmaqla) mənzil var. Bu mənzillərin mülkiyyətçilərindən hər ay hər kv metr. üçün 0,3 manat olmaqla xidmət haqqı toplanır. Bu isə ümumilikdə 1 bina üçün aylıq 1022,4 manat vəsaitin toplanması deməkdir: - 3 otaqlı mənzillər üzrə - 70 x 0,30 x 16 = 336 manat; - 2 otaqlı mənzillər üzrə - 55 x 0,30 x 32 = 528 manat; - 1otaqlı mənzillər üzrə - 33 x 0,30 x 16 = 158,4 manat. Nəzərə alsaq ki, binamız 2019-cu ilin mart ayından etibarən istismara verilmişdir və bina müasir standartlara uyğun yeni liftlə təmin olunmuşdur, liftə vaxtaşırı xidmət xərcləri elə də yüksək məbləğdə olmamalıdır. Eləcə də, binanın işıqlandırma və təmizlik xərclərinin məbləğinin də yüksək olacağı qənaətində deyiləm. Binanın saxlanılması xərclərini təqribi qeyd etməyimin səbəbi isə həmin xərclər barəsində İddiaçı MMC tərəfindən heç vaxt mənzil mülkiyyətçilərinə hesabatın verilməməsi olmuşdur. Halbuki, Mənzil Məcəlləsinin 142.13-cü maddəsində İddiaçı MMC-nin hər il hesabat vermək öhdəliyi müəyyən edilsə də bu günədək bir dəfə belə olsun mənzil mülkiyyətçilərinə toplanan pul vəsaitlərinin hansı istiqamətdə xərclənməsi barədə mülkiyyətçilərə məlumat verilməmişdir. Bununla da artıq 6 ildən çoxdur ki, İddiaçı MMC qanunvericilikdə təsbit edilmiş hesabat vermək öhdəliyini yerinə yetirməmişdir. Bu isə onda və digər sakinlərdə haqlı olaraq toplanmış vəsaitin hansı istiqamətdə xərclənməsi barədə sualların ortaya çıx masına səbəb olur.
6. Müqavilənin bağlanma tarixi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı MMC-nin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən, Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Mənzil X3 qərarlarını rəhbər tutur. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Mənzil X3 01 mart 2019-cu il tarixli 05 nömrəli Qərarı ilə “Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi”nin nümunəvi forması təsdiq edilmişdir. Həmin Qərar 18 mart 2019-cu il tarixdə İddiaçınə daxil olmuşdur. İddiaçı MMC-nin direktorunun 28 mart 2019-cu il tarixli dərkənarı ilə isə Qərardan irəli gələn məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Lakin, İddiaçı MMC ilə aralarında bağlanmış 01 mart 2019-cu i l tarixli, 6/16 nömrəli çoxmənzilli binanın idarə edilməsi müqaviləsi 19 fevral 2019-cu il tarixində bağlanmışdır. Göründüyü kimi müqavilənin nümunəvi forması 01 mart 2019-cu il tarixdə hazırlanmış və 18 mart 2019-cu il tarixdə İddiaçı MMC-yə daxil olmuşdur. Necə ola bilər ki, müqavilənin forması təsdiq edilməzdən əvvəl, yəni 19 fevral 2019-cu il tarixdə onunla nümunəvi formaya uyğun müqavilə bağlanılıb?
7. Bildiriş. Azərbaycan Respublikası Mənzil X3 01 mart 2019-cu il tarixli 05 nömrəli qərarının 5-ci bəndinə əsasən, xidmət haqqının ödənilməsi barədə hər təqvim ayının əvvəlində istehlakçıya göndəriləcək yazılı bildirişin nümunəvi forması təsdiq edilmişdir. Lakin, bu günədək ona xidmət haqqının ödənilməsi barədə heç bir yazılı bildiriş göndərilməmişdir. Beləliklə də cavabdeh həmin öhdəliyi ni də lazım qaydada yerinə yetirməmişdir.
8. İddia müddəti. Yuxarıda qeyd etdiklərinə əsasən, hesab edir ki, 01 mart 2019-cu il tarixli, 6/16 nömrəli çoxmənzilli binanın idarə edilməsi müqaviləsi etibarsız əqddir. Hətta həmin əqdin etibarlı olduğunu fərz etsək belə, İddiaçı MMC AR Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Hazırkı mübahisə üzrə İddiaçı MMC 2019-cu ildən bəri ödənilməmiş xidmət haqlarını ödəməyini tələb edir. Lakin, nəzərə almır ki, 2022-ci ilin fevral ayınadək olan tələblər üzrə iddia müddətini ötürmüşdür.
6. Hesablaşma əməliyyatlarının düzgün aparılmaması. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qarşı tərəf tələb etdiyi məbləğin, yəni tərəfimdən ödənilməli olan pul vəsaitinin uçotunu kustar üsulla - sadə yazılı formada deyil, “Mühasib at uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müvafiq beynəlxalq standartlarına uyğun olaraq aparmalı idi. Buna baxmayaraq iddiaçı tərəfindən hesabatların qanunla müəyyən edilmiş qaydada aparılmasına dair hər hansı sübut təqdim edilməmiş, tələb edilən məbləğ formal mülahizə əsasında qeyd edilmişdir. Bu isə öz növbəsində maliyyə uçotunun aparılması qaydalarının qanuna uyğun olaraq aparılmamasını eyni zamanda tələb olunan məbləğin həqiqəti əks etdirdiyinə şübhə ilə yanaşmağa əsas verir.
9. Standart şərtlərin etibarsızlığı. Həmçinin, onunla və ümumilikdə Yasamal yaşayış kompleksinin digər sakinləri ilə İddiaçı MMC-nin bağlamış olduğu “çoxmənzilli binanın idarə edilməsi haqqında” ümumi və standart müqavilə mənzil mülkiyyətçiləri üçün olduqca əlverişsiz şərtlərlə bağla nmışdır. Məsələn, 01 mart 2019-cü il tarixli müqavilənin 5.2-ci bəndində göstərilir ki, müqavilə üzrə xidmət haqqının artırılması məsələsinə idarəedici təşkilat tərəfindən birtərəfli qaydada baxıla bilər. Halbuki, AR Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmçinin, Mülki Məcəllənin 420.2-ci maddəyə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Hazırkı situasiyada, 5.2-ci bənddə göstərilən mü ddəalar müqaviləyə daxil edilmiş olsa da etimad və vicdanlılıq prinsiplərinə zidd olduğundan həmin bənd etibarsızdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, İddiaçı MMC ilə aralarında bağlanılmış 01 mart 2019-cu il tarixli, 6/16 nömrəli çoxmənzilli binanın idarə edilməsi müqaviləsi qanunvericiliyin yuxarıda sadalanan tələblərinə zidd olaraq bağlandığından, həmçinin cavabdeh tərəfindən müqavilənin bütün şərtləri lazımi qaydada icra edilmədiyindən həmin müqavilə etibarsız hesab edilməli və ləğv edilməlidir.
14. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdehin təqdim etdiyi qarşılıqlı iddia ərizəsi əsassız olduğu, habelə dövlət rüsumu ödənilmədən, imzalanmadan verildiyi üçün icraata q əbul edilməməlidir. Onun istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 142.5-ci maddəsi ilə müəyyən olunmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə bağlanılması ilə əlaqədar mövqeyə münasibətdə bildirir ki, aralarında imzalanmış müvafiq müqavilə üzrə müddətin müəyyən olunmaması onun ən azı 1 il müddətinə bağlanıldığına işarədir. Həmin Məcəllənin 142.6-cı maddəsinə görə, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi başa çatdıqda, onun xitamı haqqında tərəflərdən biri ərizə vermədikdə, bu müqavilənin qüvvədə olma müddəti onda nəzərdə tutulmuş müddətə və şərtlərlə uzadılmış hesab edilir. Hər bir halda müddətlə bağlı məsələnin müqavilədə nəzərdə tutulmaması halının onun etibarsızlığına dəlalət etməsinə dair qanunvericilikdə müdd əa təsbit olunmamışdır. Cavabdehlə aralarında hüquq münasibəti mövcud olduğundan və həmin münasibətə xitam verilmədiyindən sözügedən məcəllənin 142.12-ci maddəsinə görə, müqavilənin başa çatmasına otuz gün qalmış çoxmənzilli binanın texniki sənədlərini və binanın idarə edilməsi ilə bağlı digər sənədləri yeni seçilmiş idarəedici təşkilata və ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə və ya mənzil-tikinti kooperativinə və ya ixtisaslaşmış istehlak kooperativinə və ya binanın bilavasitə sahə mülkiyyətçiləri tərəfindən idarə edildiyi hallarda idarəetmə üsulunun seçilməsi barədə həmin mülkiyyətçilərin ümumi yığıncağının qərarında göstərilən mülkiyyətçilərdən birinə, belə mülkiyyətçi göstərilmədikdə isə həmin binanın istənilən sahə mülkiyyətçisinə verməyə borclu olma ilə bağlı idarəedici təş kilatın vəzifəsi istisna olunur. Cavabdehin istinad etdiyi "natamam oferta" istilahı qanunvericiliklə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 9.2-ci bəndinə əsasən, binada mənzillərin azı 50 faizi özgəninkiləşdirildikdə cəmiyyət mənzil mülkiyyətçilərinə binanın cəmiyyət tərəfindən idarə edilməsini (idarəetmənin təşkilini) təklif edir və buna dair müvafiq müqaviləni təqdim edir. Müqavilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və bu Qaydada göstərilən tələblər nəzərə alınmaqla Agentliyin təsdiqlədiyi nümunəvi forma əsasında tərtib olunur. Mənzil mülkiyyətçiləri binanın idarəedilməsi nə dair cəmiyyətin təklif etdiyi müqaviləni imzalamaqdan imtina etdikdə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində müəyyən edilmiş qaydada binanı idarəetmə formasını seçməlidirlər. Göründüyü kimi, qanunvericilik sərəncamda olan mənzillərin idarə edilməsi ilə bağlı münasibəti tənzimləyən xüsusi hüquqi rejim müəyyən etmişdir. Hesabatların təqdim olunmaması ilə bağlı məsələyə münasibətdə isə onu qeyd edə bilər ki, hamıya müyəssər olan internet səhifəsində nəinki çoxmənzilli binaların idarə olunması ilə bağlı hesabat, hətta fəaliyyətlərini əhatə edən digər məsələlərlə bağlı məlumat əks olunur. Əlavə olaraq vurğulayır ki, idarəetmə təkcə lift qurğusuna xidmətlə əlaqədar deyildir. Məlum olduğu kimi, ərazinin yaşıllıq sahəsinə qulluq, qazanxana və istilik sistemi, su nasosxanalarının istisma rı və təmizlənməsi, mühafizə sisteminin qurulması və s. kimi görülən işlər yaşayış sahəsinin bir kvadratmetri üçün 0,30 manat ödənişi şərtləndirəm amillərdir. Eyni zamanda, Cəmiyyəti cavabdehə xidmət haqqının ödənilməsi ilə bağlı bildiriş göndərməsini zəruri edən norma mövcud olmadığını xüsusi olaraq qeyd etməyi vacib hesab edir. Məlum olduğu kimi, ödənişlərlə bağlı hesablaşma kustar üsulla deyil, elektron ödəniş sistemi (billinq) vasitəsilə icra olunur. Cavabdehin standart şərtlərin etibarsızlığı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinə toxunmasının da hazırkı mübahisəyə aidiyyəti yoxdur. Belə ki, xidmət haqqının artırılması ilə bağlı məsələyə idarəedici təşkilat tərəfindən birtərəfli qaydada baxılması hüququnu istisna edən və ya məhdudlaşdıran norma həmin mad dədə əksini tapmamışdır. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi dövlət rüsumu ödənilmədən, imzalanmadan təqdim olunduğundan, habelə hüquqi və faktiki əsasa söykənmədiyindən icraata qəbul olunmamalıdır.
15. Cavabdeh məhkəməyə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, İddiaçı MMC-nin iddia tələbinin təmin ediləcəyi halda vaxtaşırı icra edilməli öhdəliklər üzrə 3 illik iddia müddətinin tətbiq olunması və iddia tələbinin iddia müddətinin ötürülmüş hissəsinə münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.R.SultanovaMəmmədova) xx.xx.2025-ci il tarixli, e-2(004)-1764/2025 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh 818,22 manat mə bləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumu olaraq 30 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin olunmaması və qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin-çoxmənzilli binanın sahə mülkiyyətçisinin əməlləri məhkəmə tərəfindən mənzil qanunverciliyinin pozulması kimi qiymətləndirilir. İddiaçının təqdim etdiyi Yığımlar haqqında məlumatlardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 63 manat, xx.xx.2019-cu il tarixdə 39,50 manat, xx.xx.2019-cu il tarixdə 19,50 manat, xx.xx.2020-ci il tarixdə 94,50 manat olmaqla, cəmi 216,50 manat ödəniş edilmiş, 1333,52 manat borc qalmışdır. İlkin iddia üzrə cavabdeh məhkəməyə iddia təl əbinin tətbiq edilməsi barədə ərizə verərək, İddiaçı MMCnin iddia tələbinin təmin ediləcəyi halda vaxtaşırı icra edilməli öhdəliklər üzrə 3 illik iddia müddətinin tətbiq olunması və iddia tələbinin iddia müddətinin ötürülmüş hissəsinə münasibətdə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, tərəflər arasında “çoxmənzilli binaların idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 6/16 nömrəli müqavilə bağlandığı andan yaranmış öhdəliklər üzrə iddia müddəti tətbiq edilməklə, hesab edir ki, ilkin iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən borclu tərəfindən ödənilməmiş vəsait xx.xx.2022-ci il tarixdən etibarən hesablanmaqla tutulmalıdır. İlkin iddia üzrə cavabdehin mənzili üçün aylıq ödəniş (20,98 manat x 36 ay ) 755,28 manat təşkil etməlidir. Həmçinin ilkin iddia üzrə xx.xx.2025-ci il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq, iddia ərizəsi verildikdən sonrakı 3 ayın - fevral, mart və aprel aylarının aylıq ödənişi (20,98 manat x 3 ay) 62,94 manat təşkil edir. Belə olduğu halda, əsas borcun məbləğinin 818,22 manat olması müəyyən edilir.
18. Məhkəmə hesab etmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyindən, əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edildiyindən ilkin iddia tələbi cavabdehdən hesablanmış penyanın tutulması hissəsində əsassızdır.
19. Məhkəmə qarşılıqlı iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar nəzərdə tutulmuşdur. Lakin tərəflər arasında bağlanmış “çoxmənzilli binaların idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 6/16 nömrəli müqavilənin etibarsız hesab edilməsi üçün belə əsaslar mövcud deyil. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd edir ki, Mənzil Məcəlləsinin 142.5-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə bağlanılmalı idi. Lakin nəzərə alınmalıdır ki, həmin Məcəllənin 142.3-cü maddəsində çoxmənzilli binanın idarə edilməsi müqaviləsində göstərilməli olan məsələlər öz əksini tapmışdır və müddətin göstərilməsi imperativ norma kimi qeyd olunmamışdır. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində göstərilən müqavilə üzrə xidmət haqqının artırılması məsələsinə idar əedici təşkilat tərəfindən birtərəfli qaydada baxıla bilməsi məsələsinə dair qeyd etmişdir ki, AR Mülki Məcəlləsinin 420.2-ci maddəyə əsasən, müqavilənin digər tərəfi üçün zərərlidirsə etibarsızdır. Halbuki, Azərbaycan Respublikasının Mənzil X3 xx.xx.2019-cu il tarixli 05 nömrəli Çoxmənzilli binaların idarəedilməsi haqqında qərarı ilə “Çoxmənzilli Binaların idarəedilməsi haqqında Müqavilə”nin nümunəvi forması təsdiq edilmiş, tərəflər arasında bağlanmış müqavilə də həmin nümunəyə uyğun və tərəflərin azad iradə ifadəsi ilə bağlanmışdır.
20. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı qeyd etmişdir ki, İddiaçı hansı qaydada idarəedici təşkilat qismində seçilməsi, onun idarəedici təşkilat qismində seçilməsi zamanı Mənzil Məcəlləsinin 141-ci və Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 12 8 nömrəli qərarının tələblərinə riayət edilib-edilməməsi, müsabiqənin hansı qaydada keçirilməsi ona məlum deyildir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Nizamnaməsinin 4-cü bəndinə əsasən, cəmiyyət onun iştirakçılarının ümumi yığıncağı, Müşahidə Şurası və İcra orqanı tərəfindən idarə olunur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 9.2-ci bəndinə əsasən, Binada mənzillərin azı 50 faizi özgəninkiləşdirildikdə cəmiyyət mənzil mülkiyyətçilərinə binanın cəmiyyət tərəfindən idarə edilməsini (idarəetmənin təşk ilini) təklif edir və buna dair müvafiq müqaviləni təqdim edir. Müqavilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və bu Qaydada göstərilən tələblər nəzərə alınmaqla Agentliyin təsdiqlədiyi nümunəvi forma əsasında tərtib olunur. Mənzil mülkiyyətçiləri binanın idarəedilməsinə dair cəmiyyətin təklif etdiyi müqaviləni imzalamaqdan imtina etdikdə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində müəyyən edilmiş qaydada binanı idarəetmə formasını seçməlidirlər. Tərəflər arasında bağlanmış müqavilə ilə artıq idarəetmə forması seçilmiş hesab olunmuş, mülkiyyətçi müqaviləni bağlamaqdan imtina etməmişdir.
21. Məhkəmə hesab etmişdir ki, müqavilənin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən göstər ilən hallar müqavilənin etibarsız hesab olunmasına səbəb olmadığından qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir.
22. Məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.
23. Məhkəmə qarşılıqlı iddia tələbinin “müqavilənin ləğv edilməsi” tələbinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədik də isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşin hallarından və işdə olan sənədlərdən görünür ki, MMC tərəfindən mülkiyyətçilərə kommunal xidmətlərin və digər xidmətlərin göstərilməsi, təmir üzrə xidmətlər və ya işlər görülməsi kimi müqavilənin əsas şərtlərində göstərilən öhdəliklər icra edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qeyd olunan illik hesabatların və aylıq xidmət haqqı ödənişləri barədə bildirişlərin təqdim edilməməsi müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz.
24. Yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiy yətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı.
25. Bundan başqa, ilkin iddia üzrə Cavabdeh məhkəməyə yazılı vəsatət ünvanlayaraq, cavabdeh İddiaçı MMC vəzifəli şəxslərinin əməllərində (rəsmi hesabat təqdim etməkdən yayınmaq) korrupsiya əlamətləri olduğundan xüsusi qərardad qəbul etməklə aiddiyyəti prokurora məlumat verilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh vəsatətinə münasibətdə məhkəmə hesab etmişdir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zam anı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 372.1, 372.2, 373.3, 375.2, 385.1, 389.1, 405.1, 405.2, 408.1, 408.7, 409.1, 417.1, 421.1, 421.2, 421.3, 425.1, 441.1, 441.2, 441.3, 442, 448.1-ci, Mənzil Məcəlləsinin 38.1, 38.2, 135.1, 135.2.3, 136.2, 136.2.1, 136.2.2, 137.4, 137.5, 138.5, 137.9, 137.10, 141.1- 141.6, 141-1.1, 142.1, 142.2, 142.3, 142.3.1, 142.3.2, 142.3.3, 142.3.4, 142.3.5, 142.4, 142.5, 142.6, 142.12, 142.13-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022 -ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 265.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. İlk iddia üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı mübahisə üzrə 01 mart 2019-cu il tarixli, 6/16 nömrəli müqavilədə müqavilənin qüvvədə olma müddəti, neçə illik müddətə bağlanılması ilə bağlı heç bir müddəa təsbit edilməmişdir. Bu hallar isə həmin müqavilənin AR Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq bağlanıldığını sübuta yetirir. Lakin məhkəmə bu halı gözardı edərək müqavilədə müddətin nəzərdə tutulmamasına heç bir əsaslandırılmış münasibət bildirməmişdir. Cavabdeh qeyd edir ki, guya aramız da bağlanmış müqavilə 1 il müddətinə bağlanmışdır və hər dəfə müqavilənin müddəti avtomatik olaraq 1 il müddətinə uzadılmışdır. Cavabdehin bu yanaşması ilə bağlı bildirmək istəyir ki, o, müqavilənin müddəti bitdikdən sonra 2021-cü ilin aprel ayında cavabdeh İddiaçı MMC-yə müraciət edərək “müqavilənin ləğvi” ilə bağlı öz iradəsini ifadə etmişdir. Buna baxmayaraq, cavabdeh onun həmin müraciətini nəzərə almamış və müqavilə ləğv edilməmişdir. Məhkəmə bu hala da öz qətnaməsində münasibət bildirməmişdir. Sual edir ki, müqavilənin müddəti bitdikdə müqaviləni xitam etmək istəyirsə nə etməlidir? Müqavilə ya tərəflərin qarşılıqlı razılığı, ya da məhkəmə qaydasında (qarşılıqlı razılıq olmadıqda) ləğv edilə bilər. Hazırkı mübahisə üzrə 1 illik müqavilə müddəti bitdikdən sonra tərəfindən cavabdehə mü qavilənin ləğvi ilə bağlı müraciət edilsə də, cavabdeh müraciətini rədd etmişdir. İkinci yol olaraq, müqavilənin müddətinin bitməsi səbəbindən məhkəmə qaydasında müqavilənin ləğvi üçün məhkəməyə iddia ərizəsi təqdim etməyinə baxmayaraq, məhkəmə bu iddia tələbini rədd etmişdir. Bəs belə olan halda müqavilənin ləğvinə necə nail ola bilər? Bütün bunlar məhkəmə qətnaməsinin qanunsuz olduğunu və AR Mülki Məcəlləsinin və AR Mənzil Məcəlləsinin tələblərinə zidd olduğunu sübut edir. 01 mart 2019-cu il tarixli, 6/16 müqavilədə müqavilənin bir tərəfi olaraq o, digər tərəf kimi isə İddiaçı MMC idarəedici təşkilat qismində çıxış edir. Hesab edir ki, burada İddiaçı MMC idarəedici təşkilat olaraq müqavilənin tərəfi qismində çıxış etməsinin qanuni olub-olmamasını da hazırkı iş üzrə mübahisəlidir. Lakin İ ddiaçı MMC-nin hansı qaydada idarəedici təşkilat qismində seçilməsi, onun idarəedici təşkilat qismində seçilməsi zamanı AR Mənzil Məcəlləsinin 141-ci və AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 128 nömrəli qərarının tələblərinə riayət edilibedilməməsi, müsabiqənin hansı qaydada keçirilməsi ona məlum deyildir. Bu səbəbdən də əvvəla yaşadığı çoxmənzilli bina üzrə İddiaçı hansı qaydada idarəedici təşkilat qismində seçilməsi barədə bütün sənədlərin məhkəmə araşdırmasına təqdim edilməsini tələb etsə də, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Hazırkı mübahisə üzrə öhdəliklərin qarşılıqlı icrası prinsipindən çıxış etsək, görərik ki, cavabdeh İddiaçı MMC öz hesabat vermək öhdəliyini icra etmədiyi halda mənzil mülkiyyətçilərindən kommunal xidmətlərə görə ha qq ödənilməsini tələb edir. Cavabdeh vaxtında hesabat verməklə bağlı öz öhdəlikərini icra etmədiyindən o da haqlı olaraq xidmət haqqı ödəmək öhdəliyini icra etməmişdir. Onun bu mövqeyi və addımı haqlı olmaqla yanaşı Mülki Məcəllənin 441.2-ci maddəsinə uyğun olmuşdur. İş materiallarından da görünür ki, İddiaçı MMC tərəfindən iddiaərizəsi verilərkən dövlət rüsumu ödənilməmişdir. İddiaçı MMC büdcə təşkilatı olmadığından iddia icraatı qaydasında ərizə verərkən dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.38-ci maddəsinə əsasən, büdcə təşkilatı - büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır. Mülki Məcəllənin 64.3-cü maddəsinə əsasən, təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Bu cəmiyyətlər kommersiya hüquqi şəxs hesab edilirlər. Yuxarıda qeyd edilən maddələrə əsasən, yalnız qeyri-kommersiya təşkilatları büdcə təşkilatı qismində çıxış edə bilər. Göründüyü kimi, İddiaçı MMC qeyri-kommersiya hüquqi şəxs deyildir. Təşkilati hüquqi formasına görə kommersiya hüquqi şəxslər qrupuna aiddir. Bu səbəbdən də cavabdeh İddiaçı MMC kommersiya hüquqi şəxsi olduğundan və maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmədiyindən büdcə təşkilatı hesab edilə bilməz. Nəticə etibarı ilə İddiaçı MMC tərəfindən iddia ərizəsi verilən zaman dövlət rüsumu ödənilməli idi. Məhkəmə dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsini və ona ə lavə edilmiş sənədləri geri qaytarmaq əvəzinə AR Mülki Prosessual Məcəlləsinin tələblərini pozaraq iddia ərizəsini öz icraatına qəbul etmişdir. Bu azmış ki, qətnamənin nəticə hissəsində ödənilməli olan 30 manat dövlət rüsumunu da ona aid etmişdir. Hesab edir ki, hakim işin bu hallarını da ətraflı araşdırmamış və MPM-in tələblərinə zidd olaraq iddia ərizəsini öz icraatına qəbul etmiş, bu isə son nəticədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə heç bir sübuta əsaslanmadan İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə baxışı zamanı hakim niyə indiyə qədər İddiaçı MMC tərəfindən çoxmənzilli binanın sahə mülkiyyətçilərinə heç bir hesabatın verilmədiyini məsələsini ümumiyyətlə aydınlaşdırmamışdır. Halbuki, məhkəmə bu günədək hansı s əbəbdən mənzil mülkiyyətçilərinə hesabat verilməməsi məsələsini aydınlaşdırmalı və İddiaçıMMC-nin bu öhdəliyini hansı səbəbdən icra etmədiyini müəyyən etməli idi. 11 mart 2025-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclası zamanı 2019-2024-cü illər üzrə çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi və çoxmənzilli binanın sahə mülkiyyətçilərindən toplanmış vəsaitin və həmin vəsaitin hansı istiqamətdə xərclənməsi ilə bağlı rəsmi hesabların surətinin məhkəmə baxışına təqdim edilməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin edilmişdir. İlkin olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 18 aprel 2025-ci il tarixli məlumatda qeyd edilmişdir ki, 2019-2024-cü illər üzrə kommunal ödəyicilərdən (mənzil sahibləri) Yasamal 1 YK və Yasamal 2 YK üzrə ümumilikdə 2.5 25.465,50 manat vəsait toplanmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə əlavə edilmiş məlumat cədvəlindən görünür ki, 2019-2024-cü illərdə ümumilikdə yaşayış kompleksinin saxlanılması üçün 5.124.782,39 manat xərc çəkilmişdir. Məlum olduğu kimi, İddiaçı MMC kommersiya hüquqi şəxs olmaqla fəaliyyətinin əsas məqsədi gəlir əldə etməkdir. Lakin, məhkəməyə təqdim edilmiş məlumatlara nəzər yetirdikdən görürük ki, mənzil mülkiyyətçilərindən toplanmış vəsaitlə (2.525.465,50 manat) çoxmənzilli binaların idarə edilməsinə xərclənmiş vəsait (5.124.782,39 manat) arasında təqribən 2 milyon 600 min manat (2.599.316,89 manat) fərq var. Bu isə həmin rəqəmlər arasında 2 dəfə fərqin olması deməkdir. Yəni, mənzil mülkiyyətçilərindən toplanmış 2 milyon 500 min manatdan əlavə, İddia çı MMC öz şəxsi gəlirindən 2 milyon 600 min manat da çoxmənzilli binaların saxlanmasına xərc çəkmişdir. Belə olan halda sual olunur ki, əsas məqsədi gəlir əldə etmək olan kommersiya hüquqi şəxs İddiaçı MMC niyə öz şəxsi vəsaiti hesabına çoxmənzilli binalara kommunal xidmətlər göstərir və onun bu cür zərərlə işləməsinə səbəb nədir? Hesab edir ki, toplanmış məbləğlərlə xərclənmiş məbləğlər arasında bu qədər ciddi fərqin olması (təxminən 2 milyon 600 min manat fərq) həmin məbləğlərin həqiqətə uyğun olmamasına dair əsaslı şübhələrin yaranmasına səbəb olur. Göstərilən şübhə yaradan halların aydınlaşdırılması üçün “məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə” Yasamal Rayon Məhkəməsinə yazılı vəsatət verməyinə baxmayaraq, vəsatəti məhkəmə tərəfindən rədd edilmişdir.
29. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) 2(103)4814/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-1764/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin Cavabdeh özünə aid edilməsi qət edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk olaraq qeyd etmişdir ki, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.
31. İşdə ola n sənədlərdən müəyyən olunur ki, cavabdehin mənzili üçün aylıq ödənişi 20,98 manat təşkil etmiş, birinci instansiya məhkəməsi düzgün olaraq, əsas borcun məbləğini son üç ilə münasibətdə (20,98 manat x 36 ay) 755,28 manat, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia ərizəsi verildikdən sonrakı 3 ayın - fevral, mart və aprel aylarının aylıq ödənişi (20,98 manat x 3 ay) 62,94 manat, cəmi 818,22 manat olmasını müəyyən etmişdir.
32. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər xx.xx.2019-cu il tarixdə tərəflər arasında bağlanmış çoxmənzilli binaların idarə edilməsi haqqında müqavilənin etibarsızlığı üçün əsas ola bilməz.
33. Tərəflər arasında müqavilənin mühüm şərtləri: predmeti (çoxmənzilli binanın idarə edilməsi ilə bağlı görüləcək xidmətl ər və işlər) və qanunvericiliklə həmin növ müqavilə üçün mühüm (zəruri) adlandırılmış şərtlər barəsində yazılı formada razılığa gəlinmiş və bununla da xx.xx.2019-cu il tarixli 6/16 nömrəli müqavilə bağlanmışdır.
34. İddiaçı MMC hansı qaydada idarəedici təşkilat qismində seçilməsi dəlili ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 9.2-ci bəndində göstərilmişdir ki, binada mənzillərin azı 50 faizi özgəninkiləşdirildikdə cəmiyyət mənzil mülkiyyətçilərinə binanın cəmiyyət tərəfindən idarə edilməsini (idarəetmənin təşkilini) təklif edir və buna dair müvafiq müqaviləni təqdim edir. Müqavilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və bu Qaydada göstərilən tələblər nəzər ə alınmaqla Agentliyin təsdiqlədiyi nümunəvi forma əsasında tərtib olunur. Mənzil mülkiyyətçiləri binanın idarəedilməsinə dair cəmiyyətin təklif etdiyi müqaviləni imzalamaqdan imtina etdikdə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində müəyyən edilmiş qaydada binanı idarəetmə formasını seçməlidirlər.
35. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə isə ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) yaşadığı binanın mənzil mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsinin 141.2-ci maddəsində müəyyən edilmiş idarəetmə forması seçilməmişdir. Beləliklə, mənzil mülkiyyətçiləri tərəfindən idarəetmə forması seçildiyi təqdirdə “MİDA Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təklif edilən müqavilənin imzalanmasından imtina edilməsinə yol verilir.
36. İddiaçı tərəfindən hesabatların təqdim edilməməsi dəlilinə gəlincə isə kollegiya qeyd etmişdir ki, yuxarıda istinad olunan Cəmiyyətin nizamnaməsinə əsasən, Cəmiyyət illik maliyyə hesabatlarını hər maliyyə ili bitdikdən sonra aprelin 30-dan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirir. Odur ki, bu əsasla müqavilənin ləğv edilməsi barədə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tələbi əsassızdır. O da qeyd edilməlidir ki, Cavabdeh məhkəmə iclasında İddiaçı tərəfindən yaşadığı binanın idarəedilməsindən və saxlanılması ilə bağlı görülən işlərdən narazı olduğunu ifadə etməmiş, göstərilən xidmətlərdən yararlandığını bildirmişdir.
37. Kommersiya hüquqi şəxsi hesab edildiyi üçün iddia verilərkən İddiaçı tərəfindən dövlət rüsumunun ödənilmədiyi dəlilinə mü nasibətdə kollegiya qeyd etmişdir ki, nizamnaməsinə əsasən sözügedən Cəmiyyət Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədi ilə yaradılmışdır və onun bütün payları dövlətə məxsusdur. Mülki Məcəllənin 64.6-cı maddəsinə əsasən dövlət orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər. Beləliklə, İddiaçı kommersiya hüquqi şəxsi olması barədə ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) dəlili əsassızdır.
38. Eyni zamanda, iddiaçı Mülki Məcəllənin 420.2-ci maddəsinə istina d edərək tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinin etibarsız olması barədə dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, sözügedən maddə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərinə aiddir. Yuxarıda da qeyd edildiyi kimi, müqavilə üzrə təklif edən tərəf - İddiaçı sahibkarlıq (kommersiya) fəaliyyəti ilə məşğul olan hüquqi şəxs deyil.
39. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
40. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 44.1, 64.1, 64.3, 64.6, 337.1, 385.1, 386.1, 389.1, 405.1, 421.1, 421.2, 421.3, 442, 560.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mən zil Məcəlləsinin 29.3, 35.1, 38.1, 135.1, 136.2, 136.4, 137.10, 138.5, 141.2, 142.5, 142.6, 142.12-ci maddələrinə, “Azərbaycan Respublikasının Mənzil X3 yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 1113 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Nizamnaməsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaq əvəzinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozaraq iddia ərizəsini öz icraatına qəbul etmişdir. Bu azmış ki, qətnamənin nəticə hissəsində ödənilməli olan 30 manat dövlət rüsumunu da ona aid etmişdir. Lakin, hakim işin bu hallarını da ətraflı araşdırmamış və MPM-in tələblərinə zidd olaraq iddia ərizəsini öz icraatına qəbul etmiş, bu isə son nəticədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
43. Müddətlə bağlı müddəa çoxmənzilli binanın idarə edilməsi müqaviləsində mütləq qaydada nəzərdə tutulmalıdır. Eyni zamanda göründüyü kimi Mənzil Məcəlləsi çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin 1 ildən a z və 5 ildən çox olmayan müddətə bağlanılması ilə bağlı imperativ qayda müəyyən etmişdir. Lakin, hazırkı mübahisə üzrə 01 mart 2019-cu il tarixli, 6/16 nömrəli müqavilədə müqavilənin qüvvədə olma müddəti, neçə illik müddətə bağlanılması ilə bağlı heç bir müddəa təsbit edilməmişdir. Bu hallar isə həmin müqavilənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq bağlanıldığını sübuta yetirir. Lakin, apellyasiya instansiyası məhkəməsi bu halı gözardı edərək müqavilədə müddətin nəzərdə tutulmamasına heç bir əsaslandırılmış münasibət bildirməmişdir.
44. Cavabdeh vaxtında hesabat verməklə bağlı öz öhdəlikərini icra etmədiyindən cavabdeh də haqlı olaraq xidmət haqqı ödəmək öhdəliyini icra etməmişdir. Cavabdeh bu mövqeyi və addımı haqlı olmaqla yanaşı Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 441.2-ci maddəsinə uyğun olmuşdur. Lakin, apellyasiya instansiyası məhkəməsi bu halları da nəzərə almamış və qətnamədə bu hallara da heç bir münasibət bildirməmişdir.
45. Hazırkı mübahisə üzrə məhkəmə heç bir sübuta əsaslanmadan İddiaçı MMCnin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Eləcə də məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş, qeyd edilən sənədləri cavabdehdən tələb etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən hallar araşdırılmamış və sübuta yetirilməmişdir.
46. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənmiş, onları əlaqəli şəkildə şərh etməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməmişdir. Bununla da məhkəmələr məhz bu “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında təsbit edilmiş tövsiyələrə əməl etməmişdir.
47. Məhkəmələr, ərizəçinin cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər. Çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir. Bu hesabatların qanunvericilikdə nəzərdə tutulması çoxmənzilli binanın sahə mülkiyyətçilərinin idarəçilikdə tam səlahiyyətli olmasını bir daha təsdiq edir.
48. Məhkəmə baxışı zamanı hakim niyə indiyə qədər İddiaçı MMC tərəfindən çoxmənzilli binanın sahə mülkiyyətçilərinə heç bir hesabatın verilmədiyi məsələsini ümumiyyətlə aydınlaşdırmamışdır. Halbuki, məhkəmə bu günədək hansı səbəbdən mənzil mülkiyyətçilərinə hesabat verilməməsi məsələsini aydınlaşdırmalı və İddiaçıMMC-nin bu öhdəliyini hansı səbəbdən icra etmədiyini müəyyən etməli idi.
49. Cavabdehin 3 aylıq məhkəmə baxışı dövründə güc-bəla ilə təqdim etdiyi bir səhifəlik cədvəli məhkəmə çox önəmli və mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, həmin sənəd “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Həmçinin, cavabdeh İddiaçı MMC-nin hesabatı niyə 3 ay ləngitdikdən sonra təqdim etməsi də olduqca şübhəli və araşdırılmalı hal olmasına baxmayaraq, məhkəmə işin bu halını da araşdırmamış v ə niyə hesabatın 3 ay ləngidilməsinin səbəblərini cavabdeh tərəfdən öyrənməmişdir. 5 il ərzində verilməli olan hesabat 5 il ərzində verilməmiş, bu azmış kimi məhkəmə baxışı dövründə də 3 ay ləngidildikdən sonra təqdim edilmişdir. Lakin, məhkəmə bu halların heç birini səbəblərini araşdırmamış və sanki İddiaçı MMC-nin mövqeyindən çıxış etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
51. Maddə 43.1.Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçir mək, vəzifələr s daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
52. Maddə 44.1.Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.
53. Maddə 64.1.Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.
54. Maddə 64.3. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmd ar cəmiyyəti formasında yaradıla bilər.
55. Maddə 64.6. Dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər.
56. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
57. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
58. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi ha lları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
59. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
60. Maddə 405.1.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
61. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
62. Maddə 42 1.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
63. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
64. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə v ə xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
65. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
66. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.
67. Maddə 35.1.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin bi nada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahə sində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
68. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.
69. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
70. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 71. 136. 2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 72. 136.2.2. kommunal xidmətlərə görə haqq.
73. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
74. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
75. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.
76. Maddə 141.2.Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 77. 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edil mə; 78. 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 79. 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 80. 142.3.Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində aşağıdakılar göstərilməlidir: 81. 142.3.1. barəsində idarəetmənin həyata keçirildiyi çoxmənzilli binanın ümumi əmlakının tərkibi və həmin binanın ünvanı; 82. 142.3.2. çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısı, bu siyahıya dəyişiklik edilməsi qaydası, habelə idarəedici təşkilatın göstərdiyi kommunal xidmətlərin siyahısı; 83. 142.3.3.müqavilə qiymətinin, yaşayış sahəsinin saxlanması və təmirinə və idarəedici təşkilatın göstərdiyi kommunal xidmətlərə görə haqqın miqdarının müəyyənləşdirilməsi qaydası, habelə bu haqqın ödənilməsi qaydası; 84. 142.3.4. idarəedici təşkilatın çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət qaydası; 85. 142.3.5. bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəalar.
86. Maddə 142.5. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə, bu Məcəllənin 141.6-cı maddəsində göstərilən halda isə bir ildən az və üç ildən çox olmayan müddətə bağlanılır.
87. Maddə 142.6. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi başa çatdıqda, onun xitamı haqqında tərəflərdən biri ərizə vermədikdə, bu müqavilənin qüvvədə olma müddəti onda nəzərdə tutulmuş müddətə və şərtlərlə uzadılmış hesab edilir.
88. Maddə 142.12. İdarəedici təşkilat çoxmənzilli binanın idarə edilmə si müqaviləsinin başa çatmasına otuz gün qalmış çoxmənzilli binanın texniki sənədlərini və binanın idarə edilməsi ilə bağlı digər sənədləri yeni seçilmiş idarəedici təşkilata və ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə və ya mənzil-tikinti kooperativinə və ya ixtisaslaşmış istehlak kooperativinə və ya binanın bilavasitə sahə mülkiyyətçiləri tərəfindən idarə edildiyi hallarda idarəetmə üsulunun seçilməsi barədə həmin mülkiyyətçilərin ümumi yığıncağının qərarında göstərilən mülkiyyətçilərdən birinə, belə mülkiyyətçi göstərilmədikdə isə həmin binanın istənilən sahə mülkiyyətçisinə verməyə borcludur. “Azərbaycan Respublikasının Mənzil X3 yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 1113 nömrəli Fərmanı:
89. Maddə 5.Azərbay can Respublikasının Mənzil X3 tabeliyində İddiaçı yaradılsın.
90. Maddə 7.Azərbaycan Respublikasının Mənzil X3 tabeliyində İddiaçı Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının müəyyən edilməsi, habelə Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Nizamnaməsi
91. Bənd 1.1. İddiaçı (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədi ilə yaradılmışdır.
92. Bənd 1.2. Cəmiyyətin bütün payları dövlətə məxsusdur.
93. Bənd 9.1. Cəmiyyət öz fəaliyyəti barədə ictimaiyyəti daimi olaraq yenilənən rəsmi internet səhifəsi vasitəsilə məlumatlandırır.
94. Bənd 10.1. Cəmiyyət mühasibat və statistik uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparır. Cəmiyyət maliyyə hesabatlarını X1 Standartlarına uyğun olaraq tərtib edir.
95. Bənd 10.2. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı vaxtdan başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
96. Bənd 10.3. Şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatlarını hər maliyyə ili bitdikdən sonra aprelin 30-dan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
97. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
98. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
99. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
100. Maddə 4 16.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
101. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
102. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
103. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
104. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsaslar yoxdur.
105. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinə etirazda, qarşılıqlı iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əmək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məcburi qaydaların pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndiri lməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
106. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
107. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərin in dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4814/2025 nömrəli iş üzrə 15 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.