Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3856/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağın zəbtdən azad edilməsi, mülkiyyətçinin hüquqları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2807/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 se ntyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məhəllə V-1-də olan 0,045 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir, bu barədə Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2012-ci ildə ailəsinə yaşayış evi tikdirmək üçün torp aq sahəsi almış, həmin vaxt vəsaiti evin tikilib başa çatdırılması üçün kifayət etmədiyindən Rusiyaya gedərək bir neçə il orada işlədikdən sonra tikintini davam etdirmək üçün Gəncə şəhərinə qayıtmışdır. Evin tikintisinə başlamaq istəyərkən aydın olmuşdur ki, cavabdehlər onun torpaq sahəsinin 0,0058 hektarını zəbt etmişlər. O, torpağının zəbtdən könüllü azad edilməsinə nail ola bilməmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, torpaq sahəsini alarkən onun bir hissəsinin iddiaçının torpaq sahəsi ilə üst-üstə düşdüyünü bilməmişdir. Hazırda həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir və evin bir hissəsi iddiaçının torpaq sahəsinin ərazisinə düşür. Bu baxımdan iddiaçı ilə aralarında razılıq əldə etməyə çalışsa da, iddiaçı bununla razılaşm amış və torpaq sahəsinin zəbt edilmiş hissəsi üçün dəyərindən artıq məbləğdə pul tələb etmişdir.
5. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinin mühəndisi Elmar Aslanov və İzmir Nəbiyevin mütəxəssis rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh. V-1 ünvanda yerləşən Seriya MA ******* nömrəli torpağ ın mülkiyyətə verilməsinə dair çıxarışın planı və ölçüsü sənədinə əsasən 0.045 ha torpaq sahəsi naturada (yerində) üst-üstə düşür; Gəncə şəhəri Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh. V-1 ünvanda yerləşən, cavabdehlərdən Cavabdeh1 faktiki istifadəsində olan 811.19 kv.m torpaq sahəsinin 346.40 kv.m hissəsi iddiaçının Seriya MA ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair çıxarışın planı və ölçüsü sənədinə əsasən xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. Cavabdehlərdən Cavabdeh2 faktiki istifadəsində olan 424.86 kv.m torpaq sahəsinin 48.57 kv.m hissəsi iddiaçının Seriya MA ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair çıxarışın planı və ölçüsü sənədinə əsasən xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür; Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayı ş evinin yerləşdiyi 162.83 kv.m tikilinin yerləşdiyi sahənin 36.64 kv.m hissəsi Seriya MA ******* nömrəli çıxarışa iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2898 saylı ekspertiza rəyində yuxarıdakı rəyə istinadla eyni nəticəyə gəlmişdir.
8. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(043)-67/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.N.Hüseynov) iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 346.40 kv.m hissəsinin hasarının və onun tərəfindən tikilmiş 162,83 kv.m tikilinin (evin) həmin hissədə yerləşən 36,63 kv.m hissəs inin; habelə Cavabdeh2 tərəfindən zəbt edilmiş 48.57 kv.m hissəsinin hasarının cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi qət edilmişdir.
9. Məhkəmə iş üzrə keçirilmiş ekspert rəyinə əsaslanaraq qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmiş, hətta Cavabdeh1 tərəfindən tikilmiş fərdi yaşayış evinin bir hissəsi də iddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşir. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən hasar və tikili onların hesabına sökülməli və torpaq sahəsi zəbtdən azad edilməlidir.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152 v ə 157-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77, 101, 103 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdehlər apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən bütün halları araşdırmamış, ancaq iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirmiş, cavabdehlərin sübutlarını nəzərə almamışdır. Bundan əlavə ekspert rəyi məhkəmə üçün məcburi deyildir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməyiblər və iddiaçının hüquqlarını pozmurlar, əksinə iddiaçı əsassız iddia ilə onların mülkiyyət hüququnu pozur.
13. Gəncə Apellyasiya Məhkə məsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2807/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev - sədrlik edən və məruzəçi, Ə.İ.Məmmədov və R.Z.Mamedov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə həll etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər iş mate rialları ilə təsdiq olunmur.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 82 və 111-ci, Mülki Məcəllənin 152.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh X2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinə yalnız iddiaçıya münasibətdə qiymət vermiş, cavabdehlərə münasibətdə isə öz mövqeyini ümumiyyətlə bildirməmişdir. Məhkəmələr yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirmiş, cavabdeh tərəfin təqdim etdiyi sübutlara diqqət yetirməmişdir. Həmçinin məhkəmələr əsassız ekspert rəyinə əsaslanaraq qeyd olunan nəticəyə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri təl əb edə bilər. Torpaq Məcəlləsi
21. Maddə
82. Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.
22. Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
23. Maddə 111.2 Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iddianın ona qarşı təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır.
34. Kassasiya şikayətinin ekspert rəyinin əsassız olması ilə bağlı dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya in stansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bel ə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2135/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.