Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3856/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar xxx, İddiaçı2, xxxı və xxxnın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xxx oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və çıxarışın alınmasına yaradılan maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçılar xxx, İddiaçı2, xxxı və xxxnın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xxx oğluna qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dən çıxarışın alı nmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-67/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 xxx oğlunun kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Torpağa Mülkiyyət Hüququna Dair JN-221 KOD 30327058 saylı Dövlət Aktına əsasən X15, İddiaçı2, X7, X8 və X4 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 3,34 hektar torpaq sahəsi verilmişdir.
2. Quba RİHB-nın Xucbala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021ci il tarixli, 333 №li arayışına əsasən, Quba rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş JN-221 saylı Torpağa mülkiyyət hüququna X27nda texniki səhv olaraq İddiaçı2 əvəzinə İddiaçı2 xxx, X7 əvəzinə X9 yazılmışdır. İddiaçı2 ilə İddiaçı2 xxx, X7 ilə X9 eyni şəxsdir.
3. X15 02 oktyabr 2020-ci il tarixli, AZ-İİ seriyalı 109139 №-li ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci il tarixdə ölmüşdür.
4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin X5 ünvanladığı xx.xx.2021-ci il tarixli, **********63 №li məktuba əsasən, JN-221 nömrəli (kod ********) saylı “Torpağa Mülkiyyət Hüququna X27” göstərilən 3,34 ha torpaq sahəsinin cizgizi elektron məlumat bazasında olan xərtiyə əsasən faktiki istifadə yerindən fərqli ərazidə yerləşir. Faktiki olaraq digər şəxsin istifadəsindədir.
5. İddiaçıların mülkiyyətinə verilmiş torpaqdan cavabdehlər istifadə edir. Mübahisə bununla bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçılar xxx, İddiaçı2, xxxının və xxx iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, JN:221 Kod 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X25 əsasən mülkiyyət hüququ əsasında onlar İddiaçı2, X7, X8, X14 və digər ailə üzvləri X13 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahələrinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xxx oğlunun qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinə dair adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin apar ılmasına cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
8. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə onlara – İddiaçı2, X7, X8, X14 və digər ailə üzvü X13 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 3,34 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair adlarına JN:221 Kod 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X27 tərtib olunmuşdur.
9. Həmin torpaq sahəsi bağ və əkin hissəsindən ibarət olmaqla iki ayrı yerdə yerləşir. Torpaq sahəsi onlara təhkim olundu qdan sonra bir müddət ailəliklə torpaq sahəsindən əkib-becərməklə istifadə etmişlər. 2000-ci ildə Quba rayonu, Aşağı Xuc kəndində yerləşən yaşayış evlərini Cavabdeh2 xxx oğluna sataraq daimi yaşamaq üçün Bakı şəhərinə köçüb getmişlər. Həmin vaxtdan Quba rayonu ilə əlaqələri kəsilmişdir.
10. Onlar – Kamalə Yaqubova xx.xx.2006-cı il tarixdə, Emma Yaqubova xx.xx.2007-ci il tarixdə, Xalidə Yaqubova isə xx.xx.2009-cu il tarixdə ailə quraraq Bakı şəhərində yaşayırlar. Ailə üzvləri, eləcə də torpaq sahəsinin mülkiyyətçilərindən X15 08 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. Torpaq sahəsinin mülkiyyətçilərindən İddiaçı2 da Bakı şəhərində yaşayır. 2019-cu ilin dekabr ayında Cavabdeh2 qardaşı xxx Bakı şəhərinə yaşadıqları evə gələrək 3,34 ha torpaq sahələrini onlara satmalarını təklif etmişdir. La kin onlar həmin torpaq sahələrindən özlərinin istifadə edəcəklərini bildirmiş və torpaq sahələrini satmaqdan imtina etmişlər. 2021-ci ilin iyun ayında Quba rayonu, Aşağı Xuc kəndində yerləşən torpaq sahələrinə dair adlarına çıxarış almaq istədikdə mülkiyyət hüququ əsasında onlara məxsus əkin və bağ sahəsindən ibarət torpaq sahələrinin kənar şəxslər tərəfindən zəbt olunmasını görmüşlər. Məsələni araşdırdıqda torpaq sahələrinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xxx oğlu tərəfindən zəbt olunduğu məlum olmuşdur.
11. Cavabdehlər iddiaçıların torpaq sahələrinə mütəmadi olaraq gəlibgetmədiklərindən istifadə edərək, torpaq sahələrini qanunsuz zəbt etmiş və qanunsuz olaraq da istifadə edirlər. İddiaçılar cavabdehlərə torpaq sahələrindən çıxmalarını və torpaq sahələrini könüllü olaraq buraxmalarını bildirsələr də, cavabdehlər əllərində heç bir rəsmi sənəd olmadığı halda torpaq sahəsinin özlərinə məxsus olmasını bildirir, iddiaçıları öz mülkiyyətlərində olan torpaq sahələrinə buraxmayaraq, həmin torpaq sahələrindən istifadə etməklərinə imkan vermir, beləliklə də iddiaçıların həmin torpaq sahələrinə olan mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin təqsiri üzündən torpaq sahələrindən istifadə edə bilmirlər.
12. Cavabdehlər torpaq sahələrini könüllü buraxmayaraq, qanunsuz istifadə etməklə qeyd olunan torpaq sahələrinə iddiaçıların hüquqlarını məhdudlaşdıraraq, onlara həm maddi, həm də mənəvi ziyan vururlar. İddiaçı1 cavabdehlərə torpaq sahələrindən çıxmalarını dedikdə, Cavabdeh1 ona dolayı yolla hədə qorxu gəlmişdir.
13. Bundan başqa, iddiaçılar torpaq sahələrinə dair adl arına çıxarış almaq üçün DƏDRX-ə ərizə ilə müraciət etmişdir. Ərizə əsasında torpaq sahələrinə baxış keçirmək üçün DƏDRX-dən mütəxəssislər gəlsələr də, cavabdehlər mütəxəssislərə ölçmə işlərinin aparılmasına maneələr yaratmışlar. Nəticədə torpaq sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu fakt iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Əİ-nin 01 iyun 2021-ci il tarixli məktubu ilə də təsdiq olunur. Beləliklə də, cavabdehlər iddiaçıların torpaq sahələrinə olan mülkiyyət hüquqlarını pozurlar.
14. Qeyd edilən torpaq sahəsinə dair iddiaçıların adlarına tərtib olunmuş JN:221 Kod 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X27 naməlum şəraitdə itmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İ darəsinə müraciət edərək, Dövlət Aktının təsdiq olunmuş surətini əldə etmişlər.
15. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.2, 157.2, 157.4 və 170.2-ci maddələrinə istinad etmişlər.
16. Cavabdehlər birinci instansiya məıhkəməsində iştirak etməmişlər.
17. Quba Rayon Məhkəməsinin 2(027)-1474/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xxx oğlundan JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X27 əsasında iddiaçılar İddiaçı2, X7, X8, X10 və digər ailə üzvləri X13 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sah əsinə dair iddiaçılar xxx, İddiaçı2, xxxının və xxxnın adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xxx oğlu tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. (hakim Seyidov Vüqar)
18. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 saylı nömrəli ilə JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X27 əsasında X15, İddiaçı2, X7, X8 və X4 mülkiyyətinə Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən 3,34 hektar torpaq sahəsinin verilməsi, iddiaçılara məxsus 3.34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunaraq qeyri -qanuni istifadə olunması sübuta yetirilir.
19. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehlər qanunsuz istifadə etdiyi iddiaçılara məxsus 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsindən çıxarılmalı və bununla da həmin iddiaçıların zəbt olunmuş həmin torpaq sahələrinə mülkiyyət hüquqları tam şəkildə bərpa edilməlidir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 110, 111-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat:
21. Cavabdeh Qonaqov X6 Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh hal-hazırda qeydiyyatda olduğu Quba rayonu Aşağı Xuc kəndində yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə ona və iş üzrə digər cavabdehlərə heç bir məlumat verilməmişdir; - mübahisədə adı keçən torpaq sahəsi iki hissədən ibarət omaqla ayrı-ayrı yerlərdə yerləşir. Torpaq islahatından öncə, təxminən 1998-ci ildə ümumi sahəsi 3,34 ha torpağın 1,26 ha bağ sahəsi hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə tamamailə yararsız vəziyyətə duşmuşdü. Həmin torpaq sahəsi X17 və onun ailə üzvlərinə təhkim edilməmişdən öncə yararsız vəziyyətdə olmuşdu.; - 2000-ci ildə X3 zamanı 3,34 ha torpağı və əlavə olaraq yaşadığı mənzili çataraq Bakıda ev alıb, ailə üzvləri birgə orada daimi yaşayacağını bildirmişdir. Cavabdeh qərara gəlib ki həmin evi və 3,34 ha torpağı alsın. Həm torpağn, həm də evin a lqı-satqsına diar akt bağlanmışdır. Toirpağın şəhadətnaməsi də cavabdehə verilmişdir; - torpaq sahəsi 20 ildən artıqdır ki cavabdehin istifadəsindədir, iddiaçılar bu illər ərzində bir dəfə də irad bildirməyiblər; - torpaq sahəsi yanğın nəticəsində yararsız hala düşdüyü üçün cavabdeh bir neçə dəfə bağ salmaq məqsədilə ağaclar əksə də, ağaclar qurumuçdur. Bir neçə il fasilə verəndən sonra 2014-cü ildə cavabdeh təxminən 300 gilas ağacı əkib, o vaxtadn xeyli xərc çəkib bağ salmışdır. Növbəti ilə ağacların meyvəsi gözlənilir. Bu səbəbdən iddia əsassızdır.
23. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh2 xxx oğlunun indiki iddiaçılara qarşı 3,34 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiasına baxılanadək hazırki iş üzrə icraat dayanmışdır.
24. Cavabd eh2 xxx oğlunun indiki iddiaçılara qarşı 3,34 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiası təmin edilməmiş, bu barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2155/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Bundan sonra hazırki iş üzrə icraat təzələnmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-67/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh2 xxx oğluna aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova)
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbi iddiaçılara məx sus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dan çıxarış alınmasına yaradılan maneələrin aradan qaldırılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2. və 157.4-cü maddələri təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli əmlakın onların mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan əmlakın iddiaçıların mülkiyyətində olduğu işin mübahisəsiz halıdır.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzəri ndə istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər.
28. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçılar mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmiş, cavabdeh mübahisəli ərazidə 16 il ərzində məskunlaşaraq həmin ərazini torpağın mülkiyyətçilərindən aldığını qeyd etsə də, bunu təsdiq edən tutarlı sübut təqdim etməmişdir. Əksinə, tərəflərin qeyd etdikləri kimi, cavabdeh həm in torpaq sahəsinə hüquqlarını rəsmiləşdirməmişdir. Hazırda da onun mübahisəli sahəyə hər hansı bir hüquqları yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddiaçıların əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından və onların bu hüququ başqa icraat çərçivəsində mübahisələndirilsə də, ləğv edilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, iddiaçıların mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə, iddia tələbi təmin olunması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:
30. Cavabdeh2 xxx oğlu (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etm işdir.
31. Kassasiya şikayəti belə əsaslandırılıb: - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X22 Mərkəzinin 19 avqust 2022-ci il tarixli arayışına əsasən Cavabdeh2 fermer kimi fəaliyyət göstərdiyi Quba rayonu AşağıXuc kənd ərazisində dövlət aktına (JN221) əsasən 3.34 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi X12 İnformasiya Sistemində(EKTİS) qeydiyyata alınmışdır. EKTİS-də qeydiyyata alınmış torpaq sahəsinin 1.26 hektarı gilas bağı, 2.07 hektarı isə buğda sahəsi olmaqla 2021-2022-ci təsərrüfat ili üçün nəzərdə tutulmuş əkin subsidiyası fermerin bank hesabına köçürülmüşdür. Quba rayonu Digah-Xucbala bələdiyyəsinin 22 avqust 2022-ci il tarixli 57 nömrəli arayışına əsasən Quba rayonu AşağıXuc kəndində yerləşən JN-221 nömrəliDövlət Aktına uyğun gələn və X1 Sistemi – BA MS proqramında da Cavabdeh2 Əıpənah oğlunun adına qeydə alınmış 3.34 ha torpaq sahəsi (1.26 ha bağ və 2.07 ha əkin sahəsi olmaqla) 2000-ci ildən bugünədək aramsız olaraq Cavabdeh2 tərəfindən becərilmiş və sözü gedən sahəsinə görə müəyyən olunmuş torpaq vergisi də Cavabdeh2 tərəfindən tam şəkildə ödənilmişdir. 2014-2021-ci illər üzrə 1,25 ha gilas bağının salınması və becərilməsinə 24011,1 man vəsait xərclənmişdir; - məhkəmə iclasında müəyyən edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq edilmişdir ki, Cavabdeh2 2000-ci ilaprel ayının 24-də hazırki iş üzrə mübahisəli hesab edilən torpaq sahəsinin mülkiyyətçisi X15 ilə aralarında olan razılaşmaya əsasən həmin torpaq sahəsini və X11 yaşadığı evi həyətyanı torpaq sahəsi ilə birlikdə 13.000.000 manata almışdır. Bu alqı-satqını həmin vaxt qəbul olunmuş ümumi qaydaya əsasən rəsmiləşdirmək üçün tərəflər, Cavabdeh2 və torpağın mülkiyyətçisi Yaqub Yaqubov ailə üzvləri ilə birlikdə yaşadıqları ərazi üzrə Quba rayonu Aşağı Xuc bələdiyyəsinə müraciət etmişlər. Yaqub Yaqubov bələdiyyə sədrinə ünvanladığı ərizəsində Respublikada aparılan torpaq islahatı zamanı ona və ailə üzvlərinə JN 221 nömrəli dövlət aktına əsasən ayrılmış 20.715,36 m2 əkin və 12.680,54 m2 bağ sahəsindən uzun müddət istifadə etmək imkanı olmadığından ailə üzvlərinin razılığı ilə daimi istifadə etməsi üçün Cavabdeh2 verdiyini bildirmişdir. Yenə də həmin tarixdə tərtib edilmiş aktla təsdiq edilir ki, X15 özü də daxil olmaqla 8 nəfərin iştirakı ilə ailə üzvləri ilə birlikdə yaşadığı özünə məxsus 2 mərtəbəli şəxsi evini Cavabdeh2 satmış, qarşılıqlı ödəniş zamanı Cavabdeh2 ev sahibi Yaqub Yaqubova 3450 ABŞ dolları məbləğində borclu qalmışdır. Tərəflər belə razılığa gəlmişlər ki, qalan pul heç bir faiz hesablanmadan 2000-ci ilin sonuna qədər Cavabdeh2 tərəfindən Yaqub Yaqubova ödəniləcəkdir; - birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tərəflərin verdikləri izahatlarla tam təsdiq edilmişdir ki, həmin vaxtdan hazırki vaxta kimi, yəni 22 ildən artıq bir müddətdir ki, Cavabdeh2 mərhum Yaqub Yaqubovdan və onun ailə üzvlərindən aldığı torpaq sahəsinə və yaşayış evinə dair mülkiyyət hüquqlarını, öz mülkiyyəti kimi fasiləsiz, vicdanla və etirazsız şəkildə həyata keçirir. Cavabdeh tərəf qeyd olunan torpaq sahəsinin və evin Cavabdeh2 satışından əldə etdikləri pula Bakı şəhərində mənzil alaraq həmin mənzildə yaşayırlar. Ötən 22 il dövr ərzində onla rın Cavabdeh2 qarşı sözügedən torpaq sahəsi və yaşayış evinə dair heç bir tələbləri, iradları və etirazları olmamışdır. Yalnız pandemiya ilə bağlı cavabdehlər müavinət almaq üçün adlarına daşınmaz əmlak olmaması barədə arayış götürmək istəyərkən hazırki iş üzrə mübahisəli ev və torpaq sahəsinin formal olaraq onların adında qalmasını bilib bundan sui-istifadə edərək iddiaçıya qarşı əsassız tələblər irəli sürmüşlər. Halbuki ötən dövr ərzində, Quba rayonu DigahXucbala bələdiyyəsinin verdiyi 22 avqust 2022-ci il tarixli 57nömrəli arayışda göstərildiyi kimi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən JN-221 nömrəli dövlət aktına uyğun olan və bələdiyyələrin avtomatlaşdırılmasıməlumat sistemi – BAMS proqramında da Cavabdeh2 adına qeydə alınmış 3,34 hektar torpaq sahəsi (1,26 ha bağ və 2,07 ha əkin sahəsi olmaqla) 2000-ci ildən bu günədək aramsız olaraq Cavabdeh2 tərəfindən becərilmiş və sözügedən sahəyə görə müəyyən edilmiş torpaq vergisi də Cavabdeh2 tərəfindən tam şəkildə ödənilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv ed ib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
38. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı tələbidir.
39. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamalıdır.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən torpaq sahələri iddiaçıların mülkiyyətindədir, iddiaçılara məxsus həmin torpaq sahələrindən Cavabdeh2 buna hər hansı hüququ olmadan istifadə edir. Qeyd edilən torpaq sahələrindən istifadə etməsini cavabdeh də mübahisələndirmir. Lakin cavabdeh iddiaya etirazının əsası və kassasiya şikayətinin dəlili kimi qeyd edilən torpaq sahələrinin onun tərəfindən əvəzi ödənilməklə alınmasına, 22 ildən artıq müddətdə aldığı torpaq sahəsinə və yaşayış evinə dair mülkiyyət hüquqlarını mülkiyyətçi kimi fasiləsiz, vicd anla və etirazsız şəkildə həyata keçirməsinə, ötən 22 il dövr ərzində iddiaçıların ona qarşı sözügedən torpaq sahəsi və yaşayış evinə dair heç bir tələb, irad və etirazlarının olmamasına istinad etmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Belə ki, işdən görünür ki, həmin dəlillərə istinadən cavabdehin iddiaçılara qarşı mübahisədə adı keçən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiası təmin edilməmişdir. İşin bu halını apellyasiya instansiyası məhkəməsi də qətnaməsində vurğulamışdır.
43. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən b elə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-67/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.