Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3856/2025 19.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə yaranmış borcun və ziyanın ödənilməsi, sübutetmə vasitələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4271/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasi ya şikayətinə 19 yanvar 2026cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (Paylayıcı) və Cavabdeh (İstehlakçı) arasında xx.xx.2017-ci il tarixli qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Paylayıcı öz öhdəsinə götürmüşdür ki, İstehlakçını keyfiyyətli qazla təmin etsin. İstehlakçı isə öz öhdəsinə götürmüşdür ki, aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba uyğun olaraq ödəsin.
2. İddiaçıəməkdaşları tərəfindən Cavabdeh abonent olduğu ünvan 1 ünvanında qaz sayğacından kənar, qeyri-qanuni istifadə aşkarlanması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-c i il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2024cü il tarixli ******* nömrəli təbii X1nın pozulması haqqında iyirmi akt tərtib edilmişdir.
3. Bu aktlara müvafiq olaraq, itirilmiş qazın həcmi hesablanmış, buna uyğun olaraq abonentin hesabına cəmi 5184 manat məbləğində borc yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı İddiaçı (bundan sonra “iddiaçı” və ya İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “abonent”) iddiaçıya vurulmuş 5184 manat məbləğində zərərin və 71.84 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5255.84 manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçıla cavabdeh arasında xx.xx.2017-ci il tarixində 12/2986 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” müqavilə imz alanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00290 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İ ddiaçıın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı İddiaçıın əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində İddiaçıın səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: 1) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasın da 233.28 manat; 2) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 233.28 manat; 3) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 233.28 manat; 4) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 233.28 manat; 5) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 233.28 manat; 6) xx.xx.2022ci il tarixli ******* nömrəli akt əsasında 233.28 manat; 7) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 233.28 manat; 8) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 354.24 manat; 9) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 354.24 manat; 10) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 354.24 manat; 11) xx.xx.2023-cü tarixli ******* nömrəli akt əsasında 354.24 manat; 12) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 354.24 manat; 1 3) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 233.28 manat; 14) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 233.28 manat; 15) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 116.64 manat; 16) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 51.84 manat; 17) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 116.64 manat; 18) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 151.20 manat; 19) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 151.20 manat; 20) xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 725.76 manat, cəmi 5184 məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin İddiaçıa ödənilməli olan borc məbləği hazırda abonentin saldo üzrə 5184 manat təşkil etməkdədir. Həmçinin 2022-ci ilin aprel ayınadək c avabdehdən 8444.08 manat vəsaitin tutulması barədə xx.xx.2022-ci il tarixli 2(010)-3108/2022 nömrəli qətnamə çıxarılmışdır. Müqavilə öhdəliklərinin kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçıa vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçının məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1431/2025 nömrəli iş üzrə 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Səlimə Miriyeva)
7. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehin abonent olduğu ünvanda xx.xx.2022–xx.xx.2024-cü il tarixləri aralığında təbii X1nın pozulmasına (təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifad əyə) dair iyirmi akt tərtib edilmiş, bu aktların hər birinə görə itirilmiş qazın həcmi hesablanaraq, ümumilikdə 5184 manat məbləğində pul cavabdehdən tələb edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Təbii X1nın pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçının cavabdehdən pul tələb edə bilməsi üçün cavabdehin (istehlakçının) qazın talanmasında təqsirli olması müvafiq qərarlar əsasında müəyyən edilməlidir. Yalnız bundan sonra, məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısı ilə dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğu nəticəsinə gələ bilər. Hazırkı işdə isə məhkəməyə cavabdehin təqsirini təsdiq edən belə bir sübut təqdim edilməmişdir.
9. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə təbii X1nın pozulmasına dair müvafiq aktlar əsasında borc hesablanması qanunsuz olmuşdur. Odur ki, iddia təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsinin iddiaçıya vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermədiyini, təbii X1nın pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçının cavabdehdən pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olmasının müvafiq qərarlar əsasında müəyyən edilməli olduğunu və yalnız bundan sonra, məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısı ilə dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğunu və hazırkı işdə də məhkəməyə cavabdehin təqsi rini təsdiq edən belə bir sübut təqdim edilmədiyini göstərərək iddia tələbi üzrə təqdim edilən sübutları araşdırmadan iddianın rədd edilməsi qərarına gəlmişdir. Halbuki iş materialları ilə - saldo üzrə ödənişlərin olmaması, aktlara əlavə edilən fotoşəkillərdə qaz xəttinə özbaşına xətt çəkərək boru vasitəsi ilə birləşdirməsinin aydın görüntüsündən cavabdehin qaz xəttinə qanunsuz qoşulduğu təsdiq olunmuşdur. Bununla bərabər öncəki illərdə də cavabdehin qanunsuz qoşulma ilə bağlı aktları məhkəmədə mübahisələndirilmiş və onun qaz xəttinə qanunsuz qoşulduğu təsdiqini tapmışdır. Eyni zamanda oxşar mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3611/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, “X1n”da (həmin d övrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz. Beləliklə, cavabdehin illər ərzində qanunsuz qoşulmadan istifadə etdiyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunur. Lakin məhkəmə iş materiallarını araşdırmadan mülki işə formal münasibət bildirmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4271/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Talış ınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Azad İmanov).
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.
15. Belə ki, cavabdehin pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin törədilməsində əsaslı şübhələr müəyyən etsə də, təqdim edilən aktlara uyğun yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülmə si üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. İddiaçının nümayəndəsinin mövqeləri isə qeyd edilənlərə dair mülki prosessual qanunvericiliyin tələblərinə görə əsaslı, mötəbər və təkzibedilməz sübutlarla əhatə edilməmişdir.
16. İddiaçı maddi və prosessual hüquq normalarının pozulmasını apellyasiya şikayətində qeyd etsə də, bunların nədən ibarət olduğunu əks etdirməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. İddiaçının (vəzifəli şəxslərinin) tərtib etdiyi aktların nəticəsiz qalması onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əs aslar müəyyən etmir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təqdim edilmiş aktlar üzrə peşəkar struktur təsisata malik olan iddiaçı (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən istehlakçı tərəfindən yol verilmiş pozuntulara dair sübutetmə vəzifələrinə formal yanaşılmışdır (talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları mübahisə edilən hissədə müəyyən edilmir.
18. Qanuni qüvvəyə minmiş qətnamələrin mövcudluğu iddiaçının fəaliyyətini müəy yən edən hal kimi qiymətləndirilə bilməz, əksinə, müasirləşən münasibətləri tənzimləyən qanunvericiliyin fərqli tələbləri məhz iddiaçıdan talama ehtimalı olan hallara dair qəti addımların atılmasını tələb edir ki, hazırkı müstəvidə bunlar sübuta yetirilməmişdir. İddiaçının istinad etdiyi təkrar talamanın mümkünlüyünü istisna edə bilən cəzasızlıq şəraitinin yaradılması məhz iddiaçının özü tərəfindən öncə mövcud olmuş pozuntulardan inzibati və ya cinayət qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməməsindən irəli gəlir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Mülki Məcəllənin 560, 1096-cı, “Qaz təchizatı haqqında” Qanununun 6, 6-1, 6-2, 13-cü, “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanunun 3, 8-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın müvafuiq bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh yaşadığı ünvanda 2014-cü ildən etibarən təbii qazdan qanunsuz istifadə edir və bu hal Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-239/2022 nömrəli, eləcə də xx.xx.2022-ci il tarixli 2(010)-3108/2022 nömrəli qətnamələri ilə təsdiq edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3108/2022 nömrəli qətnaməsində cavabdehin izahatı bu şəkildə göstərilmişdir: “qaz idarəsinin əməkdaşları gəlib deyirlər ki, qaza qanunsuz qoşulub. Təbii qazdan istifadə edir, lakin qazdan istifadə etmək üçün sayğacı yoxdur. O, qazla bağlı ona yazılmış cərimələrdən narahat deyil. Əməkdaşlar gəlib qazı kəsirlər, o isə onlar gedəndən sonra qazı kənar xəttə qoşur. Onun təqaüdünü (pensiyasını) vermədiklərinə görə o da belə edir. Ona pensiya verilsə, o da qazın borcunu ödəyəcəkdir.” Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)239/2022 nömrəli qətnaməsi əsasında cavabdehdən İddiaçıın xeyrinə 5504.7 manat, xx.xx.2022-ci il tarixli 2(010)-3108/2022 nömrəli qətnamə əsasında isə 8446,08 man at borcun tutulması təmin edilmişdir. Həmin qətnamələrdən cavabdeh apellyasiya şikayəti verməmişdir. İstinad olunan həmin qanuni qüvvəyə minmiş qətnamələrdə cavabdehin göstərilən izahatı onu söyləməyə əsas verir ki, cavabdehin təbii qazdan qanunsuz istifadə etmiş olması faktı hüquqi nöqteyi nəzərdən məhkəmə qərarları ilə təsdiq edilmişdir. Beləliklə, cavabdeh tərəfin qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş məhkəmə qərarları əsasında müəyyən edilmişdir. Qeyd olunan bu səbəblərdən cavabdeh şəxs barəsində tərtib edilmiş təbii X1nın pozulmasına dair aktlara əsasən İddiaçı ona vurulmuş zərərin ödənilməsini istehlakçıdan (cavabdehdən) tələb etməkdə haqlıdır. Hazırkı işə baxan məhkəmələr “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsini düzgün şərh etməmiş, qazın talanmasında istehlakçının təqsirli olmasını müəyyən edən məhkəmənin 2 ayrı-ayrı qərarını sübut qismində qiymətləndirməmiş və yekun nəticədə düzgün olmayan qənaətə gəlmiş, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişlər.
22. İddia tələbinin həlli ilə əlaqədar məhkəməyə təqdim edilmiş sübutlar məhkəmələr tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. İş materiallarına əlavə edilmiş, cavabdehin ünvanında vaxtilə quraşdırılmış «smart» və «mexaniki» tipli qaz sayğaclarının saldolarından müəyyən olunmuşdur ki, cavabdeh 2013-cü ilin dekabr ayından 2024-cü ilin dekabr ayına kimi, o cümlədən aktların tərtib edildiyi dövrdə ödəniş etməmişdir. Cavabdehin yaşadığı ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmiş olması onun ünvanında çəkilmiş fotoşəkillərlə tam təsdiqini tapmışdır. Belə ki, 2023-cü il tarixinin fevral, mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2024-cü ilin aprel ayları üzrə məhkəməyə təqdim edilmiş fotoşəkillərdən müəyyən olunmuşdur ki, cavabdeh fərdi yaşayış evinin yaxınlığından keçən “qaz xəttinə rezin şlanq vasitəsilə özbaşına qoşulmaqla” özünə məxsus fərdi yaşayış evinə qanunsuz qaz xətti çəkmişdir. İşə baxmış məhkəmələr tərəfindən mülki iş materiallarına əlavə edilmiş abonentin saldolarına və fotoşəkillərə istinad olunmamış, saldo və fotoşəkillərin hansı səbəbdən qəbul edilməməsi əsaslandırılmamış və həmin sənədlərin mötəbərliyinə hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “X1” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz payl ayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nə ticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməs i üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.
29. İddia tələbi 2022-ci ilin may ayından sonrakı tarixlər (xx.xx.2022-xx.xx.2024-cü illər) ərzində tərtib olunmuş 20 akt üzrə zərərin əv əzinin ödənilməsi barədədir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməməsi barədə gəlinənə nəticə əsaslı olmuşdur.
31. Belə ki, işin müəyyən edilən hallarına görə cavabdeh barəsində tərtib edilmiş həmin aktların hamısı 2022-ci ilin may ayından sonrakı dövrə təsadüf edir. Başqa sözlə, cavabdeh barəsində aktlar “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin aktlar üzrə zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi. Apellyasiya instansiyası məhkəm əsi də bu xüsusatı qeyd etməklə həmin aktlar üzrə iddianı təmin etməmişdir.
32. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
33. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmuş və məhz həmin dəlillərə qiymət verməklə hər iki instansiya məhkəməsi iddianın sübuta yeirilməməsi nəticəsinə gəlmişlər.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4271/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli. Qərar qəbul edildiyi andan qüvvəyə minir.