Məhkəmə qərarları › İş №2(102)-3857/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3857/2023

29.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3857/2023 29.09.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Cavabdeh X1 direktoru Nümayəndə1 və vəkili Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Cavabdeh X1 direktoru Nümayəndə1 və vəkili Nümayəndə3 Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-661/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 405.0.1-ci maddəsinə görə a pellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Hazırki işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi cavabdehin nümayəndəsinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, kassasiya şikayəti isə xx.xx.2023-cü ildə verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-661/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin şikayət qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmışdır. Qeyd olunan nöqsan 2023-cü ilin avqust ayında aradan qaldırılmaqla cavabdeh X1 direktoru Nümayəndə1 və vəkili Nümayəndə3 tərəfindən yenidən kassasiya şikayəti verildiyi anda isə qanunla müəyyən edilmiş müddətin ötürülməsi məsələsinə apellyasiya məhkəməsi tərəfindən diqqət yetirilməmiş, şikayətin mümkünlüyü bu kontekstdə yoxlanılmadan iş kassasiya məhkəməsinə göndərilmişdir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1 və 408.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARAALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-661 /2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh X1 direktoru Nümayəndə1 və vəkili Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar