Məhkəmə qərarları › İş №2(102)-3858/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3858/2023

06.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3858/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, daşınmaz əmlakın dövlət reyetrindəki qeydin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X5 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-104/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyət i üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 06 noyabr 2001-ci il tarixli 230 nömrəli torpaq alqı-satqı müqaviləsinə əsasən, X22, X8, İddiaçı, Nümayəndə Qazax rayon Aqrar İslahat komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə onlara verilmiş torpaq sahəsindən 0,28 ha torpaq sahəsini Cavabdeh2 ******* AZN-a satmışlar. Alqı-satqı müqaviləsində azyaşlı uşaqlar Rüstəm və Ayanın yerinə anaları Səlminaz Rəhimova imza etmişdir. Səlminaz Rəhimova 03 noyabr 2001-ci il tarixli ərizəsində əri Oruc Vəliyevin 0,28 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına etiraz etmədiyini qeyd etmişdir. 3. 03 iyun 2006-cı il tarixi AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0,56 ha torpaq sahəsinin 0,20 ha hissəsini Cavabdeh1 satmışdır. 4. 13 aprel 2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən, Qazax rayonu Ağköynək kəndində yerləşən 0,392078 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 5. 03 fevral 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən, Qazax rayonu Ağköynək kəndində yerləşən ümumi sahəsi 605,9 kv.m olan əmlak kompleksi və 0,20 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

6. Qazax Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli 2(023)-74/2007 nömrəli qətnaməsinə əsasən, X22, X1 Ənvər Elman oğlu, X9, X11 və Vəliyeva Könül Qəzənfər qızının, Cavabdeh2, Ağstafa rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon Şöbəsinə, Qazax rayon İcr a Hakimiyyətinin Memarlıq və Arxitektura Şöbəsinə, Cavabdeh1 və Qazax rayon Dövlət Notariat kontorundan X14, X15 və onların ailə üzvlərinin Cavabdeh2 ilə Ağstafa rayon Dövlət Notariat Kontorunda bağladıqları 06 noyabr 2001-ci il tarixli torpaq alqı-satqı müqavilələri, Cavabdeh2 ilə Cavabdeh1 arasında Qazax rayon Dövlət Notariat Kontorunda bağladıqları 03 iyun 2006-cı il tarixli 4ə-1-149 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısına dair AN-İ№-0071531 nömrəli müqavilənin ləğv edilməsi, həmin müqavilələrdə göstərilən torpaq sahələri üzərində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qazax rayon Şöbəsinin və Qazax rayon İcra Hakimiyyəti Memarlıq və X2 Sədi Süleyman oğluna tikinti materialları mağazası binası tikilməsinə icazə verilməsinə dair qərarları və birgə tərtib et dikləri yer quruluşu planının ləğv edilməsi, Cavabdeh2 tikdirdiyi tikinti materialları mağazasının və mağazanın yerləşdiyi 0,36 ha sahəyə çəkilmiş asfalt örtüyün sökülməsi və iddiaçılara vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi və dəyərinin alınıb X18 ödənilməsi, Cavabdeh2 və Cavabdeh1 tərəfindən tikinti materialları mağazası tikilən 0.56 ha torpaq sahəsinin X18 və X6 qaytarılması və onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddiaçıların tələblərinin təmin edilməməsi qət edilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzlər Məhkəmə Kollegiyasının 21 noyabr 2007-ci il tarixli 2(104)300(08-50)2007 nömrəli qətnaməsinə əsasən, apelyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli 2(023)74/2007 saylı q ətnaməsi qismən ləğv edilmiş, iddiaçılar X14 X15 və onların ailə üzvlərinin Cavabdeh2 ilə Ağstafa rayon Dövlət Notariat Kontorunda bağladıqları 06 noyabr 2001-ci il tarixli torpaq alqı-satqı müqavilələri, Cavabdeh2 ilə Cavabdeh1 arasında Qazax rayon Dövlət Notariat Kontorunda bağladıqları 03 iyun 2006-cı il tarixli 4ə-1-149 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısına dair AN-İ№-0071531 nömrəli müqavilənin ləğv edilməsi, iddiaçıların həmin müqavilələrdə göstərilmiş torpaq sahələri üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahələrində qanunsuz tikilmiş tikinti materialları mağazası və asfalt örtüyünün cavabdehlərin öz hesabına sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iddiaçı O. Vəliyevdən və T.Mustafayevdən ayrı-ayrılıqda alqı- satqı müqaviləsinə görə 4 (dörd) milyon 700 (yeddi yüz) min (köhnə manat) pulun alınıb Cavabdeh2 verilməsi qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 18 mart 2008-ci il tarixli 2(102)-648/08 nömrəli qərarına əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzlər Məhkəmə Kollegiyasının həmin iş üzrə 21 noyabr 2007-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzlər Məhkəmə Kollegiyasının 30 iyun 2008-ci il tarixli 2(104)474/2008 nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsi nin 09 iyul 2007-ci il tarixli 2(023)-74/2007 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi Cavabdeh2 iddiaçı X18 və X6 məxsus torpaq sahəsindən qeyri-qanuni tikdirdiyi tikinti materialları mağazası və mağazanın yerləşdiyi sahəyə çəkilmiş asfalt örtüyünün onun hesabına sökülməsi və həmin torpaq sahəsinin O.E.Vəliyevin və Q.E.Vəliyevə qaytarılması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində təmin edilməsi, Qazax Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli 2(023)-74/2007 nömrəli qətnaməsinin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 dekabr 2008-ci il tarixli 2(102)-3330/2008 nömrəli qərarına əsasən, iddiaçılar X22, X8, Nümayəndə, X23, X19, X 9, X16 və Vəliyeva Könül Qəzənfər qızının kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzlər Məhkəmə Kollegiyasının 30 iyun 2008-ci il tarixli 2(104)-474/2008 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Ağstafa rayon notariat ofisində bağlanmış 06 noyabr 2001-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh1 arasında Qazax rayon notariat ofisində bağlanmış 03 iyun 2006-cı il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh2 tikdirdiyi tikinti materialları mağazasının və mağazanın yerləşdiyi 0,36 ha sahəyə çəkilmiş asfalt örtüyün sökülməsi, ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi, beton bardurun sökülməsi; Cavabdeh1 adına verilmiş 03 fevral 2010-cu il tarixli ********** dövlət qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması, eləcə də vurulmuş ziyanın müəyyən edilməsi və dəyərinin alınıb ona ödənilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, torpaq sahələrinin sərhədinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Qazax rayon Aqrar islahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN1527 nömrəli Dövlət aktı əsası nda Qazax rayon Ağköynək kəndində yerləşən pay torpaq sahəsi verilmişdir. Lakin onun xəbəri olmadan həmin torpaq sahəsini 06 noyabr 2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, sonuncu isə 03 iyun 2006-cı il tarixli müqavilə əsasında Cavabdeh1 satmışdır. Cavabdeh1 isə həmin torpaq sahəsində qanunsuz olaraq tikinti mağazası və yanacaqdoldurma inşa etdirmiş, eləcədə qanunsuz 03 fevral 2010-cu il tarixli ********** nömrəli çıxarış almışdır. Hazırda mülkiyyətində olan 13 aprel 2009-cu il tarixli ********** nömrəli çıxarışla 0,392078 ha paylı torpaq sahəsi var və həmin əraziyə gedən yol və torpaq sahəsinin bir hissəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş, tikili inşa etmiş, beton bardurlar qoydurmuşdur.

13. İddiaçı tələbin həcminin artırılmasına dair ərizə verərək, iddia ərizəsində qeyd edilənlərlə yanaşı, Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 1932 kv.m qədər hissəsi MH008799 nömrə ilə qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyündən, torpaq sahəsinin cavabdehin zəbtindən boşaldılması və Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsində olan tikililərdən birinci tikilinin bütövlükdə, ikinci tikilinin 170 kv.m qədər hissəsinin və üçüncü tikilidən isə 242 kv.m kimi hissəsinin İddiaçı adına MH008799 nömrə ilə qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan plan ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyündən cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili iddianı qəbul etməmiş, hazırkı tələb üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin olduğunu bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 10/3021 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Qazax rayonu Qiyasbəyli kəndində yerləşən Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 1932 kv m-ə qədər hissəsi iddiaçının adına MH0008799 nömrə ilə qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunur, mübahisələndirilən ərazidə faktiki istifadədə yol mövcuddur, Cavabdeh1 istifadəsi kimi təqdim edilən tikililərdən birinci tikili bütövlükdə, ikinci tikili 170 kv.m-ə qədər hissəsi və üçüncü tikilidən isə 242 kv.m-ə qədər hissəsi ilə iddiaçının adına MH ******* nömrə ilə qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunur.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 oktyabr 2021-ci il tarixli 15/M-125 nömrəli mütəxəssis rəyinə əsasən, elektron baza məlumatlarına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin 879 kv.m-ə qədər hissəsi iddiaçının adına MH ******* nöm rə ilə qeydiyyata alınmış Çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü, Cavabdeh1 istifadəsi kimi təqdim edilən ərazi Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan yol ilə üst-üstə düşmədiyi, mübahisələndirilən ərazidəki tikililərdən birinci tikili (7 kv.m) bütövlükdə, ikinci tikili (243 kv.m) bütövlükdə, üçüncü tikilidən (638 kv.m) isə 594 kv.m-ə qədər hissəsi və günlük (çardaq) tikilisinin isə 154 kv.m-ə qədər hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin daxilində yerləşir. Üçüncü tikilinin 44 kv.mə qədər hissəsi isə elektron baza məlumatına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış reyestr nömrəsi **********07 olan çıxarışda ola n torpaq sahəsinin daxilində yerləşdiyi, mübahisələndirilən ərazidəki tikililərdən birinci tikili (7 kv.m) bütövlükdə, ikinci tikili (243 kv.m) bütövlükdə, üçüncü tikilidən (638 kv.m) isə 594 kv.m-ə qədər hissəsi və günlük (çardaq) tikilisinin isə 154 kv.m-ə qədər hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin daxilində yerləşdiyi, üçüncü tikilinin 44 kv.m-ə qədər hissəsi isə elektron baza məlumatına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış reyestr nömrəsi **********07 olan çıxarışda olan torpaq sahəsinin daxilində yerləşdiyi, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il ********** nömrəli cavab məktubunda iş materiallarına əlavə edilmiş çıxarışların Dövlət Aktları əsasında verildiyi bildirilmiş, torpaq islahatı zamanı verilmiş texnik i və hüquqi sənədlərin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar olduğundan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı X12nun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal k adastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Qazax rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Halhazırda Qazax rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi, vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatlardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istifadə hüququnun verilməsi ilə bağlı müvafiq işlər həyata keçirilir. Həmin işlər başa çatdıqdan sonra adıçəkilən Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəyi bildirilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli 10/3133 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyinə, elektron baza məlumatlarına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin 879 kvm qədər hissəsi iddiaçının adına MH ******* nömrə ilə qeydiyyata alınmış Çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyinə əsasən, Cavabdeh1 istifadəsi kimi təqdim edilən ərazi Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan yol ilə üst-üstə düşmədiyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyinə əsasən, mübahisələndirilən ərazidəki tikililərdən birinci tikili (7 kv.m) bütövlükdə, ikinci tikili (243 kv.m) bütövlükdə, üçüncü tikilidən (638 kv.m) isə 594 kv.m-ə qədər hissəsi və günlük (çardaq) tikilisinin isə 154 kv.m-ə qədər hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin daxilində yerləşdiyi, üçüncü tikilinin 44 kv.m-ə qədər hissəsi isə elektron baza məlumatına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış reyestr nömrəsi **********07 olan çıxarışda olan torpaq sahəsinin daxilində yerləşdiyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyinə əsasən, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il ********** nöm rəli cavab məktubunda iş materiallarına əlavə edilmiş çıxarışların Dövlət Aktları əsasında verildiyi bildirilmiş, torpaq islahatı zamanı verilmiş texniki və hüquqi sənədlərin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar olduğundan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütü n kateqoriyalı X12nun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Qazax rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Hal-hazırda Qazax rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi, vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatlardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istifadə hüququnun verilməsi ilə bağlı müvafiq işlər həya ta keçirilir. Həmin işlər başa çatdıqdan sonra adıçəkilən Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəyi, ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiy mət verilməsi bildirilmişdir.

18. Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(023)-57/2021 nömrəli qərardadı ilə iddiaçının cavabdehlərə Cavabdeh1 və Cavabdeh2 qarşı Ağstafa Rayon Dövlət Notariat Kontorunda bağlanmış 06 noyabr 2001-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin, Cavabdeh2 ilə Cavabdeh1 arasında Qazax Rayon Dövlət Notariat Kontorunda bağlanmış 03 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh2 tikdirdiyi tikinti materialları mağazasının və mağazanın yerləşdiyi 0,36 ha sahəyə çəkilmiş asfalt örtüyün sökülməsi tələbinə dair hissəsinə iş üzrə icraata xitam verilmişdir.

19. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 dekabr 2021-ci il tarixli 2(023)-57/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ə.Musayev) iddia qismən təmin edilmiş, İddiaçı adına MH ******* nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən, onun mülkiyyətində olan 0,392078 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 879 kv.m hissəsi zəbtdən azad edilərək İddiaçı qaytarılması, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh1 339,10 (üç yüz otuz doqquz manat on qəpik) manat məbləğində mütəxəssis tədqiqatının dəyərinin alınaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

20. Birinci instansiya məhkəməsi iddianın vurulmuş ziyanın müəyyən edilməsi, dəyərinin ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı vurulmuş ziyanla bağlı hər hansı bir sübutu mə hkəməyə təqdim etməmişdir.

21. Birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin baza məlumatların əsasən 1932 kv-m qədər hissəsi iddiaçının adına qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyündən torpaq sahəsinin cavabdehin zəbtindən boşaldılması və Cavabdeh1 istifadəsi kimi təsdiq edilən torpaq sahəsində olan tikililərdən birinci tikilinin bütövlükdə, ikinci tikilinin 170 kv.m qədər hissəsinin və üçüncü tikilidən isə 242 kv.m kimi hissəsinin iddiaçının adına qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyündən cavabdehin öz hesabına sökülməsi hissəsinə hüquqi qiymət verərək Ədliyyə Nazirliy inin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli, 10/3133 nömrəli rəyini əsas götürərək hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir.

22. Birinci instansiya məhkəməsi iddia tələbinin ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi, beton bardurun sökülməsi hissəsinə mütəxəssis rəyini əsas götürərək hesab etmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli, 10/3133 nömrəli rəyindən görünür ki, rəyin təqdiqat hissəsində göstərilənlərə əsasən elektron baza məlumatlarına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış Çıxarışda olan torpaq sahəsinin 879 kv.m qədər hissəsi iddiaçının adına MH0008799 nömrə ilə qeydiyyata alınmış Çıxa rışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddia iddiaçının adına MH ******* nömrə ilə qeydiyyata alınmış Çıxarışa əsasən onun mülkiyyətində olan 0.392078 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 879 kv.m hissəsi zəbtdən azad edilərək iddiaçıya qaytarılmalıdır.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.1, 336.1, 646, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 106.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qə tnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, mütəxəssis və ekspert rəyləri arasında olan ziddiyyətlər araşdırılmamış, eləcədə yerli baxış keçirilməmişdir. Torpaq sahəsinin 879 kv.m hissəsi zəbtdən azad edildiyi halda, orada olan tikililərin sökülməməsi əsassızdır. Ümumiyyətlə iddia tələbinin gediş-gəliş yolunun açılması, tikilinin və bardurun sökülməsinə dair hissədə təmin olunmamasının səbəbləri əsaslandırılmamışdır.

27. Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olan və ekspertiza xərcinin ondan tutulması hissəsində ləğv edilməsi, iddia tələbini n tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və qanuni çıxarış əsasında texniki koordinatları göstərilmiş torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçının əvvəllər qaldırdığı iddia tələbləri üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. İddiaçının aldığı 2009-cu il tarixli çıxarış Dövlət aktı əsasında verilmiş və buna görə də Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən yenidən müraciət edilməklə təzələnməli, eləcədə koordinatları müəyyən olunmalıdır. Buna baxmayaraq iddiaçı torpaq sahəsinin ölçm ə işlərinin aparılması üçün mütəxəssis və ekspertə şərait yaratmamış, əksinə mane olmuşdur.

29. Apellyasiya icraatında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin 01 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 adına işlənmiş olan MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsi ilə Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı adına işlənmiş olan MH ******* Çıxarışda olan torpaq sahəsinin bir hissəsinin üst-üstə düşməsinə baxmayaraq faktiki istifadə vəziyyətində üst-üstə düşmə halı mövcud deyil və hər iki torpaq sahəsinə magistral yoldan və təsərrüfatdaxili yoldan giriş-çıxış mövcuddur. Torpaq islahatına dair Komp leks Yerquruluşu Layihələrinə əsasən işlənmiş torpaq sahələrinin konfiqurasiyası ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası arasında uyğunsuzluqlar olduğundan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə yaradılmış X12 İnformasiya Sistemində torpaqların faktiki vəziyyəti öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrin də düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin edilə bilər.

30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 21 fevral 2023-cü il tarixli 10/8577 nömrəli rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: faktiki istifadə vəziyyətinə uyğun Cavabdeh1 adına işlənmiş olan MA ******* nömrəli çıxarışda olan torpaq sahəsi ilə Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı adına işlənmiş olan MH ******* Çıxarışı nda olan torpaq sahəsinin bir hissəsi üst-üstə düşməsinə baxmayaraq faktiki istifadə vəziyyətində üst-üstə düşmə halı mövcud deyil və hər iki torpaq sahəsinə magistral yoldan və təsərrüfatdaxili yoldan giriş-çıxış mövcuddur. Torpaq İslahatına dair Kompleks Yerquruluşu Layihələrinə əsasən işlənmiş torpaq sahələrinin konfiqurasiyası ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası arasında uyğunsuzluqlar olduğundan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə yaradılmış X3 Sistemində torpaqların faktiki istifadə vəziyyəti öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin edilə bilər.

31. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-104/2023 nömrəli mülki iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov - sədrlik edən və məruzəçi, Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti rədd, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin “İddiaçı adına MH ******* nömr ə ilə qeydiyyata alınmış Çıxarışa əsasən, onun mülkiyyətində olan 0,392078 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 879 kv.m hissəsi zəbtdən azad edilərək İddiaçı qaytarılması, eləcədə Cavabdeh1 200 manat ekspertiza, mütəxəsis rəyinin verilməsinə görə isə 339,10 manat tutulması” hissədə ləğv edilməsi, iddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpağın zəbtdən azad olunması tələbinə dair iddiasının rədd edilməsi, qətnamənin iddia tələbinin ümumi istifadədə olan yolun zəbtdən azad olunması, yanacaqdoldurma məntəqəsinin cavabdehin hesabına sökülməsi, beton bardurun sökülməsi və vurulmuş ziyanın dəyərinin müəyyən edilərək alınıb ona verilməsinin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 250 manat pulun iddiaç ıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, 10 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinin verilməsinə görə tələb olunan 339,10 manat pulun cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesabına ödənilməsi, 12 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyinin alınması üçün Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 311 manat pulun iddiaçıdan alınaraq Cavabdeh1 verilməsi, apellyasiya icraatı zamanı mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Azərbaycan Re spublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 95 manat pulun onun özünə aid edilməsi qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə tikintitexniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmişdir. Həmin qərardadlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 dekabr 2020-ci il tarixli 10/3021 nömrəli və 26 oktyabr 2021-ci il tarixli 10/3133 nömrəli rəylər verilsə də, rəylər arasında ziddiyyətlər olduğu müəyyən edilmişdir. Ona görə də qeyd olunduğu kimi apellyasiya icraatı zamanı iş üzrə təkrar məhkəmə tikintitex niki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmişdir.

33. Həmin ekspert rəyinə əsasən cavabdehin adına işlənmiş olan MA ******* nömrəli çıxarışda olan torpaq sahəsi ilə Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iddiaçının adına işlənmiş olan MH ******* Çıxarışında olan torpaq sahəsinin bir hissəsi üst-üstə düşsə də, faktiki istifadə vəziyyətində üst-üstə düşmə halı mövcud deyil və hər iki torpaq sahəsinə magistral yoldan və təsərrüfatdaxili yoldan giriş-çıxış mövcuddur.

34. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması sübut olunmur. Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin alqı-satqı əsasında da torpaq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əvvəllər mübahisələndirilsədə, lakin iddia təmin olunmamışdır.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatları nın təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

37. Kollegiya qeyd olunanlara əsasən hesab etmişdir ki, mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad olunması hissədə iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

38. Kollegiya ümumi istifadədə olan yolun zəbtdən azad olunması, yan acaqdoldurma məntəqəsinin cavabdehin hesabına sökülməsi, beton bardurun sökülməsi və vurulmuş ziyanın dəyərinin müəyyən edilərək alınıb ona verilməsi, hissədə isə hesab etmişdir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyil. Belə ki, yuxarıda da qeyd olunduğu kimi ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt olunması sübut olunmur, eləcədə yanacaq doldurma məntəqəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikilmişdir.

39. Kollegiya yuxarıda qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini isə iddianın təmin olunması hissədə hazırkı i şin hallarına münasibətdə əsaslı saymış və hesab etmişdir ki, qətnamə iddianın təmin olunması hissədə, yəni iddiaçının adına MH ******* nömrə ilə qeydiyyata alınmış Çıxarışa əsasən, onun mülkiyyətində olan 0,392078 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 879 kv.m hissəsi zəbtdən azad edilərək iddiaçıya qaytarılması, eləcə də cavabdehdən 200 manat ekspertiza, mütəxəssis rəyinin verilməsinə görə 339,10 manat xərcin tutulması hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxar ılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 139.1, 140, 152.1, 157.4, 158.4, 238.1, 337, 339.6, 346.1, 354, Torpaq Məcəlləsinin 111.1.111.2, MPM-in 14.1, 63, 88, 97 217.4, 220.4, 372.1 və 416-cı maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Məhkəmə işə baxarkən iddia tələbində və apellyasiya şikayətində qeyd edilmiş əqdin etibarsızlığına dair hissəsini ilkin məhkəmə iclasında araşdırsa da, sonradan araşdırmaqdan imtina etmişdir. Məhkəmə Torpaq Məcəlləsinin normalarını işin hallarına münasibətdə düzgün şərh etməmiş və bunun nəticəsində iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd olunan maddi hüquq normalarına istinad edils ə də, bu normalar işin hallarına münasibətdə düzgün şərh edilmir. Bu normaların tələbinə əsasən qanunuz tutulmuş torpaq sahəsi geri qaytarılmalıdır. Bu normanın tələbləri mülkiyyətçinin torpaq sahəsini zəbt etməyi qadağan edir və bütün hallarda bu torpaq sahəsinin mülkiyyətçiyə qaytarılmasını müəyyən edir. Məhkəmə isə bu normalara istinad etsə də nəticədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə qeyd etdiyi maddi hüquq normalarını işin hallarına münasibətdə düzgün şərh etməmiş və bunun nəticəsində iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsində mülki hüquq normalarına istinad edilsə də bu normalar işin hallarına münasibətdə düzgün şərh edilməmişdir. Birinci növbədə məhkəmələr iddiaçı və eləcə də cavabdehin adına qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 aprel 2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışın və 03 fevral 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışın üst-üstə düşməsi ilə bağlı heç bir araşdırma aparmamış və iki çıxarış üzrə necə ola bilər ki, kordinatlar üst–üstə düşür. Hansı ki, iddiaçı olaraq onun əmlak üzərində hüquqları əvvəl qeydiyyata alınmışdır. Burada məsələ ondan ibarətdir ki, keçirilmiş ekspertizalar tərəfindən də müəyyən edilmişdir ki, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin 879 kv.m hissəsini zəbt etmişdir. Ancaq ekspertizalar rəydə qanunsuz olaraq, sual qoyulmadığı halda faktiki istifadə vəziyyəti (xx.xx.2020-ci il tarixli, 15/M-060 nömrəli ortofoto görüntüsündə qeyd edilmişdir ki, faktiki vəziyyəti Cavabdeh1 göstərmişdir) görüntüsündən qeyd edir. Əsl ində onun yeri qonşu torpaq sahələri ilə birlikdə göstərilmədən ayrıca ölçüldükdə 0.392078 ha torpaq sahəsindən 0,15 ha hissəsi əskik olur. Ekspertiza isə rəyində cavabdehin yerinin koordinatlarını və faktiki istifadəsinin koordinatlarını dəqiq olaraq qeyd etmir. Əslində burada üst-üstdə düşdüyü qeyd edilən sahə iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Keçirilmiş ekspertizalardan belə müəyyən edilmişdir ki, burada onun torpaq sahəsindən 879 kv.m qədər hissəsi zəbt edilmişdir. Ancaq ekspertlər məhkəmə tərəfindən qoyulmuş suallara səhv cavab vermişlər. Belə ki, onun mülkiyyətində olan torpaq sahəsinin birbaşa yola heç bir çıxışı qalmamışdır. Belə ki, zəbt olunan sahədən iddiaçının yola yeganə çıxışı olmuş və o, iddia tələbində də ümumi istifadədə olan yolun açılmasını qoymaqla bu yolu n açılmasını tələb etmişdir. Cavabdeh tərəf onun torpaq sahəsini zəbt etməklə ümumi istifadədə olan torpağı da zəbt edərək tikinti işləri aparmışdır. Ekspertizalar onların qarşısında qoyulmuş suallara tam və dəqiq cavab vermək əvəzinə cavabdehin bu zəbtini bu yolla gizlətməyə çalışır. Bundan başqa, qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyləri mütəxəssis rəylərinin köçürülməsi ilə verilmişdir. Heç bir ekspertiza aparılmamış və köçürülmə rəylər verilmişdir. Ancaq, məhkəmələr nəzərə almamışdır. Mütəxəssislər isə yalnız cavabdehin torpaq sahəsini müayinə etmişlər. Heç vaxt iddiaçının mülkiyyətində olan torpaq sahəsini müayinə etməmiş və həmin torpaq sahəsinə ümumiyyətlə daxil olmamış və ortofotoda qeyd etdiklər kimi cavabdehin deməsinə görə digər şəxslərin mülkiyyətində olan torpaq sahələrin i faktiki istifadə kimi onunla əlaqələndirmişlər. Məhkəmə iddianın mahiyyətindən və əsasından kənar faktiki istifadəyə uyğun olaraq, qətnamə qəbul edirdisə, onda nə üçün mütəxəssis və ekspert qarşısında eyni məzmunlu sualı qoymurdu? Faktiki istifadəni necə müəyyən etmişlər o belə rəylərdə qeyd edilməmişdir. Hər kəsin torpaq sahələri yerində və ara sərhədləri açıq şəkildə yerləşir. Vüqar Musayev sonuncu mütəxəssis rəyini verərkən müayinəni özü deyil, digər Ceyhun adlı mütəxəssis və Abbas adlı mühəndis etmişdir. Ancaq, buna baxmayaraq, rəyi yenə də Vüqar Musayev yazmışdır. Halbuki, müayinəni digər şəxslər etmişdir. Məhkəməyə bu halı da bildirsə də, məhkəmə bu pozuntuya da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmədə Nümayəndə dəfələrlə şifahi və yazılı vəsatətlər verərək, mütəxəssisin və ek spertin dindirilməsi və yaxud məhkəmənin iştirakı ilə yenidən ekspertizanın keçirilməsini tələb etsə də, məhkəmələr işin ədalətli həllinə və qanuni, əsaslı qətnamə qəbulunu şərtləndirən vəsatətin təmin edilib-edilməməsi barədə bugünə kimi heç bir qərardadı təqdim etməmişlər. Məhkəmə iddianın əsasını araşdırmamış və iddiaçının adına işlənmiş olan MH ******* çıxarışda olan torpaq sahəsinin 15 sota yaxın hissəsinin cavabdeh tərəfindən zəbt edilib, qanunsuz tikililər tikilməsini ümumiyyətlə araşdırmamışdır. Məhkəmə sanki digər şəxslərin faktiki vəziyyətlə bağlı istifadə vəziyyətini araşdırırmış. Məhkəmə işin hallarına uyğun olmayan, mülkiyyətin zəbti halı aşkar olduğu halda, mübahisələndirilən qətnaməni qəbul etmişdir. Ancaq, qətnamənin əsaslandırıcı hissəsi nəticə hissəsi ilə uyğun gəlmir. Ap ellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla, işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun kifayət qədər əsaslandırmamış və əsaslandırma hissəsi ilə nəticə hissəsi uyğun gəlmir. Məhkəmə işə baxarkən verilmiş apellyasiya şikayətinin dəlillərini və vəsatətləri hərtərəfli araşdırmamış və işin mahiyyətini təşkil edən mütəxəssis və ekspert rəylərində olan ziddiyyətləri dəfələrlə tələb etməyinə baxmayaraq, araşdırmamış və vəzifəsini icra etməmişdir. Ekspertin və mütəxəssisin dindirilməsi və yaxud mütəxəssisin və ekspertin məhkəmənin iştirakı ilə müayinə aparmasını çoxsaylı vəsatətlərlə və apellyasiya ş ikayətinin dəlillərində xahiş etsə də, işi tam, obyektiv aradırmamışdır. Rəylərdə torpaq sahəsinin zəbt edilməsi və zəbt edilmiş sahədə tikililərin tikilməsi tam şəkildə təsdiqini tapsa da, məhkəmələr bunu niyəsə görmək istəməmiş və ekspert rəyində qeyd edilmiş əsas hala deyil, işə qeyri-əsaslı qeydlərə əsaslanmaqla qanunsuz olduqları qətnaməni qəbul etmişlər. Məhkəmə işdə olan digər maddi və prosessual hüquq normalarını işin hallarına münasibətdə düzgün tətbiq etməmiş və buna görə də qanunsuz və səhv nəticəyə gəlmiş, iddia tələbi üzrə sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

43. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mül kiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

44. Maddə 29, İİİ-İV hissələr. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

45. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 X7:

46. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdı rılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

48. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar is tisna olmaqla, həqiqi hesab edilir.

49. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

50. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

51. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəliş in aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

52. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

53. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

54. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

60. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

61. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

62. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

63. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

64. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

65. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

66. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahi dlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

67. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassas iya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Baxılan işdə iddiaçı, Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt e tdiyini bildirərək, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu ildə ona verilən MH ******* nömrəli çıxarışa da istinadən sahə ilə bağlı pozulmuş hüquqlarının bərpasına dair bir neçə tələb irəli sürmüşdür (§ 11-13).

74. Cavabdeh1 həmin reyestrdən xx.xx.2010-cu ildə mülkiyyət hüququ barədə ona verilən MA ******* nömrəli çıxarışa, eləcə də əvvəlki məhkəmə aktlarına istinadən iddaya etiraz etmişdir (§ 14,28).

75. Birinci instansiya məhkəməsindəki icraatda keçirilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 adına olan MA ******* nömrəli çıxarışdakı torpaq sahəsinin 879 kv.m. hissəsi, iddiaçının adına olan MH ******* nömrəli çıxarışın ayrılmaz hissəsi sayılan plan-ölçü sənədindəki torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür (§ 17).

76. Məhkəmə həmin rəyi nəzərə ala raq iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi yenidən ekspertiza tədqiqatının aparılması haqqında qərardad çıxarmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin 01 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 21 fevral 2023-cü il tarixli 10/8577 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 adına işlənmiş MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsi ilə Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı adına işlənmiş MH ******* Çıxarışda olan torpaq sahəsinin bir hissəsinin üst-üstə düşməsinə baxmayaraq faktiki istifadə v əziyyətində üstüstə düşmə halı mövcud deyil və hər iki torpaq sahəsinə magistral yoldan və təsərrüfatdaxili yoldan giriş-çıxış mövcuddur (§ 29-30).

77. Apellyasiya məhkəməsi həmin rəylərə və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına istinadən belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması sübut olunmur. Bundan əlavə, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı müqaviləsi əvvəllər mübahisələndirilsə də, iddia təmin olunmamışdır (§ 32-39).

78. Məhkəmə kollegiyası bu mövqeyi əsaslı hesab etmir ona görə ki, əvvəla, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası (§ 48) qanuni ehtimal olduğu üçün mübahisə halında həmin ehtimalın əksi, yəni m übahisəli qeydin əsassız aparıldığı hüququ pozulmuş şəxs tərəfindən iddia və sübut oluna bilər.

79. Belə ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı v ə ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (§ 49-51).

80. Bundan əlavə, daşınmaz əmmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair iddiaçıya və Cavabdeh1 verilmiş çıxarışlar üzrə mübahisəli torpaq sahəsinin 879 kv.m. hissədə üst-üstə düşməsi hər iki instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatları ilə təsdiqlənsə də, sonuncu rəydəki “faktiki istifadə vəziyyətində üst-üstə düşmə halının mövcud olmaması” barədə qeydin nəyi ehtiva etdiyi və bu halın iddianın həllinə təsiri apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır.

81. Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və y a maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 57, 59, 66).

82. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübutlardan biri olmaqla, onun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (§ 60, 64).

83. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər, yaxud rəyin mötəbərliliyinə şübhələ r varsa MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər (§ 61-63, 66-67).

84. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq səlahiyyəti vardır və MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qətnamədə əsaslandırmalıdır (§ 65).

85. O da qeyd olunmalıdır ki, torpaq sahələrinə dair hər iki tərəfə verilmiş çıxarışlarda 879 kv.m. sahənin üst-üstə düşməsi sözügedən reyestr qeydiyyatlarından birinin qeyridəqiq olmasına dəlalət edir. Belə olan halda, mübahisələndirilən qeyd in ləğv edilməsi üçün əsasların olub-olmaması məhkəmə tərəfindən yoxlanılmalı və nəticəsindən asılı olaraq məsələyə yekun hüquqi qiymət verilməlidir.

86. Bununla belə, mübahisə olunan reyestr qeydinin ləğv edilməsi barədə iddianın işin hallarından asılı olaraq inzibati tələb olub-olmaması da müzakirə edilməlidir.

87. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir v ə inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icra atı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və i ddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır”.

88. Beləliklə, məhkmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən xüsusatların, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halların tərəflərin iştirakı ilə hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradılmamış, işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, Cavabdeh2lə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız sayılması tələbi üzrə icraata xitam verilməsinin hü quqi nəticələrinin iddiaçının icraatda qalan tələblərinin həllinə təsiri, habelə Cavabdeh1 adına olan çıxarışın etibarsız sayılması barədə iddianın işin müəyyən edilən faktiki halları baxımından mülki, yoxsa inzibati tələb olması müzakirə edilməmiş, nəticə etibarilə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır (§ 55-56, 58, 68-69).

89. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

90. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun və İnsan Hüquqlarının və X10 X4 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 45-46).

91. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

92. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll o lunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

93. Qeyd olunanları nəzərə alaraq, kassasiya məhkəməsi hesab edir ki, iddia tələblərinin bir-biri ilə bağlılığı istisna edilmədiyindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.

94. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-104/2023 nömrəli, 01 may 2023-c ü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar