Məhkəmə qərarları › İş №2(102)-386/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-386/2022

15.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-386/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh“X2” Şirkətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-386/22 (Açar sözlər: işə bərpa barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil, Cavabdeh: Kayman Adalarının “X2” Şirkətinin nümayəndəsi X3 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)5866/2021 saylı qətnaməsindən İddiaçı kassasiya ş ikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh Kayman Adalarının “X2” Şirkətinə qarşı iddia qaldıraraq, işəgötürənin 03 noyabr 2020-ci il tarixli, 28X-OK saylı əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsi üzrə işə bərpa olunması, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat, həmçinin işdən qanunsuz olaraq çıxarıldığı üçün məruz qaldığı 5.000 manat mənəvi ziyanın əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnamə si ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) iddia qismən təmin edilərək, işəgötürənin 03 noyabr 2020-ci il tarixli, 28X-OK saylı əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün cavabdehdən ödənilməmiş əmək haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi, cavabdehdən ödənilmiş hüquqi xidmətə görə 500 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, 05 may 2003-cü il tarixdən cavabdehdə müxtəlif vəzifələrdə işləyib və işəgötürənin 03 noyabr 2020-ci il tarixli, 28 X-OK saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx " bəndinə əsasən xitam verilib. Lakin, işəgötürənin əmrində iddiaçının “əmək funksiyasını kobud şəkildə pozması halları”nın nədən ibarət olması göstərilməyib. Həmçinin, həmin əmrdə pozuntuların işəgötürənin qanuni mənafeyinə xələl gətirməsi ilə bağlı hallar lazımi qaydada əsaslandırılmayıb və Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallardan hər hansı biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayıb. Eyni zamanda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsaslar olmayıb. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı mənəvi zərərə məruz qalıb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin, 72-ci maddəsinin “ə” bəndi nin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni işəgötürənin 03 noyabr 2020-ci il tarixli, 28X-OK saylı əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə əvvəlki vəzifəsi üzrə işə bərpa olunması, məc buri işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının, 500 manat hüquqi xidmət xərcinin və 500 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilib və həmin hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmayıb və işin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyib. Belə ki, işin hallarına görə iddiaçı cavabdehdə sınaq müddəti ilə “Quyuların əsaslı və yeraltı təmiri sexi”nin rəisi vəzifəsinə işə qəbul edilib. İşəgötürən tərəfindən iddiaçının rəhbərlik etdiyi strukturda aparılmış yoxlamalar nəticəsində ciddi nöqsan və çatışm azlıqlar aşkar edilib və həmin çatışmazlıqlardan bəziləri onun tərəfindən də qəbul olunub. İddiaçı sınaq müddətində özünü doğrultmaması səbəbilə əmək müqaviləsinə bu əsasla xitam veriləcəyi barədə bildirişi aldıqdan sonra buna emosional reaksiya verərək iş yerində əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olub. Bundan sonra, iddiaçı təxminən 2,5 ay ərzində işə çıxmayıb, həm sözügedən bildirişi aldıqdan sonrakı davranışları, həm də əvvəllər aldığı intizam tənbehləri səbəbilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilib. Bu mənada əmək müqaviləsinə qeyd olunan maddə üzrə xitam verilərkən Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. İddiaçının, “14 avqust 2020-ci il tarixdə özünü yandıracağını bildirməsi və müəssisə, habelə ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olduğu barədə heç bir sübutun təqdim edilmədiyi” arqumentinə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda göstərildiyi kimi həmin halların baş verdiyinə dair aktlar tərtib olunub və şahidlər bunu təsdiq edib, iddiaçının, əmək müqaviləsinə xitam veriləcəyi barədə bildirişi aldıqdan dərhal sonrakı davranışı (uzun müddət işə çıxmaması, işə çıxdıqdan sonra izahat verməkdən imtina etməsi) isə ağlabatan mühakimə əsasında qeyd olunan halın həqiqətən baş verdiyi qənaətini formalaşdırır. Yuxarıdakılara əsasən, iddiaçının “500 manat hüquqi xidmət xərcinin və 500 manat mənəvi zərərin əvəzinin cavabdehd ən tutularaq ona ödənilməsi” barədə tələbi də əsassızdır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Ona görə də iddia tələbi təmin olunan hissədə də rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin, 72-ci maddəsinin “ə” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Ka ssasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Kayman Adalarının “X2” Şirkətinın nümayəndəsi Anar Qurbanov və vəkili Anar Əsədov məhkəmə iclasında kasssasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 70-ci maddəsinin “ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqla rına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparm ır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyas iya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehlə 13 may 2003-cü il tarixdə əmək müqaviləsi bağlayaraq “Quyuların əsaslı təmiri sahəsi”nə qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilib, 29 dekabr 2003-cü il tarixdə həmin sahəyə qazmaçı vəzifəsinə, 01 iyul 2005-ci il tarixdə “Qazma qurğusu üzrə usta” vəzifəsinə, 24 iyul 2008-ci il tarixdə “Quyuların əsaslı təmiri sexi”nə böyük texnoloq vəzifəsinə, 25 dekabr 2008-ci il tarixdə “Quyuların əsaslı və yeraltı təmiri sexi”nə texnoloq vəzifəsinə keçiri lib, 15 mart 2012-ci il tarixdə həmin sexdə “Quyuların əsaslı və yeraltı təmiri sexi”nin rəisi vəzifəsinə, 09 sentyabr 2019-cu il tarixdə “Quyuların əsaslı və yeraltı təmiri üzrə operativ idarəetmə meneceri” vəzifəsinə təyin edilib, 15 may 2020-ci il tarixdə onunla birinci üç ayı sınaq müddəti hesab olunmaqla yeni əmək müqaviləsi bağlanaraq “Quyuların əsaslı və yeraltı təmiri sexi”nin rəisi vəzifəsinə qəbul edilib. Daha sonra, işdən görünür ki, işəgötürənin 03 noyabr 2020-ci il tarixli, 28X-OK saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilib. Həmin əmrin verilməsinə əsas təşkil edən və Şirkətin kadrlar şöbəsinin rəisi, Təhlükəsizlik məsələləri üzrə menecer müavini və mühafizəçi tərəfindən tərtib olu nmuş 14.08.2020-ci il tarixli aktda aşağıdakılar qeyd olunub: 14 avqust 2020-ci il tarixdə, saat 11:00 radələrində “Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi İddiaçı sınaq müddəti ərzində öz əmək funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə rəhbərliyin yazdığı bildirişin verilməsi üçün Kadrlar şöbəsinin rəisi Fərid Əliyev tərəfindən inzibati binaya çağırılıb və Təhlükəsizlik üzrə menecer müavini Namiq Mikayılovun iştirakı ilə ona bu bildiriş təqdim olunub. Bildirişin verilməsindən narazı olan İddiaçı bir-neçə telefon əlaqələri saxladı və növbəti telefon əlaqəsi saxlaması üçün otağı tərk etdi. Çox qısa müddətdən sonra mühafizəçi Rauf Həsənov tərəfindən Namiq Mikayılova zəng gəldi və zəngdə İddiaçı kiməsə zəng edib 1 litr benzin istədiyini bildirdi. İddiaçı sakitləşdirmək və vəz iyyəti nəzarət altına alması üçün Namiq Mikayılov dərhal inzibati binanın ərazisinə çıxdı. Bir müddət sonra vəziyyət nəzarət altına alındı. Əmrin verilməsinə əsas təşkil edən 18 avqust 2020-ci il tarixli xidməti yazıda da bənzər məlumatlar göstərilib, əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı bildirişin təqdim olunmasından sonra İddiaçı özünü qeyri-adekvat apardığı, özünü yandıracağı barədə hədələr bildirdiyi, tabeçiliyində olan QƏYT sexinin təmirçi-çilingəri Mehman Hüseynova zəng edərək ona 1 litr benzin çatdırılmasını tələb etdiyi, onun niyyətini başa düşən mühafizə əməkdaşlarının sayıqlıq göstərərək Şirkətin Filialının rəhbər vəzifəli şəxslərini məlumatlandırdıqları, İddiaçıla söhbətlər aparılaraq sakitləşdirildiyi, əməlindən çəkindirilərək təhlükənin qarşısının alındığı, bu əməlləri n iş vaxtı ərzində yüksək yanğın təhlükəli ərazidə törədildiyi və müəssisə, habelə ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olduğu, eyni zamanda, son zamanlar İddiaçı davranışında qəribəliklərin müşahidə edildiyi, tez-tez əsassız mübahisə və münaqişələrə səbəb ola biləcək hərəkətlərə yol verdiyi vurğulanır. Daha sonra, işəgötürənin 10 avqust 2020-ci il tarixli, 30/L saylı əmri ilə əmək və icra intizamını pozduğuna görə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən töhmət elan edilib və həmin əmrdə, 28-29 iyul 2020-ci il tarixlərdə Şirkətin istehsalat blokunun TT, İT və ƏMM bölmələrində sənədləşmə işinin aparılmasının plandankənar yoxlanılmasının həyata keçirildiyi, yoxlama zamanı Quyuların təmirə hazırlanması sexində sə nədləşmə işinin aparılmasında çoxsaylı nöqsanların, o cümlədən kobud pozuntuların aşkar edildiyi, həmçinin bir sıra sənədlərdə istehsalat üzrə vitse- prezidentin imzasının saxtalaşdırıldığı, “Şirvan drillinq”dən işçilərin keçirilməsindən sonra ƏM TT və İT üzrə işlərin son dərəcə qənaətbəxş olmadığı göstərilib. İşdən həmçinin aydın olur ki, işəgötürənin 13 avqust 2020-ci il tarixli, 32/L saylı əmri ilə əmək və icra intizamının normal ahəngini pozduğuna görə QƏYTS-nin rəisi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib və əmrdə Əsaslı və Yeraltı təmir sexinin fəhlə, usta və mühəndis texniki işçilərinin təsdiq olunmuş qrafikə əsasən texniki təhlükəsizlik üzrə bilik səviyyələrinin yoxlanıldığı, onlardan 18 nəfə rinin biliyinin qeyri-kafi qiymətləndirildiyi, rəhbərliyin göstərişi ilə 10 avqust 2020-ci il tarixdə həmin işçilərlə təkrar bilik yoxlamasının keçirildiyi, 3 nəfərin biliyinin qeyri-kafi qiymətləndirildiyi, işçilərin bilik səviyyəsinin aşağı olmasının sex rəisi İddiaçı zəif nəzarətinin nəticəsi olduğu, işçilərin biliklərinin qeyri-kafi qiymətləndirilməsinə baxmayaraq onların sərbəst işə buraxıldıqları, İddiaçı bu barədə kadrlar şöbəsinə məlumat verməməsi səbəbilə işçilərin tam maaş aldıqları göstərilmiş, İddiaçı həmin intizam tənbehi ilə bağlı verdiyi izahatda qeyd olunan pozuntuların mövcudluğunu etiraf etməklə yanaşı, pozuntuların ondan asılı olmayan səbəblərdən yarandığını, işçilərin bilik səviyyələrinin qeyri-kafi olması barədə Şirkət rəhbərliyinə məktubla məlumat verdiyini, həmin işç iləri zahirən tanımadığını, onlarla müəyyən zamanlarda görüşüb texniki təhlükəsizliklə bağlı xüsusi materiallar verdiyini və bilmədiklərini öyrətdiyini, Texniki təhlükəzislik üzrə menecer müavini Rəhim Ələkbərzadənin onunla birlikdə 101 nəfər işçini 19 may 2020-ci il tarixindən sərbəst işə buraxmamalı olduğunu, onların bilik və bacarıqlarının yoxlanılmalı olduğunu, lakin buna riayət edilmədiyini, fəhlələrə xüsusi təlim keçmək imkanında olmadığını, çünki özünün də biliklərinin yoxlanılması zəruri olan şəxslər sırasına aid edildiyini bildirib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, 14 avqust 2020-ci il tarixdə İddiaçı sınaq mü ddətində özünü doğrultmaması səbəbilə əmək müqaviləsinə 18 avqust 2020-ci il tarixdən xitam veriləcəyi barədə Şirkət rəhbərinin imzaladığı bildiriş təqdim olunub, 14 avqust 2020-ci il tarixindən etibarən o, səhhəti ilə bağlı işə çıxmayıb, 03 noyabr 2020-ci il tarixdə iş yerinə gələrək 02 noyabr 2020-ci il tarixinə kimi xəstə olması barədə xəstəlik vərəqəsini təqdim edib, 14 avqust 2020-ci il tarixdə baş verdiyi bildirilən hadisələrlə bağlı izahat verməsi təklif olunub, lakin İddiaçı izahat verməkdən imtina edib. (Bu xüsusat bilavasitə iddiaçının özü tərəfindən məhkəmə iclasında verdiyi izahatla təsdiq olunub). Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işəgötürənin 03 noyabr 2020-ci il tarixli, 28X-OK saylı əmri ilə iddiaçı ilə bağlanmış əmə k müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilib. Həmin əmr 14 avqust 2020-ci il tarixli aktla, eləcə də 18 avqust 2020-ci il tarixli xidməti yazıda göstərilənlərlə əsaslandırılmaqla, eyni zamanda onun, 10 avqust 2020-ci il və 13 avqust 2020-ci il tarixli intizam tənbehlərindən nəticə çıxarmayaraq adı çəkilən Məcəllənin 72-ci maddəsinin “ə” bəndi ilə nəzərdə tutulmuş əmək vəzifələrini kobud şəkildə pozduğu vurğulanmışdır. Əmək Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə po zulması hesab edilən hallar sadalanmış, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilib. Həmin Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda i şəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmayıb və işin müəyyən edilmiş faktları, habelə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib və tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyib. Belə ki, işin hallarından görünür ki, iddiaçı sınaq müddəti ilə “Quyuların əsaslı və yeraltı təmiri sexi”nin rəisi vəzifəsinə işə qəbul edilib və onun rəhbərlik etdiyi strukturda aparılmış yoxlamalar nəticəsində ciddi nöqsan və çatışmazlıqlar aşkar edilib. Həmin çatışmazlıqlardan bəziləri iddiaçının özü tərəfindən qəbul edilib və sınaq müddətində özünü doğrultmaması səbəbilə əmək müqaviləsinə bu əsasla xitam veriləcəyi barədə bildirişi aldıqdan sonra buna emosional reaksiya verərək iş yerində əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olub. Bundan sonra, iddiaçı təxminən 2,5 ay ərzində işə çıxmayıb, həm sözügedən bildirişi aldıqdan sonrakı davranışları, həm də əvvəllər aldığı intizam tənbehləri səbəbilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilib. Bu mənada apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Eyni zamanda, iddiaçının, 14 avqust 2020-ci il tarixdə özünü yandıracağını bildirməsi və müəssisə, habelə ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olduğu barədə heç bir sübutun təqdim edilmədiyi arqumentinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, yuxarıda göstərildiyi kimi həmin halların baş verdiyinə dair aktlar tərtib olunub və şahidlər bunu təsdiq edib və iddiaçının, əmək müqaviləsinə xitam veriləcəyi barədə bildirişi aldıqdan dərhal sonrakı davranışı (uzun müddət işə çıxmaması, işə çıxdıqdan sonra izahat verməkdən imtina etməsi) isə ağlabatan mühakimə əsasında qeyd olunan halın həqiqətən baş verdiyi qənaətini formalaşdırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi, iddiaçının 500 manat hüquqi xidmət xərcinin və 500 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə tələblərini əsassız hesab edib və bu tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi və 72ci maddəsinin “ə” bəndi üzrə xitam verilməsi üçün əsaslar olduğundan, iddia tələblərini mübahisələndirilən hissədə rədd etməklə apellyasiya in stansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Eyni zamanda, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya instansiyası məhkəməsi onun kassasiya şikayətində göstərdiyi digər dəlillər üzrə təkrar araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməs in. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)-5866/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar